327
bizim istədiyimiz yerdə deyil, özünün istədiyi yerdə dolaşır"
143
. Biz
Tanrının iradəsinə qayda və norma qoya bilmərik. Belə etdikdə, biz
sanki Yaradanın əlavə bir yaradıcısını daxil edirik və bununla da ona
qarşı etinasızlıq nümayiş etdirmiş oluruq (bu volyuntarizmin Qrotsi
tərəfindən tənqidinə nəzər salın, Fəsil 8).
Lüterin
fikirlərin
nümunəsində
həmçinin
Okkamın
nominalizmi ilə etik-teoloji volyuntarizm arasındakı daxili əlaqəni də
görmək olar. Nominalist nöqteyi-nəzərdən, Lüter etiraz edə bilərdi ki,
Tanrının da tabe olmalı olduğu etik prinsiplər mövcuddur. Öz
növbəsində, volyuntarizm xristian etikasını Tanrının desizionist
iradəsi (desizionizm – nəyinsə ümumi normalar əsasında deyil, azad
qərar, həll əsasında müəyyənləşdirilməsi) ilə bağlayır. Beləliklə, Tanrı
heç nə ilə bağlı olmayan mütləq Qüdrət kimi başa düşülür. Biz
arqumentasiyanın bu üsulu ilə yeni siyasi şəraitdə də rastlaşırıq.
Ondan Hobbs mütləq monarxiyanın legitimləşdirilməsi üçün istifadə
etmişdir (bu, çətin təsadüf hesab edilə bilsin ki, Hobbs dünyəvi
hökmdara "fani Tanrı" kimi baxmışdır, onun siyasi fəlsəfəsində isə
mərkəzi yeri desizionizm və volyuntarizm tuturdu. Müəyyən mənada
demək olar ki, Lüter üçün həm dünya, həm də əxlaqi normalar
təsadüfidir. Məntiqi nöqteyi-nəzərdən, onlar indi olduqlarından başqa
cür də ola bilərdilər.
Lüterin siyasi təfəkkürü mənəvi və dünyəvi hakimiyyətin
qarşılıqlı münasibətləri ətrafında dolaşır (Gelasinin iki hakimiyyət
haqqında təlimi ilə müqayisə edin). Lüter formal olaraq onu
əsaslandırır ki, bu, bizim günlərdə kilsənin və dövlətin funksiyaların
bölgüsü kimi məlumdur. Praktikada kilsə özünün dövlətə təsirinin
müəyyən bir hissəsini itirir. Lüter üçün söhbət Tanrı tərəfindən
müəyyənləşdirilən, amma müxtəlif funksiyalara malik olan iki
məmləkət və ya iki idarəetmə sistemi barədə gedir. Dünyəvi idarəetmə
cəmiyyətdə hüququn və nizamın qorunub saxlanılması üçün olan
institutdur. Bu idarəetmə qılıncdan istifadə edir. ("Qılınc dövləti
qırmızı və qanlı olmalıdır"). Mənəvi idarəetmə sözdən istifadə edir və
həm təbəələrin, həm də hökmdarların vicdanına müraciət edir.
Dünyəvi idarəetmə haqqında təlim Lüterin pessimistik
antropologiyası ilə bağlıdır. İnsan əslində vəhşi və amansız heyvandır,
onu zəncirin köməyi ilə yüyənləmək gərəkdir
144
. Cəmiyyət dünyəvi
idarəetmə olmadan xaos və hamının hamıya qarşı müharibəsi
143
М. Лютер. О рабстве воли. Перевод Ю. Каган. - В кн. : М. Лцтер.
Избранные сочинения. - СПб, 1994. - С. 187.
144
М. Лютер. О светской власти. Перевод Ю. Голубкина. - В кн. : М.
Лютер. Избранные сочинения. - СПб, 1994. - С. 136.
328
vəziyyətində olardı (nəzər salın. Hobbs, Fəsil 9). Belə ki, bizim
hamımız günahlı və zalımıq, onda Tanrı bizi qanunun və qılıncın
köməyi ilə yüyənləyir, bunun nəticəsində isə şəri açıq əməllərə
çevirmək bizim üçün o qədər də asan olmur. Lüterin nöqteyi-
nəzərindən, insanlar Aristotel və Foma Akvinalı üçün olduqları kimi
"ictimai və siyasi heyvan" deyillər. Yunan antropologiyasının və ordo
(iyerarxik nizam) ideyasının orta əsr sintezi aşkar bir şəkildə dağıldı.
İki idarəetmə haqqında Lüter təlimi insanın daxili və xarici
həyatının (daxili və xarici insanın) vacib bir şəkildə fərqləndirilməsinə
aparır. Dünyəvi idarəetmə xarici əməllərlə məhdudlaşır. O, həyati,
mülki və dünyəvi işləri tənzimləyir. O, insanın daxili həyatı(insanın
daxili) üçün heç bir qanun verə bilməz. Burada yalnız bir Tanrı idarə
edir. Beləliklə,ınsanın daxili dünyəvi hakimiyyət sferasına məxsus
deyildir. Belə ki, Lüter təsdiq edir ki, bidətin kökü qılıncla
kəsilməməlidir. Onunla Tanrı Sözü döyüşməlidir. "Bidət - mənəvi
əməldir; onu nə heç bir dəmirlə kəsmək, nə heç bir odda yandırmaq,
nə heç bir suda batırmaq olmaz. Bunun üçün yalnız Tanrı sözü
gərəkdir ki, o da, bunu edəcəkdir"
145
. Prinsipcə, burada söhbət daxili
mövqe və xarici əməllər arasında vacib hüquqi fərqləndirmə barədə
gedir (burada həmçinin əxlaq və qanun arasındakı fərqlərin konturları
da görünür). Dünyəvi idarəetmə daxili fikirlərə görə deyil, yalnız
xarici əməllərə görə cəzalandıra bilər. Bu ideyanın praktik nəticələri
onun irəli sürülməsindən bir çox müddət keçdikdən sonra aşkar
olundu.
Dünyəvi idarəetmə Tanrı tərəfindən müəyyənləşdirildiyi üçün
dövlətin əleyhinə üsyan qaldırmaq eyni zamanda Tanrının əleyhinə
üsyan qaldırmaqdır. Üsyançı Tanrının düşməni olur. Buna görə də,
Lüter belə hesab edir ki, dövlət qılınca əl atdığı zaman "Tanrıya
xidmət etmiş olur". Lüter knyazlarla mübarizə aparan kəndlilərin
əleyhinə kəskin surətdə çıxış edir (Almaniyada Kəndli Müharibəsi,
1524-1525-ci illər). "Bu həyasızlara yumruqla elə cavab vermək
lazımdır ki, onların burunlarından qan açılsın"
146
. Lüter dövlətin
145
Там же. - С. 152.
146
M. Luther. "Ein Sendbrief von dem harten Buchlein wieder die Bauern" -
In Werke. Hrsg. von K. Aland. Bd. 7. - Stuttgart, 1962. Bu məktubun üslubu
xüsusi öyrənilməyə layiqdir. "Kəndlilər heç bir öyüdü qavramaq istəmədikləri
kimi, heç bir söz də eşitmək istəmirlər. Elə buna görə də, onların qulaqlarını
güllələrin köməyi ilə elə təmizləmək gərəkdir ki, onların başları parça-parça
olsun... Tanrı sözünü eşitməyi istəməyən, baltasını yuxarıya qaldıran cəlladı
eşitməlidir" (S. 204). "Sözü eşitməyən tərs, ruhsuz və kor kəndli mərhəmət
gözləməməlidir. Onlardan hər biri qudurğan it kimi məhv edilməli, kəsilməli,
öldürülməli və izlənilməlidir" (S. 212).