H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə221/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   217   218   219   220   221   222   223   224   ...   240

üzrə  deyil,  ərazi  və  etniki prirsin  üzrə  təşkili,  bioloji qanunların  arxa  plana  keçərək  öz 

yerini  sosial  qanunlara  verməsi  ilə  bağlıdır;  2)  sivilizasiya  ictimai  əmək  bölgüsü  və 

informasiya-nəqliyyat infrastrukturunun inkişafı ilə səciyyələnir. Bu 

0

 deməkdir ki, artıq 



barbarlığın sonuna doğru qəbilə-tayfa quruluşunun əlahiddəliyi (təcrid olunmuş xarakteri) 

başa çatdı. Hər bir fərd ilə insanların birlik formaları arasında hərtər^i əlaqələr formalaşdı; 

3) sivilizasiyanın məqsədi cəmiyyətin malik olduğu Şərvəti (həm maddi, həm də mənəvi) 

təkrar istehsal etmək və çoxaltmaqdır. Beləliklə, sivilizasiya cəmiyyətin sırf sosial təşkil 

forması olub, fərdlər ilə ilkin birlik formaları arasında cəmiyyətin sərvətini təkrar istehsal 

etmək və artırmaq məqsədi ilə təşkil olunan ümumi əlaqələri ilə səciyyələnir.' 

Sivilizasiya  anlayışı  bir  də  ona  görə  diqqəti  cəlb  edir  ki,  o,  cəmiyyətin  ictimai 

quruluşuna,  sosial  münasibətlərinə  bəsit  sinfi  münasibət  bəslənilməsi  hüdudlarından 

kənara çıxır. Belə ki, burjua cəmiyyəti sivilizasiyası dedikdə, sosial həyatın bütövlükdə 

kapitalizmə xas olan təşkili foımalarında inkişaf edən sivilizasiya başa düşülür. Deməli, bu 

halda  cəmiyyət  ümumbəşəri  sivilizasiya  meyarından qiymətləndirilir.  Yəni  onun  dünya 

sivilizasiyasına verdiyi töhfə əsas götürülür. 

Yuxanda  deyilənlər  sübut  edir  ki,  sivilizasiya  anlayışı  sosiomədəni  məzmun 

daşıyır. Ona bir tərəfdən mədəniyyətin və bütövlükdə cəmiyyətin inkişaf səviyyəsi, digər 

tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənil- rnəsi üsulu daxil edilir. 

Sonuncu  bütünlükdə  ictimai  həyatın,  onun  spesifikliyinin  çox  mühüm  göstəricisidir. 

Sivilizasiya məhz yuxarıdakı bu iki əlamətə görə mədəniyyətdən fərqlənir. 

Birinci əlaməti (sivilizasiyaya mədəniyyətin və cəmi}^ətin inkişaf səviyyəsi kimi 

yanaşılması)  əsas  götürənlər  mədəniyyət  ilə  sivilizasiya  anlayışlarını  bir-birilə 

eyniləşdirirlər. Məsələn, görkəmli ingilis etnoqrafı A.Taylor öz yazılarında "mədəniyyət 

və  yaxud  sivilizasiya"  ifadəsini  işlətmişdir.  O,  belə  bir  nəticəyə  gəlirdi  ki,  sivilizasiya 

özündə  maddi  və  mənəvi  mədəniyyətin  inkişafı  səviyyəsini,  habelə  insan  fəaliyyətinin 

mövcudluğu  və  inkişafı  mexanizmini  ifadə  edən  ictimai  strukturu  (sosial  demoqrafik, 

sosial-sinfi,  sosial-  peşə,  təşkilati-  texniki  və  sair)  əhatə  edir."  Sivilizasiyanın  ikinci 

əlamıəti də çox mühümdür- ^^elə ki, mədəni nemətlərin mənimsənilməsi üsulu bir çox 

cəhətdən si’-u’izasiyanm xarakteri və səviyyəsini müəyyən edir. Müasir dövrdə Qərb və 

Şərq  sivilizasiyalarının  bir-birindən  fərqləndirilməsində  həmin  göstər-'-ı  osas  yer  tutur. 

Çünki mədəni dəyərlər həm Qərbdə, həm də Şərqdə demə^ olar ki, eynidir. Amma onların 

mənimsənilməsi  üsulu  xeyli  dərəcədə  bir-b>nndən  seçilir.  Məsələn,  Qərbdə  dəyərlərə 

əsasən  rasionalist  yanaşma  mövcud^’or,  yəni  onlar  birinci  növbədə  elm  baxımından 

qiymətləndirilir. Şərqdə i.«^ dəyərlərin mənimsənilməsində dini- fəlsəfi ənənələr qorunub 

saxlamlmaq'-^^dır. 



XX  əsrin  fəlsəfəsində  si'*fizasiyanın  anlaşılmasında  üç  nöqteyi-nəzər 

mövcuddur. Birinci mövsivilizasiyanı bütöv bir tam kimi götürülən bəşə- 

‘ Bax: Цивилизац'"»* кзк проблема исторического материализма. М, 1983, 41, с. 8 

2 Вах: Тайлог^-- Первобытная культура. М., 1989, с. 18,22 

445 


riyyetin mütərəqqi inkişafının idealı hesab edir. Bu nöqteyi-nəzərin tərəfdarları göstərir ki, 

yalnız lokal sivilizasiyaların qarşılıqlı təsirinin müəyyən mərhələsində ümumdünya tarixi 

və ekumenik sivilizasiyanın təşəkkülü prosesi başlanır. Onların fikrincə dünya tarixinin 

reallığı,  bəşəriyyətin  mənəvi  vəhdəti  ilə  şərtlənir.  Məsələn,  Yaspers  bu  prosesin  dörd 

səpkisini  ayınr;  tarixəqədərki  dövr;  qədim  dövrün  böyük  tarixi  mədəniyyətləri  (lokal 

tarixlər); ox tarixi (dünya tarixinin başlanğıcı); texnika dövrü (vahid dünya tarixinə keçid). 

Onun  fikrincə  dünya  tarixinin  vəhdətini  Avropa  yaradır.  Məhz  o,  özünün  texnoloji 

üstünlükləri sayəsində dünya üzərində hökmranlıq edir. 

Tarixi  prosesi  mərhələlər  şəklində  izah  edən  baxışlar  aşağıdakı  sivilizasiyaları 

ayırır: şifahi,  yazılı,  kitab, ekran,  kosmogen,  texnogen,  antropogen,  ənənəvi  və müasir, 

təkamül və yenilikçi sivilizasiyalar. Lakin bu təsnifatda əsas yeri texnogen yanaşma tutur. 

Həmin  yanaşma  sənayeyəqədərki  (aqrar),  sənaye  (in-  dustrial)  və  postindustrial 

(infonnasiya) sivilizasiyaları seçib ayırır. Məsələn, in- dustriala qədərki sivilizasiyada 

aşağıdakı texniki qurğu və vasitələr əsas yer tuturdu (su dəyirmanları və küləyin gücündən 

istifadə  edən  dəyirmanlar).  Bu  mərhələdə  həm  də  əmək  bölgüsünün  dərinləşməsi 

nəticəsində  yeni  fəaliyyət  sahələri  (həkim,  müəllim,  vəkil,  notarius  və  s.)  yaranır, 

dağ-mədən sənayesi və şəhər sənətkarlığı inkişaf edir. Həmin mərhələnin sonlarına doğru 

(XV əsrdə) elmin və texnikanın inkişafında ciddi irəliləyişlər özünü göstərir, "industrial 

sivilizasiya"nın  yaranması  XV-IXVII  əsrlərin  sənaye  inqilabı  və  iqtisadi  yüksəlişi  ilə 

əlaqədardır. Bu dövrdə texnikada və iqtisadi həyatda mühüm keyfiyyət dəyişiklikləri baş 

verdi. Formalaşmaqda olan bazar münasibətlərinin təsiri altında kömür sənayesi inkişafa 

başladı, buxar maşını kəşf edildi. Bu mərhələdə insanın fiziki qüvvələri sıradan çıxır, onun 

yerini tədricən texnika tutur. 

İndustrial sivilizasiya aqrar cəmiyyətdən sənayecə inkişaf etmiş cəmiyyətə keçidi 

təmin etdi. Əgər birincidə natural təsərrüfat və silki təbəqə quruluşu əsas yer tuturdusa, 

ikincidə bazar istehsalı hökmranlıq edir. 



Postindustrial  sivilizasiya  müasir  elmi-texniki  inqilab  ilə  bir  vaxtda  (XX  əsrin 

ortalannda) yaranmışdır. Onun səciyyəvi cəhətini mikroelektronika, informatika və yeni 

intellektual texnologiya əsasında istehsal proseslərinin avtomatlaşdırılması təşkil edir. Bu 

prosesdə  insanların  həyat  fəaliyyəti  yeni  texniki  və  texnoloji  zəmin  üzərinə  keçirilir. 

Nəticədə cəmiyyətin və insanın bütün həyat tərzi yenidən qurulur, iş günü qısalır, əmək 

şəraiti yaxşılaşır, peşə hazırlığı yüksəlir, asudə vaxtı çoxalır. 

Postindustrial  cəmiyyət  sivilizasiyanın  daha  çox  inkişaf  etmiş  tipidir.  Bu 

mərhələdə  insanların  fəaliyyət  sferalarının  nisbəti  də  ciddi  dəyişilir.  Belə  ki,  birinci 

mərhələdə kənd təsərrüfatı, industrial mərhələdə sənaye əsas yer tuturdusa, postindustrial 

mərhələdə xidmət sferası ön plana keçir. Bu dövrdə elm, təhsil və informatika daha sürətlə 

inkişaf edir. 

Yuxanda deyilənlər sivilizasiyanın müasir anlamının birinci səpkisini ifadə edir. 

İkinci nöqteyi nəzər sivilizasiyaya lokal tarixi miqyasda yanaşıb, onu keyfiyyətcə müxtəlif 

unikal etniki və ya tarixi qurum, xüsusi sosiomədəni fenomen kimi götürür. Bu yanaşma 

sivilizasiyanı məkan və zaman göstəriciləri ba 

446 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə