Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə154/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   150   151   152   153   154   155   156   157   ...   402
    Bu səhifədəki naviqasiya:
  • Lüter

 

325 


intellektual səylərin mərkəzi müəyyən mənada fəlsəfədən təcrübi elmə 

keçir. Biz 7-ci Fəsildə bu keçidə bir daha qayıdarıq. 

Vəhy  (Bibliya)  xristian həqiqətlərinin  yeganə mənbəyi  olduğu 

üçün  kilsə  iyerarxiyanın  başında  duran  papanın  özünü  mütləq 

hökmdar  kimi  aparmasına  bəraət  qazandırmaq  çətindir.  Müqəddəs 

yazını və xristian dinini başa düşmək qabiliyyətinə yalnız teoloji təhsil 

alanlar  malik  deyillər.  Okkam  belə  bir  tezisin  əleyhdarıdır  ki,  dini 

məsələlərdə  papa  həlledici  sözə  malikdir.  O,  papanın  hakimiyyətinə 

nəzarət  və  bu hakimiyyəti  tənqid  edə  bilən  ümumi  kilsə  yığıncağının 

çağırılmasında təkid edir. Bu halda Okkam başa düşür ki, yığıncaqlar 

da səhv edə bilərlər. Buna baxmayaraq o, XVI-XVII əsrlərdə Fransada 

adətən baş verdiyi kimi skeptik mövqedə dayanmır. O, güman edir ki, 

nümayəndəli  yığıncaqlar  tərəfindən  mövhumatdan  azad  bir  şəkildə 

edilən  tənqid  Həqiqətə  aparıb  çıxara  bilər.  Okkam  Həqiqətin 

vahidliyinə qətiyyən şübhə ilə yanaşmır. 

 

Lüter – 



volyuntarizm və nominalizm:  

yalnız inam 

 

XVI  əsrdə  Roma-katolik  kilsəsi  rəsmi  olaraq  iki  hissəyə 



bölündü.  Reformatorlar  öncə  kilsəni  yalnız  yenidən  qurmaq 

istəyirdilər.  Amma  onların  teoloji  qeyri-ortodoksallığı  və  papadan 

müstəqil olan siyasi vəziyyətləri inqilaba gətirib çıxardı, bu inqilab da 

fərdin  inamı  və  xilası  barədə  ənənəvi  kilsə  təsəvvürlərini  tərsinə 

çevirdi. Teoloji  olaraq  Martin  Lüter  (1483-1546)  Bibliyanı  və  fərdin 

inamını  müdafiə  etmiş,  ənənələrin  və  papanın  əleyhinə  isə  çıxış 

etmişdir. 

Bu, o demək idi ki, fərd Tanrı ilə ənənələrin və ya kilsənin və 

ya  hər  hansı  bir  vasitəçinin  köməyi  olmadan  birbaşa  ünsiyyət 

vəziyyətində qaldı. Bu halda reformator hərəkatı xilasın ənənəvi kilsə-

mərasim anlamına  münasibətdə  tənqidi  mövqe  tutdu.  Radikal puritan 

sektaları  xilasın  bütün  "magik  vasitələrini"  bir  xurafat  olaraq  inkar 

etmişlər. 

Nəticədə, 

Reformasiya 

magiyanın 

dünyadan 

kənarlaşdırılmasına  gətirib  çıxaran  dini-tarixi  prosesdə  öz  rolunu 

oynadı  (Veberdə  "dünyanın  tilsiminin  açılması"  anlayışına 

(Entzauberung der Welt) nəzər salın, Fəsil 27). 

Lüter  teoloji  məsələlərdə  əsasən  yeni  yol  ilə  (via  moderna) 

gedirdi,  yəni  Uilyam  Okkamın  nominalizmini  dəstəkləyirdi.  Bu, 

praktikada  zəkalı  və  düzgün  qurulmuş  kosmos  barədə  orta əsr  fəlsəfi 

ideyasına  (ordo  tomists  ideyası)  qarşı  müəyyən  tənqidi  münasibətə 

gətirib  çıxardı.  Bizim  tomist  ənənədə  tapdığımız  Aristotelsayağı 



 

326 


antropologiya  cizgilərini  Lüterdə  aşkar  etmək  çətindir.  Lüter 

Avqustinə gedib çıxan və sonradan Hobbs, Nitşe və Freyd  tərəfindən 

inkişaf etdirilən pessimistik antropologiyanı dəstəkləyirdi. 

Okkam kimi Lüter də inamı zəkadan yüksəkdə hesab edir. Din 

məsələləri  ilə  bağlı  insanın  bilməli  olduğu  hər  bir  şey  Müqəddəs 

yazıdadır.  Xristianlar  nəyə  inanmalı  olduqlarını  bilmək  üçün  kilsə 

atalarına, kilsə  yığıncaqlarına  və  ya  papaya  müraciət  etməli  deyillər. 

Lüter  Bibliyanın  alleqorik  və  ya  fəlsəfi  şərhinə  də  həmçinin  şübhə 

ifadə  edir.  Nəticədə,  o,  Bibliyanın  şərhində  özünə  məxsus  olan 

müqəddimələri  sezmir  (Lüterin  "Yazı  yeganə avtoritet  kimi"  tezisinə 

nəzər  salın).  Bizim həqiqətən  də  bilməli  olduğumuz  yeganə  şey  odur 

ki,  Tanrı  özünü  insanlar  qarşısında  göstərdi  və  insanlar  Tanrı 

mərhəmətini  passiv  bir  şəkildə  ala  bilərlər. İnam Tanrı  ilə birbaşa  və 

vasitəsiz  əlaqəni  təmin  edir.  Lüter  üçün  insanlara  bəraət 

qazandırılmasının  yeganə  vasitəsi  yalnız  inamdır  (sola  fide):  "Hər 

şeydən öncə, nəyin deyildiyini xatırlayın, yəni ki, heç bir iş olmadan 

yalnız  inam  bəraət  qazandırır,  azad  edir  və  xilas  edir  "

142


.  Digər 

tərəfdən,  Lüter  təsdiq  edir  ki,  inamın  idarə  etdiyi  zəka  teologiyanın 

xidmətçisi  (zəka  post  fidem)  ola  bilər.  Lakin  o  zaman  ki,  zəka 

inamdan  asılı  olmayaraq  inam  məsələlərində  özünü  bir  hakim  hesab 

edir,  onda  o,  iblisin  alətinə  (zəka  ante  fidem)  çevrilir.  Bu  yanılma 

bağışlanılmazdır.  Ondan  imtina  etmək  gərəkdir, zəka  fəlsəfi nöqteyi-

nəzərdən yalan və absurd görünəni qəbul etməyə məcbur edilməlidir. 

Deməli, zəka bizə bizim əməllərimiz üçün etik oriyentirləri göstərmək 

iqtidarında  deyildir.  Lüter  fideizminin  bu  əks  tərəfi  asanlıqla 

irrasionalizm formasını ala bilər. 

Lüter  teologiyası  həmçinin  maraqlı  volyuntarist  çalara 

(volyuntarizm - lat. voluntas - iradə) da malikdir. Düzgün və fəzilətli 

olan  heç  də  ona  görə  düzgün  və  fəzilətli  hesab  edilmir  ki,  Tanrı 

müəyyən  əxlaqi  normalarla  bağlıdır,  ona  görə  düzgün  və  fəzilətli 

hesab  edilir  ki,  Tanrı  onların  belə  olmasını  arzulamışdır.  Tanrı  xeyir 

və  şər,  düzgün  və  qeyri-düzgün  arasında  fərqləndirici  xətti  apardığı 

zaman, bu, onun suveren iradi aktı ("Böyüklük iradəsi") idi. Prinsipcə, 

o,  bunu  başqa  cür  edə  də  bilərdi  (Tanrının  "qüdrətlilik"  ideyası  ilə 

müqayisə edin). O, Tanrıdır, və Lüterə görə, heç kəs onun iradəsi üçün 

qaydaları və ya ölçünü müəyyənləşdirə bilməz. Əksinə, Tanrının azad 

iradəsi  hər  bir  şey  üçün  qaydadır.  Onun  arzuladığı  ona  görə  düzgün 

deyildir  ki,  o,  belə  arzulamalıdır.  Əksinə,  bu,  ona  görədir  ki,  o,  baş 

verənin  düzgün  olmasını  arzu  edir.  "Əgər  bu  ruh  azaddırsa,  onda  o, 

                                                



142

 М.  Лютер.  Свобода  христианина.  Перевод  В.  Комарова.  -  В  кн.  :  М. 

Лютер. Избранные сочинения. - СПб, 1994. - С. 28.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə