Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə138/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   134   135   136   137   138   139   140   141   ...   402

 

292 


Bu  feodal  sistemi  həm  güclü,  həm  də  zəif  imperiyaların 

mövcudluğunu  təmin  edə  bilərdi.  1000  illərdən  başlayaraq  ümumi 

tendensiya dövlətin  hakimiyyətinin  güclənməsi  ilə  ifadə  olunurdu.  Bu 

tendensiya isə bütövlüklə eynicinsli deyildi. Kralın vassallar üzərində 

hakimiyyəti  gah  güclənir,  gah  da  zəifləyirdi.  Amma  Orta  əsrlərin 

sonunda  kral,  bir  qayda  olaraq,  qələbə  qazanırdı.  Nəticədə, 

mərkəzləşmiş  dövlətlər  yarandı,  XVII  əsrdən  başlayaraq  bütün  leqal 

hakimiyyət artıq mütləq monarxa çevrilən kralın əlində toplandı. 

Kral  dövlət  hakimiyyətini  gücləndirmək  üçün  xidməti hökumət 

orqanlarını,  "administrasiyanı"  yaratdı.  Hökumət  məmurları,  dövləti 

aristokratiya  kralın  əlində  yalnız  passiv  "alətlər"  deyildi.  Dövləti 

aristokratiya  dövlətin  idarə  olunmasında  öz  iştirakının  təsiri 

nəticəsində müəyyən hakimiyyət əldə etmişdi. Nəticədə, kral və dövləti 

aristokratiyanın  münasibətlərində  gərginlik  yarandı.  Xüsusən  vergi 

məsələlərində  kral  öz  rəsmi  şəxsləri  tərəfindən  göstərilən  dəstəkdən 

müəyyən  ölçüdə  asılı idi.  Öz vəziyyətlərinin təsiri  ilə  onlar  son  Orta 

əsrlərdə  konstitusiya  assambleyalarının formalaşdırılması üçün  baza 

yaratdılar. Son nəticədə onların fəaliyyətində iri olmayan zadəganlar 

və orta siniflərin nümayəndələri də iştirak edirdilər. Eyni proseslər bir 

çox ölkələrdə və həmçinin kilsədə də baş verirdi. Dövlətin hakimiyyəti 

güclənirdi,  bu  da,  öz  növbəsində,  meydana  çıxan  parlamentlər,  silk 

assambleyaları  və  şuralar  tərəfindən  müəyyən  dərəcədə  nəzarət 

altında saxlanılırdı. 

Kralla dövlət aristokratiyası arasında gərginliklə dolu olan bu 

əməkdaşlıqda  kral  adətən  təxminən  1096-1291-ci  illərin  səlib 

yürüşləri zamanında meydana çıxan üçüncü silkin dəstəyini axtarırdı. 

Sonrakı  vaxtda  kral  və  üçüncü  silk  bir-birini  dəstəklədilər  və 

zadəganlığın əleyhinə  vahid  cəbhə  ilə  çıxış  etdilər.  Hətta  demək  olar 

ki, kral bilavasitə olmasa da, azad kapitalın yığımına dəstək verdi ki, 

bu da, kapitalizmin yaranmasının şərti idi. 

Artıq  qeyd  olunmuşdur  ki,  paralel  inkişafa  kilsə  də  məruz 

qalmışdı.  Burada  administrasiyanın  rolunun  güclənməsi  ilə  papa  və 

kilsə  yığıncağı  arasında  gərginliyin  artması  baş  vermişdi.  Orta 

əsrlərin sonunda papa yığıncaq üzərində qələbəyə nail oldu. 

Kralın  və  dövlət  aristokratiyasının  bu  gərgin  qarşılıqlı 

münasibətlərində  birinci,  mütləqiyyətin  ifadəçisi  kimi,  ikinci  isə 

konstitusionalizmin  ifadəçisi  kimi  çıxış  etmişdir.  Kral  mütləq 

monarxiyanı dəstəkləyirdi, Tanrının mərhəməti sayəsində verilən kral 

taxtı  burada  irsi  olaraq  verilirdi.  Amma  milli  aristokratiya  təsdiq 

edirdi ki, kral  qanuna  və ənənələrə əsaslanan  hüquqa  tabe olmalı və 

aristokratiya  tərəfindən  seçilməlidir.  (Üçüncü  silk  təqribən  XVII 

yüzilliyin sonuna kimi mütləqiyyəti əsasən dəstəklədi). 


 

293 


Orta əsrlərdə aşağıdakı dörd amil mühüm rol oynayırdı: 

BAX: Rusca kitabda səh. 206-ya 

Kral 

Qanun (ənənələrə əsaslanan hüquq) 

Vəliəhdlik 

Seçkilər 

Tanrı mərhəməti 

 

Orta  əsrlər  ərzində  bu  amillər  müxtəlif  cür  başa  düşülmüş  və 

müxtəlif  çəkiyə  malik  olmuşlar.  Biz  burada  həqiqi  tarixi  inkişafı 

nəzərdən  keçirməyəcəyik,  onun  yalnız  bir  neçə  nəzəri  momenti 

üzərində dayanacağıq. 

Kral  hakimiyyəti  Tanrıdan  alır  (məsələn,  Gelasinin  dediyi 

kimi).  Amma  Tanrının  iradəsi,  eyni  zamanda,  vəliəhdlik  nizami 

formasını alır. Bundan da daha çox deyilsə, vəliəhdlik nizami ölkənin 

adətlərinə  və  qanunlarına  uyğundur.  Bəzən  kral  seçilir,  bu  da, 

həmçinin  adətlərə  uyğundur  və  Tanrının  iradəsinə  cavab  verir. 

Nəhayət,  kral  yalnız  o  zaman  kraldır  ki,  qanuna  və  hüquqa  uyğun 

fəaliyyət  göstərir  və  bu  da,  öz  növbəsində,  ədalətli  Tanrı  iradəsinin 

ifadəsidir. 

Kral hakimiyyətinin bu dörd mənbəyi bir-biri ilə sıx çuğlaşmış 

şəkildədir. Amma həmçinin demək olar ki, onlar müxtəlif funksiyaları 

yerinə  yetirirdi.  Seçkilər  qeyri-kompetentlik  əleyhinə  qarantiyadır

128



Vəliəhdlik hakimiyyətin varisliyini təmin edir ("Kral vəfat etdi, yaşasın 

kral" ifadəsi o deməkdir ki, taxt-taca həmişə aşkar iddiaçı vardır, belə 

ki,  hakimiyyətsizlik  və  rəqabət  dövrü  yaranmır)

129

.  Tanrının 

mərhəməti  xalqın  tabe  olması  tələbini  qanuniləşdirir.  Belə  ki,  qanun 

və  ənənələrə  əsaslanan  hüquq  kraldan  yüksəkdədir,  onda  kral 

tərəfindən 

özbaşına 

əməlləri 

məhdudlaşdıran 

konstitusiyalı 

hakimiyyətin müəyyən növü üçün qarantiya mövcuddur

130

                                                



128

 Bu,  bir  neçə  namizədin  iştirak  etdiyi  real  seçkilərə  aiddir.  Yalnız  bir 

namizədin  iştirak  etdiyi  formal  seçkilər  də  həmçinin  öz  siyasi  rolunu  yerinə 

yetirə  bilər.  Vətəndaş seçkilərdə iştirak  edərək  sistemi  bəyənir  (O ölkələrdəki 

seçkilərlə müqayisə edin ki, burada seçkilərdə yalnız bir siyasi partiya və ya 

bir namizəd iştirak edir). Biz formal seçkilərin başqa bir variantı ilə o zaman 

rastlaşırıq ki, müxtəlif partiyalar prinsipcə eyni mövqelərdə dururlar.  

129

 Bəzən  vəliəhdlik  hüququna  bütün  oğullar  malik  olur.  Belə  hallarda,  o, 

varisliyi təmin  etmir,  əksinə  olaraq, rəqabətə  aparır.  Belə  olduğu halda taxt-

taca  iddiaçılar  arasında  seçki  zəruri  olur.  "Kral  vəfat  etdi,  yaşasın  kral" 

ifadəsi hər halda, Orta əsrlərdə yaranmışdır.  

130

 Kralın  qanuna  və  ənənəyə  tabe  olması,  hər  şeydən  öncə,  taxt-tacın 

vərəsəliyi 

probleminə 

deyil, 

kral 

hakimiyyətinin 

konstitusion 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə