H e y d ə r ə L i y e V müSTƏQİLLİYİMİZ ƏBƏDİDİR



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə37/88
tarix01.08.2018
ölçüsü1,06 Mb.
#60281
1   ...   33   34   35   36   37   38   39   40   ...   88

__________________________________________________ 
 
111 
təmsil olunur. YAP Azərbaycanın dövlət müstəqilliyinin daha da 
möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və 
dünyəvi dövlət qurulmasında və iqtisadi-siyasi islahatların həyata 
keçirilməsində  fəal iştirak edir. YAP ölkəmizin ictimai-siyasi 
həyatında aparıcı qüvvədir. YAP-ın təsis konfransında (1992) o 
vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləmiş 
mərhum Prezidentimiz Heydər Əliyev yekdilliklə Partiyanın sədri 
seçilmişdi. C.8-331, 341, 447, 457; 
462. “Yeni Müsavat” qəzeti- 1992-ci ildən nəşr olunur. 
Qəzetin təsisçisi İsa Qəmbər, baş redaktoru isə Rauf Arif oğludur. 
Qəzet ictimai-siyasi məsələlərdən, mədəniyyət və idman 
mövzularından, eləcə də digər məsələlərdən bəhs edir. C.1-39, 40; 
C.4-479;
 
463. Yerevan, Rəvan, Erivan, İrəvan-orta  əsrlərdə  və yeni 
dövrdə (1918-ci ilin mayın 29-dək  İrəvan) Azərbaycan  şəhəri. 
XVI  əsrin  əvvəllərində  Zəngi çayı sahilində dağlarla  əhatə 
olunmuş düzənlikdə salınmışdır. İrəvan şəhəri dəfələrlə Səfəvi və 
Osmanlı qoşununun hücumlarına məruz qalmış, gah bu, gah da o 
biri dövlətin tərkibinə qatılmışdı.  İkinci Rusiya-İran müharibəsi 
(1826-1828) dövründə, “Türkmənçay” müqaviləsinə (1828) 
əsasən, Rusiyaya birləşdirildi. XIX əsrin 20-30-cu illərində  İran 
və Türkiyədən köçürülmüş çoxlu erməni 
İrəvanda 
yerləşdirilmişdi. 1918-ci ilin mayında Daşnaksütyun Partiyası 
liderlərinin başçılığı ilə Ermənistan Respublikası yarandı. 1918-ci 
il mayın 28-də yaradılmış Azərbaycan Cümhuriyyəti hökuməti 
mayın 29-da keçirdiyi iclasında  İrəvan  şəhərini “paytaxtı” 
olmayan Ermənistan Respublikasına güzəştə getdi. C.1-28, 34, 37, 
111, 213, 501, 512, 515, 519, 546, 547; C.2-36, 101, 179; C.3-
197; C.6-468; C.7-293; C.9-67, 206, 330, 331, 375, 397, 411; 
464. Yuqoslaviya- 
Cənub-şərqi Avropada, Balkan 
yarımadasının  şimal-qərbində dövlət. Sahəsi 255,8 min km
2
.
 
Paytaxtı Belqrad şəhəridir. Çoxmillətli ölkədir. Macarıstan, 
Rumıniya,
 
Bolqarıstan, Albaniya, Avstriya, Yunanıstan və İtaliya 
ilə həmsərhəddir. Qərbdən Adriatik dənizi ilə əhatələnir. C.2-443; 
C.3-313, 435; C.4-61, 451; C.5-378; C.6-65; C.8-139, 320;
 


__________________________________________________ 
 
112 
465. Yuli Qusman, Yuli Solomonoviç (1943)- tanınmış 
kinorejissor və ictimai xadim, Azərbaycanın  Əməkdar  İncəsənət 
xadimi və Xalq artisti. 1993-1995-ci illərdə Rusiya Federasiyası 
Parlamentinin deputatı olmuşdur. C.7-446, 447; 
466. YUNESKO – BMT-nin maarif, elm və  mədəniyyət 
işlərinə baxan hökumətlərarası  təşkilatı. 1945-ci ilin noyabrında 
yaradılmış, 1946-cı ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki 
ildən bir çağrılan Konfransdır. Katibliyi Parisdədir. Azərbaycan 
1992-ci ildən YUNESKO-nun üzvüdür. C.2-93, 98, 514; C.4-161; 
C.7-166, 168, 169, 434; C.8-13, 23, 24, 32; 
467. YUNİSEF, BMT-nin Uşaq Fondu- 1946-cı ildə  təsis 
edilmişdir (1953-cü ildən indiki adı ilə adlanır). BMT-nin 
müəssisəsi olub, uşaqlar üçün proqramlar üzrə  fəaliyyəti 
əlaqələndirir. Başlıca olaraq inkişaf etməkdə olan ölkələrə yardım 
göstərir. Maliyyə təsisatlarının mənbələrini hökumətlərin könüllü 
üzvlük haqları, ictimai təşkilatların, xüsusi şəxslərin və 
başqalarının ianələri təşkil edir. Fondun rəhbər orqanında-  İdarə 
heyətində 41 dövlət təmsil olunur. Katibliyi Nyu-Yorkda, şöbələri 
Avropa üzrə Cenevrədə, regionlar üzrə bir sıra inkişaf etməkdə 
olan ölkələrdə yerləşir. “Nobel” sülh mükafatı laureatıdır.  C.2-
297, 333, 405; C.3-5-8, 304; C.8-185, 186; 
468. Yunokal – neft şirkəti. 1980-cı ildə ABŞ-ın Santa-Paula 
şəhərində “Kaliforniya neft şirkəti” adı ilə yaradılmışdır. 
“Yunokal” Azərbaycanda fəaliyyət göstərən ilk beynəlxalq neft 
şirkətlərindəndir. C.2-228, 255, 294, 299; C.3-156; C.4-388, 407, 
411; C.5-27, 466; C.7-43, 121; C.8-169-171, 173, 174; 
469. Yuri Safrannik, Yuri Konstantinoviç Safrannik 
(d.1953)- neftçi-mühəndis. 1993-1994-cü illərdə Rusiya 
Federasiyasının Yanacaq və Energetika naziri olmuşdur. Hazırda 
“Mosneft”  şirkətinin rəhbəridir.  C.3-464;  C.4-499;  C.5-38, 73; 
C.6-415; 
470. Yusif Hümbətov,  Yusif Kərim oğlu  Hümbətov (1950)-
politoloq, hüquqşünas. 1993-cü ildən Azərbaycan Respublikası 
Prezidenti yanında  İcra Aparatı  Ərazi  İdarəetmə Orqanları ilə  İş 
şöbəsinin müdiridir. 1995-2000-ci illərdə Azərbaycan 
Respublikası Milli Məclisinin deputatı olmuşdur. C.3-65; 


__________________________________________________ 
 
113 
471. Yusif Səmədoğlu,  Yusif Səməd oğlu Vəkilov (1935-
1998)- Azərbaycan yazıçısı və ictimai xadim. Azərbaycanın Xalq 
yazıçısı. Milli Məclisin deputatı  və Parlamentdə Beynəlxalq 
Münasibətlər və Parlamentlərarası Əlaqələr Komissiyasının sədri, 
Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci katibi olmuşdur. 
Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə  təltif olunub. 
C.5-195-199, 201, 202, 418; C.8-340; 
472. Yusif Vəzir Çəmənzəminli, Yusif Mirbaba oğlu Vəzirov 
(1887-1943)- yazıçı. Azərbaycan tənqidi-realist  ədəbiyyatının 
görkəmli nümayəndəsi. Azərbaycanın  ən dəyərli milli ziyalı 
nümayəndələrini məhv edən sovet totalitar rejiminin repressiya 
qurbanlarındandır. C.6-309; 
 

 
473. “Zaman” qəzeti- Türkiyənin mətbu orqanı. 
Azərbaycanda 1991-ci il 24 may tarixindən çapdan çıxıb. Hazırda 
Azərbaycanda fəaliyyətdədir. C.6-465; 
474.   Zbiqnev Bjezinski (1928)- Amerikanın siyasi və dövlət 
xadimi. 1953-1960-cı illərdə Harvard Universitetinin Rusiya 
tədqiqatçıları  mərkəzinin  əməkdaşı olmuşdur. 1966-1988-ci 
illərdə Dövlət Departamentinin Siyasi Planlaşdırma  Şurasının 
üzvü olmuşdur. 1977-1981-ci illərdə ABŞ Prezidentinin Milli 
Təhlükəsizlik üzrə müşaviri, Təhlükəsizlik  Şurasının  əməkdaşı 
olmuşdur. 1981-ci ildən Strateji və Beynəlxalq Tədqiqatlar 
Mərkəzinin rəhbəridir. 1987-1991-ci illərdə ABŞ Prezidentinin 
Xarici Kəşfiyyat üzrə Müşavirlər Komitəsinin üzvü olmuşdur. 
1989-cu ildən Con Norkins Universitetinin Nitse adına 
Dərinləşdirilmiş Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri, 
Amerika-Azərbaycan Ticarət Palatasının fəxri müşaviridir. 10-dan 
çox kitabın və bir sıra tədqiqatların müəllifidir.C.5-80; C.9-398; 
475. Zəngəzur mahalı- XIX əsrin II yarısında Azərbaycanda 
inzibati  ərazi vahidi, 1861-ci ildə  təşkil edilmişdir. Çar Rusiyası 
hökumətinin 1867-ci il dekabr tarixli fərmanına əsasən yaradılmış, 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə