837
layihələrə əsaslanan radikal tənqidin tərəfdarı olmaq zəruri deyildir,
liberal olmaq zəruridir.
Rortiyə görə, bütün hər bir şey kontekstual və təsadüfidir
(contingent). Onun üçün heç bir universal və zəruri mühakimə və
normalar ciddi olaraq mövcud deyildir. Rortinin "dekonstruktivist"
yanaşması onunla səciyyəvidir ki, o, analitik fəlsəfənin tərəfdarıdır və
onu "daxildən" bilir, bu da, ona son dərəcə dəqiq dəlillərdən istifadə
etmək imkanını verir. O, ideyaların və arqumentlərin spesifik
kontekstlərə mənsubiyyətinin nümayişi ilə kifayətlənmir. Rorti
həmçinin, həqiqətin və yalanın fəlsəfi distinksiyasına oxşar fəlsəfi
distinksiyalar olmadan bizim necə keçinə biləcəyimizi göstərməyə səy
edir. O, bunu biz bu distinksiyaların ekstremal mənalarını nəzərdən
keçirdiyimiz zaman onların necə uğursuzluğa düçar olduqlarını
nümayiş etdirərək edir (mütləq həqiqətin problematik xarakter
daşıması buna nümunə ola bilər).
Rorti özünün fəlsəfəyə münasibətdə tənqidinə ciddi yanaşmışdır.
O, bir sənət olaraq fəlsəfə ilə məşğul olmaqdan əl çəkmiş və ədəbiyyat
fakültəsinə keçmişdir. Skeptik mövqeyə xas olan özünüreferensiya
problemləri ona yaxşı tanışdır. Elə buna görə də, o, həmişə dəqiq
arqumentlər irəli sürür. Rorti az mülahizə irəli sürür, daha çox isə
mülahizə irəli sürmənin alternativ üsullarını "təklif edir" və onlara
"ehyam vurur". O, mətnlərin öyrənilməsi ilə məşğul olan bir çox
tədqiqatçılar üzərində nüfuza malikdir. Amma onun ardıcılları üçün çox
vaxt onun fəlsəfi hazırlığı çatışmır, elə bunun da ucbatından onların
arqumentasiyası bir çox hallarda daha az parlayır və kontrarqumentlərə
münasibətdə daha həssasdır (məsələn, özünüreferensial ziddiyyətliliklə
bağlı olan kontrarqumentlərə münasibətdə).
Rortinin
özünün
özünüreferensial
ziddiyyətlilikdə
günahlanmadan qaçmağı bacarıb-bacarmaması hələ ki, mübahisəli
olaraq qalır
483
. Bundan başqa, o da, diqqəti özünə çəkir ki, Rorti çox
vaxt distinksiyaları fikrini onun tərəfindən müzakirə olunan nöqteyi-
nəzərlərin radikal versiyaları üzərində (məsələn, həqiqət anlayışının
ifrat variantları üzərində) toplayaraq aradan qaldırmağa səy edir.
Amma axı aşkardır ki, onların təkzib olunması daha mötədil
versiyaların (məsələn, həqiqət anlayışının mötədil variantlarının)
təkzib olunması üçün kifayət deyildir
484
. Sonda, ironiya ilə qeyd edək
483
Bax: məsələn, R. Bernstein. The New Constellation. - Cambridge, 1991. -
pp. 258-292.
484
Rortinin baxışlarının tənqidi ilə bağlı, məsələn, bax: T. McCarthy. Ideals
and Illusions. - Cambridge, MA, 1991. pp. 11-42 (orada həmçinin, Fukonun
838
ki, xüsusi və ictimai sferaların kəskinliklə ayrılmasını Rortinin ardıcıl
olaraq necə dəstəklədiyini təsəvvür etmək çətindir, əgər Rortinin özü
oxşar kəskin distinksiyaların aradan qaldırması fəaliyyətinə
ixtisaslaşırsa, bunu necə başa düşmək olar
485
?
Habermas və arqumentasiya
Hermenevtik ənənə (məsələn, Qadamer) üçün və tənqidi
dekonstruksiya (məsələn, Derrida, Fuko, Rorti) üçün ümumi olan odur
ki, onlar öz işini bir mətn olaraq dildən başlayırlar. Elə buna görə də,
bu istiqamətlər müqayisəli ədəbiyyatşünaslıqla, tarixi tədqiqatlarla,
teologiya ilə və hüquqşünaslıqla sıx əlaqədardır. Habermas bütün
Frankfurt məktəbi kimi sosial elmlərlə daha sıx bağlıdır və öz işini bir
"nitq aktı" olaraq dildən başlayır. Onun üçün əməl anlayışı mətn
anlayışı qarşısında üstünlüyə malikdir.
Habermasın üzərində inkişaf etdiyi zəmin Frankfurt məktəbi
idi. Lakin o, onun ilk nümayəndələri (Adorno, Horkhaymer) üçün
səciyyəvi olan total tənqiddən və pessimizmdən əl çəkir. Bu əl çəkmə
müxtəlif "koqnitiv maraqların" (Erkenntnisinteressen) Habermas
tərəfindən bir-birindən ayrılması ilə bağlıdır.
İnsan öz həyati tələbatların ödənilməsi üçün özünün təbiətdən
istifadə
etmək
qabiliyyətindən
asılıdır. Əmək fəaliyyətinin
instrumental vasitələrinin genişlənməsi ilə əlaqədar olaraq izah edən
elmin və səbəbiyyətlə idarə olunan texnologiyanın inkişafı baş verir.
Ətraf mühit üzərində nəzarəti nəzərdə tutan texniki koqnitiv maraq
bundan ibarətdir.
Eyni zamanda, insanlar birgə əməllərindən və kommunikativ
qarşılıqlı təsirdən də asılıdırlar. Dil ilə daxilən bağlı olan qarşılıqlı
təsir və onu təmin edən anlam (interactive understanding) hermenevtik
elm adlandırılanları - sosial antropologiyadan tutmuş tarixə kimi daha
da inkişaf etdirir. İnsanlarda qarşılıqlı intersubyektiv anlamın
dərinləşməsindən ibarət olan praktik koqnitiv maraq
486
isə bundan
ibarətdir.
(Pp. 43-82) və Derridanın (Pp. 83-123) mövqelərinin tənqidi analizinə də
nəzər salın).
485
Burada biz belə bir sualı da soruşa bilərik: bizə xoş gəlib-gəlməməsindən
asılı olmayaraq, bəzən ədəbi əsər müəyyən siyasi əhəmiyyətə malik olmurmu?
486
Burada "praktik" termini o mənada istifadə olunur ki, bu mənada
semiotiklər semantik və sintaksik yanaşmalardan fərqli olaraq, işarə
kommunikasiyasının "praqmatik aspekti" barədə danışırlar