307
zəkamızın köməyi ilə anlaya biləcəyimiz həddir. (Mövcud olandan
yüksəkdə duran barədə heç nə düşünə bilməzsən).
Amma, bu essedən, bu varlıqdan nə kimi nəticələr çıxır? Bir
tərəfdən, mövcud olan hər bir ayrıca yaratıq (bu kitab, bu ağac, bu
stol, bu şəxsiyyət və i.a. kimi) ayrıca varlıqdır (ens). Digər tərəfdən,
esse, varlıq, bu və ya digər şəkildə ayrıca yaratıq deyildir. Esse bütün
mövcud yaratıqlar, ayrıca varlıqlar üçün ümumi olan "dır-lıq" (is-ness)
deməkdir. Esse demək olar ki, odur ki, mövcud olan hər bir yaratığı
ayrıca varlıq edir! O, mövcud yaratıqların varlığıdır.
Varlığın özü, esse, deməli ki, "qeyri-şey"dir, mövcud olan
başqa yaratıqlarla yanaşı mövcud olan bir predmet deyildir. O, odur
ki, mövcud olan şeylərə onların mövcudluq ölçüsündə xasdır. Varlıq
(esse) ayrıca mövcud olan istənilən yaratıqdan (ens) daha
fundamentaldır.
Fomaya görə, biz mövcud olan hər bir ayrıca fenomeni və hər
bir ayrıca fenomendə mövcud olan varlığı təfəkkürün köməyi ilə dərk
etmək iqtidarındayıq. Lakin Tanrını, yəni varlığın mənasını dərk
etmək üçün varlığın sərhədləri xaricinə bizim təfəkkürümüzün köməyi
ilə nüfuz etmək mümkün deyildir. Biz təfəkkürümüzün köməyi ilə
hədsiz və məsum, sonsuz və mükəmməl varlığa yaxınlaşa bilərik.
Amma biz bunun nə olduğunu təfəkkürün köməyi ilə anlamaq
iqtidarında deyilik. Varlıq, beləliklə, insani idrakın sərhədini göstərir,
baxmayaraq ki, bütün hər bir şey, bizim düşünə biləcəyimiz hər bir
şey, o cümlədən təfəkkürün özü də varlıqla müəyyənləşir. Beləliklə,
varlıq böyük bir fəlsəfi sirdir. Nəyinsə mövcud olması varlığın həqiqi
sirridir.
Əgər indi mövcud olan müxtəlif şeylərə və fenomenlərə
müraciət edilsə, onda qeyd etmək olar ki, Foma iki halı - şey mövcud
olmadadır və o, var və ya mövcud olma (existentia) və mahiyyət
(essentia) - arasında fərqi diqqətə çatdırır. Şeyin mahiyyəti və ya onun
nə olması odur ki, şeylə müəyyənləşə bilər, məhdudlaşa və konseptual
olaraq anlaşıla və beləliklə, müəyyənləşə bilər. Şeyin mövcud olması,
yalnız bilavasitə və intuitiv olaraq anlaşıla bilər, amma izah oluna və
sonradan müəyyənləşdirilə bilməz.
Kateqoriyalar
Müxtəlif şeylərin və onların varlıq üsullarının (məsələn, bəzi
şeylərin dəyirmi, digərlərinin yastı, üçüncülərinin hamar və i.a.
olması) çoxlu tərifləri arasında elə təriflər də vardır ki, bütün şeylərə
və hadisələrə, mövcud olan hər bir şeyə tətbiq oluna bilər. Belə
universal təriflər kateqoriyalar adlanırlar. Biz məsələn, keyfiyyət,
308
kəmiyyət, münasibət, əməl, malik olma, məkan, zaman və nizam
(xarici şeylər üçün) kimi kateqoriyalara malikik
136
.
Aktuallıq və potensiallıq
Bütün şeylər (yaratıqlar) üçün ümumi olan əsas
xarakteristikalar sırasında actus və potentia, aktuallıq və potensiallıq,
Aristotelin aktualını və potensialını xatırladan konseptual cüt vardır.
Fomaya görə, hər bir yaratıq potensiallığa, yəni xüsusi bir yaratıq,
məsələn, it, at, pişik deyil, insan olmaq imkanına malikdir. Yaratıq öz
potensiallığını (potentia) təcəssüm etdirərkən o, in actu, aktuallaşma
vəziyyətində olur. Əgər yaratıq özünün potensiallığının aktuallaşması
nəticəsində nə olmalıdırsa, olursa (məsələn buzovun inəyə çevrilməsi
kimi), onda bu xüsusi potensiallıq onun pozitiv potensiallığı olur. Lakin
buzov həmçinin kəsilmə potensialına da malikdir, bu isə onun neqativ
potensiallığıdır. Əgər pozitiv potensiallıqlar aktuallaşmamışsa, onda
burada nəsə çatmır. Bəzən potensiallığın özü çatmır. Məsələn, görmə
imkanı ilə bağlı potensiallıq anadangəlmə kor olan insanda yoxdur. Belə
bir çatışmazlıq o çatışmazlıqdan fərqlənir ki, müəyyən növdən olan
yaratıq başqa bir xüsusi potensiallığa malik deyildir (məsələn, at sanki bir
quş olaraq havada uçmaq iqtidarında deyildir). Aristoteldə olduğu kimi
Fomada da actus və potentia konseptual cütlüyü kainatın xüsusi dərin
qatlarına işarə vurur
137
. Yəni, hər bir yaratıqda real (aktual ) olaraq
təzahür olunanla gizli (aktuallaşmaya qabil) olan arasında dinamik
qarşılıqlı təsir reallaşır. Həm Foma üçün, həm də Aristotel üçün kainat
aktuallığın və potensiallığın müxtəlif səviyyələrinə görə iyerarxik olaraq
idarə olunur, Tanrının xalis aktuallığından (onun bütün potensiallıqları
aktuallaşmışdır) başlayaraq və ilkin materiyada (materia prima) başa
çataraq. İlkin materiya hər hansı bir aktuallaşma olmadan xalis
potensiallıqdır.
136
Foma burada da, bir çox başqa yerlərdə olduğu kimi Aristotelin arxasınca
gedir. Kateqoriyaların həmçinin Kant tərəfindən müzakirəsi ilə müqayisə
edin. (Fəsil 18).
137
Abortun sanki bir Adam öldürmə olaraq Roma-katolik anlamı ilə müqayisə
edin. Döl potensial olaraq insandır. Mövcud döl insani varlıq olmanın
potensiallığını özündə daşıyır. Bu mənada o, insani varlıqdır. Beləliklə, o,
insanla eyni dəyərə və insan hüquqlarına malikdir. (Buna etiraz etmək olardı
ki, onda meyit də potensial olaraq insandır. Bu etirazların əleyhinə
aristotelçi-tomist, mümkündür ki, aşağıdakı arqumenti irəli sürsün. Hər bir
yaratıq onun mahiyyətini müəyyənləşdirən məqsədə malikdir. İnsani varlıqlar
üçün döl də daxil olmaqla məqsəd - insan olmaqdır, meyit olmaq deyildir. Hər
bir kəsin öləcəyi və meyitə çevriləcəyi insani mahiyyət barədə məsələyə aid
deyildir. Oxşar arqumentlər, şübhəsiz ki, Bibliya ruhunda verilmiş
arqumentlər olmayıb, Aristotel ruhunda verilmiş arqumentlərdir.