841
(alkoqolik) nə üçün içir? (Və arvadı onu nə üçün döyür?) Belə
suallardan hər birinə qarşı iki cavab növü mümkündür:
Habermas göstərməyə səy edir ki, bütün tarix boyu müxtəlif
differensiasiyalar onun sistem və həyati dünya adlandırdığı iki sfera
arasında fundamental ziddiyyətə gətirib çıxarmışdır
487
.
Biz deyə bilərik ki, sistem iqtisadi və siyasi sahələri əhatə edir.
Sistemdə tərəqqi elmi və texniki biliklərin əhəmiyyətinin artımı
formasında həyata keçirilir. Deməli, burada biz rasionalizasiyaya
rasionallığa, yəni hansı vasitələrin belə bir nəticələrə aparıb çıxarması
barədə biliyə yaxınlaşma mənasında malikik (instrumental-məqsədli
rasionallıq).
Amma Habermas qeyd edir ki, bu, hələ ki, heç də hamısı
deyildir. İqtisadi və siyasi institutların və uyğun təlim proseslərinin
inkişafı ilə birgə həmçinin, daha çox "kommunikativ rasionallıq"
formasında irəli çəkilmiş "həyati dünyaya" münasibətdə də bizim
kompetensiyamızın dərinləşməsi baş verir. Sistem və sosial-mədəni
həyati dünya arasındakı bu differensiasiya öz ardınca onu gətirir ki,
qısaca olaraq deyilsə, biz bəzi fundamental distinksiyalara sahib
oluruq. Biz dənizin "davranışı" xoşumuza gəlmədiyi zaman daha onu
İran şahı Üarğ Kserksin (Xerxes, təqribən, 519-465 b.e.ə. ) əmr etdiyi
kimi qamçı ilə cəzalandırmırıq. Biz artıq təbiəti və cəmiyyəti
fərqləndirməyi öyrənmişik, o şeyləri fərqləndirməyi öyrənmişik ki,
onlardan birincilərinə biz yalnız onların qarşılıqlı səbəbiyyət
əlaqələrin dərk etməklə təsir göstərə bilərik. İkincilər ilə isə biz
ünsiyyətdə ola bilərik və onları məzəmmət edə bilərik. Biz bu
distinksiyaya sahib olmuşuq və ona hələ ki sahib olmayanlara nisbətən
müəyyən mənada daha yüksək inkişaf mərhələsindəyik. Bu gün biz
ondan çıxış edirik ki, dənizi ciddi olaraq "cəzalandıran" insan ruhən
xəstədir.
Bundan da daha çox deyilsə, biz gözləyirik ki, sağlam ağılda
olan yaşlı insanlar həqiqətin və yalanı fərqləndirmək qabiliyyətinə
sahib olmağı öyrənsinlər, nəyin yer aldığını, nəyin isə yer almadığını
başa düşsünlər. Əlbəttə ki, bizim hamımız bu fərqlərə münasibətdə
bəzən səhv edirik. Və əlbəttə ki, heç də bizim hamımız onun barəsində
eyni dərəcədə yaxşı danışmağı bacarmırıq. Amma bizim hamımız
müəyyən yaşa yetişdikdən sonra bu fərqdən praktik olaraq istifadə edə
bilərik. Gerçəkliyi və fantaziyanı bir-birinə qarışdıran nəsə başqa bir
şey psixopatoloji fenomen olaraq qiymətləndirilə bilər. Bundan başqa,
biz əxlaqi olaraq düzgün olanı əxlaqi olaraq qeyri-düzgün olandan
fərqləndiririk. Müxtəlif situasiyalarda nəyin yerinə düşdüyünü, nəyin
487
Bax: J. Habermas. Theory of Communicative Acts. - Boston, 1987
842
isə yerinə düşmədiyini sadəcə olaraq, bilməyən insan "həyati
dünyada" bir qərib olacaqdır. Nəhayət, biz hiss etdiyimizin və
düşündüyümüzün həqiqi ifadəsi ilə simulyasiya arasındakı fərqi
göstərə bilirik.
Nəyin həqiqi, nəyin yalan olması barədə suallar ətrafında
qeyri-müəyyənliyin və fikir ayrılıqlarının meydana çıxması zamanı
"kommunikativ səlahiyyət" sferasında tərəqqi mövzulaşdırma və
müzakirə qabiliyyətini inkişaf etdirir. Ənənələr və kanonik əsərlər
çərçivələri daxilində cavab axtarışlarının əvəzinə biz arqumentasiya
irəli sürməyi öyrənirik.
Həqiqət barədə məsələnin nəzərdən keçirilməsi zamanı bizə
tədqiqatın və diskussiyanın müxtəlif formalarına istinad etmək
lazımdır. O zaman ki, məsələ normativ suallar barədərir, onda
Habermasa görə, onlar həm də maraqlı tərəflər arasında qəbul edilə
bilən razılaşmaların axtarılması ilə bağlıdır. Əgər açıq və işgüzar
müzakirə nəticəsində tərəflər könüllü razılaşmaya gəlirlərsə, onda
cavab normativ olaraq düzgün hesab olunur. Beləliklə, Habermas
güman edir ki, bizim mədəniyyətdə yaşlı fərdlər onlara təsir göstərən
arqumentasiyanın köməyi ilə əsas normativ məsələlərə dair prinsipcə,
qərar qəbul etməyə qabildirlər. Bu mülahizə o nöqteyi-nəzərin bir
versiyasıdır ki, o, həm normativ suallara ümumi əhəmiyyətə malik
olan cavabların, həm də bizim öz zəkamızdan diskursiv istifadənin
köməyi ilə belə cavablar almaq üçün prinsipial qabiliyyətimizin
mövcud olmasını nəzərdə tutur.
Habermasa görə, bu arqument həm etik relyativizmin əleyhinə,
həm də etik doqmatizmin əleyhinə yönəlmişdir. Deduktiv sübutlar
burada ona görə istisna olunur ki, ya məntiqi dairəyə, ya sonsuz
reqressə, ya da mühakimənin kəsilməsinin ixtiyari olaraq seçilmiş
anına aparıb çıxarır. O, intuitiv olaraq aydın və ya özlüyündə aydın
kimi fundamental normativ həqiqətlərə belə bağlanmır, axı bu sferada
biz bir-birinə zidd olan müxtəlif metafizik və teoloji cavablarla
həddindən artıq uzun müddət eksperiment aparmışıq.
Habermas belə hesab etmir ki, azad və zəkavi subyektlər belə
məsələləri öz sakit yalnızlıqlarında həll edə bilərlər. Biz bir-birimizə
onun üçün ehtiyac duyuruq ki, bizim nöqteyi-nəzərin çoxlu nöqteyi-
nəzərlər arasında yalnız biri oluğunu anlayaq və şüursuz
yanılmalarımız bizə məlum olsun ki, biz onları təshih edə bilək. Bizə
digər insanlar ona görə lazımdır ki, biz mövcud konseptual
çərçivələrin müzakirəsi və bir-birinin əleyhinə yönəlmiş müxtəlif
arqumentlərin yanaşı qoyulması üçün nəzəri və normativ plyuralistik
zəkaya ehtiyac duyuruq. Burada biz intersubyektiv və "prosedur"
rasionallığı ilə qarşılaşırıq. O, intersubyektivdir, ona görə ki,