keyfiyyətləri sayəsində tarixin fonuna çıxırlar. Hegel onları qəhrəmanlar adlandırırdı.
Onlar az saylı görkəmli adamlardır. Öz şəxsi mənafelərində Dünya Kuhunu və yaxud
Tarixin Zəkasını ifadə edirlər. Onların məqsədi və rolu çox vaxt xalqa səfərbəredici təsir
göstərməkdir. Belə adamlar təkcə praktiki və siyasi xadimlər deyil, həm də fikirləşməyi
bacaran, mənəvi rəhbərlərdir. Onlar nəyin vacib olduğunu və hansı tarixdə yerinə
yetirilməli olduğunu başa düşürlər və xalqı öz arxasınca aparmağı bacarırlar. Görkəmli
şəxsiyyətlər intuitiv şəkildə tarixi zərurəti başa düşürlər və buna görə də azad fəaliyyət
göstərirlər. Lakin Hegelə görə bu cür ümumdünya tarixi şəxsiyyətlərin faciəsi bundadar
ki, onlar öz-özünün ağası deyildir. Dünya ruhunun alətləridir. Onlar öz zəruri tarixi
yürüşünü məhz bu Dünya ruhunun köməyi ilə və onun vasitəsilə həyata keçirirlər. Dünya
ruhu onların sayəsində öz məqsədinə çatdıqdan sonra onun daha həmin şəxslərə ehtiyacı
qalmır. Bu zaman onlar boş buğda qabığı kimi gərəksiz olurlar.'
Makiavelli də qeyd edirdi ki, həmin adamların xoşbəxtliyi müəyyən materialların
yalnız onlara məlum olmasındadır. Lakin onların hər biri yalnız öz bacarığı və istedadı
sayəsində həmin təsadüfdən istifadə etməklə şöhrət və xoşbəxtlik qazana bilir. İ.Hötenin
fikrincə Napoleon təkcə dahi tarixi şəxsiyyət, sərəkərdə və imperator deyildi. O, hər
şeydən əvvəl dahi siyasi xadim idi. Onım şəxsiyyəti başqalarından daha yüksəkdə
dururdu. İnsanlar belə hesab edirdilər ki, ona tabe olmaqla öz məqsədlərinə asanlıqla nail
ola bilərlər. Məhz bıma görə onlar Napoleonun ardınca gedirdilər.
Nəzərdə tutulmalıdır ki, bu və ya digər tarixi dövrdə müəyyən görkəmli
şəxsiyyətin yetişməsi də təsadüfi deyildir; O, bir çox cəhətdən tarixin vaxtı çatmış
tələbatını ifadə edir. G.Plexanov göstərirdi ki, görkəmli şəxsiyyətin cəmiyyətin
ictimai-siyasi, elmi-texniki və bədii inkişafına böyük təsir göstərməsi iki şərtlə əlaqəlidir.
Birincisi, istedaddır. Həmin adam öz istedadı sayəsində dövrün ictimai
tələbatlarına başqalarına nisbətən daha çox yaxın olur. Bu mənada Qəhrəman o demək
deyildir ki, o, hadisələrin təbii gedişini dayandınr
və
ya dəyişdirir. Əksinə,
0
deməkdir ki,
həmin qəhrəmanın fəaliyyəti hadisələrin bu zəruri və qeyri-şüurlu
gedişini şüurlu və azad
surətdə ifadə edir. Bu şərtlə əlaqədar onu da demək lazımdır ki, hər bir dövrdə cəmiyyətdə
bir neçə görkəmli şəxsiyyət mövcud olur. Lakin onlardan yalnız biri ön plana çıxır və
başqalarını kölgədə qoyaraq, görkəmli olur. Bu prosesdə təkc» zərurət deyil, təsadüfi
amillər də əhəmiyyətli rol oynayır. Belə hallarda fiəmin şəxsiyyətin arxasında müəyyən
sosial qruplar və təbəqələr dayanır. İkinci şərt budur ki, mövcud ictimai quruluş
şəxsiyyətə öz qabiliyyətlərini reallaşdırmaqda maneçilik törətməməlidir.^
Yuxarıda deyildiyi kimi tarix insanlar tərəfindən obyektiv qanunlar üzrə yaradılır.
Xalq böyük miqyasda parçalanmış çoxluqdur. Onun gücü və enerjisindən səmərəli istifadə
etmək üçün vahid rəhbərliyin olması tələb olunur. Bu rəhbərliyi isə görkəmli şəxsiyyət
həyata keçirir.
’ Bax: Гегель Г. Сочинения Т. 8 М., 1959. о. 29-30 ^ Вах; Плеханов
Г. Избран, философ, произв. Т. 2 М. 1956 с. 333
433
Quraq torpağın yaşıl ağaca ehtiyacı olduğu kimi, xalqın da ağıllı rəhbərə ehtiyacı
vardır. Platon göstərirdi ki, dünya yalnız müdriklərin çar olacağı və ya hökmdarlann
müdrikləşəcəyi dövrdə xoşbəxt olacaqdır.
Bəşəriyyətin tarixi boyu baş vermiş sonsuz sayda hadisələr müxtəlif mənəviyyata
və zəkaya malik şəxsiyyətlərin dahi və ya küt, istedadlı və ya orta səviyyəli, iradəii və
iradəsiz, mütərəqqi və ya mürtəce) rəhbərliyi altında həyata keçirilmişdir. Şəxsiyyət
təsadüf və ya zərurət üzündən dövlət başına, orduya, xalq hərəkatına, siyasi partiyaya,
rəhbərliyə keçdikdən sonra tarixi hadisələrin gedişinə çox müxtəlif istiqamətlərdə
(müsbət və ya mənfi) təsir göstərir. Buna görə də siyasi, dövlət hakimiyyətinin və
ümumiyyətlə inzibati hakimiyyətin kimin əlində olmasının cəmiyyət üçün böyük
əhəmiyyəti vardır. Şəxsiyyətin rəhbərlik etməsi həm cəmiyyətin və həm də həmin adamın
özünün şəxsi keyfiyyətləri ilə şərtlənir.
Görkəmii şəxsiyyətlərə qiymət verərkən tarixin onun qarşısına qoyduğu vəzifələri
necə yerinə yetirməsi əsas götürülməlidir. Mütərəqqi şəxsiyyət hadisələrin gedişinə
sürətləndirici təsir göstərir. Bu sürətin dərəcəsi həmin şəxsiyyətin fəaliyyət göstərdiyi
ictimai şəraitin xarakteri ilə müəyyən olunur.
Bu və ya digər adamın (başqasının yox) tarixi şəxsiyyət səviyyəsinə yüksəlməsi də
təsadüfidir. Lakin bu işdə müəyyən zərurət də vardır. Bu ondadır ki, cəmiyyətdə məhz
həmin qəbildən olan şəxsiyyətin rəhbərliyinə tələbət yaranır. Böyük rus tarixçisi
N.Karamzin I Pyotrun meydana gəlməsini obrazlı şəkildə belə ifədə etmişdir: xalq səfərə
hazırlaşırdı, özünə rəhbər gözləyirdi və belə bir rəhbər də peyda oldu.
Müəyyən ökədə konkret anda məhz bu adamın yetişməsi də xalis təsadüfi xarakter
daşıyır. Əgər həmin adam bu və ya digər vasitə ilə kənarlaşdırılsa, onu əvəz edən şəxsə
ehtiyac yaranır və belə şəxs tapılır. Əlbəttə, məsələni belə təsəvvür etmək olmaz ki, sosial
tələbat özü-özlüyündə tezliklə dahi siyasətçi və ya sərkərdə yaratmağa qadirdir. Real
həyatda belə şəxsin yetişməsi xeyli dərəcədə mürəkkəb xarakter daşıyır. Çox vaxt elə olur
ki, tarixi şərait üzündən dahi şəxs deyil, müəyyən qabiliyyətə malik adam (bəzən isə lap
orta səviyyəli adam) görkəmli şəxsiyyət rolunu oynamalı olur. Müdriklərdən birinin
dediyi kimi, yüksək vəzifəyə sahib olmaq böyük adamları daha əzəmətli edir. Aşağı
səviyyəli adamlar böyük vəzifə tutduqda isə daha da alçalırlar.
Tarixi fəaliyyət prosesində şəxsiyyətin həm güclü, həm də zəif cəhətləri çox
tezliklə və aydın şəkildə üzə çıxır. Hər iki tərəf (güclü və zəif) müvafiq sürətdə millətin,
xalqın və ümumilikdə bəşəriyyətin taleyinə ehə- miyyətii təsir göstərir.
Tarixdə şəxsiyyət deyil, məhz xalq aparıcı rol oynayır. Buna görə də şəxsiyyətin
fəaliyyəti onun xalq ilə əlaqəsinin səviyyəsindən asılı olur. Şəxsiyyət nə qədər dahi olsa
belə, onun hərəkətləri yenə də real mövcud olan ictimai hadisələr məcmusu ilə şərtlənir.
Əgər o özbaşınalıq edirsə və öz şıltaqlıqlığmı qanun səviyyəsinə yüksəldirsə, onda o,
uzun müddət davam gətirə bilmir, gec-tez tarixin təkərləri altına düşür.
Əlbəttə, şəxsiyyətin hərəkətlərinin mövcud tarixi şərait ilə şərtlənməsi heç
434