H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


keyfiyyətləri sayəsində tarixin fonuna çıxırlar



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə215/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   211   212   213   214   215   216   217   218   ...   240

keyfiyyətləri sayəsində tarixin fonuna çıxırlar. Hegel onları qəhrəmanlar adlandırırdı. 

Onlar  az  saylı  görkəmli  adamlardır.  Öz  şəxsi  mənafelərində  Dünya  Kuhunu  və  yaxud 

Tarixin Zəkasını ifadə edirlər. Onların məqsədi və rolu çox vaxt xalqa səfərbəredici təsir 

göstərməkdir. Belə adamlar təkcə praktiki və siyasi xadimlər deyil, həm də fikirləşməyi 

bacaran,  mənəvi  rəhbərlərdir.  Onlar  nəyin  vacib  olduğunu  və  hansı  tarixdə  yerinə 

yetirilməli olduğunu başa düşürlər və xalqı öz arxasınca aparmağı bacarırlar. Görkəmli 

şəxsiyyətlər intuitiv şəkildə tarixi zərurəti başa  düşürlər və buna görə də azad fəaliyyət 

göstərirlər. Lakin Hegelə görə bu cür ümumdünya tarixi şəxsiyyətlərin faciəsi bundadar 

ki,  onlar  öz-özünün  ağası  deyildir.  Dünya  ruhunun  alətləridir.  Onlar  öz  zəruri  tarixi 

yürüşünü məhz bu Dünya ruhunun köməyi ilə və onun vasitəsilə həyata keçirirlər. Dünya 

ruhu onların sayəsində öz məqsədinə çatdıqdan sonra onun daha həmin şəxslərə ehtiyacı 

qalmır. Bu zaman onlar boş buğda qabığı kimi gərəksiz olurlar.' 

Makiavelli də qeyd edirdi ki, həmin adamların xoşbəxtliyi müəyyən materialların 

yalnız onlara məlum olmasındadır. Lakin onların hər biri yalnız öz bacarığı və istedadı 

sayəsində həmin təsadüfdən istifadə etməklə şöhrət və xoşbəxtlik qazana bilir. İ.Hötenin 

fikrincə  Napoleon  təkcə  dahi  tarixi  şəxsiyyət,  sərəkərdə  və  imperator  deyildi.  O,  hər 

şeydən  əvvəl  dahi  siyasi  xadim  idi.  Onım  şəxsiyyəti  başqalarından  daha  yüksəkdə 

dururdu. İnsanlar belə hesab edirdilər ki, ona tabe olmaqla öz məqsədlərinə asanlıqla nail 

ola bilərlər. Məhz bıma görə onlar Napoleonun ardınca gedirdilər. 

Nəzərdə  tutulmalıdır  ki,  bu  və  ya  digər  tarixi  dövrdə  müəyyən  görkəmli 



şəxsiyyətin  yetişməsi  də  təsadüfi  deyildir;  O,  bir  çox  cəhətdən  tarixin  vaxtı  çatmış 

tələbatını  ifadə  edir.  G.Plexanov  göstərirdi  ki,  görkəmli  şəxsiyyətin  cəmiyyətin 

ictimai-siyasi, elmi-texniki və bədii inkişafına böyük təsir göstərməsi iki şərtlə əlaqəlidir. 

Birincisi,  istedaddır.  Həmin  adam  öz  istedadı  sayəsində  dövrün  ictimai 

tələbatlarına başqalarına nisbətən daha çox yaxın olur. Bu mənada Qəhrəman o demək 

deyildir ki, o, hadisələrin təbii gedişini dayandınr 

və 

ya dəyişdirir. Əksinə, 

0

 deməkdir ki, 



həmin qəhrəmanın fəaliyyəti hadisələrin bu zəruri və qeyri-şüurlu gedişini şüurlu və azad 

surətdə ifadə edir. Bu şərtlə əlaqədar onu da demək lazımdır ki, hər bir dövrdə cəmiyyətdə 

bir  neçə  görkəmli  şəxsiyyət  mövcud  olur.  Lakin  onlardan  yalnız  biri  ön  plana  çıxır  və 

başqalarını  kölgədə  qoyaraq,  görkəmli  olur.  Bu  prosesdə  təkc»  zərurət  deyil,  təsadüfi 

amillər də əhəmiyyətli rol oynayır. Belə hallarda fiəmin şəxsiyyətin arxasında müəyyən 

sosial  qruplar  və  təbəqələr  dayanır.  İkinci  şərt  budur  ki,  mövcud  ictimai  quruluş 

şəxsiyyətə öz qabiliyyətlərini reallaşdırmaqda maneçilik törətməməlidir.^ 

Yuxarıda deyildiyi kimi tarix insanlar tərəfindən obyektiv qanunlar üzrə yaradılır. 

Xalq böyük miqyasda parçalanmış çoxluqdur. Onun gücü və enerjisindən səmərəli istifadə 

etmək üçün vahid rəhbərliyin olması tələb olunur. Bu rəhbərliyi isə görkəmli şəxsiyyət 

həyata keçirir. 

’ Bax: Гегель Г. Сочинения Т. 8 М., 1959. о. 29-30 ^ Вах; Плеханов 

Г. Избран, философ, произв. Т. 2 М. 1956 с. 333 

433 



Quraq torpağın yaşıl ağaca ehtiyacı olduğu kimi, xalqın da ağıllı rəhbərə ehtiyacı 

vardır.  Platon  göstərirdi  ki,  dünya  yalnız  müdriklərin  çar  olacağı  və  ya  hökmdarlann 

müdrikləşəcəyi dövrdə xoşbəxt olacaqdır. 

Bəşəriyyətin tarixi boyu baş vermiş sonsuz sayda hadisələr müxtəlif mənəviyyata 

və zəkaya malik şəxsiyyətlərin dahi və ya küt, istedadlı və ya orta səviyyəli, iradəii və 

iradəsiz,  mütərəqqi  və  ya  mürtəce)  rəhbərliyi  altında  həyata  keçirilmişdir.  Şəxsiyyət 

təsadüf və ya zərurət üzündən dövlət başına, orduya, xalq hərəkatına, siyasi partiyaya, 

rəhbərliyə  keçdikdən  sonra  tarixi  hadisələrin  gedişinə  çox  müxtəlif  istiqamətlərdə 

(müsbət  və  ya  mənfi)  təsir  göstərir.  Buna  görə  də  siyasi,  dövlət  hakimiyyətinin  və 

ümumiyyətlə  inzibati  hakimiyyətin  kimin  əlində  olmasının  cəmiyyət  üçün  böyük 

əhəmiyyəti vardır. Şəxsiyyətin rəhbərlik etməsi həm cəmiyyətin və həm də həmin adamın 

özünün şəxsi keyfiyyətləri ilə şərtlənir. 

Görkəmii şəxsiyyətlərə qiymət verərkən tarixin onun qarşısına qoyduğu vəzifələri 

necə  yerinə  yetirməsi  əsas  götürülməlidir.  Mütərəqqi  şəxsiyyət  hadisələrin  gedişinə 

sürətləndirici  təsir  göstərir.  Bu  sürətin  dərəcəsi  həmin  şəxsiyyətin  fəaliyyət  göstərdiyi 

ictimai şəraitin xarakteri ilə müəyyən olunur. 

Bu və ya digər adamın (başqasının yox) tarixi şəxsiyyət səviyyəsinə yüksəlməsi də 

təsadüfidir. Lakin bu işdə müəyyən zərurət də vardır. Bu ondadır ki, cəmiyyətdə məhz 

həmin  qəbildən  olan  şəxsiyyətin  rəhbərliyinə  tələbət  yaranır.  Böyük  rus  tarixçisi 

N.Karamzin I Pyotrun meydana gəlməsini obrazlı şəkildə belə ifədə etmişdir: xalq səfərə 

hazırlaşırdı, özünə rəhbər gözləyirdi və belə bir rəhbər də peyda oldu. 

Müəyyən ökədə konkret anda məhz bu adamın yetişməsi də xalis təsadüfi xarakter 

daşıyır. Əgər həmin adam bu və ya digər vasitə ilə kənarlaşdırılsa, onu əvəz edən şəxsə 

ehtiyac yaranır və belə şəxs tapılır. Əlbəttə, məsələni belə təsəvvür etmək olmaz ki, sosial 

tələbat  özü-özlüyündə  tezliklə  dahi  siyasətçi  və  ya  sərkərdə  yaratmağa  qadirdir.  Real 

həyatda belə şəxsin yetişməsi xeyli dərəcədə mürəkkəb xarakter daşıyır. Çox vaxt elə olur 

ki, tarixi şərait üzündən dahi şəxs deyil, müəyyən qabiliyyətə malik adam (bəzən isə lap 

orta  səviyyəli  adam)  görkəmli  şəxsiyyət  rolunu  oynamalı  olur.  Müdriklərdən  birinin 

dediyi  kimi,  yüksək  vəzifəyə  sahib  olmaq  böyük  adamları  daha  əzəmətli  edir.  Aşağı 

səviyyəli adamlar böyük vəzifə tutduqda isə daha da alçalırlar. 



Tarixi fəaliyyət prosesində şəxsiyyətin həm güclü, həm də zəif cəhətləri çox 

tezliklə və aydın şəkildə üzə çıxır. Hər iki tərəf (güclü və zəif) müvafiq sürətdə millətin, 

xalqın və ümumilikdə bəşəriyyətin taleyinə ehə- miyyətii təsir göstərir. 

Tarixdə şəxsiyyət deyil, məhz xalq aparıcı rol oynayır. Buna görə də şəxsiyyətin 

fəaliyyəti onun xalq ilə əlaqəsinin səviyyəsindən asılı olur. Şəxsiyyət nə qədər dahi olsa 

belə, onun hərəkətləri yenə də real mövcud olan ictimai hadisələr məcmusu ilə şərtlənir. 

Əgər  o  özbaşınalıq  edirsə  və  öz  şıltaqlıqlığmı  qanun  səviyyəsinə  yüksəldirsə,  onda  o, 

uzun müddət davam gətirə bilmir, gec-tez tarixin təkərləri altına düşür. 

Əlbəttə, şəxsiyyətin hərəkətlərinin mövcud tarixi şərait ilə şərtlənməsi heç 



434 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə