H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə33/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

__________________________________________________ 
 
99 
poeması  təkcə onun yaradıcılığında deyil, eləcə  də bütün müasir 
Cənubi Azərbaycan poeziyasında yeni mərhələdir. Burada Cənubi 
Azərbaycan təbiətinin gözəllikləri, xalqın adət-ənənələri, ana 
yurduna tükənməz oğul məhəbbəti  əlvan poetik boyalarla, canlı 
xalq dilində tərənnüm edilir. Poemada doğma yurdu Azərbaycanın 
2-yə bölünməsini böyük ürək ağrısı ilə  nəql edir. Poemanın  ən 
böyük məziyyəti onun xəlqiliyindədir. Poema Cənubi 
Azərbaycanda anadilli poeziyaya geniş yol açmışdır.  Şəhriyarın 
yaradıcılığı bütün Türk dünyasında böyük şöhrət qazanmışdır. 
C.5-240; C.9-144; 
409.  Şıxlinski  Əliağa,  Əliağa  İsmayıl Ağa oğlu  Şıxlinski 
(1865-1943)- hərbi xadim, artilleriya general-leytenantı. 
Peterburqda artilleriya məktəbini bitirmişdir. Rusiya-Yaponiya 
müharibəsində (1904-1905) Port-Arturun müdafiəsində göstərdiyi 
igidliyə görə  qızıl qılıncla mükafatlandırılmışdır. 1908-ci ildə 
polkovnik, 1912-ci ildə isə general-mayor rütbəsi almışdır. Birinci 
dünya müharibəsində (1914-1918) Petroqradın artilleriya 
müdafiəsi  Şıxlinskiyə tapşırılmışdı.  Şıxlinski Nikolay ordusunda 
“artilleriyanın allahı” hesab olunurdu. 1920-ci ildə Azərbaycan 
SSR Xalq Hərbi və Dəniz İşləri komissarının müavini işləmişdir. 
1929-cu ildə istefaya çıxmışdır. C.1-159, 177; C.3-315; C.5-14
410.  Şirvanşahlar sarayı- Azərbaycan memarlıq kompleksi, 
Şirvan-Abşeron memarlıq məktəbinin görkəmli abidəsi. Bakının 
İçərişəhər hissəsindədir. Bakının XV əsrdə Şirvanşahlar dövlətinin 
paytaxtına çevrilməsilə  əlaqədar tikilmişdir. 1420-1460-cı illər 
arasında salınmış  Şirvanşahlar sarayı ansamblının binaları yerin 
relyefinə uyğun olaraq inşa edilmişdir.  Ərazisinin  ən hündür 
yerində olan Yuxarı  həyətdə saray binası (1420-ci illər) və ona 
bitişik Divanxana (1450-ci illər), Aşağı  həyətdə türbə (1435) və 
minarəli  Şah məscidi (1442), Yuxarı  həyətin yaxınlığında Seyid 
Yəhya Cəlaləddin Bakuvinin türbəsi (1450-ci illər) və ona bitişik 
kiçik məscid yerləşir. Türbə olan həyətin giriş baştağı  Şimal 
darvazası 1585-ci ildə tikilmişdir. Şirvanşahlar sarayı ansamblının 
yaxınlığında hamam, “Şah kəhrizi”nin qurtaracağında 500 min litr 
su tutan ovdan qalmışdır. C.1-161; C.4-12; 


__________________________________________________ 
 
100 
411. Şuşa- Azərbaycanın işğal olunmuş rayonu (1992-ci il, 8 
may). Sahəsi 289 km
2
C.1-33, 44, 114, 202, 239, 285, 298, 503, 
528, 530, 578-580; C.2-276, 277, 293, 309, 311, 317, 333, 370, 
406, 438, 450, 455, 508, 574; C.3-29, 35, 152, 172, 374, 375, 445, 
461;  C.4-10, 13, 33, 90, 115, 228, 254, 264, 275, 283-285, 347, 
369-371, 387; C.5-92, 97, 362, 368, 377, 469; C.6-121, 180, 212-
214, 217, 218, 236-246, 248-256, 263; C.7-191; C.9-19, 262; 
412.  Şuşa qalası- (ilk adı  Pənahabad). Qarabağ xanlığının 
banisi Pənahəli xan Cavanşirin 1750-ci illərin  əvvəllərində 
saldırdığı qala. Şuşa  şəhərinin adlarından biri Pənahəli xanın 
şərəfinə adlandırılmışdır. Mühüm strateji mövqedə yerləşən və 
möhtəşəm qala divarları ilə əhatə edilən Pənahabad qalası tezliklə 
Azərbaycanın mühüm şəhərlərindən birinə çevrildi. C.4-369, 370; 
C.6-213, 214; 
 

 
413. Tağıyev Hacı Zeynalabdin Tağı  oğlu (1838-1924)- 
məşhur messenat, maarifpərvər, “millətin başçısı, atası”, Bakı 
milyonçusu.  Əvvəllər bənna işləmiş Hacı 1872-ci ildən 
neftçıxarma işinə kapital qoymuş  və sahibkarlıq fəaliyyətinə 
başlamışdır. Bakıda “Tağıyev N.Z. lifli maddələrin emalı üzrə 
Qafqaz Səhmdar Cəmiyyəti”ni, toxuculuq fabrikini, “Xəzər 
manifaktura cəmiyyəti”ni, “Tağıyev balıq sənayesi Səhmdar 
Cəmiyyəti”ni, yerli sahibkarlarla birlikdə Bakı ticarət bankını 
yaratmış və bank Şurasının sədri seçilmişdi. Savadsız olmuş Hacı 
savadsızlığın acısını duymuş və buna görə də vətən övladlarının, 
xüsusilə, kasıb oğlan və  qızların təhsil almasına böyük qayğı 
göstərmişdi. O, öz vəsaiti ilə Yaxın  Şərqdə- Bakıda ilk qızlar 
məktəbi, qadınları  işlə  təmin etmək üçün Bakıda toxuculuq 
fabriki, Mərdəkanda sənət məktəbi, teatr binası tikdirir. 
Qiraətxanalar üçün qəzet və jurnalların pulunu ödəyir, öz xərcinə 
Azərbaycan 
şair və alimlərinin 
əsərlərini, həmçinin 
azərbaycancaya tərcümələri çap etdirir. 1905-1911-ci illər  İran 
məşrutə  hərəkatına silah və pulla yardım edir. İranda onlarla 


__________________________________________________ 
 
101 
məktəbin açılmasına, məktəb ləvazimatı və zəruri kitablarla təmin 
edilməsinə, daxildə və xaricdə oxuyan və maddi təminata ehtiyacı 
olanlara daim yardım edirdi. “Kaspi”, “Həyat”, “Füyuzat” kimi 
qəzet və jurnalların nəşri üçün vəsait ayırmışdı.  
Hacı Bakıya “Şollar suyu” çəkdirmiş, Mərdəkanda dən 
üyüdən elektrik dəyirmanı tikdirmiş  və  qəsəbənin  əhalisini ilk 
dəfə elektrik işığı ilə təmin etmişdir. 
Bütün bu xidmətlərinə  və xeyirxahlığına görə dövrünün ən 
yüksək titul və rütbələrinə layiq görülmüş, orden və medallarla ilə 
təltif olunmuşdur.C.1-154, 161; C.2-101; 
414. Talbott Stroub- ABŞ-ın dövlət xadimi. 1994-cü ilin 
fevralından həm də Minsk konfransının həmsədri olmuşdur. C.2-
330; 
415. Talışxanovlar sülaləsi – Talışxanovlar nəslindən olan 
hərbçilər. Bunlardan Talış xanı  və talış qoşununun sərdarı Mir 
Mustafa xan Talışxanov (? - 1814) general-leytenant; Mir 
Kazımbəy Talışxanov (1854-1938) general-leytenat; Əsəd bəy 
Talışxanov (? - 1919) general-mayor rütbəsinə  qədər 
yüksəlmişdir. C.5-315; 
416. Tamara Sinyavskaya, Sinyavskaya Tamara İliçna 
(1943)- məşhur rus müğənnisi. Moskva Böyük Teatrının solisti. 
SSRİ və Azərbaycanın Xalq artisti. C.7-337; 
417. Tansu Çillər (1946)- Türkiyənin siyasi və dövlət xadimi. 
1991-ci ildən TBMM-nin üzvü, 1993-cü ildən isə “Doğru yol” 
Partiyasının sədri, 1993-1995-ci illərdə Türkiyə Cümhuriyyətinin 
Baş naziri olmuşdur. C.1-133, 137, 221, 363, 366, 399, 405; C.2-
19, 20, 88, 496, 577, 579; C.3-12, 291, 327-330, 332-334, 348, 
351, 382, 450; C.4-85, 86, 88-98, 100, 101, 103, 154, 382; C.6-
119, 354, 465; C.8-150; 
418. Tehran – İranın paytaxtı. Ölkənin  əsas siyasi, iqtisadi, 
ticarət-maliyyə  və  mədəniyyət mərkəzi. Tehranın  əsası  İX  əsrdə 
Rey  şəhərinin yaxınlığında qoyulmuşdur. XIII əsrdə monqollar 
Reyi dağıtdıqdan sonra Tehran böyüməyə başladı. 1785-ci ildə 
İranın paytaxtı elan edilmişdir.  C.1-59, 225; C.2-50, 52, 53, 95, 
427; C.4-41; C.5-190; C.7-434; C.8-23, 50; 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə