Гуннар Скирбекк


Foma Akvinalı - harmoniya və sintez



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə144/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   140   141   142   143   144   145   146   147   ...   402

 

305 


Foma Akvinalı - harmoniya və sintez 

 

Çox  zaman  sxolastika  ("məktəbdə"  (yunanca  –  schole) 



öyrədilən  fəlsəfə)  adlandırılan  orta  əsr  fəlsəfəsini,  adətən,  üç  dövrə 

bölürlər: 

1)  ilkin  sxolastika,  400-1200  illəri  əhatə  edir.  Bu  dövr 

Avqustinlə və ona yaxın olan neoplatonizmlə bağlıdır. Onun görkəmli 

fiqurları  irland  monarxı  İoann  Skot  Eriugena  (Johannes  Scotus 

Eriugena,  IX  əsr),  Tanrı  mövcudluğunun  ontoloji  sübutu  adlanan 

arqumentasiyası  ilə  məşhurlaşan  Anselm  Kenterberili  (Anselm  of 

Canterbury, XI əsr) və həmçinin fəlsəfi məsələlərin sxolastik qoyuluş 

və  müzakirə  metodunun  incəldilməsinə  yardım  göstərmiş  skeptik  və 

azad təfəkkürlü fransız Petr Abelyar (Peter Abelard, XII əsr) idilər. 

2)  Yetkin  sxolastika  təqribən  1200  illərdən  XIV  əsrin  birinci 

onilliyinə  qədər  dövrü  əhatə  edir.  Bu  nəhəng  sistemlər  və  sintez 

dövrünün  görkəmli  nümayəndələri  Böyük  Albert  (Albertus  Magnus, 

təqribən, 1200-1280), onun şagirdi Foma Akvinalı və Fomanın başlıca 

opponenti İoann Duns Skot (John Duns Scotus, 1265/66-1308) idilər. 

3) Son dövr sxolastikası XIV əsrin başlanğıcından Renessansın 

çiçəklənməsinə qədərki dövrü əhatə edir. Onun görkəmli nümayəndəsi 

ingilis  Uilyam  Okkam  (William  of  Ockham,  təqribən,  1300-1349/50) 

idi.  O,  təsdiq  edirdi  ki,  inam  və  zəka  bir-birindən  əsaslı  dərəcədə 

fərqlənirlər və o, nominalizmi özünəməxsus bir şəkildə əsaslandıraraq 

zəkanın  istiqamətinin  empirik  yönümə  çevirdi.  Beləliklə,  onun  təlimi 

Yeni dövr fəlsəfəsinə keçidi ifadə etdi. 

Teoloji  nöqteyi-nəzərdən,  universaliyalar  problemi  inamın  və 

zəkanın münasibətləri barədə mübahisə formasını aldı. 

Xristian  nominalistləri  inamın  və  Vəhyin  xüsusi  əhəmiyyətini 

vurğulayır, onları zəka ilə dərk olunanlardan yüksəkdə hesab edirdilər 

(Tertulliandan  Lüterə  doğru  aparan  ənənəni  ilə  müqayisə  edin). 

Nominalistlərə  görə,  əgər zəka  Vəhyin Tanrı  sözü  və inamın  köməyi 

ilə bizə öyrətdiyini özü dərk edə bilsəydi, onda Tanrı mücəssəməsinin 

-  İsa  Məsihin  doğuluşu,  həyatı,  əzabları,  ölümü  və  dirilməsi  – 

əhəmiyyəti zəifləyərdi

134


                                                



134

 Xristian  nominalistlər  Tanrının  mövcudluğunun  və  mahiyyətinin  yalnız 

zəkanın  köməyi  ilə  dərk  olunmasını  qeyri-mümkün  hesab  edirdilər.  Elə  buna 

görə də, insan həqiqi xristian olmaqdan ötəri inanmalıdır. Yalnız İncilin Tanrı 

mücəssəməsi  barədə  Vəhyi,  yəni  Məsihin  bir  Tanrı-insan  olaraq  doğuluşu 

barədə  Müqəddəs  yazıda  (Əhdi-cədid)  deyilənlər  din  məsələlərində  bizə  yol 

göstərə  bilər.  Belə  nöqteyi-nəzərdən,  konseptual  realizm  bidət  çalarını  da 

özünə ehtiva edir, ona görə ki, o, belə hesab edir ki, insanın özü, öz zəkasının 


 

306 


Xristian realistləri  bu  məsələyə  başqa  cür  baxırdılar.  Məsələn, 

onlardan  neoplatonizmin  təsiri  altına  düşən  bəziləri  düşünürdülər  ki, 

insan  zəkanın  köməyi  ilə  Tanrıya  (İlk  mənbəyə)  yaxınlaşa  bilər. 

Amma  bu,  yalnız  o halda  mümkündür  ki,  bizim tərəfimizdən  istifadə 

olunan  anlayışlar  nəsə  real  olana  uyğun  gəlir,  yəni  universaliyalar 

"realistik" 

nöqteyi-nəzərə  uyğun  gələn  ontologiyanı  (varlıq 

nəzəriyyəsini və epistemologiyanı (idrak nəzəriyyəsini) nəzərdə tutur. 

Konseptual  realizm  nöqteyi-nəzərindən  ən  asan  anlaşıla  bilən 

xristian  həqiqətlərinə  aiddir:  ilkin  günah  barədə  müddəa  (insan  nəsli 

günaha batmış əcdadlarının günahlı təbiətinin əxz edirlər); evxaristiya 

(çörəyin  və  şərabın  Məsihin  bədəninə  və  qanına  çevrilməsi)  sirri 

barədə  müddəa;  Üç  üqnum  (Tanrının  üç  ipostaslığı  -  Ata,  Oğul  və 

Müqəddəs Ruh) doktrinası və Məsih tərəfindən bizim günahlarımızın 

yuyulması  barədə  təlim  (Məsih  Özünü  Qurban  Verməklə  adamların 

günahlarını yudu və bununla da xilası hər bir kəs üçün əlçatan etdi). 



 

Ontologiya 

 

Foma  inamın  və  zəkanın  xristian  Vəhyinin  və  yunan 



fəlsəfəsinin (aristotelizmin) harmonikləşdirilməsi formasında sintezinə 

çalışmışdır. Amma bu sintezə neoplatonizm də ona Avqustinin verdiyi 

formada  təsir  göstərmişdir.  Özü  də  Aristotelin  irsi  Fomaya  ərəb 

filosofları, xüsusən, Averroes (İbn Rüşt) vasitəsi ilə çatmışdır (baxın. 

Fəsil 6). 

   Esse, ümumiyyətlə,  varlıq kimi, ens isə ayrıca varlıq kimi 

Tomist  fəlsəfəsini  varlığın  fəlsəfəsi  kimi,  yəni  mövcud 

olma(yalnız  insanların  deyil,  həm  də  ümumiyyətlə  substansiyaların) 

fəlsəfəsi  kimi  xarakterizə  etmək  olar.  Fomada  aparıcı  yeri  "mövcud 

olmaq"  (lat.  Esse)  anlayışı  tutur

135


.  Geniş  mənada,  tomizm 

"ontologiyadır", varlıq haqqında təlimdir. 

Təfərrüatlara  varmadan  belə hesab  etmək  olar ki,  fundamental 

tomist  anlayış  olan  esse  Tanrıya  aiddir.  Fundamental  esse  bizim  öz 

                                                                                            

köməyi ilə xristian təliminin mühüm tərəflərini, o cümlədən, xoşbəxt həyat və 

Tanrıya  inam  həqiqətləri  barədə  düzgün  təsəvvür  kimi  etik  və  metafizik 

anlayışları dərk edə bilər. Başqa cür deyilsə, xristian Vəhyi realistlər üçün bir 

o  qədər  də  vacib  görünmür,  belə  ki,  insan  xoşbəxt  həyatı  etik  və  metafizik 

olaraq  elə  onsuz  da  yaşaya  bilər.  Bu  mənada  da  biz  nominalist  nöqteyi-

nəzərdən  deyirik  ki,  əgər  konseptual  realizm  düzgün  olsaydı,  onda  xristian 

vəhyi  daha  az  dərəcədə  zəruri  olmuş  olardı  (və  daha  az  əhəmiyyət  kəsb 

edərdi).  

135

 Müqayisə edin. İnter-es (inter-est), hərfi olaraq arası-varlıq.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə