Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə146/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   142   143   144   145   146   147   148   149   ...   402

 

309 


            Səbəblər 

Aktuallıqlar  və  potensiallıqlar  haqqında  və  deməli,  dəyişiklik 

haqqında  təlim  dörd  səbəb  və  ya  dörd  prinsip  haqqında  təlimlə 

bağlıdır (yenə də, Aristoteldə olduğu kimi!). Materiya odur ki, yaratıq 

ondan  düzəldilmişdir.  Forma  odur  ki,  materiyanı  səciyyələndirir. 

Hərəkət  səbəbi  materiyanı  xarici  təsir  yolu  ilə  (kauzal  olaraq) 

formalaşdırır. Məqsəd bu prosesə istiqamət verir. 

            Forma və materiya 

Ayrıca yaratıq (ens) potensiallıq və aktuallıq arasında gərginlik 

vəziyyətindədir.  Dəyişiklik  potensiallıq  və  aktuallıq  arasında 

əlaqələndirici  ola  bilər,  onların  da  əsasını  dörd  "səbəb"  təşkil  edir. 

Nəticədə, biz həmçinin forma və materiya arasında fərqə malik olmuş 

oluruq.  Bu,  Aristoteldə  olduğu  kimi  bütün  yaratığın  aşağıdan  aliyə 

doğru,  xalis  potensiallıqdan  xalis  aktuallığa  doğru,  formasız  xalis 

materiyadan  materiyasız  xalis  formaya  doğru  istiqamətdə  iyerarxik 

nizamını təmin edir. Bu nizam bütün yaradışı aktuallaşdıran formaya 

əsaslanmışdır - cansız şeylər, bitkilər, heyvanlar, insanlar və mələklər. 

Xalis  aktuallıq  (actus  purus)  malik  olduğu  bütün  potensiallığı 

təcəssüm etdirir, və deməli, dəyişdirilə bilməz. Elə buna görə də, xalis 

aktuallıq  əbədi  olaraq  eyni  vəziyyətdə  qalır.  Kainatın  belə  bir 

mənzərəsi Foma üçün Tanrının mövcud olması barədə xəbər verir. O, 

göstərir ki, Tanrının mövcudluğuna inanmaq məntiqidir, amma o, bizə 

Tanrının öz Mahiyyətində necə olduğunu dərk etmək imkanını vermir. 

Bütün  bunlar  təsəvvürlər  Aristotelə  yaxındır.  Amma  onlar 

dünyanın  iyerarxik  mənzərəsi  ilə  düşünən  neoplatonizmlə  də  aşkar 

paralelləri  üzə  çıxarır.  Burada  ilkin  mənbə  qaranlığa  və  yoxluğa 

tədricən  axıb  tökülən  varlığı  şüalandırır.  Amma  əgər  Aristotel  və 

Foma,  müəyyən  mənada,  aşağıdan  başlayırlarsa  və  addım--addım 

yuxarıya  yüksəlirlərsə,  neoplatoniklər  İlkin  Mənbədən  (Tanrı, 

ideyalar)  başlayırlar  və  aşağı  enirlər.  Birincilər  ali  prinsipləri 

qavranılan  hadisələr  nöqteyi-nəzərindən  işıqlandırmağa  səy  edir. 

İkincilər  isə  hissi  hadisələri  yüksək  prinsiplər  nöqteyi-nəzərindən 

işıqlandırmağa çalışırlar. 

Bu,  fəlsəfənin  (neo)platonçu  və  Aristotelçi  tiplərinin  əsas 

fərqini  dəqiq  göstərir.  O,  universaliyaların  müxtəlif  şərhlərində  də 

ifadə olunur. Radikal konseptual realizm (platonizm) belə bir təsəvvür 

üçün  açıqdır  ki,  fikir  bütün  şeylərin  ümumi  xarakteristikalarının 

anlayışlarının  köməyi  ilə  bu  xarakteristikalar  barədə  düşüncələr  yolu 

ilə  kainatın  mahiyyətinə  sürətlə  nüfuz  edə  bilər.  Mötədil  konseptual 

realizm  (aristotelizm)  isə  ayrıca  hadisələrdəki  formalardan  daha 

ümumi olan xarakteristikalara əhəmiyyətli dərəcədə ehtiyatla keçir. 



           Ruh və bədən 


 

310 


İyerarxik dünyaanlamı o deməkdir ki, cansız yaratıqlar (daşlar, 

torpaq,  hava  və  i.a.)  ən  aşağıda  yer  alırlar.  Onlar  anadangəlmə 

aktivlikdən,  üzvi  vəhdətdən  məhrumdurlar.  Onlar  passivdir  və  yalnız 

xarici məcburiyyətin təsiri altında dəyişirlər (hərəkətverici səbəb). 

Bitkilər  cansız  yaratıqlardan  yüksəkdədir,  çünki  özünəməxsus 

aktivliyə  və  üzvi  struktura  malikdirlər.  Onlar  özləri  öz  hərəkətverici 

qüvvələrinin köməyi ilə dəyişə bilərlər (son səbəb). 

Heyvanlar  bitkilərdə  olduğundan  daha  çox  daxili  aktivlik  və 

üzvilik  dərəcəsinə  malikdirlər,  heyvanlar  elə  bunun  nəticəsində  də 

aktiv olaraq öz məqsədlərinə can ata bilərlər (məsələn, dovşanın tülkü 

tərəfindən ovlanması buna misal ola bilər). 

İnsanların  şəxsi  fəaliyyəti  azaddır,  orqanizmləri  isə  ən  çox 

inkişaf etmişdir. Onlar öz qarşılarına azad və müstəqil olaraq məqsəd 

qoymaq  və  ona  nail  olmaq  üçün  aktiv  olaraq  fəaliyyət  göstərmək 

iqtidarındadırlar. 

Fomaya  görə,  insanlar  yüksək  maddi  yaratıqlara  aiddirlər. 

İnsani varlıq eyni zamanda həm bədəndir, həm də ruh. Burada bədənin 

neoplatonist anlamı ilə kontrast göz qabağındadır, belə ki, neoplatonist 

anlama  görə  bədən,  həqiqi  insani  mahiyyət  olan  ruhun  "qeyri-real" 

qabığıdır. Buradan belə bir nəticə çıxır ki, cismani məhəbbət (nikahda 

uşaq doğurma məqsədinə xidmət etdikdə) Foma üçün müsbət statusa 

malikdir  (Avqustinin  əksinə  olaraq).  Qeyd  edək  ki,  cismani  şəhvətə 

qarşı  bu  müsbət  münasibət  bədənin  və  ruhun  Dekartda  müşahidə 

etdiyimiz radikal qarşı qoyulması ilə əksdir. 

Tomizm həmçinin  təsdiq  edir  ki, ruh  vahiddir  və  bölünməzdir 

və  buna  görə  də,  bədənin  ölümündən  sonra  da  yox  olmur.  Ruh 

ölməzdir. Son nəticədə, o, bədəndən asılı deyildir. 

Fomaya görə, insani ruhun (psixe) iki başlıca funksiyası - idrak 

və  iradədir.  İradə  idrakın  arxasınca  gedən  aktivləşdirici  qüvvə  kimi 

başa  düşülür.  İdrak  nəyin  fəzilət  olduğunu,  deməli,  nəyin  məqsəd 

olduğunu  dərk  edir,  sonra  isə  ona  nail  olmaq  üçün  iradə  fəaliyyətə 

başlayır.  İdrak  ilkindir,  iradə  isə  nəyin  məqsəd  olaraq 

müəyyənləşdirilməsindən  asılı  olan  impuls  kimi  başa  düşülür. 

Beləliklə,  tomizm  insanın  və  onun  davranışının  anlaşılmasında 

intellektualizm  adlanan  mövqeni  ifadə  edir.  Zəka  iradədən 

yüksəkdədir.  (Əks  mövqe  -  volyuntarizm  -  təsdiq  edir  ki,  iradə 

zəkadan yüksəkdədir). 

 

Epistemologiya 

 

İdrak 


nəzəriyyəsi, 

epistemologiya 

tomizmin 

ümumi 


fəlsəfəsinin tərkib hissəsidir. Epistemologiyanı sonradan, Yeni dövrdə 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə