Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə142/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   138   139   140   141   142   143   144   145   ...   402

 

301 


fəlsəfi  və  teoloji  məzmunlu  çoxlu  əsərlər  yaratmışdı.  Bunların 

arasında Bibliyaya yazılmış şərhlər, Knyazlara bəraət qazandırılması 

(De  regime  pnncipum)  və  Mübahisəli  məsələlər  (Quaestiones 

Disputatae  de veritate)  də  vardı  ki,  bu əsərlərdə  şər,  həqiqət,  ruh  və 

i.a. barədə problemlər qaldırılırdı. 

Aristotelin ideyalarının əksəriyyəti ilə Fomada rastlaşmaq olar, 

amma  bu  ideyalar  xristian  təlimi  çərçivəsinə  salınmışdı.  Foma 

Aristoteli  "xristianlaşdırdı".  Aristotelin  İlk  səbəbi  xristian  Tanrısı  ilə 

əvəz olundu. Lakin Foma qanunları Aristoteldən fərqli bir tərzdə başa 

düşür.  Foma  şəhər-dövlətdə  deyil,  feodal  cəmiyyətində  yaşayır  və 

qanunlara  münasibətdə  bu  cəmiyyətə  xas  olan  nöqteyi-nəzəri 

dəstəkləyirdi. 

Aristotelin baxışları bizə artıq məlumdur, indi isə inam və zəka 

arasındakı  münasibətlərin  və  həmçinin  qanunların  Fomaya  xas  olan 

anlamının bəzi xüsusiyyətlərini qeyd edək. 

Xristianlığın 

və 

aristotelizmin 



tomist 

sintezi 


harmonikləşdirilmə  ilə  -  Tanrının  və  dünyanın,  inamın  və  zəkanın 

harmonikləşdirilməsi  ilə  -  səciyyələnir.  Foma  universaliyalar  barədə 

mübahisədə mötədil (Aristotelsayağı) konseptual realizm mövqeyində 

dayanır.  Anlayışlar  mövcuddurlar,  amma  yalnız  şeylərdə.  Bizim 

biliyimiz  hissi  qavrayışlardan  başlanır,  amma  abstraksiyanın  köməyi 

ilə biz şeylərdə mövcud olan ümumi prinsipləri (universaliyaları) dərk 

edirik.  Bu  müddəa  Foma üçün  teoloji  nəticəyə  malikdir.  Biz  öz  təbii 

dərrakəmizin köməyi ilə universumun bir çox prinsiplərini dərk etmək 

iqtidarındayıq,  o  cümlədən  belə  bir nəticə  çıxarmaq  üçün  bizim  belə 

bir  müəyyən  əsasımız  da  vardır  ki,  universum  Yüksək  varlıq 

tərəfindən  yaradılmışdır  (Tanrının  mövcudluğunun  tomist  sübutu). 

Başqa sözlə, zəka və vəhy (inam) bir-biri ilə çulğaşır.  

 

Or-da s.214. Cədvəl (Hissi təcrübə/ağıl     Kəşf) 



Doğrudur  ki,  bəzi  xristian  həqiqətlərinə  (məsələn,  Tanrının 

mahiyyəti)  zəka  ilə  çatmaq  olmaz,  amma  zəka  bizi  Tanrıya  doğru 

apara bilər. Bəzi həqiqətlər (onlara, məsələn, Tanrının mövcud olması 

aiddir) biz həm zəkanın, həm də inamın əsasında çata bilərik. 

Universum  Aristotel  üçün  olduğu  kimi,  Foma  üçün  də 

iyerarxik olaraq nizamla qurulmuşdur (fərq ondadır ki, Aristotelin İlk 

səbəbi şəxsləndirilmiş Tanrı ilə əvəzlənmişdir).   

 

 



Tanrı 

Səma sferalarının iyerarxiyası  

İnsanlar 

Heyvanlar 


 

302 


Bitkilər  

Daşlar, torpaq 

 

Foma  da  Aristotelə  oxşar  olaraq insanı  bir  sosial  varlıq  olaraq 



nəzərdən keçirir. Cəmiyyət daxilində olan həyat insanlar üçün onların 

qabiliyyətlərinin  özünüreallaşdırma  şərtidir.  Deməli,  siyasət  insani 

atributların  reallaşma  imkanlarına  kömək  edən  təbii  bir 

məşğuliyyətdir.  Bu,  o  deməkdir  ki,  siyasət  vəhydən  əhəmiyyətli 

dərəcədə  asılı  deyildir.  Hətta  bütpərəstlər  belə  kifayət  qədər  yaxşı 

həyatı yaşaya bilərlər. 

Yunan  və  xristian  təfəkkür  üsulların  harmonizasiyası  burada 

bir  daha  baş  verir.  Doğrudur  ki,  insanlar  İncilin  vəhyi  olmadan  da 

fəzilətli  və  xoşbəxt  həyatı  reallaşdıra  bilərlər.  Siyasətçinin  vəzifəsi 

belə  bir  reallaşma  üçün  şərait  yaratmaqdan  ibarətdir,  burada 

siyasətçinin  xristian  (məsələn,  knyaz)  olub-olmamasının  elə  bir 

əhəmiyyəti yoxdur. Amma fəzilət və xoşbəxtlik arxasında son məqsəd 

–  xilas  -  dayanır.  Və  burada  keşişin  vəzifəsi  –  ümid  vermədir. 

Beləliklə,  siyasətçinin  və  keşişin  vəzifələri  bir-biri  ilə  təbii  olaraq 

qovuşur,  belə  ki,  mədəni  həyat  (fəzilət  və  xoşbəxtlik)  xilas  üçün 

əsasdır.  Siyasi-etik  mərhələ  dini  mərhələyə  münasibətdə  müəyyən 

müstəqilliyə malikdir və eyni zamanda ona doğru birinci addımdır. 

Aristotel 

yunan 

şəhər-dövlətini 



insanın 

özünü 


reallaşdırmasında  son  mərhələ  kimi  nəzərdən  keçirmişdir.  Xristian 

feodal  cəmiyyətində  yaşayan  Foma  üçün  son  məqsəd  axirətə  doğru 

əbədi  xilasdır,  sosial  həyatın  ən  yüksək  forması  isə  qanunlarla  idarə 

olunan  xristian  cəmiyyətidir.  Aristotel  üçün  fəzilət  özünü  siyasətdə 

aktiv  iştirak  yolu  ilə  lokal  qapalı  cəmiyyətdə  reallaşdırmışdır.  Foma 

üçün fəzilət özünü stabil, hər şeyi əhatə edən, qanunlarla idarə olunan 

sosial  iyerarxiya  daxilində,  əxlaqi  həyat  tərzi  vasitəsi  ilə  reallaşdırır, 

burada  siyasətdə  aktiv  olaraq  yalnız  azsaylı  insanlar  iştirak  edirlər, 

burada azlıq idarə edir, əksəriyyət isə tabe olur. 

Foma  üçün  qanun  onun  yuridiksiyası  altında  olanların  ümumi 

rifahı  üçün  verilmiş  sərəncamdır.  O, hamıdan  ötəri  cavabdeh  olanlar 

tərəfindən bu qanunun ünvanlandığı kəslər üçün verilmişdir. Beləliklə, 

qanun normativdir. 

Foma  qanunların  bir-biri  ilə  müxtəlif  şəkildə  əlaqələndirilmiş 

formaları haqqında bəhs edir. Əbədi qanun zəkanın bütün yaradılışının 

ilahi  Niyyətini  ifadə  edən  sərəncamıdır.  Belə  ki,  hər  bir  şey  ilahi 

Niyyətə tabedir, deməli bütün hər bir şey əbədi qanuna aiddir. Amma 

zəkalı  varlıqlar  ona  digər  varlıqlardan  fərqli  bir  qaydada  aiddirlər. 

Zəkalı varlıqların özləri ilahi Niyyətin tərkib hissəsidirlər; onlar özləri 

və  digərləri  barədə  qayğılanırlar.  Onlar  əbədi  Zəkaya  aiddirlər,  çünki 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə