827
olaraq aktiv olduğu elitar nümayəndəli demokratiyanın müasir
ifadəçisi kimi çıxış edir. O, müxtəlif siyasi partiyaların oyunları ilə
səciyyələnən durğun, süst parlamentli sistemi kəskin bir şəkildə tənqid
edir. Arend siyasətin özünəməxsus romantik görüntüsünə malikdir:
siyasət vətəndaşların özlərinə şərəf və etiraf axtardıqları və hər bir
fərdin özünü reallaşması üçün ünsiyyət meydanı (communicative
battleground) olmalıdır. Bu görüntü daha yaxşı bir tərzdə
özünüreallaşma demokratiyası (self-realization democracy) olaraq
səciyyələndirilə bilər, bu zaman siyasət əsasən estetikləşdirilir və
aktivliyin ifadəsinə şamil edilir. Arend üçün əsl (autentik) siyasət
böyük teatr sənətinə bənzəyir. Belə bir nöqteyi-nəzərdən, yalnız
"gündəlik siyasət" deyil, həm də siyasi xadimlərin zamanın
çatışmazlığı, kompromisslərə getmək, strateji mülahizələri nəzərə
almaq və i.a. hallarında qərar qəbul etməyə məcbur olduqları şərait
yox olur. Heç də həmişə aydın deyildir ki, Arend siyasətin predmeti
və siyasi problemlərin altında nəyi başa düşür. Bir çox kontekstlərdə
o, "sosial" və "siyasi" arasında kəskin sərhəd qoyur və sosial
məsələlərin siyasətdən ayrılması üzərində təkid edir. "Heç nə...
bəşəriyyəti siyasi vasitələrlə yoxsulluqdan azad etmə səyinə nisbətən
daha köhnəlmiş, daha mənasız və ya daha təhlükəli hesab edilə
bilməz"
469
.
Burada etiraz etmək olardı ki, yoxsulluğun ləğv edilməsi siyasi
həyatda arendsayağı mənada iştirak üçün müqəddimədir, deməli ki, bu
ləğv edilmə həmçinin, siyasi məsələdir. Amma Arend üçün nə
yoxsulluq, nə də digər sosial problemlər siyasi vasitələrlə həll oluna
bilməz. Onlar polisə məxsus olan məsələlər deyildir. Onları ya ev
təsərrüfatı sferasında həll etmək ya da nəzərdən keçirmək üçün
ekspertlərə vermək lazımdır. Bu, çox mübahisəli mövqedir. Əgər
Arendin ardınca gedilərək, bütün sosial məsələlər siyasətdən
kənarlaşdırılsa, onda bunun nəticəsi siyasi həyatı onun mühüm
məzmunundan məhrum etmə olacaqdır. Bu zaman diskussiya nə
barədə getməlidir? Arend görmür ki, siyasətin nə olduğunu və nə
olmadığını siyasi həyatın iştirakçılarının özləri həll etməlidir - siyasi
arqumentlərin köməyi ilə. Siyasəti mənalandıran filosoflar onun
məzmununu müəyyənləşdirə bilməzlər. Yuxarıda söylənilənlərdən
sonra vurğulamaq lazımdır ki, Arendin gücü siyasi proqramın
hazırlanmasında deyildir, onun diaqnostik görüntüsündədir.
469
H. Arendt. On Revolution. - New York, 1963, p. 110.
828
Qadamer
və hermenevtik ənənə
Haydeggerdən sonra iki əsas istiqaməti ayırmaq olar.
Hermenevtik adlandırıla bilən birinci istiqamət Qadamerin (Hans-
Georg Gadamer, 1900) əsərlərində ifadə olunmuşdur. İkinci,
dekonstruktivist (deconstructionist) istiqamət bir sıra görkəmli
şəxsiyyətlərlə təmsil olunmuşdur ki, onlardan da Derridanın, Fukonun
və Rortinin üzərində dayanacağıq.
Birinci istiqamət erkən Haydeggerin ideyalarını inkişaf etdirir
və başa düşmə və şərh fəlsəfəsini işləyib hazırlayır. Onun kökləri
Şleyermaxerin və Dilteyin yaradıcılığından rişələnir (bax: Fəsil 19,
hermenevtik problematika burada humanitar elmlərin təşəkkülü ilə
əlaqədar olaraq müzakirə olunmuşdur). Bu istiqamət başa düşən
sosiologiya adlandırılana da yaxındır (bax: Veber, fəsil 27).
Özünün başa düşmə və şərh fəlsəfəsini işləyib hazırlayaraq,
Haydegger (“Varlıq və zaman”da) öz işini insani əməldən (layihədən)
başlayır. Qadamer isə hər şeydən öncə, tarixi mətnlərə müraciət edir.
Onun üçün və həmçinin də, yaşlı nəslin hermenevtləri (Şleyermaxer,
Diltey və başqaları) üçün hermenevtik paradiqma mətnlərin
anlaşılmasında tapıla bilər. Amma əgər bu hermenevtlər mətnləri
başlıca olaraq keçmiş əməllərin və hadisələrin tarixi idrakı üçün
öyrənirdilərsə, Qadamer ədəbi, dini və hüquqi mətnləri yalnız
hermenevtik fəlsəfənin inkişafının çıxış nöqtəsi olaraq nəzərdən
keçirir. O, bundan da qabağa gedir, belə ki, onun üçün mərkəzi yerdə
insanın formalaşma problemi dayanır. Bundan başqa, Qadamer də
Haydegger kimi əsasən, insanın başa düşülməsi ilə məşğul olur. Onun
üçün metodun problemləri insanın başa düşən yaratıq olaraq anlamı
ilə bağlı "ontoloji" (fəlsəfi antropoloji) məsələyə münasibətdə ikinci
dərəcəli əhəmiyyətə malikdir.
İkinci, dekonstruktivist istiqamət ənənənin Haydeggersayağı
fəlsəfi tənqidi ilə, yəni onun güman olunanlar, amma "görürməyənlər"
barədə, tarixi formalaşdıranlar barədə ən dərin məsələləri qoymaq
səyləri ilə başlayır. Nəsillərdən nəsillərə ötürülən fəlsəfi mətnlərdə
"mətndən kənara çıxmaq" və onun müəllifinin buraxa biləcəyi, amma
tənqidi şərhin üzə çıxara bilən ziddiyyətləri aşkar etmək üçün
gərginlik (tensions) axtarırlar. Belə bir yolla mətnlər "dekonstruksiya
olunur". Bu mənada dekonstruksiya tənqidi fəaliyyət olaraq,
göstərməyə çalışır ki, ənənəvi mətnlər onların iddia etdikləri kimi
deyillər, əslində nəsə başqa cürdürlər. Beləliklə, dekonstruktivist
istiqamət ənənəyə münasibətdə radikal və tənqidi olaraq köklənən
proqramdan çıxış edir. Biz görəcəyik ki, ənənənin bu parçalanması