H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə34/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

__________________________________________________ 
 
102 
419. Terri Devid Adams (1938) – görkəmli ingilis mühəndis-
neftçi, geoloqu. Əmək fəaliyyətinə 1963-cü ildə başlamışdır. 
1969-cu ildən “Britiş Petroleum” şirkətinin bir çox ölkələrdə 
nümayəndəsi, 1994-1998-ci illərdə Azərbaycan Beynəlxalq Neft 
Konsorsiumunun ilk prezidenti olmuşdur. Azərbaycanda səmərəli 
fəaliyyətinə görə 1997-ci ildə Britaniya Krallığının “Müqəddəs 
Mixail və Georgi”, 1998-ci ildə isə Azərbaycan Respublikasının 
“Şöhrət” ordeni ilə təltif olunmuşdur. C.3-261; C.5-34, 38, 55, 56, 
337; C.7-246, 247, 249-251, 388, 392, 394, 395; C.8-467-470; 
420. Teymurləng,  Teymur,  Əmir Teymur, Topal Teymur 
(1336-1405)- Orta Asiyanın görkəmli dövlət xadimi, sərkərdə, 
əmir. Teymurilər imperiyasının banisi. Türkləşmiş barlas 
tayfasından idi. Sağ çiynindən və dizindən aldığı  zədədən ayağı 
qatlanmadığına görə “Teymurləng”  (Topal Teymur) ləqəbi ilə 
tanınmışdır. Teymurləng üç yürüşündə (1386-1387; 1392-1397; 
1399-1404) Azərbaycanda olmuşdur. Əlincə qalası uğrunda 14 il 
mübarizə aparan Teymurləng buraya 4 dəfə (1387, 1393, 1397, 
1400) yürüş etmiş, ciddi döyüşlər aparsa da məqsədinə nail ola 
bilməmişdir. C.6-339; C.7-168, 430, 433, 437, 439-442, 451, 455; 
421. Tiflis (Tbilisi) – Gürcüstan Demokratik Respublikasının 
(1918-21) paytaxtı.  Şəhərin meydana gəldiyi  ərazi eramızdan 
əvvəl 4-3-cü minilliklərdə mühüm yaşayış  məskənlərindən biri 
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 
haqqında “İstiqlal” bəyannaməsi Tiflisdə elan edilmiş, 10-cu 
hökumət kabinəsinin təşkili və ilk dövlətçilik tədbirləri burada 
həyata keçirilmişdi. C.1-35, 475; C.3-77, 131; C.5-404, 405, 408, 
409, 417, 421-423, 425, 427-432, 434, 436, 443, 444, 446-448, 
450, 451; C.6-32, 151, 154, 299, 300, 456, 449; C.8-377, 420, 
438, 440-442; C.9-197, 254-256, 400, 449, 450; 
422. Tofiq Quliyev, Tofiq Ələkbər oğlu Quliyev (1917-2000)- 
görkəmli Azərbaycan bəstəkarı. Azərbaycan Respublikasının Xalq 
artisti. Tofiq Quliyev Azərbaycan estrada musiqisinin 
yaradıcılarındandır. Yaradıcılığında lirik mahnılar  əsas yer tutur. 
1973-2000-ci illərdə Azərbaycan Bəstəkarlar  İttifaqı  İdarə 
Heyətinin birinci katibi olmuşdur. Azərbaycan Respublikasının 


__________________________________________________ 
 
103 
“İstiqlal” ordeni ilə  təltif olunmuşdur.  C.1-381;  C.3-162, 325, 
326; C.7-338; 
423. Tofiq Zülfüqarov, Tofiq Nadir oğlu Zülfüqarov (1959)- 
diplomat, fövqəladə  və  səlahiyyətli səfir. 1993-1994-cü illərdə 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində idarə  rəisi 
işləmiş, 1994-cü ildə Azərbaycan Xarici İşlər nazirinin müavini və 
Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə 
danışıqlarda Azərbaycan Respublikası nümayəndə heyətinin 
başçısı olmuşdur. 1998-1999-cu illərdə Azərbaycan 
Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmişdir. C.5-82, 
83; 
424. Toğrul Nərimanbəyov, Toğrul Fərman oğlu 
Nərimanbəyov (1930)- görkəmli Azərbaycan rəssamı. Məişət, 
portret, mənzərə  və naturmort janrlarında, monumental 
boyakarlıq, illüstrasiya və teatr rəssamlığı sahələrində  fəaliyyət 
göstərir. Yaradıcılığında monumental boyakarlıq mühüm yer tutur 
(Azərbaycan Kukla Teatrının foyesindəki panno). “Nəsimi 
dastanı” xoreoqrafiq poemasına, “Qobustan kölgələri”, “Yeddi 
gözəl”, “Min bir gecə” baletlərinə verdiyi bədii tərtibat 
Azərbaycan teatr rəssamlığının  qiymətli nümunələrindəndir. 
Azərbaycanın Xalq rəssamı, SSRİ  və Azərbaycan Dövlət 
mükafatları laureatıdır. C.8-335; 
425. Tokio- Yaponiyanın paytaxtı, ölkənin  əsas sənaye-
maliyyə mərkəzidir. 
Tokio XV əsrin ortalarında salınmış (ilk adı Edo) sonralar 
Tokuqava hakimlərinin iqamətgahına çevrilmişdir. 1869-cu ildə 
İmperator iqamətgahı Kiotodan Edoya köçürüldü, şəhər Tokio 
adlandırıldı və Yaponiyanın paytaxtı oldu. C.9-257; 
426. “Total”-  məşhur fransız neft şirkəti. 1954-cü ildə  təşkil 
olunmuşdur. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və satışı ilə 
məşğul olur. C.7-392; C.8-243, 244, 251, 253, 259, 262, 269, 273, 
274, 278, 281, 284, 290, 303, 316, 323; C.9-92, 131; 
427. Trabzon- Türkiyədə  şəhər. Qara dəniz sahilində port. 
Türkiyə-İran avtomobil yolunun başlanğıc məntəqəsidir.  C.6-32; 
C.9-330-332, 374, 411; 


__________________________________________________ 
 
104 
428. Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA)- Avropanı 
Asiya ilə birləşdirən yol. Bu nəqliyyat dəhlizini  Şərqlə  Qərbi 
birləşdirən materik xətti də adlandırmaq olar. Transqafqaz 
nəqliyyat dəhlizi Azərbaycanı, bütünlükdə Qafqazı Avropa ilə 
birləşdirir. C.6-315, 320; C.7-52, 61, 64, 141, 310, 317, 323, 432, 
433, 436; C.8-285, 423, 431; C.9-92, 197, 199, 201, 220, 224, 
255, 257; 
429. “Transneft”- neft şirkəti. 1992-ci ilin noyabr ayında 
Rusiya Prezidentinin Fərmanı ilə birtipli Səhmdar Cəmiyyəti 
şəklində yaradılmışdır.  Şirkət xam neftin Rusiyanın neftayırma 
zavodlarına və eləcə də xarici ölkələrə nəql olunmasını təmin edir. 
Şirkətin magistral neft kəmərləri Rusiyada hasil olunan neftin 95,5 
faizinin nəqlini təmin edir. C.7-390, 422; C.8-310, 420, 460, 468; 
430. Turqut Özal, Özal Turqut (1927-1993) – Türkiyənin 
görkəmli dövlət və siyasi xadimi. 1980-1982-ci illərdə Dövlət 
naziri, 1983-1989-cu illərdə Türkiyənin Baş naziri, 1989-1993-cü 
illərdə Türkiyənin Prezidenti olmuşdur. C.1-366, 397; C.4-97, 98; 
C.5-170; C.6-119, 354, 466; C.7-22; C.8-5; C.9-350; 
431. Türk Dövlətləri Birliyi (TDB)- 1992-ci il oktyabr ayının 
30-31-də Ankarada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, 
Özbəkistan, Türkmənistan dövlət başçılarının iştirak etdikləri 
toplantıda yaradılmışdır. TDB-nin Nizamnaməsi türkdilli 
xalqların sosial-mədəni bənzərliyini nəzərə alaraq ortaq mədəni 
irsin araşdırılmasını, genişləndirilməsini, tanıdılmasını tövsiyə 
edir. C.7-316; 
432. Türk petrolları,  Türkiyə petrolları – 1954-cü ildə 
Türkiyənin neft və qaz sənayesinin inkişafı üçün yaradılmışdır. 
Karbohidrogen istehsalı və emalı sahəsində Türkiyənin ən böyük 
şirkətidir. TPAO hazırda MDB, Şimali Afrika və Orta Şərqdə 
fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft 
şirkətlərindəndir. C.2-255; C.3-327; C.4-407; C.6-128, 414, 416, 
417; C.7-43; C.9-6, 92, 323, 336; 
433. Türkiyə Cümhuriyyəti – Qərbi Asiyada və Avropanın 
cənub-şərqində dövlət. Sahəsi 780,6 min km
2
,  əhalisi 62,7 mln 
nəfərdir.  İnzibati cəhətdən 67 vilayətə bölünür. Paytaxtı Ankara 
şəhəridir. Dövlət başçısı Prezident, Ali Qanunvericilik orqanı 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə