H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə224/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   220   221   222   223   224   225   226   227   ...   240

təsirini dəf edə bilir və bu keyfiyyəti sayəsində o, öz stabilliyini qorujoıb saxlayır. Digər 

tərəfdən fərdiyyət (fərdilik) ətraf aləmin ayrılmaz tərkib hissəsidir. Buna görə 

0

, özünün 



bütün  əlahiddəliyinə  baxmayaraq,  ətraf  mühit  ilə  daim  qarşılıqlı  təsirdədir.  Məhz  bu 

qarşılıqlı təsir onun mövcudluğu və inkişafını şərtləndirir. 

Beləliklə  fərdiyyət  bütöv  bir  sistem  olmaqla  aşağıdakı  üç  tərəfi-«hatə  edir:  1) 

bioloji növün və cəmiyytin nümayəndəsi kimi götürülən ayrıca bir fərdə xas olan ümumi 

əlamətlər;  2)  ictimai  münasibətlərin  iştirakçısı  olan insana  məxsus  xüsusi  əlamətlər;  3) 

onun  bioloji  təşkilinin  və  sosial  əhatəsinin  özünəməxsusluğu  ilə  əlaqəli  olan  fərdi 

əlamətlər.' 

Lakin  fərdiyyət  bu  üç  qrup  əlamətlərin  mexaniki  məcmusu  demək  deyildir.  O, 

həmin  tərəflərin  daxili  əlaqələrinin  və  qarşılıqlı  təsirinin  yaratdığı  vahid  in-  teqral 

bütövlükdür. 

İnsanın  fəaliyyəti  varlığın  müxtəlif  formalarına  münasibətdə  birmənalı  deyildir. 

Başqa sözlə o, həm predmet formasında (predmet dünyasına münasibətdə), həm bioloji 

fərmada (üzvi  aləmə  münasibətdə)  və  həm  də  sosial formada  (cəmiyyətə  münasibətdə) 

təzahür edir. Buna görə də fərdiyyətin ən ümumi əlamətləri aşağıdakılardır: əlahiddəlik, 

bütövlük, özgünlük, təkrarolunmazlıq və fəallıq. Onlar bu və ya digər dərəcədə yuxarıda 

göstərilən hər üç formada mövcud olur. 

Bütöv bir sistem kimi götürülən fərdiliyin əsas xassəsi ayrıca və tek- farolunmazlıq 

deyildir.  Onun  başlıca  sistemyaradıcı  əlamətim  konkret  fərdin  özgünlüyü,  onun  özünə 

hakim  olmaq  qəbiliyyəti,  təbii,  sosial  və  mədəni  münasibətlər  çərçivəsində  müstəqil 

mövcudat kimi çıxış etməsidir. 

Bəllidir ki, bütün insanlar cəmiyyətdə mövcuddurlar. Lakin onların hər biri özünün 

fərdi  həyatını  yaşayır.  Yəni  başqaları  ilə  münasibətdə  müəyyən  nisbi  müstəqilliyə 

malikdir. Bu ona özünü fəal və yaradıcı surətdə təzahür etdirməyə imkan verir. Fərdin bu 

nisbi müstəqilliyi bir tərəfdən onun təkrarolunmazlığı ilə əlaqəlidirsə, digər tərəfdən onu 

insan nəsli ilə bağlayan ümumi xassələr ilə şərtlənir. Hər bir fərdiyyətin nisbi müstəqilliyi 

onun cəmiyyətdə oynadığı rolu sayəsində mümkün olur. Fərdiyyəti ətraf aləmdən tam asılı 

olmamaq kimi təsəvvür etmək doğru deyildir. Əslində fərdiyyətin 

mahiyyəti 

ayrıca bir insanın 

(fərdin) cəmiyyət ilə daimi qarşılıqlı münasibəd^^rinə əsaslanan özgünlüyü deməkdir. 

Fərdiyyətin bu anlamı onu biolojileşdirən baxışı aradan qaldırmağa imkan verir. 

Həmin baxış iddia edir ki, fərdiliyi insana təbiət verir, cəmiyyətdə isə o yalnız sosiallaşır. 

O,  həm  də  fərdiyyəti  təkcə  şüur  sferası,  psixoloji  xüsusiyyətlər  ilə  məhdudlaşdıran 

psixologizmə  qarşı  çevrilmişdir.  Fərdiyyətin  həqiqi  elm  anlamı  onu  təbii  və  sosial 

xassələrin vəhdətini ifadə edən konkret insanın xüsusi keyfiyyəti kimi götürür. Fərdilik 

insanın cəmiyyətdə mövcudluğunun elə bir xüsusi formasıdır ki, onun sayəsində fərd 

sosial  xarakter  daşımasına  baxmayaraq  cəmiyyətdə  əriyib  itmir,  özünün  xüsusi 

həyatını və müəyyən 

' Bax: Основы философии. Под редакцией Е.Попова. М., 1997, с. 200 

451 



müstəqilliyini qoruyub saxlaya bilir. 

Beləliklə,  fərdilik  anlayışı  insanı  təkrarolunmaz  və  ümumi,  təbii  və  sosial 

xassələrin bütöv vəhdətini ifadə edən mövcudat kimi götürür. İnsana fərdi var- lığm ən 

dərin və özünəməxsus cəhətlərini əks etdirən konkret fərd halında yanaşır. 

Müasir  cəmiyyətdə  baş  verən  dərin  proseslər  insan  fərdiyyətinə  xüsusi  diqqət 

yetirməyi  tələb edir. Belə ki, indi cəmiyyətin hər bir üzvü buradakı müxtəlif proseslər, 

əlaqələr və münasibətlər axınına cəlb olunur. Bunun nəticəsində onun həyat fəaliyyəti və 

davranışına yeni-yeni tələblər, etalonlar, standartlar verilir. Bütün bunlar isə insanların öz 

fərdi  keyfiyyətlərini  itirərək,  kütləviləşmə-  si,  başqalarından  heç  cür  seçilməməsi 

təhlükəsini yaradır. Belə şəraitdə insanın öz fərdiliyini qoruyub saxlaya bilməsi və inkişaf 

etdirilməsinə  şərait  yaradılması  çox  çətin,  eyni  zamanda  zəruri  vəzifəyə  çevrilir.  Onu 

yerinə yetirmək ictimai həyatın müxtəlif sfera və tərəflərində insanların fərdi töhfəsinin 

artırılması, eyni zamanda fərdi məsuliyyətinin gücləndirilməsi baxımından da vacibdir. 

2.

 

Şəxsiyyət və onun tipologiyası 

Fərd  və  fərdiyyət  anlayışlarından  fərqli  olaraq  şəxsiyyət  insanın  sosial 



keyfiyyətləri ilə daha çox bağlıdır. Bu anlayış əsas diqqəti insanları bir-birindən ayıran 

özünəməxsus tərəflərə deyil, onları birləşdirən ümumi cəhətlərə yetirir. Qeyd olunan səpki 

çox mühüm əhəmiyyətə malikdir. Belə ki, bunsuz insanın ictimai fəaliy>^ətə və ictimai 

münasibətlər növlərinə cəlb olunmasının səviyyəsi və xarakterini düzgün müəyyən etmək 

qeyri-mümkündür. 

Bəzən fəlsəfi ədəbiyyatda şəxsiyyət anlayışı normativ mənada işlənilir. Yəni yalnız 

müəyyən tələbləri ödəyən insan şəxsiyyət hesab olunur. Bu cür yanaşmanı doğru hesab 

etmək  olmaz.  Çünki  həmin  mövqedən  çıxış  etdikdə  şəxsiyyətin  müəyyənləşdirilməsi 

subyektiv amillərə əsaslanır. Belə olduqda istənilən adamı asanlıqla şəxsiyyətlər sırasına 

daxil etmək, habelə ondan kənarlaşdırmaq mümkündür. 

Şəxsiyyət  anlayışı  çoxtərəfli  məzmuna  malikdir.  Buna  görə  də  onu  müəyyən 

edərkən insanın həyat fəaliyyəti bütöv bir tam kimi təhlil edilməlidir. Şəxsiyyətin müxtəlif 

səpkiləri təbiət,  psixologiya  və  ictimai  elmlər tərəfindən  öyrənilir.  Lakin  xüsusi  elmlər 

şəxsiyyəti  öz  predmetləri  baxımından  nəzərdən  keçirirlər.  Yalnız  fəlsəfə  ona  bütöv, 

çoxsəviyyəli ve çoxkeyfiyyətli mövcudat kimi yanaşır. 

Fəlsəfə şəxsiyyəti inteqrat, zəngin təzahürlərə malik sosial mövcudluq forması 

kimi  araşdırır.  Göstərir  ki,  şəxsiyyət  özünün  daxili  bütövlüyü  və  nisbi  müstəqilliyi 

sayəsində  malik  olduğu  qabiliyyətləri  və  imkanları  rellaşdıra  bilir.  Şəxsiyyət  ictimai 

fəaliyyətin  müxtəlif  sahələrinin  yaradıcı  subyektidir.  O,  özünümüəyyənləşdirmə, 

özünütənzimetmə və özünütəkmilləşdirmə kimi yüksək keyfiyyətlərə malikdir. Şəxsiyyəti 

səciyyələndirən  cəhətləri  araşdırarkən  onun  daxili  aləmə  malik  olması  xüsusi  qeyd 

edilməlidir.  Əslində  bu  keyfiyyətinə  görə 

0

,  heyvanlardan  və  cansız  təbiətin 



obeyktlərindən seçilir. Şəxsiyyətin daxili 

452 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə