Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə136/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   132   133   134   135   136   137   138   139   ...   402

 

288 


dərk  etdiyinə  nail  olmaq  üçün  bir  qüvvə  kimi  başa  düşülür. 

Ümumiyyətlə 

yunanlar 

insanın 


intellektual 

konsepsiyasını 

bölüşürdülər  (zəka  iradə  üzərində  prioritetə  malikdir),  Avqustin  isə 

insanın  volyuntarist  konsepsiyasını  (iradə  zəka  üzərində  prioritetə 

malikdir) dəstəkləyir. 

Volyuntarist  konsepsiyaya  uyğun  olaraq  (və  adi  xristian 

təfəkkürü ilə harmoniya təşkil edərək) Avqustin hisslərin həlledici rol 

oynadığını təsdiq edir. O, belə hesab edir ki, bir çox hisslər etik olaraq 

əslində  daha  böyük  məna  kəsb  edir  və  insan  həyatında  bir  çox 

intellektualların  düşündüklərindən  daha  böyük  əhəmiyyətə  malikdir. 

Buna əsaslanaraq, o, stoik ehtirassızlıqla mübahisəyə girişir və təsdiq 

edir  ki,  yaxşı  insan  (xeyirxah  xristian)  məhəbbəti  və  mərhəməti, 

həyanı  və  peşmançılığı  hiss  etməlidir.  Xeyirxah  insan  Tanrıya  və 

insanlara qarşı yalnız dostcasına münasibəti ilə deyil, hər şeydən öncə, 

qızğın və səmimi məhəbbəti ilə doludur. 

İradənin  və  düzgün  əxlaqi  seçim  barədə  məsələnin  Avqustin 

anlamı  onun  insan  iradəsinin  azadlığı, təbii  günah  və  şər  probleminə 

fəlsəfi-teoloji nöqteyi-nəzəri ilə bağlıdır. 

Əvvəlcə Avqustin güman edir ki, o, insana tam iradə azadlığını 

şamil  edə  bilər.  İnsanın  əməlləri  fundamental  bir  şəkildə  onun  öz 

iradəsindən  asılıdır.  İnsanlar Tanrını axtarmağa  və  onun  sözünə əməl 

etməyə də çalışa bilərlər və onlar Tanrıdan könüllü olaraq üz döndərə, 

yəni  günah  da  edə  bilərlər.  Yalnız  azad  seçim  halında  günah  barədə 

danışmaq  mümkündür.  Şər,  beləliklə,  insanın  azad  iradəsinə,  ondan 

qeyri-düzgün istifadəyə gətirilib çıxarılır. (Buna əlavə olaraq Avqustin 

belə  hesab  edirdi  ki,  şərin  bəzi  növləri  "varlığın"  və  deməli, 

neoplatonist  mənada  "Tanrının"  tam  yoxluğunu  ifadə  edir).  Başqa 

sözlə,  insanlar  azaddırlar  və  şəri  də  yalnız  azad  bir  şəkildə  seçərək 

günahkar  olurlar.  Amma  insanlar  günahı  nə  üçün  azad  bir  şəkildə 

seçirlər?  Tanrı  adamları  nə  üçün  belə  yaratdı  ki,  onlar  öz  iradələri 

əsasında günah edə bilsinlər? 

Bundan  sonra  Avqustin  demək  olar  ki,  diametral  əks  nöqteyi-

nəzəri dəstəklədi. Yuxarıda xatırlanan mənada iradə azadlığı yalnız ilk 

insana, Adəmə şamil edilir. Adəm günah və günahdan özünü saxlama 

arasında  azad  seçimə  malik  idi.  Amma  o,  azad  bir  şəkildə  günahı 

seçdiyi  üçün,  insani  təbiət  öz  dərinliklərində  korlandı  və  bu,  bütün 

insanlara  aiddir.  Adəm  istisna  olmaqla  heç  bir  insan  günahdan  yan 

keçə  bilmir.  Seçim  və  azadlıq  daha  bir  mövcudluq  kimi  təqdim 

olunmur. 

Belə  ki,  bütün  insanlar  günah  etməlidirlər  və  həqiqətən  də 

edirlər, onda Avqustin güman edir ki, hər bir kəs əbədi lənətə layiqdir. 

Amma  Tanrı,  öz  mərhəməti  sayəsində,  müəyyən  azlığa  lənətdən  yan 




 

289 


keçmək  imkanını  verir.  Belə  ki,  hər  bir  kəs  günahlıdır,  onda  seçim 

onların xidmətləri və üstünlükləri əsasında deyil, sərbəst olaraq həyata 

keçirilir. Nə qədər ki, bizim hamımız öz mahiyyətimiz etibarı ilə eyni 

dərəcədə  günahlıyıq,  onda  bu  seçim  sərbəstdir.  Böyük  əksəriyyət 

lənətlənəcək,  sərbəst  olaraq  seçilən  azlıq  isə  əbədi  xoşbəxtliyə 

qovuşacaqdır. 

Sonra  Avqustin  təsdiq  edir  ki,  bu  proses  bütövlükdə  Tanrı 

tərəfindən  əvvəlcədən  müəyyənləşdirilmişdir. 

Bu,  Avqustinin 

müqəddərat  haqqında  təliminin  mahiyyətidir.  Baş  verən  hər  bir  şey 

Tanrı tərəfindən qabaqcadan müəyyənləşdirilmişdir. 

Bir  tərəfdən,  Tanrı  hər  bir  şeyi  qabaqcadan  bilir.  Digər 

tərəfdən,  insanlar  azad  olaraq  fəaliyyət  göstərirlər.  Bu,  ziddiyyət 

deyilmi?  Avqustin  deyir  ki,  Tanrı  azad  bir  şəkildə  həyata  keçirilən 

insani əməlləri  qabaqcadan  görür.  O, nəzərdə  tutur  ki, zamanın  sanki 

iki  sistemi  vardır.  İnsanlar  dünyəvi  zamanda  yaşayırlar.  Tanrı  isə, 

əksinə  olaraq,  bu zamandan kənardır,  belə  ki,  o,  onu  dünya ilə  birgə 

yaratmışdır.  Bu  nöqteyi-nəzərdən,  Tanrı  insani  əməli  qabaqcadan  o 

mənada  bilmir  ki,  o,  dünyaya  hesabat  sistemindəki  zamanın  əvvəlki 

anından  baxır  ki,  bu  əməlin  hansı  nəticəsi  olacaqdır.  Tanrı  insani 

əməli o mənada qabaqcadan bilir ki, o, dünyəvi zamandan kənardır və 

onunla  yanaşı  mövcuddur.  Elə  buna  görə  də,  Tanrı  insani  əməli 

qabaqcadan  görsə  də,  onu  qabaqcadan  müəyyənləşdirmir.  Eyni  ilə 

bizim  haqqımızda  da  demək  olmaz  ki,  biz  əvvəlki  əməlimizi 

xatırladığımız zaman onu müəyyənləşdiririk. Tanrı hər şeyi o mənada 

qabaqcadan  bilir  ,  baş  verən  hər  bir  şeyi  onun  sayəsində  görür  ki, 

Onun Özü dünyəvi zaman xaricindədir. Amma o, hər bir şeyi, elə biz 

keçmiş  hadisələri  xatırladığımız  zaman  olduğu  kimi,  az 

müəyyənləşdirir. 

Bunlar  kifayət  qədər  mürəkkəb  təsəvvürlərdir.  Bəziləri  güman 

edəcəklər  ki,  onlar  Avqustinin  başqa  bir  yerdə  iradə  azadlığı  barədə 

dediklərinə  ziddir.  Mümkündür  və  vurğulamaq  lazımdır  ki,  Avqustin 

bu  təsəvvürləri  maniçilər  ilə  teoloji  mübahisənin  gedişində  irəli 

sürmüşdür, bu mübahisə, görünür ki, başqa şəraitdə olduğundan daha 

uzağa  getmişdir.  Buna  baxmayaraq  bu  təsəvvürlər  günah  əleyhinə 

insanın  özünün  mübarizə  aparmasının  bihudəliyinin  Avqustin 

tərəfindən  şəxsən  dərk  edilməsi  ilə  bağlı  nəzərdən  keçirilə  bilər.  Bu 

mübarizədə bütün ümid Tanrının mərhəmətinə verilir. 

Xristian  mövqeyi  baxımından  nəzərdən  keçirilən  qismət 

ideyası  kifayət  qədər  problematik  görünməli  idi

127

.  Əgər  kimin  xilas 



                                                

127

 Onun Kalvin tərəfindən analizi ilə müqayisə edin.  

 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə