Gurultulu məHƏBBƏT



Yüklə 354,7 Kb.
səhifə3/3
tarix21.10.2017
ölçüsü354,7 Kb.
#6294
1   2   3

YEDDİNCİ ŞƏKİL
Təzə evin eyvanında stol açılmışdır. Divarda Rəsulzadənin fotoşəkli asılıb. Mərdan şəklə müraciətlə danışır.
M ə r d a n. Bir-iki saatdan sonra şəxsən sizinlə görüşmək xoşbəxtliyi təzədən mənə nəsib olacaq. Sabah bütün rayon məni barmaqla göstərəcək. Mərdan kişi yoldaş Rəsulzadə ilə qohum olub, deyəcəklər. Eh... Lətifəsi özümə gəlməsin, arxalı köpək qurd basar, deyiblər. (Gülür.) Bilirsiz niyə gülürəm, yoldaş Rəsulzadə? Bizim bu səfeh arvad da elə bilir ki, Şəlaləyə elçi o biri oğlan tərəfindən gələcək. Ay-hay!.. Bəsirə! Bəsirə!.. (Bəsirə gəlir.) Hə, axır hikkəni yeritdin?!

B ə s i r ə. Nə demək istəyirsən?

M ə r d a n. Qızı verirsən də o tüllab oğlana?

B ə s i r ə. Təhqirlə danışma, Bəli! Bu Şəlalənin öz arzusudur.

M ə r d a n. O boyda yoldaş Rəsulzadə getdi işinin dalınca, hə?

B ə s i r ə. Mərdan, gəl bu gün evə qanqaralıq salma.

M ə r d a n. Qız necə, bu dəfə fikrini dəyişməyəcək?
Şəlalə gəlir.
Ş ə l a l ə. Arxayın ol, ata. Ancaq qorxuram yenə sən dediyinin dalından qaçasan.

M ə r d a n. Kişi tüpürdüyünü yalamaz.


Həsən gəlir.
H ə s ə n. Gözünüz aydın, klubu boşaltdılar!

M ə r d a n. Necə?

Ş ə l a l ə. Kim boşaltdı?

H ə s ə n. Dünən başılovlu girdim mədəniyyət şöbəsinə. Dedim, a kişilər, xəbəriniz var məsələdən: klubumuz işləmədiyi üçün Rəsulzadənin bacısı oğlu rayonumuzdan yaman narazı getdi. Axşamacan içərisini boşaltdılar, silib-süpürüb açarlarını verdilər mənə.

M ə r d a n. (Bəsirəyə). Görürsən! Bunlar hamısı sənin bəyənmədiyin o Rəsulzadənin zəhmindəndir.

B ə s i r ə. Vəzifə adamlarının zəhmi acizləri qorxudar.


Bəsirə Şəlalənin qolundan tutub aparır.
H ə s ə n. Əmi, ancaq, heyif, heyif, Bəsirə, Rəsulzadədən əlimizi üzdü. O kişinin bizlərə çox xeyri dəyəcəkdi.

M ə r d a n. Ə, daha səsə salma. Qızı elə onun oğluna verirəm də.

H ə s ə n. Necə?! Necə?!

M ə r d a n. Hə... İsrafilə. Işi çox ustalıqla qurmuşuq. Bəsirə bir vədə ayılıb görəcək Rəsulzadəyə qohum olmuşuq. Ha... ha... ha... ha...

H ə s ə n. Afərin, əmi. Ta sənə sözüm yoxdur!
Eyvana qalxırlar. Mərdan Rəsulzadənin şəklini yerində görməyib təəccüblənir.
M ə r d a n. Ə, bəs bu nə oldu?! (Şəkli tapıb divardan asır.) O Bəsirədən nə desən çıxar! Sənin bu əmin arvadı xeyrini qanan adam deyil, qardaşoğlu...

H ə s ə n. Bəli, əmi.

M ə r d a n. Yəqin bu gün kişi məndən soruşacaq ki, ay Mərdan, sən nə təvəzökar adamsanmış, heç demirsən harada işləmək istəyirsən?! Deyəcəm, siz bilən məsləhətdir, yoldaş Rəsulzadə. Deyəcək: sən daha mənə elə müraciət eləmə, Yoldaş nədir? Biz qohumuq, qudayıq, canciyərik... Sonra... Sonra səncə o mənə nə qulluq təklif edər, Həsən? Ə, fərsiz, klub müdiri deyilsən, beş dəqiqə Rəsulzadə olub dərdimi soruşsana.

H ə s ə n. (Rəsulzadənin dili ilə). Mərdan, səni benzokolona qoydursam, işlərsən?

M ə r d a n. Yox... Oranın iyi, havası xoşuma gəlməz, yoldaş Rəsulzadə.

H ə s ə n. (öz dili ilə). Əmi, get. Ordan çopur Xeyrullanın qazandığı pulları balta kəsməz. Bu rayonda iki yağlı yer varsa, biri elə oradır.

M ə r d a n. İstəmirəm. Ayrı yer...

H ə s ə n. Bəs restorana müdir düzəltdirsəm, necədir?

M ə r d a n Yox... Döşümə yatmadı. O mənim adıma layiq deyil.

H ə s ə n. (öz dili ilə). Ə kişşi, sən şadlığına şıllaq atırsan. Restoranın müdiri Seyfullanın maaşı vur-tut səksən, doxsan manatdır, di gəl ki, ayağının altında qara “Volqa”sı, beşotaqlı mənzili, iki gözəl –göyçək arvadı.

M ə r d a n. Qardaşoğlu, sən pillə-pillə qalx yuxarı, görək harda dayanarıq.

H ə s ə n. Bəlkə hamamda...

M ə r d a n. (ona bir qapaz ilişdirir). Ə, başına yer qəhət oldu?!

H ə s ə n. Əmi, sən Rəsulzadəyə qapaz vurursan?!

M ə r d a n. Döşamə yatmır... Davam elə...

H ə s ə n. Yaxşı, kolxız sədri – bəyənirsən?

M ə r d a n. Ora ağır olar mənimçün.

H ə s ə n. Əmi, gəl, bunasa razı ol. Kolxoz sədri Əmirqulunun həyət- bacasını, var – dövlətini gətir gözünün qabağına, hələ üstəlik adı, hörməti...

M ə r d a n. İstəmirəm. Kolxozda pambıq var, plan var...

H ə s ə n. Onda Mərdan kişi, bəlkə özün deyəsən, meylin haradır?

M ə r d a n. (yazıq-yazııq). Balaca bir yer var yoldaş Rəsulzadə, mən oranı istəyirəm, böyük univermağa müdir... (Gülürlər.) Qardaşoğlu, atamın goru haqqı, Rəsulzadə çox arif adamdır. O dəqiqə başa düşəcək ki, mən bu mülkün tikilməsinə bir ətək pul xərcləmişəm. O boşluğu doldurmağın öhdəsindən ancaq univermaq gələr.
Şəlalə həyətdə görünür. Aşağı enirlər. Qapı döyülür. Laləzar ağlaya-ağlaya gəlir.
M ə r d a n. Madam, niyə ağlayırsan?

L a l ə z a r. Sizin kürəkəniniz bu rayona sağ gəlib, salamat getməyəydi!

Ş ə l a l ə. Nə olub, desənə!

L a l ə z a r. Daha bundan betər nə olacaq? Neçə gündür ki, bu daşlı-kəsəkli xarabada ömür çürüdürəm. Nə var, nə var, instituta girməyə bir arayış alacaqdım. Onu da ala bilmədim. Qorxurlar sizin İsrafil işdən xəbər tutub Bakıda ağzından söz qaçıdar.

H ə s ə n. Aaz, get gözünün qorasını Bakıda tök, əmim neyləsin!

L a l ə z a r. (çığırır). Sən sus!

H ə s ə n. Qışqırma! Bilirəm, əlimdən yanıqlısan! Sən bura arayış almağa yox, ər axtarmağa gəlmisən. Xam hərif tapmadın.

L a l ə z a r. Farmazon!

H ə s ə n. Karapuzik!
Laləzar çıxır.

M ə r d a n. Ədə, sən bu taxta iqruşkaya dil vermişdin?! Ay hay! (Astadan.) Get, paltarını dəyiş, əməlli geyin, gəl. Qoy Rəsulzadə səni də abırlı bir adam kimi tanısın.

H ə s ə n. (getmək istəyir, dayanır). Laləzar bir az uzaqlaşsın sonra.
Azacıq gözləyib gedir. Cahan gəlir.
C a h a n. A başınıza dönüm, işim çətinə düşüb, xahişə gəlmişəm yanınıza. Salam əleyküm.

Ş ə l a l ə. Salam, nə məsələdir, Cahan xala?

C a h a n. O vədə qardaşım oğlu Dadaşla yoldaşı sizdən çıxandan sonra gecəni bizim evdə yatmışdılar...

M ə r d a n. Dadaş sənin qardaşın oğludur?!

C a h a n. Bəs necə. Dadaşciyəz möhkəm tapşırmışdı ki, o barədə heç kəsə bir söz deməyim. Dilim dinc durmadı, rayonda cəmisi beş-altı arvada danışdım, bilmirəm. Üstündən neçə gün keçməmiş məni çağırıb mehmanxanaya müdir qodular. Yalvardım, yaxardım, bacarmaram, razılaşmadılar. Dedilər: “Arvad, Rəsulzadənin qohumusan, buçağacan bizdən niyə gizlədirsən? Sənin ən aşağı vəzifən elə mehmanxanada müdirlikdir” And-aman elədim, o kişi ilə heç bir qohumluğum yoxdur, inanmadılar.

Ş ə l a l ə. (Gülür). Ha... ha... ha... ha...

M ə r d a n. Cahan arvad, heç bilirsən Dadaşla sizdə yatan o kişi kimdir?

C a h a n. Hardan biləydim. Amma yaman zarafatcıl adamdı. O gecə səhərə kimi Dadaşla laqqırtı vurub gülürdülər.

M ə r d a n. Daha səsə salma. Pislik eləyiblər sənə?!

Ş ə l a l ə. Xala, bəs istədiyin nədir?

C a h a n. Deyirəm,atanı başa sal. Məni mehmanxana müdirliyindən götürsün. Barı əvvəlkitək elə təsərrüfat işlərinə baxım.

M ə r d a n. Arvad, sənin başın xarab olub!

C a h a n. Başı xarab olan sənsən! Bu tezliklə şəklimi də rayon mərkəzində şərəf lövhəsindən asdırıblar. Ordan hər keçəndə xəcalətdən ölürəm. (Evə baxır.) Mərdan, ciyərli adamsan... Bu boyda imarəti qorxmadın tikdirdin?

Ş ə l a l ə. Cahan xala, o işi mən yoluna qoyaram. Keçək içəri, bir stəkan çay iç.


Keçirlər. Qapı döyülür. Mərdan qapını açanda Rəsulzadə ilə qarşılaşırş
M ə r d a n. (özünü itirir). Yoldaş Rəsul...zadə?! Bu sizsiz?! Gözlərimə inanmıram!

R ə s u l z a d ə. Salam!.. Salam!,.

M ə r d a n. Belə əleykəssalam, beş də artıq! (Görüşürlər.) Siz malası təzə qurumuş bu evə yüz dəfə xoş gəlib, iki yüz dəfə səfa gətiribsiz!

R ə s u l z a d ə. Görürsən də, cavanlar bizi əziyyətə salıblar.

M ə r d a n. Təki həmişə onların əziyyətini çəkək, yoldaş Rəsulzadə

R ə s u l z a d ə. Xahiş edirəm mənə daha yoldaş demə, Axı, biz artıq qohumuq, qudayıq.

M ə r d a n. Düz buyurursuz. Ancaq neyləyim, dilim öyrəşib.
Bəsirə, Şəlalə, Cahan gəlir. Bəsirə Rəsulzadəni görcək özünü itirir.
Ş ə l a l ə. Ana, sakit ol.

B ə s i r ə. Yenə o niyə gəlib?! Deyin, bu dəqiqə çıxıb getsin!


Rəsulzadənin şəklini çıxarıb yerə çırpır.
R ə s u l z a d ə. Mərdan kişi, elçilərimiz bayırda gözləyirlər. Demək, onların içəri gəlməsin razılıq verirsən?

M ə r d a n. Bizim aramızda bu nə sözdür, yoldaş...


Rəsulzadə çıxır. Mərdan cəld Bəsirənin yanına qaçır.
M ə r d a n. Özünü ələ al!

B ə s i r ə. Mən ona qız verməyəcəyəm!

M ə r d a n. Arvad, toxda!
Şəlalə küçəyə qaçır. Həsən təngnəfəs içəri girir.
H ə s ə n. Əmi, ay əmi. Xəbərin var, elçilər yenə o birinci dəfə gələnlərdir?!

M ə r d a n. Ədə, korsan! Bəs fil boyda Rəsulzadəni görmədin?!

H ə s ə n. Yox, görmədim. O burda yoxdur
“Vağzalı çalınır. Kamal, Nemət, Mürsəl və Dadaş həyətə girirlər.

M ü r s ə l. Keçən gəlməyimizi hesaba almasaq, mən axırıncı kərə on iki il qabaq bu rayonda olmuşam. Pah atonnan! İllərə bax ey!.. elə bil lap srağa gün idi.

M ə r d a n. Çalmayın, saxlayın. Ay camaat, xətrinizə dəyməsin, siz ikinci dəfə bizim qapıya çox nahaq yerə durub gəlmisiniz.

H ə s ə n. Gecikmisiz, bala, gecikmisiz.

M ə r d a n. Biz qızı başqasına vermişik.

B ə s i r ə. (şən tərzdə). Çalın, ay camaat, siz ikinci kərə xoş gəlmisiniz Bizim qız sizin oğlanı istəyir. Mən də öz razılığımı vermişəm, evə buyurun.

M ə r d a n. Ə, çalmayın, dayanın! Camaat, siz arvada yox, mənə qulaq asın. Qızım Şəlalə, yoldaş Rəsulzadənin oğlu İsrafili sevir. Elçiləri də bayırdadır. (Şəlalə ilə İsrafili arxada görür.) Ə, qadası, sən də gəlmisən! Bəs niyə dinmirsən?

İ s r a f i l. Doğru deyirsiz, Mərdan əmi, bu barədə Şəlalə də, Bəsirə xala da, hətta siz də mənə öz razılığınızı vermmisiniz. (Kağızı çıxarıb ona göstərir.)

M ə r d a n. Elədir. Axı başa düşə bilmirəm, bunlar niyə durub yortublar bura? Qadası, bəs yoldaş Rəsulzadə necə oldu? Çağır onu içəri.

D a d a ş. Darıxmayın, Mərdan kişi, o da burdadır.

K a m a l. (irəli çıxır). Mərdan kişi, Rəsulzadə də mən idim, bəndəyi fəqiriniz aktyor Kamal da mənəm! Israfil isə sizin Şəlaləni doğrudan da əvvəlcədən istəyən qardaşım oğludur.

M ə r d a n. Necə?! Necə?!

K a m a l. Əssalamün və əleyküm, biz həmən elçilərik. Biri Nemət, biri Mersəl, biri mən – üç nəfərik...

M ü r s ə l. Axşamın xeyir ola, Mərdan kişi, kefin necədir? De görək bir bizə əhvalı-şərifin necədir?

B ə s i r ə. (qəhqəhə çəkir). Ha... ha... ha... ha... Nə yaxşı oldu!

H ə s ə n. Əmi, bunlar yenə nə teatr çıxardırlar?

M ə r d a n. (xəstə kimi). Üzün ağ olsun Şəlalə. Bu nə toydur, mənə qurdunuz?! Hər şey əlimdən çıxacaq. Adına saldırdığım bu imarəti də sabah bizdən alacaqlar.

Ş ə l a l ə. Onsuzda imarət bizimki deyil. Mən onu natariusla öz adımdan çıxartdırıb, uşaq bağçasına versdirmişəm.

M ə r d a n. Həə?!
Yerə çökəndə Həsən onu tutur.
K a m a l. Sağ ol, qızım. Bu binanın hansı pullar hesabına başa gəldiyi hamıya məlumdur!

M ə r d a n. (zarıyır). Aman!.. Siz mənə dağ üstdən dağ çəkdiniz.

N e m ə t. Mərdan kişi, əvvəlcədən cığallıq eləməsəydin, axı lap belə də olmazdı.

X O R İnsanları həyatda

Halal zəhmət yaşadır.

Müqəddəsdir bu zəhmət

Onsuz şey acıdır!

İnsanları həyatda

Saf məhəbbət yaşadır.

Müqəddəsdir məhəbbət,



Gözəlliyin tacıdır!
Pə r d ə.
Yüklə 354,7 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə