323
davam edən siyasi təlimləri nəzərdən keçirəcəyik. Bunu etməzdən
öncə isə XIV-XV yüzilliklərin ideologiyalarının əsas cizgilərini təsvir
edək.
XIV əsrdə ideoloji konfliktin mərkəzinə kralın və təbəələrin,
həmçinin də papanın və katoliklərin qarşılıqlı münasibətləri barədə
məsələ çıxdı. Kral (papa) mütləq hakimiyyətə malik olmalıdırmı
yoxsa hakimiyyət ənənəvi nümayəndəli assambleyaların əlində olmalı
və qədim, köhnə qanunlara uyğun olaraq fəaliyyət göstərməlidir.
Marsili Padualı (Marsilius of Padua, 1275/1280-1343)
Aristotelin mövqeyində dayanan antipapist idi. Onun bir çox fikirləri
(Sülhün müdafiəçisi - Defensor pacis, 1324 - əsəri) Reformasiyanın və
protestantizmin ideyaları ilə səsləşirdi.
İoann (Jan) Parisli (John of Paris və ya Jean Quidort, 1255-
1306) və Marsili Foma Akvinalı kimi belə hesab edirdilər ki, cəmiyyət
o mənada özlüyündə kafi ola biləndir ki, onu teoloji və ya metafizik
əsaslandırılma olmadan da idarə etmək olar. Əgər Foma üçün inamın
və zəkanın, müqəddəs olanın və dünyəvi olanın harmoniyası mövcud
idisə, özlüyündə kafi ola bilən cəmiyyət isə ilahi mənşəyə malik idisə,
onda Marsili İoann Parislidən daha əminliklə sübut edirdi ki, cəmiyyət
kilsədən asılı deyildir.
Marsilidə siyasətin və dinin, dövlətin və kilsənin radikal
bölgüsü inamın və zəkanın nominalistik anlamı ilə bağlıdır. Marsili
xristian və rasionalistik başlanğıcların tomist harmoniyasını təkzib
edir, inamın və zəkanın həqiqətlərinin radikal uyğunsuzluğunu isə
təsdiq edirdi. Zəka (həm də cəmiyyət) öz sahələrində özlüyündə kafi
ola biləndir. İnam Vəhyə (məsələn, İncildə ifadə olunan) əsaslanır və
siyasətə deyil, axirət dünyasına aiddir.
Marsili dini (xristianlığı) təkzib etmir. Ateizm əsasən XVIII əsr
fransız ixtirasıdır! Amma, Marsili dini o dərəcədə "interiorlaşdırır" ki,
o, siyasi deyil, fövqəlrasional və əsasən o dünyaya aid olan, şəxsi olan
bir şeyə çevrilir. Din hər bir kəsin "şəxsi" məsələsinə çevrilir, kilsə isə
onun təlimində könüllü, qeyri-siyasi təşkilat xarakterini alır
141
.
Marsiliyə görə, ictimai fəaliyyətin bütün növləri dövlətin
nəzarəti altında olmalıdır, ruhanilər isə, bir sosial qrup olaraq, dövlət
tərəfindən icazə veriləndən daha çox heç bir hüquqlara və imtiyazlara
141
Marsilinin mövqeyi belədir. Amma, kilsə onun zəmanəsində, məlum olduğu
kimi könüllü siyasətdən kənar təşkilat deyildi. Reformasiyanın baş verdiyi
ölkələrdə Roma-katolik kilsəsinin geri çəkilməsindən sonra yaranan siyasi
vakuumu əsasən knyazlar doldurdular. Qayda belə oldu ki, təbəələr knyazın
dəstəklədiyi inama qoşulmalıdırlar (cuius regio, euis religio). Din seçimi daha
"şəxsi" olmadı.
324
malik
olmamalıdırlar. Xüsusi kilsə hüququ(kanonik hüquq)
olmamalıdır, ruhanilər, məsələn elə papa da cəmiyyət tərəfindən
"təyin olunmalı və azad edilməlidir". Dini sferada heç bir dini həqiqət
yoxdur ki, onu anlamaq çətin olmuş olsun və onu şərh etmək üçün
yalnız xüsusi olaraq hazırlanmış yüksək ixtisaslı insanlar və zəka
lazım gəlsin. İnam və zəka ayrıdır. Bibliya yalnız dini biliyin
mənbəyidir. Elə buna görə də, papanın sözlərinə başqa xristianların
sözlərindən daha çox əhəmiyyət vermək üçün heç bir əsas yoxdur.
Bunun təsiri ilə məhz kilsə yığıncağı, Marsiliyə uyğun olaraq, dini
məsələlər üzrə qərar qəbul etməlidir.
Marsilinin təfəkküründə həm sekulyarizasiyaya doğru, həm də
sonrakı protestantizmə doğru meyl müşahidə olunur. Sekulyarizasiya
meyli onda ifadə olunur ki, birinci yerə dini və etik məqsədlər əvəzinə
insanın "təbii", bioloji başlanğıcı və onun ictimai olaraq faydalı olan
funksiyaları qoyulur. Protestantizm meyli ondadır ki, Marsili, inamı
və zəkanı bir-birindən kəskin bir şəkildə ayıraraq, dini nəsə xüsusi
olan bir şey kimi müəyyənləşdirir. Bu sərhədi qərarlaşdıraraq, o, eyni
zamanda (bir "volyuntarist" kimi) iradəyə rasionallıqdan daha çox
əhəmiyyət verir. Marsili də ilk reformatorlar kimi ümumi xristian
inamının vahidliyindən çıxış edir.
Uilyam Okkam (1285-1349) fransiskans monarxı idi. O, bir
siyasətçi olaraq orta əsr konstitusionalizmin papa "mütləqiyyətindən"
konservativ müdafiəçisi idi. Bir filosof olaraq isə, o, nominalist və
volyuntarist idi. O ki qaldı ideyaların inkişaf tarixinə, Okkam Martin
Lüterin və protestantizmin sələfi oldu.
Foma konseptual realist idi. Anlayışlar və prinsiplər onun üçün
təbiətdə mövcuddurlar. Bu anlayışlar və prinsiplər üzərində
düşünərək, biz məsələn dünyanın mənşəyi barədə (Tanrı haqqında bir
Yaradan olaraq) real biliyi əldə edə bilərik. Okkam isə konseptual
nominalist idi. Şüur xaricində (ekstramental olaraq) mövcud olan
yalnız hislərlə qavranılan şeydir (fiziki partikulyariyadır). Anlayışlar
yalnız bizim şüurumuzda mental olaraq, ayrıca fenomenlər (mental
partikulyariyalar) olaraq mövcuddurlar. Biz ayrıca – qavranıla bilən
və mental - şeylər (partikulyariyalar) barədə düşünmək üçün öz
dərrakəmizdən istifadə edə bilərik. Elə buna görə də, universaliyalar
barədə düşüncələrə istinad edən teoloji spekulyasiyalar üçün heç bir
əsas mövcud deyildir. Teologiya və insanın Tanrıya münasibəti, ilk
növbədə, Bibliyanın öyrənilməsinə və Müqəddəs yazıya inama istinad
edir. Beləliklə, nominalizm zəkanın və inamın müəyyən dərəcədə
fərqləndirilməsinə və həmçinin metafizikadan və spekulyativ
teologiyadan müəyyən imtinaya aparıb çıxarır. Bu, o deməkdir ki,