Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə148/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   144   145   146   147   148   149   150   151   ...   402

 

313 


(naturfəlsəfə,  riyaziyyat  və  metafizika)  belə  mücərrədləşmənin 

müxtəlif pillələrinin köməyi ilə yaranır. 

Naturfəlsəfə  maddi  şeyləri, məsələn,  ağacları,  atları  və  stolları 

öyrənir.  Biz  onlarda  onların  formasını  və  ya  mahiyyətini  öyrənirik, 

yəni, onlarda o şeyi öyrənirik ki, o, onları ağac, at və ya stol edir, biz 

onlarda  o  şeyi  öyrənmirik  ki,  o,  onları  ayrıca  ağac,  ayrıca  at  və  ya 

ayrıca  stol  edir.  Başqa  sözlə,  biz  onu  axtarırıq  ki,  bu,  onları 

differensiasiya edir, yəni biz materiyadan o ölçüdə mücərrədləşirik ki, 

o,  bu  ölçü  daxilində  differensiasiya  edir.  Amma  biz  materiyadan  o 

ölçüdə  mücərrədləşmirik  ki,  o,  şeyi  bu  ölçü  daxilində  hissi  olaraq 

qavranılan  edir.  Elə  buna  görə  də,  naturfəlsəfə  hissi  şeylərin  necə 

olduqlarını 

məhz 

onlara 


münasibətdə 

öyrənməyə 

çalışır. 

Naturfəlsəfədə  biz  materiyadan  hissi  qavrayışı  mümkün  edən  amil 

olaraq deyil, fərqləndirmə prinsipi olaraq mücərrədləşirik. Biz şeylərin 

mahiyyətini  o  aspektdə  axtarmırıq  ki,  bu  aspektdə  onlar  ayrıca  və 

müxtəlifdirlər.  Biz  şeylərin  mahiyyətini  o  aspektdə  axtarırıq  ki,  bu 

aspektdə şeylər hissi olaraq qavranılandır. 

Riyaziyyatda  biz  materiyadan  həm  differensiasiya  edici  amil 

kimi,  həm  də  hissi  qavrayışı  mümkün  edən  amil  kimi 

mücərrədləşəcəyik.  Riyaziyyatçı  şeyləri  yalnız  onların  çoxluğu, 

miqdarı  və  ölçüsü  baxımından  öyrənir.  Bu  halda  o,  bu  atın 

differensiasiya  edici  amilindən  və  onu  qavranılan  şeyə  çevirən 

aspektlərdən mücərrədləşir. Riyaziyyatçını bu tərəflər maraqlandırmır. 

O, yalnız xalis kəmiyyət çoxluqları və münasibətləri ilə məşğuldur. 

Metafizikada  biz  abstraksiyanın  üçüncü  və  ən  ifrat  dərəcəsini 

tapırıq.  Biz  burada  da  həmçinin  sadə,  hislərlə  qavranılan  şeylərdən 

başlayırıq.  Amma  burada  biz  yalnız  fərdiləşdirən  və  hislərlə 

qavranılan  aspektlərdən  deyil,  həm  də  kəmiyyət  atributlarından 

mücərrədləşirik. Metafizika üçün şeyin esse-si, onun varlığı, onun nə 

olması,  bundan  başqa,  esse  ilə  bağlı  olan  əsas  formalar,  yəni, 

kateqoriyalar maraq kəsb edir. 

Fomaya  görə, nəzəri  elmin  üç  tipi  - naturfəlsəfə, riyaziyyat və 

metafizika  –  belə  yaranır.  Bu  elmlərin  obyektləri hisslərlə qavranılan 

ayrıca  şeylərdən  mücərrədləşmənin  köməyi  ilə  formalaşır.  Deməli, 

nəzəri  elmlər  müstəqil  olaraq  mövcud  olan  yaratıqlar  və  ya  ideyalar 

şəklindəki obyektlərə malik deyillər. Nəzəri elmlərin obyektləri maddi 

şeylərdə mövcuddur. 

Beləliklə,  tomist  epistemologiya  və  elmlər  barədə  təlim 

Fomanın hissi qavrayışa oriyentasiyası ilə və onun mötədil konseptual 

realizmi  ilə  (universaliyalar  barədə  mübahisədə  bir  mövqe  olaraq) 

bağlıdır. 

 



 

314 


Antropologiya və əxlaqi fəlsəfə 

 

Tomist  antropologiya  və  əxlaqi  fəlsəfə,  ontologiyaya  və 



epistemologiyaya  oxşar  olaraq,  aristotelizmin  güclü  təsiri  altındadır. 

Neoplatonist ənənənin (məsələn, Avqustinin) əksinə olaraq Foma belə 

güman  etmişdir  ki,  dünyəvi  və  ictimai  həyat  da  həmçinin,  bədən  və 

onun funksiyaları kimi təbii və prinsipial pozitiv əhəmiyyətə malikdir. 

Teoloji  olaraq  bu,  o  deməkdir  ki,  onlar  Tanrının  yaratdıqları  olaraq 

nəzərdən  keçirilirlər.  Foma  belə  hesab  edir  ki,  insanlar  xristian 

Vəhyindən  və  inamdan  asılı  olmayaraq  yaratıqların  mühüm 

aspektlərini  dərk  edə  bilərlər.  Eləcə  də  o,  belə  hesab  edir  ki,  qeyri-

xristianlar  da  cəmiyyətdə  fəzilətli  həyat  sürə  bilərlər  və  insan 

həyatının  etik  normaları  barədə  vacib  bilikləri  əldə  edə  bilərlər.  Axı 

Varlıq  Tanrı  tərəfindən  yaradılmışdır  və  insanlar  Məsihə  qədər  də 

idraki qabiliyyətə malik idilər. 

İnsanlar  onlara  xas  olan  təbii  işığa  (lumen  naturale) 

malikdirlər.  Bundan  da  daha  çox  deyilsə,  onlar  hətta  Məsih  sözünü 

tanımadan  və  xristian  təlimini  bilmədən  də  zəkalı  və  sosial  həyatı 

yaşamaq qabiliyyətindədirlər. 

Foma  Avqustinin  insana  münasibətdə  volyuntarist  və 

pessimistik nöqteyi-nəzərini bölüşmür

138



Onun mövqeyini daha təfsilatı ilə nəzərdən keçirək. 



Belə  ki,  Foma  əhəmiyyətli  dərəcədə  Aristotelə  əsaslanır  və 

buna  görə  də,  onun  insan  və  həyat  tərzi  barədə  təliminin  bir  çox 

mühüm  aspektləri  sadəcə  olaraq  xristian  və  ya  bibliya 

komponentlərini  özünə  ehtiva  etməyən  fəlsəfi  nəzəriyyədir.  Dünyəvi 

müdrikliyin və xristian inamın bu nisbi ikiləşməsi diqqətdən yayınma 

deyildir, əksinə olaraq, fəlsəfənin və dinin, dünyəvi biliyin və xristian 

inamının münasibətlərinin tomist anlamını formalaşdırır. 

Tomist  əxlaqi  fəlsəfədə  əsas  olan  odur  ki,  insan  müxtəlif 

üsullarla  reallaşdırıla  bilən  qabiliyyətlərə  (potensiallıqlara)  malikdir. 

O  əməllər  nəcabətli  hesab  edilə  bilər  ki,  onlar  spesifik  insani 

                                                

138

 Əgər  insan  "təbii  işığa/zəkaya"  (lumen  naturale)  malikdirsə,  onda 

insanların  özləri,  (bizim  necə  yaşamalı  olduğumuz  barədə  Tanrı  biliyinə 

unikal çıxışı  olan  xristianlardan heç bir təlimat  almadan) əxlaqi həyatı necə 

yaşamaq  lazım  gəldiyi  və  öz  cəmiyyətlərini  necə  təşkil  etməli  olduqlarını 

müəyyənləşdirmək  qabiliyyətinə  malikdirlər.  İnsanlar  Məsihin  sözləri  və 

əməlləri ilə yetişən Tanrı sözünü bilib-bilmədiklərindən asılı olmayaraq nəyin 

əxlaqi olaraq (və metafizik olaraq) düzgün olduğunu bilə bilərlər. Əgər buna 

əlavə olunsa ki, insan öz təbiəti etibarı ilə sosialdır, onda biz həmçinin deyə 

bilərik ki, bizə,  insanlara əxlaqi tərzdə  yaşamaq  üçün heç  bir xristian  (və  ya 

kilsə) öyüdünə zərurət yoxdur.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə