839
Nəhayət, insan tənqidi refleksiyanın, məsələn, psixoanalizin
köməyi ilə özünü ideoloji yanılmalardan azad etmə tələbatını hiss edir.
Bu, təhrif olunmuş kommunikasiyanın obyektiv qüvvələrdən və
şəraitdən azad edilməsindən ibarət olan emansipasion koqnitiv
maraqdır.
Təbiətlə münasibətlərdə bizim rasionallıq komanda verir.
Texniki koqnitiv marağın qaçılmaz xarakteri səbəbindən belə də
olmalıdır. Habermas burada məzəmmətə layiq olan heç nə görmür.
Marağın bu tipinin məxsus olduğu sferada məhz belə də olmalıdır.
Amma Habermasa görə, idrakın və rasionallığın həmçinin, o
forması da mövcuddur ki, o, idarə etməyə və hökmranlığa
yönəlməmişdir. O, praktik koqnitiv marağa əsaslanır.
Onu da qeyd etmək mühümdür ki, Habermas rasionallığın
bütün növləri üçün ümumi olan anlayışla əməliyyat aparmır,
rasionallığı o, sonradan repressiv və nəzarət edən kimi şərh edir. O
zaman ki, məsələ insana və şəxslərarası münasibətlərə aid olur, onda
biz ya texniki koqnitiv marağın, ya da praktik koqnitiv marağın
istifadəsi arasında seçim edə bilərik. Bütün rasionallığa münasibətdə
məcburilik rakursu əvəzinə biz "texniki" və "praktik" arasında,
idarəetmə (nəzarət) və başa düşmə arasında zəkavi balansın qurulması
vəzifəsinə (sosial səviyyədə) gəlib çıxırıq.
Bu sosial səviyyəyə həmçinin, şəxsiyyətin əşyaviləşdirilməsi
və daxildən təzyiqə məruz qoyulması əleyhinə mübarizədə mühüm
olan emansipasion koqnitiv maraq da xasdır.
Başqa cür deyilsə, təbiətə münasibətdə yalnız bir - izah edən və
idarə edən - texniki koqnitiv maraq gerçəkdir. Cəmiyyətə münasibətdə
hər üç koqnitiv maraq mühümdür. Uyğun olaraq, düzgün balansa nail
olmaq uğrunda bir tərəfdən texniki, başqa tərəfdən isə praktik və
emansipasion mənafelər arasında mübarizə də genişlənir.
Metodoloji olaraq, bu, o deməkdir ki, Habermasın fikrinə görə,
təbiətə münasibətdə biz yalnız səbəbiyyət izahları ilə tamamlanan
hipotetik-deduktiv tədqiqatları həyata keçirə bilərik. Sosial hadisələri
isə biz həm hipotetik-deduktiv, həm də hermenevtik metodlarla (başa
düşən sosiologiya) öyrənə bilərik. Tarixi-tənqidi nöqteyi-nəzərdən, bu,
o deməkdir ki, Habermas mahiyyəti idarəetmə deyil, qarşılıqlı
anlaşma olan xüsusi rasionallıq tipinin mövcud olduğunu göstərməyə
səy edir.
Belə bir fərqləndirmə ilə bağlı olan fəlsəfi problemlərə
müdaxilə etmədən, qısaca olaraq göstərək ki, Habermasın nöqteyi-
nəzəri üçün vacib olan nədir? O zaman ki, insan özünü asosial bir
tərzdə aparır, biz bunu fizioloji və ya psixoloji səbəblərlə izah etməyə
və səbəbiyyət əlaqələri barədə bizim biliklərimizin əsasında həmin
840
insanı "sağaltmağa" səy edə bilərik. Bununla da, bu insan bizim üçün
"obyekt" olur. Biz bu obyektivləşdirilmiş şəxsiyyəti bizim idrakımızın
sayəsində "idarə edə" bilərik. Və ya biz insanı sağlam və zəkavi olaraq
və bununla da öz əməllərinə görə cavab verə bilən olaraq nəzərdən
keçirə bilərik. Sonuncu halda, biz o əsasları aşkar etməyə səy edək ki,
bu insan öz davranışı üçün onlara malik ola bilsin. Mümkündür ki, o,
bunun üçün bizim hələ ki, aydınlaşdırmadığımız ciddi əsaslara malik
olmuşdur və ya mümkündür ki, o, sadəcə olaraq, məzəmmət olunmağa
layiqdir və biz ondan əxlaqi tələblərə uyğun olaraq hərəkət etməyi
tələb etməliyik. Bir sıra situasiyalarda (nevroz və alkoqolizm
hallarında) biz hər iki yanaşmadan istifadə edə bilərik. Amma bəzən
özlüyündə aydındır ki, insanın davranışı səbəbiyyət baxımından
şərtlənməmişdir (məsələn, narkotiklərin qəbul olunmasından sonra) və
ya insan normal və məsuliyyətli deyildir. Sonuncu, məsələn, imtahan
zamanı yer alır, o zaman ki, imtahan qəbul edən imtahan verəni indi
danışdığını deməyə məcbur edən səbəblərlə deyil, daha çox imtahan
verənin öz cavabları üçün malik olduğu əsaslarla maraqlanır.
Burada səbəblər (causes) ucbatından deyilənlə əsaslar (reasons)
ucbatından deyilən arasında fərq göstərilir. Əsaslar başa düşülə bilər,
genişləndirilə bilər, təkzib və ya təsdiq oluna bilər. Əgər biz
Eynşteynin nisbilik nəzəriyyəsini anlamaq və yoxlamaq istəyiriksə,
onda biz onu məhz o baxımdan nəzərdən keçiririk ki, bu nəzəriyyənin
ümumi əhəmiyyətə malik olmasını qəbul etmək üçün yaxşı əsaslar
mövcuddurmu? Amma əlbəttə ki, bu nəzəriyyənin Eynşteyn
tərəfindən yaradılması faktı da öz səbəblərinə malik olmuşdur. Biz
Eynşteyni onun bu nəzəriyyəsini irəli sürməyə gətirib çıxaran
məsələn, psixoloji səbəblərlə də maraqlana bilərik. Oxşar səbəblər bir
çox kontekstlə maraqlıdır, amma bu nəzəriyyənin ümumi əhəmiyyətə
malik olma məsələsinə münasibətdə maraqlı deyildir. Hətta əgər
Eynşteyn nisbilik nəzəriyyəsini gizli freydist komplekslər səbəbindən
yaratmışsa belə, o, onsuz da ümumi əhəmiyyətə malik ola bilər! Onun
düzgünlüyü barədə suala cavab Eynşteynin uşaqlığının və şəxsi
həyatının öyrənilməsi ilə deyil, xüsusi tədqiqatlarla müəyyənləşir.
Beləliklə, düzgünə oxşayır ki, biz bir-birinə (və özünə)
münasibətdə olan iki yönümlə əməliyyat aparırıq. O da, həmçinin,
doğrudur ki, biz daha az azad və daha çox nəzarət altında olan
cəmiyyətə malik ola bilərik və bu zaman səbəbiyyət izahına meyl
həddindən artıq olur (terapevtik cəmiyyət). Amma belə də ola bilər ki,
biz o yerdə əsaslar axtarmaqda davam edirik ki, orda biz hər şeydən
öncə, səbəbləri axtarmalıyıq və beləliklə, müalicənin daha çox yararlı
ola biləcəyi situasiyalarda əxlaqi öyüd-nəsihətə müraciət edirik (belə
davranış həddindən artıq əxlaqçı cəmiyyəti səciyyələndirir). İnsan