825
Totalitarizmin (həmçinin də, posttotalitar cəmiyyətlərin)
intellektual müqəddimələrindən bəziləri daha erkən dövrlərə gedib
çıxır. Arend bir qədər gözlənilməz tərzdə elmdə və texnikada
nəzərdən keçirilən tərəqqi ideyasını totalitar şirniklənmə (temptation)
ilə
birləşdirməyə
səy
edir. Müasirlik (modernity) bütün
məhdudiyyətlərdən keçərək özünə yol açır. Müasir insan həmişə irəli
getmək istəyir, o, öz mövcudluğunun dəyişməz şəraiti ilə görünür,
daha məmnun deyildir. O, heç bir zaman "səyahətdən yorulmur" və
ölməzlik axtarır. O, özünün Yerə mənsubiyyətdən xilas olmağa can
atır və artıq öz kosmik gələcəyini planlaşdırmağa başlayır. Arend üçün
tərəqqi ideyası xudbinliyin bir formasıdır. Bu ideya onu ifadə edir ki,
modernizasiya insani mövcudluğun dəyişməz şərtlərinin əleyhinə çıxış
edir. Arend güman edirdi ki, bu xudbinliyin tarixi mənşəyini
aydınlaşdırmışdır, onun fikrinə görə, onun tarixi Renessansdan, təbiəti
tabe etdirmə və təbiət üzərində nəzarət ideyasından başlayır. XX əsrdə
bu ideya bütün sferaları silahlandırmışdı. Təbiət, cəmiyyət və insan –
bütün hər bir şey nəzarət və manipulyasiya obyekti olmuşdu. Bu
nöqteyi-nəzərdən, totalitarizm demokratik və liberal cəmiyyətləri
səciyyələndirən mentallığın yalnız bir ifrat versiyasıdır. Müasir
texnologiya "fövqəltəbii" imkanlar əldə etmişdir və hər şeyi eyni bir
xətkeşlə ölçən, bütün hər bir şeyi əhatə edən təfəkkür üsulunun
əsasına çevrilmişdir.
Arendin tənqidi yalnız siyasi ideologiyaların əleyhinə
yönəlməmişdir. O, həmçinin, müasir fəlsəfənin dəqiq və yerinə düşən
analizini işləyib hazırlayır. Habermasa oxşar olaraq, o da, Marksı
praksisi əməyə aid etdiyinə görə tənqid edir. Hətta əgər Marks
Arendin bir çox qayğılarını bölüşdürsəydi də, onun maraqlarının
mərkəzində siyasət deyil, daha çox iqtisadi həyat dayanır. Marks üçün
insanın əməklə bağlı olan özgələşməsi azadlıq və özünüreallaşma
üçün ən mühüm olardı (nəzər salın, fəsil 21). Sosialist inqilabının
başlıca məqsədi də əməyin və istehsalın elə dəyişdirilməsindən
ibarətdir ki, insan özünü əmək vasitəsi ilə reallaşdıra bilsin. Gələcəkdə
kommunist cəmiyyətdə dövlət "ölüb getməli", siyasət isə "şeylərin
idarə olunması" ilə əvəz edilməlidr. Lakin Marks bütövlükdə praksisə
insanın aktivlik şərti kimi münasibətdə təəccüb doğuracaq bir tərzdə
susur. Beləliklə, marksizmdə adekvat siyasi nəzəriyyə mövcud
deyildir. O, bütün etik-siyasi ölçünü əməyə və istehsala aid edir.
Görünür ki, bu, həmin o faktın amillərinin biri idi ki, XX yüzilliyin
marksizmə əsaslanmış sosialist "eksperimentləri" fəlakətli nəticələrlə
tamamlandı.
Oxşar tənqid Haydeggerin ünvanına da irəli sürülə bilər.
“Varlıq və zaman” əsərində o, insan qarşısında duran müxtəlif
826
vəzifələri instruktiv formada təsvir edir, amma o da, Marks kimi “vita
activa”nı əməyə və istehsala aid edir: məhz onda mərkəzi yer
əkinçinin və sənətkarın həyatına məxsusdur. Amma Haydeggerin əli
zərbə vurur, tumarlamır. Yer üzərində sənətkarlıqla və kənd əməyi ilə
məşğul olma etik-siyasi diskussiyalar üçün heç bir yer saxlamır
468
.
Beləliklə, Haydegger praksisin fəlsəfəsini (prakseologiyanı) praksis
olmadan işləyib hazırlayır. O, eykoloqa çevrilir və ruhunun
dərinliklərində apolitik mütəfəkkir olaraq qalır (bax. Fəsil 30).
Doğrudur ki, "sonranın" Haydeggeri Arendi maraqlandıran bir çox
problemlərlə məşğul olmuşdur. O, texnoloji artımın təhlükələrini
aydın bir tərzdə görmüşdür. Lakin bu çağırışa yeganə mümkün
cavabın poeziya olması barədə onun tezisi göstərir ki, onda adekvat
siyasi anlayışlar yoxdur.
Biz qeyd etmişdik ki, Arendin siyasət anlayışı azad və eyni
hüquqlu iştirakçılar arasında diskussiyanı nəzərdə tutur. Diskussiyanın
məqsədi bizim təsəvvürlərimizin və fikirlərimizin izah olunmasından
və yoxlanılmasından ibarətdir. Arend üçün mühüm olan həqiqət və
təsəvvür (rəy) arasındakı fərqdir. O, həqiqət (aletheia) və rəy (doxa)
arasında məsələn, Platonun sofistlərin əleyhinə mübarizəsində baş
verən mübarizəni göstərir. Arend bu konfliktdə demək olar ki, sofistik
mövqe tutmadan fəlsəfənin “aletheia”sı əleyhinə siyasətin “doxa”sını
müdafiə edir. O, vurğulayır ki, fərdlər özlüyündə rəylərə "malik
deyillər". Onların xüsusi nöqteyi-nəzərləri və ideyaları müxtəlif
nöqteyi-nəzərlərin həqiqi çarpışmasının gedişində sınaqdan keçdiyi
zaman
onlar
əsaslandırılmış rəyləri formalaşdırırlar. Belə
diskussiyalarda biz öz konsepsiyalarımızı daha yaxşı arqumentlərin
işığında yenidən nəzərdən keçirə bilərik. Yalnız belə bir qaydada biz
situasiyanı müxtəlif tərəflərdən nəzərdən keçirməyi öyrənə bilərik və
onun haqqında reprezentativ rəy formalaşdıra bilərik. Aristotelin
ardınca Arend vurğulayır ki, siyasət müdrikliyin xüsusi formasını
(fronezis, phronesis), yəni konkret situasiyanın və ya halın
qiymətləndirilməsi zamanı həmişə aşkar edilən praktik bəsirəti
nəzərdə tutur. Nəzəri idrak deməli ki, heç bir zaman siyasi müdrikliyi
əvəz edə bilmir. Baxmayaraq ki, Habermas Arendin etdiyi kimi nəzəri
və praktik diskurs arasında kəskin sərhəd qoymur, onların hər ikisi
razıdır ki, siyasi diskussiya yalnız sofistik dilətutmalar üçün deyil,
rasional arqumentlər üçün də, inam üçün də açıq olmalıdır.
Arendin siyasi fəlsəfəsində heç də hər bir şey yaxşı
düşünülmüş və dəqiq deyildir. Demək olar ki, o, yalnız azlığın siyasi
468
Bax: A. Granberg. Death of the Other. The Making of the Self and the
Problem of the Ethical in Heideggers "Being and Time". - Oslo, 1995.