H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə218/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   214   215   216   217   218   219   220   221   ...   240

ödəməyə yönəlir. 

Odur ki, həmin amillər maddi münasibətlərin mədəniyyətə təsir mexanizmini ifadə 

edir.  Həm  də  göstərilməlidir  ki,  mədəniyyətin  müxtəlif  tərəflərinin  ictimai  həyat 

hadisələri  ilə  əlaqəsi  eyni  deyildir.  Belə ki, əgər mədəniyyətin təbiət, texniki, iqtisadi 

elmlər  kimi  ünsürləri  iqtisadi  həyatla  bağlıdırsa,  onun  fəlsəfə,  əxlaq,  incəsönət  kimi 

ünsürlərinə münasibətdə bu əlaqə birbaşa olmayıb, dolayı xarakter'daşıyır. Buna görə də 

mədəniyyətin  inkişafı  prosesi  qeyri-bərabər  və  ziddiyyətli  şəkildə  baş  verir.  Məsələn, 

müəyyən dövrlərdə bu və  ya digər ölkədə ola bilər ki, texnika yüksək dərəcədə inkişaf 

etsin, ancaq əxlaq və bədii mədəniyyət isə tənəzzül keçirsin. Digər tərəfdən isə iqtisadi 

cəhətdən geridə qalmış ölkədə bəzən incəsənətin çiçəklənməsi özünü göstərə bilir. Lakin 

bütövlükdə götürdükdə ictimai həyatın inkişafına uyğun olaraq mədəniyyət də inkişaf edir. 

Mədəniyyətin  inkişafı  iki  formada  baş  verir.  Bir  tərəfdən  tərbiyə  prosesində  insanların 

bacarıq  və  qabiliyyətləri,  vərdişləri  inkişaf  edir,  əvvəlki  nəsildən  keçən  dəyərlər 

mənimsənilir  və  yeni  dəyərlər  yaradılır.  Digər  tərəfdən  isə  maddiləşrniş  dəyərlər 

nəsildən-nəsilə ötürülür. 

Qeyd olunmalıdır ki, cəmiyyətin inkişafı gedişində insanların maddi həyat şəraiti 

ilə mədəniyyəti arasında əlaqələrin xarakteri dəyişir, daha mürəkkəb şəkil alır. Cəmİ

3

yətin 


iqtisadi  həyatı  və  ictimai  strukturları  mədəniyyətin  əsas  göstəricilərinə  və  ümumi 

istiqamətinə güclü təsir edir. Bu təsir öz xarakterinə görə pozitiv və ya neqativ ola bilir. 

Əgər iqtisadiyyat istehsal fəaliyyəti üçün obyektiv məzmunlu bilikləri tələb edirsə, bu təsir 

müsbət ohor. Bunun əksi olduğu halda isə iqtisadiyyatın mədəniyyətə təsiri mənfi xarakter 

daşıyır,  mədəni  həyatda  müxtəlif  millətin,  ideoloji  illüziyaların  genişlənməsinə  şərait 

yaradır. 

Cəmiyyətdə gedən mədəniyyət proseslərinə həm də əhalinin həyat səviyyəsi

maddi rifah halı, həyat vasitələri və mədəni inkişaf'’ositoloıi ilə mə səviyyəsi də 

əhəmiyyətli təsir göstərir, 

T

 t>u o dernak dcyiiuır kı, əhalinin maddi rifah halının 



yaxşılaşmas' -"'tomatik surətdə mədəniyyətin yüksəlməsinə gətirib çıxarır. Əslində

 

arasında əlaqələr birbaşa olm.ayıb, 



sosial  münasibətlər  vasitə-j'^ə  özünü  göstərir.  Daha  dəqiq  desək,  əhalinin  maddi 

təminatının yüksəlişi, mədəniyyətin inkişafı vasitələri ilə təchiz edilməsinin yaxşılaşması, 

mədən.;xyətin mənimsənilməsi və insanın özünün inkişafı üçün əlverişli s='^sd yaradır. 

Lakin cəmiyyətin və ayrı-ayrı sosial təbəqələrin m.addi və- zijrs'Ətinirı yaxşılaşması həm 

də  mədəniyyətin  durğunluğuna  və  hətta  tənəzzülünə  jə  gətirib  çıxara  bilər.  Deyilənlər 

göstərir  ki,  mədəni  inkişafın  sosial  amillərlə  şərtlənməsi  düzxətli  əlaqə  olmayıb, 



mürəkkəb və çoxtərəfli xarakter daşıyır. 

Mədəniyyətin  inkişafında  mühüm  qanuauyğunluqlardan  biri  onun  müxtəlif 

ünsürlərinin  bir-birilə  qarşılıqlı  təsir  və  qarşılıqlı  əlaqədə  olmasıdır.  Bu  qarşılıqlı  təsir 

qısamüddətli  və  ya  uzunmüddətli,  bilavasitə  və  dolayısı  ilə  ola  bilir.  Məsələn,  elmi 

nailiyyətlər gec-tez texniki tərəqqiyə səbəb olur, o isə öz növbəsində mədəniyyətin digər 

formalarında,  məişətdə  təzahür  edir.  Elm  və  texnikanın  özləri  də  bir-birinə  təsir  edir, 

incəsənət də öz növbəsində elmlə qarşılıqlı təsirdədir. Belə ki, incəsənət insanların tərbiyə 

edilməsində  mühüm  əhəmiyyətə  malikdir.  Təhsil  və  tərbiyənin  təşkili  isə  elmin  və 

incəsənətin inkişafına müəyyən 

439 



təsir edir. 

Hər bir dövrün mədəniyyəti tarixi inkişafın həmin pilləsində yaşayan bütün xalqlar 

və dövlətlər üçün ümumi olan əlamətlərə malikdir. Bununla yanaşı həmin mədəniyyətlər 

öz formasına və ifadə üsuluna görə eyni olmayıb, müəyyən milli fərqlər və xüsusiyyətlər 

şəklində (dillərin müxtəlifliyi, milli məişət, psixiki həyat tərzinin rəngarəngliyi və s.) çıxış 

edir.  Lakin  mədəniyyətin  bu  milli  xüsusiyyətlərinin  özü  bir  yerdə  dayanıb  durmur, 

fasiləsiz  surətdə inkişaf  edir.  Odur  ki,  öz  məzmununa  görə  mütərəqqi  xarakter daşıyan 

mədəniyyət nümunələri, həm də milli formalarda yaranır. 

Mədəniyyətin  inkişafında  digər  bir  qanunauyğunluq  burada  sabitlik  və 

dəyişkənliyin,  ənənə  və  yaradıcılığın  (novatorluğun)  dialektik  vəhdətində  ifadə  olunur. 

Onun müxtəlif inkişaf dövrləri arasında dərin varislik əlaqələri mövcuddur. Belə ki, hər bir 

dövrün mədəniyyəti boş yerdən yaranmır. Əvvəlki mədəni inkişaf səviyyəsinin dialektik 

inkarı  kimi,  onun  müsbət  tərəflərinin  mənimsənilməsi  nəticəsi  kimi  çıxış  edir.  Tarixi 

prosesin inkişafı gedişində mədəniyyətdə ənənə və yaradıcılığın nisbətində ikinci tərəfin 

rolu artır. 

Qeyd olunmalıdır ki, mədəniyyətdə ənənə çox vacibdir, onsuz mədəniyyət demək 

olar ki, yoxdur. Lakin mədəniyyətin inkişafı prosesində bir tərəfdən mütərəqqi ənənələrə, 

digər tərəfdən isə mürtəce meyllərə rast gəlmək olur. Mədəniyyətin varisliyi birinci tərəf 

ilə  daha  sıx  bağlıdır.  Amma  ikinci  tərəf  də  özünü  gösterə  bilir.  Bəzən  mədəni  irsə 

münasibətdə yenilik pərdəsi altında keçmiş mədəni irs ilə əlaqələri birdəfəlik kəsmək kimi 

zərərli mövqe təbliğ olunur. Bu cür vəziyyət şəxsiyyətə pərəstiş dövründə, xüsusilə XX 

əsrin  60-cı  illərində  Çində  böyük  mədəni  inqilabın  həyata  keçirildiyi  dövrdə  kəskin 

şəkildə qarşıya çıxmışdı. Bütün bunlar sübut edir ki, keçmişin mədəni irsinə münasibət 

çox mühüm məsələdir və inkişafın müəyyən dönüş mərhələlərində ciddi siyasi məna alır. 

Hər  bir  dövrdə  xalq  mədəniyyəti  yaradarkən  özündən-əvvəlki  nəslin  yaratdığı 

mədəniyyəti tənqidi surətdə mənimsəyir və yenidən işləyir, l'arixi inkişafda mədəniyyətin 

varisliyi həm elmi və texniki nailiyyətlər sahəsində, həm də incəsənətdə özünü,göstərir. 

Mədəniyyətin inkişafında varislik əlaqələrini nəhəng çevrilişlər belə qıra bilmir. 

Bununla birlikdə yeni yaranan hər bir mədəniyyət köhnə mədəniyyətin, vaxtını 

keçirmiş ideoloji ünsürləri, məişətdə və insanlar arasındakı münasibətlərdə təzahür 

edən  mürtəce  ənənələr,  elm  və  incəsənətdə  köhnəlmiş  təsəvvürlərlə,  köhnəlik 

qalıqları ilə əlaqəni qəti surətdə kəsir. 

Digər  canlılardan  fərqli  olaraq  insanlar  öz  fəaliyyətində  bioloji  deyil,  sosial 

mexanizmlərə əsaslanırlar. Onlar öz fəaliyyətində yaratdıqları əmək alətlərindən istifadə 

edirlər. Bu alətlərin hazırlanması və istifadə olunması təcrübəsi və vərdişləri isə bir nəslin 

fəaliyyəti ilə başa çatmır, onlar müəyyən mexanizmlər vasitəsilə nəsildən-nəslə ötürülür. 

Bu  mənada  mədəniyyət  müxtəlif  dövrlərdə  yaşayan  nəsillərin  fəaliyyətləri  arasında 

əlaqələri təmin edir. 

Mədəniyyətin  bioloji  amillərdən  yüksəkdə  durması  və  sosial  xarakter 

daşıması  onun  çox  mühüm  xüsusiyyətidir.  Lakin  mədəniyyətin  texnoloji  rolunun 

şişirdilməsi doğru deyildir, çünki bu halda fəlsəfə üçün daha çox əhə- 



440 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə