Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə147/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   143   144   145   146   147   148   149   150   ...   402

 

311 


rasionalistlər  (Dekart  başda  olmaqla)  və  empiriklər  (Lokk  başda 

olmaqla) mərkəzə yerləşdirəcəklər. 

Biliyin tomist anlamı o mənada "realistik" hesab edilə bilər ki, 

o,  skeptisizmdən  fərqli  olaraq  qəbul  edir  ki,  insanlar  dünya haqqında 

bilik  əldə  edə  bilərlər  və  biz  biliyi  hissi  qavrayışlar  və  sonradan 

qavrayışlarımızın üzərində düşünmək yolu ilə əldə edirik. (Bu anlam 

Platonun  nöqteyi-nəzəri  ilə  əksdir.  Platon  ideyaların  köməyi  ilə 

müstəqil  idraki  yolun  mövcudluğunu  vurğulayırdı.  O,  həmçinin 

Kantın  nöqteyi-nəzəri  ilə  əksdir.  Kant  təsdiq  edirdi  ki,  dərk  edən 

subyekt  xarici  dünyanın  hissi  qavrayışına  formalar  verir.  Foma  o 

nöqteyi-nəzəri  müdafiə  edir  ki,  bilik,  ona  uyğun  olaraq,  hissi 

qavrayışlardan  başlanır.  İntellektdə  elə  bir  şey  mövcud  deyildir  ki, 

əvvəlcə hissi qavrayışlarda olmamış olsun. 

Hissi  qavrayış  ayrıca,  konkret  hadisələrlə  bağlıdır.  İnsan 

hisslərlə  qavranılan  hadisələr  haqqında  təəssüratları  onun  köməyi  ilə 

alır.  İnsan  obyekti  "yaratmır".  Hissi  təəssüratlardan  çıxış  edərək, 

intellektin  köməyi  ilə,  biz  qavranılan  hadisələrin  ümumi  cizgilərini 

dərk edə və onlar haqqında anlayışları formulə edə bilərik. 

Burada 

biz 


universaliyalar 

barədə 


mübahisənin  əsas 

problemləri  ilə  bir  daha  rastlaşırıq,  Foma  bu  mübahisədə  mötədil 

realizm  mövqeyində  dayanır.  Amma  qeyd  etmək  lazımdır  ki,  onun 

mövqeyi nominalizmə yaxınlaşan mövqe kimi şərh oluna bilər. Əgər 

yalnız idrakın ayrıca şeylərin hissi qavrayışından başladığı deyil, həm 

də  ayrı-ayrı  şeylər  (paptikulyariyaların)  ontoloji  olaraq  vacib  olduğu, 

anlayışların  (universaliyaların)  isə  ayrıca  şeylərin  yalnız  insani 

abstraksiyaları kimi çıxış etməsi təsdiq edilsə, onda biz nominalizmə 

gəlib  çıxmış  olarıq.  Fomadan  sonrakı  yetkin  sxolastikada,  məsələn 

Okkamda məhz belə bir anlam yaranır. 

Amma belə güman etmək daha əsaslandırılmış olardı ki, Foma 

mötədil  realizm  mövqeyində  dururdu.  Doğrudur  ki,  idrak  ayrıca 

şeylərin  hissi  qavrayışından  başlanır.  Amma  buradan  belə  bir  nəticə 

çıxarmaq  lazım  deyildir  ki,  bilavasitə  hissi  qavrayış  anlayışların 

intellektual  idrakından,  necə  deyərlər,  daha  yüksək  statusa  malikdir. 

İdrak  bütövlükdə  ayrıca  şeylərin  hissi  qavrayışı  ilə  başlanır,  amma 

bizim  ondan  çıxardığımız  ümumi  anlayışlar  heç  də  mütləq  olaraq 

insan 


tərəfindən 

törədilən  xalis  abstraksiyalar  kimi  başa 

düşülməməlidir. Anlayışların hissi qavrayış əsasında məlum olduğuna 

baxmayaraq,  onlar,  demək  olar, müstəqil  ontoloji  statusa  malikdirlər. 

Başqa  cür  deyilsə,  təsdiq  etmək  olar  ki,  onlar  obyektlərdə 

mövcuddurlar  və  biz  təfəkkürün  köməyi  ilə  yalnız  obyektlərdə  artıq 

mövcud  olan  anlayışları  dərk  edirik.  Zaman  nöqteyi-nəzərindən  gec 

(post rem) dərk olunma ontoloji və  ya epistemoloji olaraq daha aşağı 




 

312 


səviyyədə  olmaq  demək  deyildir.  Universaliyalar  obyektlərdə 

müstəqil olaraq mövcuddur. Universaliyaları dərk edərək, biz reallığın 

bazis cizgilərini dərk etmiş oluruq. 

Fomaya  görə,  Tanrı  həm  ayrı-ayrı  şeyləri  (partikulyariyaları), 

həm  də  partikulyariyalara  daxil  olan  formaları  və  ya  anlayışları 

(universaliyaları) yaratmışdır. Hissi qavrayış və təfəkkür insanın Tanrı 

tərəfindən  ona  verilmiş  idraki  qabiliyyətləridir.  Həm  şeylər,  həm  də 

anlayışlar  Tanrıda  ümumi  mənşəyə  malikdirlər.  Beləliklə, 

partikulyariyaların  və  universaliyaların  müəyyən  bərabərləşdirici 

koordinasiyasını 

nəzərdə 

tutan 


mötədil 

realizm 


həm 

partikulyariyaların,  həm  də  universaliyaların  yaradıcısı  olan  Tanrı 

ideyası ilə xristian teoloji əsasa malik olmuş olur. 

Buradan  belə  bir  nəticə  çıxır  ki,  Tanrı  bizim  idrakımızın  və 

xarici  dünyanın  müəyyən  qaydada  uyğunluğunu  təmin  edir.  Bizim 

hissi  orqanlar  elə  yaradılmışdır  ki,  biz  ətrafımızdakı,  hisslərlə 

qavranılan  dünyanı  dərk  edə  bilirik.  Bizim rasional  qabiliyyətlərimiz 

isə  elə  yaradılmışdır  ki,  biz  bizim  ətrafımızdakı,  hisslərlə  qavranılan 

dünyadakı  ümumi  formaları  dərk  etmək  iqtidarındayıq.  Tanrı  bir 

Yaradıcı olaraq etibarlı biliyin özünəməxsus qarantıdır. (Tanrı burada 

bir rasional və xeyirxah Tanrı olaraq, "zülmkar ruhdan" fərqli qaydada 

başa  düşülür,  "zülmkar  ruh"  isə  ya  bizi  aldadır,  ya  da  irrasional  bir 

formada  fəaliyyət  göstərir.  Tanrının  belə  qarant  olması  barədə 

Dekartın nöqteyi-nəzəri ilə müqayisə edin.). 

Bütün  insani  biliyin  ayrıca  şeylərin  hissi  qavrayışı  əsasında 

qurulması barədə müddəa elmin tomist anlamının aydınlaşdırılmasına 

kömək  edir.  Ayrıca  şeylər  təfəkkürün  köməyi  ilə  bizim  fərqləndirə 

biləcəyimiz  iki  aspektə,  yəni  formaya  və  materiyaya  malikdir. 

Materiya  hərəkətin  və  dəyişikliyin  şərtidir.  Bundan  da  daha  çox 

deyilsə,  materiya  ayrı-ayrı  şeyləri  fərqləndirir,  yəni  şeylər  üçün  eyni 

formaya  malik  olmanı  və  bu  zaman  eyni  olmamasını  mümkün  edir. 

Bu,  onun  sayəsində  baş  verir  ki,  hər  bir  şeyin  materiyası  başqa  bir 

şeyin materiyasının tuta bilmədiyi müəyyən məkanda yer tutur. 

Biz şey haqqında nəyisə dərk etdiyimiz zaman, onun formasını 

dərk  etmiş  oluruq.  Forma  odur  ki,  şeyi  dərk  olunan  edir.  Forma  şeyi 

necəsə  səciyyələndirməyə,  onun  necə  olduğunu  (dəyirmi  və  ya  oval 

formalı  olduğunu,  yaşıl  və  ya  sarı  olduğunu  və  i.a.)  deməyə  imkan 

verir. 


Fomaya  görə,  xarici,  maddi  şeylər  barədə  bilik  o  zaman  əldə 

edilir  ki,  o  zaman  biz  öz  diqqətimizi  onların  müəyyən  aspektlərinə 

yönəldirik, digər aspektləri isə diqqətdən kənarda saxlayırıq. Bilik onu 

nəzərdə  tutur  ki,  biz  nədənsə  abstraksiya  edirik.  Müxtəlif  elmlər 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə