Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə157/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   153   154   155   156   157   158   159   160   ...   402

 

331 


edərək  ritorikamı  öyrənirdilər.  "Qaranlıq"  əsrlərdə  həmçinin  Qriqori 

Turslu (Gregory of Tours, təqribən, 538-594), Beda Möhtərəm (Bede 

the  Venerable,  təqribən,  673-735),  İsidor  Sevilleli (Isidore of  Seville, 

təqribən,  560-636)  kimi  maarifçi  alimlər  də  fəaliyyət  göstərirdilər. 

Azad  sənətlər  arasında  birinci  yerə  trivium  çıxdı.  İlkin  Orta  əsrlərdə 

kvadriumdan olan fənlərə xüsusi əhəmiyyət verməzdilər. Antik elmin 

böyük  hissəsi  monaxlar  üçün  vacib  deyildi.  Antik  elm  Avropada 

yenidən  yalnız  o  zaman  aktual  oldu  ki,  təhsil  dövlətin  və  şəhər 

mədəniyyətinin  inkişafının  sosial  kontekstinə  qoyuldu.  Biz  bunun 

təzahürünü  Karolinq  İntibahının  (təxminən,  800)  nümunəsində 

görürük. Böyük Karlın (təxminən, 742-814) İmperiyası üçün qüdrətli 

krallıqları  bir  yerdə  saxlaya  biləcək  administrativ  struktur  çatışmırdı. 

Bu,  yeni  təhsil  sisteminə  zərurət  yaratdı.  Nəticədə,  monastırlar  və 

kafedral  məktəblər  təsis  olundu.  İlk  universitetlər  məhz  bu 

məktəblərdən pöhrələndi. 

İlk  universitetlər  müəyyən  mənada  XII  əsrin  sonlarının  sosial 

və  intellektual  yeniliyi  idi.  Bu  zaman  universitas  sözü  tələbə  və 

müəllim gildiyalarına aid idi. Universitetin rəsmi adı studium generate 

idi.  Yalnız  XV  əsrdə  o,  universitas  sözü  ilə  əvəz  olundu.  İlk 

universitetlər  bir  ümumi  cizgiyə  malik  idilər  -  onlar  şəhərlərdə 

yerləşirdilər.  Kənd monastır  məktəbləri  o  zamanın təhsil tələbatlarını 

təmin  etmək  iqtidarında  deyildi.  Elə  bir  orta  əsr  universiteti  mövcud 

deyildi  ki,  kənd  yerində  meydana  gəlmiş  olsun.  Yalnız  şəhərlər 

artmaqda  olan  tələbələr  ordusuna  sığınacaq  vermək  imkanına  malik 

idi. 

Artıq  ilk  universitetlərdə  biz  ixtisaslaşma  meyllərini  tapırıq. 



Həkimlik  sənəti  xüsusən  Salernoda  və  Monpelyedə  inkişaf  edirdi. 

Bolonya  hüquqşünaslığın  ilk  mərkəzi  oldu.  Şartrda,  Şimali  Alpda 

mövcud  olan  kafedral məktəb  azad  sənətlərin tədris mərkəzi  idi.  XII 

əsrin  sonunda  Paris  teoloji  axtarışların  vacib  mərkəzinə  çevrildi. 

Oksford universiteti özünün elmi tədqiqatları ilə tez məşhurlaşdı. 

Bu  elm  mərkəzləri  çox  sürətlə  beynəlxalq  statusa  və  prestijə 

nail  oldular.  Onlar  bütün  Avropadan  həkim,  hüquqşünas  və  teoloq 

təhsili alan tələbələri  qəbul  edirdilər.  Universitetlərin  uğuru  müəyyən 

mənada onların məzunlarının əldə etdikləri sosial üstünlüklə bağlı idi. 

Məsələn,  hüquqi  ixtisaslaşmaya  malik  olan  studium  generate-nin 

yaradılması  ictimai  sorğulara  cavab  verirdi,  çünki  o  zaman  həm 

dövlətdə,  həm  də  kilsədə  ixtisaslaşdırılmış  hüquqşünaslara  böyük 

ehtiyac var idi. 

İxtisaslaşma həmçinin  ona  gətirib  çıxardı  ki,  bir  çox  tələbələr 

öz təhsillərini başqa universitetlərdə davam etdirmək məcburiyyətində 

qaldılar.  Əgər  tələbə  yepiskop  olmaqdan  ötəri  Parisdə  oxuyurdusa, 




 

332 


onda  teologiyaya  əlavə  olaraq  hüquqi  və  kanoni  təhsilin  alınması  da 

tələb  olunurdu.  Bu  tələb  onu  Bolonyaya  gətirirdi.  Səyahətdə  olan 

tələbələr,  vaqantlar,  XII  əsrin  sonlarının  kolorit  xüsusiyyəti  idilər. 

Onlar  piyada  səyahətlərdə  aylarla  və  illərlə  davam  edən  çətin  həyat 

keçirirdilər. 

Universitetlər  şəhər  mühiti  içərisində  tez  bir  zamanda  mühüm 

mövqe  qazandılar.  Belə  ki,  təxminən  1200-cü  ildə  Paris  əhalisi 

təqribən 50 000 insandan ibarət idi, onun da onda biri tələbələr idilər. 

Belə  bir  böyük  qrup müəyyən  mənada həm ictimai narahatlığın, həm 

də ev sahiblərinin və tacirlərin gəlir mənbəyi idi. 

Tələbələrlə  əhalinin  qalan  hissəsi  arasındakı  münasibətlər  heç 

də  həmişə  hamar  deyildi.  Əgər  şahidlərə  inansaq,  zorakılıq  və 

dalaşmalar  gündəlik  hadisələr  idi.  Çoxillik  tələbə  çıxışlarından  və 

boykotlarından  sonra  1231-ci  ildə  verilən  papa  bullası  -  Parens 



scientiarum  (Paris  universitetinin  özünəməxsus  "Böyük  xartiyası")  – 

dönüş nöqtəsi  oldu.  O, universitetə  öz nizamnaməsini  və  qaydalarını 

və həmçinin tədris planlarını və imtahan tələblərini müəyyənləşdirmək 

hüququnu  verirdi.  Eyni  zamanda  imtahanların  verilməsi  barədə 

müxtəlif  universitetlərin  şəhadətnamələri  bir-biri  ilə  eyniləşdirilirdi. 

Son  nəticədə  universitet  korporasiya,  yəni  müəyyən  avtonomiyaya 

malik  olan müəssisə kimi tanındı.  O, həmçinin təhsilin məzmununun 

və  formalarının  müstəqil  seçim  hüququna  malik  idi.  Beləliklə, 

universitetlər tədricən  kilsə ilə  və dövlətlə  qarşılıqlı münasibətlərində 

akademik  azadlıq  əldə  etdilər.  Onlar  öz  imtiyazlarına  və  daxili 

avtonomiyaya  malik  idilər.  Bundan  sonra  universitetlərin  daxilində 

tədrisin mühüm differensiasiyası baş verdi. 

Artıq XIII əsrdə universitet dörd fakültəyə – teologiya, hüquq, 

təbabət  və  yeddi  azad  sənətin  (trivium  və  kvadrium)  tədris  olunduğu 

sənətlər  (artes)  fakültələrinə  -  bölündü.  İlk  üç  fakültə  "ali"  hesab 

olunurdu.  Sənətlər  fakültəsi  hazırlıq  və  ümumtəhsil  xarakterli  idi. 

Oxumağı arzu edən hər bir kəs sənətlər fakültəsindən başlamalı idi. O, 

bu  fakültədə  bir  neçə  il  oxumalı  idi  ki,  sonradan  başqa  fakültələrdə 

məşğul  olmaq  üçün  hazır  olsun.  Belə  uzun  hazırlıq  mərhələsi 

həddindən artıq görünə bilər. Lakin unutmaq lazım deyildir ki, orta əsr 

tələbəsi  təhsilə  14-15  yaşlarından  başlayır  və  onun,  görünür  ki, 

müəyyən ümumi təhsilə ehtiyacı vardır! 

Fakültələrə  belə  bölgü  göstərir  ki,  orta  əsr  universitetinin 

daxilində  riyaziyyat  və  təbii-elmi  fənlər  üçün  yer  tapmaq  çətindir. 

Görünür  ki,  xüsusən  kvadrivium  fənlərinə  etinasızlıq  nümayiş 

etdirilirdi. 

XIII əsrin tədris planlarında riyaziyyat, həndəsə və astronomiya 

kimi akademik fənlər az yer tuturdu. Bununla belə, bilmək lazımdır ki, 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə