Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə139/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   135   136   137   138   139   140   141   142   ...   402

 

294 


Beləliklə,  demək  olar  ki,  hakimiyyətin  dörd  mənbəyinin  bu 

qarşılıqlı  təsiri  də  həmçinin  xüsusi  funksiyanı  yerinə  yetirir.  Amma, 

biz onu təhlil edərək aşkar edərik ki, bu dörd amil bir-birinə müəyyən 

dərəcədə  məntiqi  olaraq  ziddir.  Belə  ki,  kral  eyni  zamanda  həm 

hakimiyyəti irsi olaraq qəbul edə və həm də seçilə bilməz. 

Nəzəri  olaraq  oxşar  siyasi  sistem  güclü  dövlət  assambleyası 

olan  konstitusiyalı  monarxiya  istiqamətində  (qanunun  və  seçkilərin 

rolunun  gücləndirilməsi,  vəliəhdliyin  və  Tanrı  mərhəmətinin 

əhəmiyyətinin  isə  zəiflədilməsi  ilə  də,  irsi  mütləq  monarxiya 

istiqamətində 

(vəlihədliyin 

və 

Tanrı  mərhəmətinin  rolunun 

gücləndirilməsi, qanunun və seçkilərin əhəmiyyətinin isə zəiflədilməsi 

ilə)  də  inkişaf  edə  bilərdi.  Tarixi  olaraq  öncə  mütləq  monarxiya 

qələbə çaldı (XVII əsr.). Lakin bir çox yerlərdə dövlət assambleyaları 

da  mühüm  rol  oynadı.  İngiltərədə  (Kromveldən  sonra)  hətta  ənənəvi 

orta əsr parlamentindən "müasir" parlamentə keçid də baş verdi. 

Beləliklə,  mütləqiyyətin  hökmranlığı  Orta  əsrlərin  deyil,  Yeni 

dövrün başlanğıcının (xüsusən on yeddindi yüzilliyin) xüsusiyyətidir. 

Qərbi  Avropada  Roma imperiyasından  sonra hökmranlıq  edən 

german  tayfaları  qanunu,  görünür  ki,  tayfanın  bir  atributu  kimi 

nəzərdən  keçirirdilər.  Qanun  yalnız  tayfa  üzvlərinə  tətbiq  olunurdu, 

arzuedilməz  insanlar  tayfadan  qovula  və  qanundan  kənar  qoyula 

bilərdilər.  Qanun  rolunda  Romada  olduğu  kimi  formula  edilmiş  və 

yazılı olaraq qeyd olunmuş prinsiplər deyil və ya mütləq monarxiyada 

olduğu kimi ayrıca insanın iradəsinin ifadəsi deyil, adətlər və ənənələr 

çıxış  edirdi.  Qanun tayfanın həyat tərzi  və  dünyagörüşü ilə  vəhdətdə 

idi.  O,  yaradılmamışdı,  kəşf  edilmişdi.  Kral  qanunu  yaratmırdı,  onu 

xalqa  çatdırır  və  tətbiq  edirdi.  Kral  və  dövlət  assambleyası  qanunu 

daxil  edirdilər,  bunun  əsasında  da  bütün  xüsusi  hallar  nəzərdən 

keçirilməli idi

131


                                                                                            



məhdudlaşdırılması məsələsinə toxunur (məsələn, müxalifətdə olmaq hüququ; 

mütləq itaət və mütləq monarxiya ilə bağlı vətəndaş itaətsizliyi barədə sonrakı 

debatlara nəzər salın).  

131

 Qanunların  german  tayfalarına  xas  olan  anlamı  onların  Roma  və 

mütləqiyyətçi anlamından daha çox, yunan anlamına bənzəyirdi. Bu anlamlar 

arasındakı  fərqlər,  hər  şeydən  əlavə,  uyğun  ictimai  sistemlər  arasındakı 

fərqlərlə  əlaqədardır.  Roma  imperiyası  bir  çox  xalqları  birləşdirən 

mərkəzləşdirilmiş  dövlət  qurumu  idi.  Qanun  aşkar  bir  tərzdə  formulə 

edilmişdi  və  hamı  üçün  qüvvəyə  malik  idi.  Mütləq  monarxiya  isə  milli 

dövlətlərdə  yarandı,  o  dövlətlərdə  ki,  onlarda  qısa  müddət  ərzində  mühüm 

dəyişikliklər  baş  vermişdi.  Burada  qanun  əhəmiyyətli  dərəcədə  hazır  şəkildə 

verilən bir şey kimi deyil, yaradılan bir şey kimi nəzərdən keçirilmişdir. Digər 

tərəfdən,  orta  əsr  cəmiyyəti  nisbətən  stabil  idi  və  qanunlar  ənənəvi  hüququ 


 

295 


Xristianlığın qəbul olunması ilə german tayfaları ümumi qanun 

barədə təsəvvürü ilahi qanunla uzlaşan təbii qanun haqqında təsəvvür 

olaraq  dərk  etdilər.  Orta  əsr  feodal  cəmiyyəti  insanın  hüquqi 

vəziyyətinin  iyerarxik  olaraq  nizama  salınmış  mənzərəsini  işləyib 

hazırladı,  bu  mənzərəyə  uyğun  olaraq  da  hər  bir  kəs  öz  yerini 

tutmuşdur:  kral,  zadəganlar  və  kəndlilər  öz  xüsusi  hüquqlarına  və 

vəzifələrinə  malik  idilər.  Qanunlar ilahidən  verilən iyerarxik nizamın 

ifadəsi  kimi  başa  düşülürdü.  Həm  cəmiyyət  və  həm  də  təbiət  əbədi 

hüquqi nizama tabedir. 

Ayrıca  dövlətlərin  daxilində  kilsənin  və  dövlətin  həm 

əməkdaşlığı, həm də rəqabəti özünə yer almışdı. Adətən daha təhsilli 

olan ruhanilər çox zaman dövləti xidmətə, məsələn kral dəftərxanasına 

cəlb edilirdilər. Bundan başqa kilsə institutları mülkiyyətə və torpağa 

malik  idilər,  hansıları  ki,  yeni  təyin  olunmuş  yepiskop  və  ya  abbat 

kraldan  mülkiyyət  qəbul  etməli  idi.  Len  mülkiyyəti  iqtisadi  olaraq 

vacib  idi.  Buna  əlavə  olaraq,  qeyd  edilməlidir  ki,  len  mülkiyyətini 

qəbul  edən  kəs  kralın  sərəncamına  döyüşçülər  göndərməyə  və  bir 

vassal olaraq kral şurasına daxil olmağa borclu idi. Kral, təbii ki, yeni 

yepiskopların təyin olunmasında iştirak etmək istəyirdi, kilsə isə kilsə 

xidmətçilərinin  özü tərəfindən  təyin  olunmasını arzulayırdı.  Aydındır 

ki,  bu  halda  yepiskopun  ruhani  və  dünyəvi  funksiyaları  haqqında 

mübahisə  yaranırdı.  O,  investitura  haqqında  mübahisə

132

 adını  aldı 



(təqribən  1050-ci  illərdən  başlayaraq).  Bu  mübahisənin  məzmunu 

ondan  ibarət  idi  ki,  yepiskopların  vəzifəyə  təyin  olunmasında  kral 

iştirak etməlidirmi. 

1073-cü  ildə  papa  VII  Qriqori  (Gregory  VII,  təqribən,  1020-

1085) yepiskopları təyin etməyi dünyəvi hakimiyyətə qadağan etdi. IV 

Henrix  (Henry  IV,  1050-1106)  bununla  razılaşmadı  və  papanı 

uzaqlaşdırmağa  səy  etdi.  Qriqori  Henrixi  kilsədən  kənarlaşdırdı  və 

vassalları imperatora sədaqət andı içməkdən azad etdi. 

Dünyəvi  və  mənəvi  hakimiyyətlər  arasındakı  mübahisə  açıq 

qarşıdurma  xarakterini  kəsb  etdi.  Bu  isə,  siyasi  debatların 

canlanmasına gətirib çıxardı, bu siyasi debatlar zamanı da hər bir tərəf 

Gelasinin təlimində özünə dəstək tapmağa səy etdi. 

                                                                                            

ifadə  edirdilər.  Burada  nə  Romada  olduğu  kimi  başqa  xalqlara  tətbiq 

olunmaq üçün formulə edilən ümumi prinsiplərə, nə də yeni qanunlara ehtiyac 

yox idi. Yalnız XII və XIII yüzilliklərdə yeni nöqteyi-nəzər yarandı: qanunlar 

qanunvericinin  iradəsinin  ifadəsidir,  artıq  qəbul  olunmuş  qanunlar  isə 

dəyişdirilə bilər (bəzi hallarda hətta dəyişdirilməlidir).  

132

 İnvestitura  barədə  mübahisə  (yepiskopların  təyin  olunması  barədə 

mübahisə. (Ceyhun, burada abzas düşüb  Və bunlar isnadda getməlidir! 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə