Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə160/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   156   157   158   159   160   161   162   163   ...   402

 

337 


Quranla  qarşı-qarşıya  gələrsə,  o  geri  çəkilməlidir.  Məlumdur  ki, 

həmin dövrdə oxşar mübahisələr xristian aləmində də baş verirdi. 



İbn  Rüşd  və  ya  Averroes  Əl  Qəzəlinin  çağırışını  qəbul  etdi. 

Averroes  Qərbdə əksər hallarda  ərəb  mütəfəkkirlərinin ən görkəmlisi 

kimi nəzərdən keçirilir. İbn Rüşd Kordovada anadan olmuş və o dövrə 

görə  əsaslı  elmi  təhsil  almışdı.  Bir  vaxt  o,  Sevilya  və  Kordovada 

hakim  olmuş  və  öz  dünyəvi  karyerasını  Mərakeş  xəlifəsinin  şəxsi 

həkimi  kimi  başa  vurmuşdur.  İbn  Rüşd  Avropada  əsasən  Platon  və 

Aristotelin  əsərlərinə  yazdığı  şərhləri  ilə  məşhurdur.  O,  Foma 

Akvinalıya  əhəmiyyətli  təsir  göstərmişdir,  XVII  əsrə  qədər  isə 

averroizm  termini  ümumilikdə  qərb  sxolastikasını  ifadə  edir.  Əl 

Qəzəlinin əksinə  olaraq,  İbn  Rüşd  iddia  edirdi  ki,  fəlsəfi nəticələr  və 

Quranın  sözü  arasında heç  bir ziddiyyət  ola  bilməz. ”Belə  ki,  bu  din 

həqiqidir  və  biliyə  aparan  tədqiqatı  həvəsləndirir,  biz  müsəlmanlar 

bilirik  ki,  ağılın  köməyi  ilə  olan  tədqiqat  Quranın  öyrətdiyinə  zidd 

olan  nəticəyə  aparmır.  Çünki,  həqiqət  həqiqətə  zidd  deyil,  ancaq 

onunla harmonik vəhdətdədir və onun barəsində şahidlik edir”

148


Onda  aşkar  ziddiyyətləri  necə  izah  etmək  olar?  Burada  İbn 

Rüşd  Qərb  fəlsəfəsində  də  əsas  rol  oynayan  şərh  (təfsir)  prinsipini 

daxil  edir.  O,  cavab  verir  ki,  Quranda  heç  də  hər  şey  hərfi  mənada 

başa düşülməməlidir. Əgər Quran surələrinin izahı zəka həqiqətlərinə 

zidd  görünərsə,  onda  surələr  məcazi  və  ya  alleqorik  şərh 

edilməlidirlər.  İbn  Sina,  Əl  Qəzəli  və  İbn  Rüşdün  arasındakı 

mübahisələrin  yığcam  təsvirindən  görünür  ki,  ”fundamentalizm 

problemi”  yalnız  bizim  dövrün  problemi  deyildir.  Bu  qədim  problem 

İslamda olduğu kimi, xristian fəlsəfəsində də kifayət qədər məşhurdur. 

Ərəb  alimləri  təhsilin  bir  çox  sahələrinə  əhəmiyyətdi  töhfə 

vermişlər.  Bu  münasibətdə  unikal  yeri  İbn  Əl  Haysən  və  ya  İbn  Əl 



Həzən  tutur  (İbn  Al  Haitham  və  ya  Al  Hazen,  965-1039).  Onun 

optikaya dair əsas əsəri “Optikanın Xəzinəsi” (Kitah Al Manazir və ya 

Optice  the  saurus  Al  Hazeni)  bir  çox  məsələlərdə  elmdə  sıçrayış  idi. 

İbn  Əl  Həzən  linza,  kürəşəkilli  və  parabolik  güzgülərin 

öyrənilməsində  böyük  nailiyyət  qazanmışdır.  Bundan  başqa,  o,  optik 

hadisələrə eksperimental yanaşmanın görkəmli nümayəndəsi idi və öz 

dövrünə  görə  gözün  quruluşu  və  fəaliyyətinin  dəqiq  təhlilini  verə 

bilmişdi.  Aristotelə  zidd  olaraq,  o  israr  edirdi  ki,  işıq  şüası  gözdən 

deyil,  müşahidə  olunan  obyektdən  gəlir.  Bu  gün  İbn  Əl  Həzən  ərəb 

dünyasının görkəmli fiziki kimi tanınır. O, Qərb elminə, həmçinin də 

Rocer Bekona, Keplerə və Nyutona böyük təsir göstərmişdir. 

                                                



148

 Bax.  N.  Siraisi.  Avicenna  in  Renaissance  Italy:  The  Canon  and  Medical 

Teaching in Italian Universities after 1500. –Princeton, 1987.  


 

338 


Ərəblər astronomiyada  da əhəmiyyətli  dərəcədə  irəlilədilər.  O 

cümlədən, nəzəriyyələr və müşahidələr arasında olan təzadı həll etmək 

üçün  onlar  müxtəlif  riyazi  modellər  hazırladılar.  İranda,  Marağa 

rəsədxanasında  İbn  Əl  Şatir  (Meragha  İbn  Al  Shatir,  vf.  1375) 

Ptolemey sisteminə düzəlişlər etdi və onu elə inkişaf etdirdi ki, o, daha 

sonralar Kopernik sisteminə əsasən riyazi ekvivalent oldu. Bir sıra elm 

tarixçiləri qeyd  edirlər  ki,  Kopernikə  qədər  mövcud  olan  astronomik 

modellər  içərisində  ərəb  modelləri  o  dövrdə  Qərbdə  mövcud  olan 

modellərdən daha mükəmməl idilər. Lakin İbn Əl Şatirin Kopernik və 

başqa 


Qərb 

astronomlarına 

təsir 

göstərməsi 



hələ 

tam 


aydınlaşdırılmamışdır. 

Demək  olar  ki,  elmi  tədqiqatların  bütün  sahələrində  - 

astronomiyada,  riyaziyyatda,  tibbdə  və  optikada  ərəb  alimləri  aparıcı 

mövqedə dururdular. Altı əsrdən daha çox müddətdə ərəblər texniki və 

elmi  yöndən  Qərbi  ötüb  keçirdilər.  Sual  yaranır, nəyə  görə ərəb  elmi 

müasir  elmin  qaynağı  olmadı?  Nəyə  görə  XVI-XVII  əsrlər  elmi 

inqilabı  ərəb  islam  dünyasında  deyil,  Avropada  baş  vermişdir?  XIV 

əsrdən  sonra ərəb  elminin  tənəzzülünü nə ilə  izah  etmək  olar?  Nəyə 

görə  ərəb  fəlsəfəsi  və  elminin  inkişafı  dayandı?  Burada  bu  suallara 

qəti cavab vermək imkansız görünür, elə buna görə də, onların yalnız 

bəzi cəhətlərini göstərək. 

İlk  baxışdan  belə  görünə  bilər  ki,  XIV  əsrdə  baş  verən 

durğunluğun  və  tənəzzülün  əsas  səbəblərindən  biri  ərəblərin  yunan 

elmini  “islamlaşdırmaq”  cəhdi  idi.  İstisnasiz  olaraq  demək  olar  ki, 

yuxarıda qeyd edilən bütün ərəb filosofları özlərinin həyat vasitələrini 

həkim,  hüquqşünas  və  dövlət  xadimləri  olmaqla  əldə  edirdilər. 

Baxmayaraq  ki,  onlar  hamısı  müsəlman  idilər,  ancaq  onlar  öz 

fəaliyyətlərinin  bünövrəsini  yunan  fəlsəfəsi  və  elmi  üzərində 

qururdular  və  onun  problem  və  nəticələrini  “islamlaşdırma”ğa  cəhd 

göstərmirdilər.  Bununla  barışırdılar,  ancaq  elə  həmin  vaxtda  da  bu 

alimlər dini dairələrin tənqid obyektinə çevrilirdilər. XII-XIII əsrlərdə 

islam  elmi  tərəfindən  təzyiq  xüsusən  artırdı.  ”Əcnəbi”  adlandırılan 

elmlər  yalnız  o  vaxt  dəstəyə  güvənə  bilərdilər  ki,  onlar  dini  olaraq 

əsaslandırılıblar  və  ya  belə  deyək  ki,  müəyyən  bir  dini  funksiyanı 

yerinə  yetirirlər  (astronomiya,  həndəsə,  hesab  bu  elmlər  arasında  idi, 

çünki,  namaz  qılmaq  üçün  müsəlmanlar  dəqiq  vaxtı  və  Məkkəyə 

istiqaməti  bilməli  idilər).  Ancaq  bir  çox  başqa  elm  sahələri  dini 

nöqteyi-nəzərdən  “lazımsız”  və  ya  dünyanın  Quranda  göstərilən 

mənzərəsini pozduqlarına görə tənqidə məruz qalırdılar. 

Ola bilsin ki, başqa bir böyük problem də ərəb mədəniyyətində 

elmin  institusional  əsaslarının  olmamasıdır.  Əsas  ərəb  təhsil  mərkəzi 

mədrəsə idi. XI əsrdə çiçəklənməyə başlayan mədrəsələr islamın əsas 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə