Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə397/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   394   395   396   397   398   399   400   401   402

 

843 


diskussiya  onun  mövcudluğu  üçün  tənqidi  olaraq  vacibdir.  O, 

prosedur xarakterlidir, ona görə ki, onun "son  əsası" rolunda spesifik 

tezislər  və  ya  nöqteyi-nəzərlər  deyil,  bizim  obyektiv  olaraq  və 

suallarla davam etdirdiyimiz arqumentasiya prosesinin özü çıxış edir. 

Zamanın müəyyən anında bizim həqiqi və ya düzgün olaraq nəzərdən 

keçirdiyimiz  spesifik  nöqteyi-nəzər  sonradan  şübhə  doğura  bilər. 

Amma  səhv  edən  varlıqlar  olaraq  bizim  üçün  bizim  sərəncamımızda 

olan  yeganə  çıxış  yolu  ondadır  ki,  öz  səhvlərimizi  etiraf  edək  və 

irəliyə  doğru  hərəkət  edək.  Elə  buna  görə  də,  belə  bir  prosedur 

yanaşması rasionallığın verilmiş tipi üçün son əsasdır.  

Bununla  əlaqədar  olaraq,  Habermas  Apelə  oxşar  olaraq 

vurğulayır  ki,  müəyyən  qaçılmaz  şərtlər  mövcuddur  ki,  onlar  bizə 

arqumentasiya irəli sürmək imkanını verirlər. Ciddi arqumentasiyanın 

iştirakçıları olaraq biz arqumentlərin ardınca getməyə və "daha yaxşı 

arqumentin gücünə" tabe olmağı arzu etməyə qabil olmalıyıq. Bundan 

başqa,  biz  bir-birimizi  həm  zəkavi,  həm  də  səhv  edə  bilən  fərdlər 

olaraq  qarşılıqlı  surətdə  tanımalıyıq(etiraf  etməliyik).  Biz  kifayət 

qədər zəkavi olmalıyıq ki, arqumentləri izləmək qabiliyyətimizi aşkar 

edə  bilək.  Biz  kifayət  qədər  zəkavi  olmalıyıq  ki,  səhvlərimizdən 

öyrənə  bilək.  Hər  şeyi  bilən  fərd  öyrədə  bilər,  amma  arqument  irəli 

sürə bilməz. Onun üçün elə bir şey mövcud deyildir ki, onu müzakirə 

etmək mümkün olsun.  

Bu  qarşılıqlı  tanınmada(etirafda)  müəyyən  normativ  element 

mövcuddur:  iştirakçıların  eyni  hüquqluluğu.  Eqosentrist  və 

etnosentrist cavablar üzərində məhdudiyyət buradan alınır.  

Bundan başqa, universalizasiya tələbini nəzərə almaq lazımdır, 

belə  ki,  ümumi  əhəmiyyətə  malik  olan  arqumentlər  hər  bir  kəs  üçün 

qüvvəyə malikdir. Arqument IƏ-yə (intellekt əmsalına) və ya gözlərin 

rənginə  oxşar  olaraq  fərdin  şəxsi  mənsubiyyətində  deyildir. 

Arqumentlər  bəzi  fərdlər  üçün  qüvvəyə  malik  olan  və  başqaları  üçün 

isə  qüvvəyə  malik  olmayan  deyildir.  Real  arqument  anlayışı  o 

deməkdir ki, arqument  ümumi  əhəmiyyətə malikdir,  yəni  eyni növün 

bütün halları üçün qüvvəyə malikdir

 488


.  

Rasionallığın  bu  konsepsiyası  o  mənada  cəsarətlidir  ki,  o, 

fundamental normativ məsələləri əhatə etdiyini iddia edir. Amma eyni 

zamanda,  o,  həm  də  ehtiyatlıdır,  belə  ki,  bizim  səhvlərə  məruz  qala 

bilən  bir  proseslə  təmasda  olduğumuzu  vurğulayır.  Onun  çərçivələri 

daxilində  biz  tədqiqatların  və  müzakirələrin  köməyi  ilə  öz 

təsəvvürlərimizin  fasiləsiz  olaraq  yaxşılaşdırılmasına  səy  edə  bilərik, 

                                                



488

 Bax: G. Skirbekk. Rationality and Modernity. - Oslo, 1993.  


 

844 


amma  son  həqiqətə  sahib  olmaq  üçün  bizim  heç  bir  təminatımız 

yoxdur.  

Rasionallığın  bu  konsepsiyası  Popperdə,  Veberdə  və  Sartrda 

tapa  biləcəyimiz  desizionizmin  əleyhinə  çıxış  edir.  Zəkavi  fərdlərin 

iştirak  etdikləri  maariflənmiş  və  ictimai  diskussiya  -  Habermasın 

cavabı  budur.  Ona  görə,  bizim  sərəncamımızda  olan  hər  bir  şey  - 

səhvlərə  meylli  olan  prosesdir.  Onun  alternativi  -  bizim  ya  etibar 

göstərməyə  layiq  olan  kimi  şərh  etdiyimiz  fundamental  metafizik 

həqiqətlərə,  ya  da  rasional  olaraq  əsaslandırılmamış  qərara  üz 

tutmağımızdır.  Habermasın  cavabı  bir  çox  aspektlərinə  görə, 

mötədildir. Amma praktik olaraq, yerinə yetirilməsi və sonrakı fəlsəfi 

müzakirəsi planında o da, həmçinin, problemtikdir. Lakin onun nəzəri 

cəhətdən  inandırıcı  olduğunu  inkar  etmək  çətindir.  Bu  cavabla  razı 

olmayanlar onun əleyhinə arqument irəli sürməlidirlər, amma bu halda 

onların  özləri  onunla  şirniklənərək  tələyə  düşürlər  ki,  təkzib  etmək 

istəyirlər.  Əgər  bu  cavabın  əleyhdarı  onun  əleyhinə  dəlil  gətirmirsə, 

onda  o,  tənqiddə  iştirak  etmir.  Amma  əgər  opponent  bu  cavabın 

əleyhinə  dəlillər  gətirirsə,  onda  o,  maariflənmiş  müzakirə  və  iştirak 

edən  tərəflərin  qarşılıqlı  etirafı  tələbləri  ilə  arqumentativ  situasiyaya 

düşmüş  olur.  Cavabdan  razı  olmayanlar  nümayiş  etdirməlidirlər  ki, 

onlar  Habermasa  nisbətən  daha  yaxşı  arqumentlərə  malikdirlər.  Bu, 

arqument  irəli  sürən  zəkanın  özünəməxsus  "sehrli  üzüyüdür"! 

Beləliklə, arqument  irəli  sürən  zəka  bizim  qaçılmaz  taleyimizdir.  Bu, 

heç  də  ondan  ibarət  deyildir  ki,  biz  faydasız  diskussiya  ilə  məşğul 

olmalıyıq.  Bu,  ondan  ibarətdir  ki,  fundamental  qeyri-müəyyənlik  və 

ya fikir ayrılığı situasiyalarında biz sonuncu instansiya olaraq, belə bir 

prosedura  və  refleksiv  rasionallığa  müraciət  edirik.  Habermasa  görə, 

müasirliyin  əsas  xüsusiyyəti  bundan  ibarətdir.  Müasirlik  yalnız 

differensiasiya  və  fikir  ayrılıqları  ilə  deyil,  həm  də  vahid  zəka 

ətrafında birləşmə ilə səciyyələnir. Həmin bu zəka isə məzmun etibarı 

ilə deyil, prosedur etibarı ilə qurulur. Beləliklə, Habermas Maarifçilik 

dövrünün  sadəlövh  optimizmindən  xilas  olmasına  baxmayaraq,    hər 

halda, bu dövrün varisidir.  

 

 



 


 

845 


 

MƏNBƏLƏR 

 

Dao-tszı. (Dao de tszin, Yol və onun fəzilətləri barədə Kitab və ya Dao 



və de haqqında kitab)  

Gorgias (Qorqiy, Təbiət haqqında və ya Mövcud olmayan haqqında)  

Cicero. De legibus (Siseron, Qanunlar haqqında 

Cicero. De officiis (Siseron, Vəzifələr haqqında) 44  

Cicero. De re publica (Siseron, Dövlət haqqında) e.ə 51 

Seneca (Seneka) 

Augustine.  Contra  Academicos  (Avqustin,  Akademiklərin  əleyhinə), 

386 

Augustine. Confessiones (Avqustin, Etiraf), 400 

Augustine. De civitate Dei (Avqustin, İlahi şəhər haqqında), 426 

Avicenna   (İbn Sina, Təbabət elminin Kanonu) 

Thomas  Aquinas.  Summa  theologiae  (Tomas  Akvinas/Akvinat, 

Akvinalı Foma Teologiya külliyyatı), 1273 

Thomas  Aquinas.  Summa  de  veritate  catholicae  fidei  contra  Gentiles 

(Tomas  Akvinas,  Katolik  inamın  bütpərəstlər  əleyhinə  yönələn 

həqiqətlər külliyyatı), 1264 

Vico,  Giambattist.  Principi  di  scienza  nuova.  (Viko,  Cambattista, 

Millətlərin ümumi təbiəti barədə yeni elmin əsasları), 1725 

Machiavelli,  Niccolo.  Il  principe.  (Makiavelli,  Nikkolo,  Hökmdar), 

1532 

Machiavelli,  Niccolo.  Discorsi  sopra  la  prima  decade  de  Tito  Livio. 



(Makiavelli,  Nikkolo,  Tit  Liviyin  birinci  onilliyi  barədə 

mühakimə) (1513 –1519) 

Descartes  Rene.  Discours  de  la  methode  (Dekart  Rene,  Metod 

haqqında mühakimə), 1637 

Descartes  Rene.  Principesde  la  philosophie  (Dekart  Rene,  Fəlsəfənin 



başlanğıcı) 1644 

Descartes  Rene.  Regies  pour  la  direction  de  Iesprit  (Ağlın  idarə 



edilməsi üçün qaydalar)    1626–1628 

Hobbes Thomas. De Cive, (Hobbs Tomas, Vətəndaş haqqında), 1642 

Copernicus, 

Nikolas. 

De  revolutionibus 

orbium 


coelestium. 

(Kopernik, Nikolay, Göy qübbəsinin fırlanması haqqında), 1543 

Descartes  Rene.  Meditations  metaphysiques  (Dekart  Ren,  Metafizik 

düşüncələr), 1647 

Hobbes  Thomas.  Leviathan  on  the  Matter,  Form  and  Power  of  a 

Commonwealth Ecclesiastical and Civil. (Hobbs T, Levitan  kilsə 

və vətəndaş dövlətinin materiyası, forması və hakimiyyəti), 1651 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə