Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə119/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   115   116   117   118   119   120   121   122   ...   402

 

250 


İnsani  dünyanın  kosmosun  tərkib  hissəsi  olmasına  analoji 

olaraq, insani zəka da dünya zəkasına aiddir. Deməli, insani qanunlar 

bütün  kosmosda  hökmran  olan  əbədi  qanunun  zərrələridir.  Elə  buna 

görə  də,  biz,  mövcud  olan  konkret  qanunların  əbədi  qanuna  uyğun 

gələnlərini  əbədi  qanuna  uyğun  gəlməyənlərindən,  prinsipcə, 

fərqləndirmək  iqtidarındayıq.  Başqa  sözlə,  bu,  cəmiyyətdə  qəbul 

olunmuş  və  əbədi  qanuna  yaxınlığı  sayəsində  ümumi  əhəmiyyət 

daşıyan  qanunlarla  əbədi  təbii  qanuna  əsaslanmayan,  yalnız  mövcud 

olduqları üçün tətbiq olunan qanunlar arasındakı fərqdir. 

İnsani zəka özünün müxtəlif formalarda vahid dünya zəkasına 

əsaslanır. Bu, təbii hüquq konsepsiyasının vacib hissəsidir. Hüquqi və 

siyasi  qanunlar  təbiətin  (kosmosun)  ümumi  qanununa  əsaslanırlar. 

Qanun üçün əsas fərd və ya qrup tərəfindən, məsələn, nəyin qanun və 

hüquq olduğunu müəyyənləşdirən qüdrətli şəxslər ("güc - hüquqdur") 

tərəfindən  yaranmır.  Ümumi  əhəmiyyətə  malik  olan  qanunlar 

mövcuddur.  Onlar məhz mövcud  olduqlarına  görə  ki,  biz  onları kəşf 

edə  və  onların  bəyan  etdiklərini  başa  düşə  bilərik.  Biz  qanunları  kəşf 

edə  bilərik  və  kəşf  etdiyimizi  də  bəyan  edə  bilərik,  amma  qanunları 

ixtira edə bilmərik. Beləliklə, qanunların əsasında yatan şey insanların 

kortəbii  arzularından  yüksəkdədir.  O,  həmçinin  cəmiyyətdə  qəbul 

olunan  və  qismən  də  ziddiyyətli  olan  hüquqi  kodekslərdən  də 

yüksəkdədir.  Qanunların  əsası  nisbi  deyildir.  Hər  bir  fərdin  vahid 

zəkaya  və  vahid  qanuna  aid  olmasının  təsiri  ilə  də  bütün  insanların 

fundamental  bənzəyişi  mövcuddur.  Təbii  qanun  hər  yerdə  və  bütün 

insanlara tətbiq oluna bilər. 

Hüquqların stoik konsepsiyasının əsas cizgiləri Romanın dövlət 

xadimləri  və  hüquqşünasları,  o  cümlədən  eklektik  Siseron  tərəfindən 

geniş istifadə olunurdu. Onun əsərləri sonrakı yüzillikdə geniş kütlələr 

üçün məşhur oldu. 

Stoiklər  özlərini  ümumi  əhəmiyyətə  malik  olan  hüquqların  və 

ümumi  əhəmiyyətə  malik  olan  əxlaqın  mövcudluğunu  inkar  edən  və 

qanunların  nisbi  xarakter  daşıdığını  təsdiq  edən  bəzi  sofistlərdən 

ayırırdılar.  Onlar  həmçinin  epikürçülərin  də  əleyhinə  çıxış  edirdilər, 

çünki  epikürçülər  öyrədirdilər  ki,  qanunlar  yalnız  fərdi  insan 

arzularına  yardımçı  olduqları  zaman  ümumi  əhəmiyyətə  malik  ola 

bilər.  O  zaman  ki,  söhbət  relyativizmin  təkzib  olunmasından  və 

ümumi  əhəmiyyətə  malik  olan  hüququn  mövcudluğunun  qəbul 

edilməsindən  gedirdi,  stoiklər  Platonla  və  Aristotellə  razılaşırdırlar. 

Amma,  hüququn  mənbəyi  haqqında  və  hüquqi  prinsiplərin 

əsaslandırılması  barədə  söhbət  getdiyi  zaman,  stoiklərlə  Aristotel 

arasında  fikir  ayrılığı  yaranır.  Aristotelə  görə,  hüququn  fundamental 

prinsipləri  insan  cəmiyyəti,  ilk  növbədə  isə  polislə  bağlıdır.  Bu 




 

251 


prinsiplər  burada  mümkün  və  müəyyən  dərəcədə  aktuallaşdırılmış 

şəkildə  mövcuddur.  Müxtəlif  şəhər-dövlətlərin  hüquqi  sistemləri 

barədə 

informasiyanı 



toplayaraq 

və 


sistemləşdirərək, 

biz 


müəyyənləşdirə  bilərik  ki,  cəmiyyətin  fəaliyyəti  üçün hansı  qanunlar 

daha  yaxşıdır.  Bu  qayda  ilə  biz  yaxşı  cəmiyyətdə  hansı  hüquqi 

normaların  mövcud  olduğunu  (mövcud 

olmalı  olduğunu) 

müəyyənləşdiririk. Bu normalara istinad edərək mövcud qanunlardan 

pis olanlarını çıxarmaq və həmçinin yeni qanunları işləyib hazırlamaq 

mümkündür.  Məsələn,  Aristotelə  görə, nemətlər  cəmiyyətdə nisbətən 

bərabər  olaraq  bölüşdürülməlidir  -  həddindən  artıq  böyük  fərqlər 

sosial  gərginliyə  aparıb  çıxarır.  Cəmiyyətin  yaxşı  olması  üçün  onun 

vətəndaşlarının müəyyən bərabərliyi zəruridir. Deməli, hüquq nizamın 

vacib  məsələsinə  –  nemətlərin  zəkayla  balanslaşdırılmış  bölgüsünə 

nail  olmaqdır.  Bu,  o  deməkdir  ki,  Aristotel  sosial  fərqlərin  müəyyən 

dərəcədə  aradan  qaldırılmasını  təklif  edir,  baxmayaraq  ki,  o,  heç  bir 

halda  tam  bərabərliyi  dəstəkləmir.  Hər  şeydən  əvvəl,  o,  köləliyi  və 

sinfi  fərqləri  mümkün  hesab  edir  və  bərabərliyin  həddindən  artıq 

sadələşdirilmiş  anlamına  görə  demokratiyanın  tərəfdarlarını  tənqid 

edir. 

Aristotel  anlamından  fərqli  olaraq,  hüququn  stoik  anlamının 



çıxış nöqtəsini şəhər-dövlət və icma-daxilində-insan təşkil etmirdi, hər 

bir  fərddə  eyni  zamanda  mövcud  olan  universal  zəka  təşkil  edirdi. 

İlahi  odun,  yəni  zəkanın  qığılcımı  hər  bir  insanda  parlayır.  Stoiklər 

burada  həqiqi  və  hamı  üçün  ümumi  olan  insan  təbiətini  görürdülər. 

Onlar  təbii  hüququ  bu  universal  zəkadan  çıxarırdılar.  Məhz  vahid 

universal zəka, Siseronun təbirincə, hüququn mənbəyidir. 

İnsan, Aristoteldə olduğu kimi, sosial varlıq deyildir, universal 

loqosun  parıltısına  malik  olan  fərddir.  Bu,  adamlara  cəmiyyəti 

formalaşdırmaq,  nizam  yaratmaq  və  qanunları  hazırlamaq  imkanını 

verir.  Müdriklər,  hər  şeydən  öncə,  o  insanlardırlar  ki,  onlar  ədalətli 

qanunları  hazırlamaq  iqtidarındadırlar.  Onlarda  zəka  özünün  xalis 

formasında mövcuddur. "Mükəmməl qanun müdriklərin ruhundadır, " 

- Siseron belə deyirdi. (De legibus, II, 5). 

Təbii 


hüququn  stoik  anlamından  mövcud  qanunların 

əsaslandırılması  üçün  hansı  qaydada  istifadə  etmənin  mümkünlüyü 

Siseronun  əsərlərindən  görünür.  Bu  anlam  dəyişməz  ümumi  nizamın 

mövcud  olduğunu  təsdiq  edir,  bu  nizam  bütün  mövcud  və  dəyişkən 

konkret  hüquqi  sistemlərdən  yüksəkdir.  Siseron  təsdiq  edir  ki,  qədim 

Romada  "ataların  qanunları"  bu  ümumi  hüquqi  nizamı  bu  və  ya  digər 

dərəcədə  əks  etdirirdi.  Bu  təbii  qanunun  sayəsində  mövcud  hüquq  və 

mövcud  bərabərsizlik  Siseronun  şərhində  legitim  xarakter  kəsb  edir. 

Bununla  belə,  bu  tip  fikirlərin  oxşar  tərzi  təbii  hüquq  konsepsiyasının 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə