jini ifadə etmək qabiliyyəti (qısa müddət ərzində olsa da) hərəkətlərinin törədəcəyi
nəticələri qabaqcadan görə bilməmək bununla əlaqədar baş verən qeyri- sabitlik, və
mütəhəniklik; tez-tez bir ifrat həddindən və qütbdən digər ifrat həddinə, qütbə
yuvarlanmaq və sair. Bəzən ədəbiyyatda camaatı yatmış vəziyyətdə olan süst, dağınıq,
kobud kütlə kimi səciyyələndirirlər. Qeyd olunmalıdır ki, bu keyfiyyətlər camaatın
özünün inkişafının müxtəlif pillələrini ifadə edir. Belə ki, süstlük və dağınıqlıq
hələ'oyanmamış kütləyə xas olan keyfiyyətlərdir. Lakin nəzərdə tutulmalıdır ki, oyanmış
kütlənin özü də birdən-birə camaat səviyyəsindən kənara çıxmır.
Bəşəriyyətin tarixi göstərir ki, kütlə son dərəcə dağınıq və
qeyri-sabit
xarakterə malikdir. Tarixdə elə hallar baş vermişdir ki, kütlə müəyyən bir adamı ölümə
məhkum edir, çox keçmədən isə onun ölümünə ağlayır. Başqa sözlə desək, kütlə çox
kövrək təbiətə malikdir. O, həm kölə kimi xidmət etmək, həm də tez bir zamanda
dəyişərək hökmranlıq etmək iqtidarındadır. Kütlənin hərəkətləri çox vaxt kortəbiiliyə
əsaslanır. Bütün bu deyilənləri 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən mitinq
hərəkatlarının nümunəsində yəqin etmək olar. Bu hərəkatlarda çox vaxt elə olurdu ki, bu
və ya digər şəxs özünü lider kimi göstərməklə, xalqın emosiyalarına arxalanaraq, onu
özünün arzu etdiyi istiqamətə yönəldirdi. Kütlədə demək olar ki, həmişə müəyyən sayda
psixiki cəhətdən qeyri-sabit, müstəqil təfəkkürə, möhkəm xarakterə malik olmayan
adamlar - fanatiklər mövcud olur ki, onlar çox asanlıqla təsir altına düşürlər. Yuxanda adı
çəkilən hərəkatlar göstərdi ki, kütlə stixiyasının coşduğu və böyük axma çevrilərək, çoxlu
miqdarda insanları əhatə etdiyi hallarda, bu hərəkatın qeyri-yet- kinliyi və
qeyri-mükəmməlliyi daha aydın aşkara çıxır. Kütlə stixiyası nwticə etibarı ilə öz
məhdudluğu üzündən məğlubiyyətlə nəticələnir. Çünki burada stixiyanı aradan qaldırmaq
üçün tələb olunan aydın zəkanın təşəbbüsü demək olar ki, yoxdur. Narazı kütlənin
xaosuna cəlb olunan insanların hərəkətləri də çox vaxt stixiyalı, qeyri-səhmanlı xarakter
daşıyır. Belə hallarda arzuolunmaz nəticələrin baş verməsi istisna olunmur. İnsanlar yalnız
xalq səviyyəsində olarkən müəyyən təşkilat və birliklərə arxalanır, qarşısın^ aydın
məqsədlər qoymaqla hərəkət edirlər.
Kütlənin camaatdan çevrilərək halına düşməsi sivilizasiyalaşma prosesinin
ən mühüm nəticələrində« biridir. Bu nöqteyi-nəzərdən yanaşdıqda camaat səviyyəsində
olan xalq>’= səciyyəvi cəhətlərini diqqətlə və dərindən öyrənmək lazımdır. Belə ənənə
hələ F.Bekondan irəli gəlir (camaat və meydanla bağlı qalıqlar (idollar) məs«^əsi). Lakin
kütlənin (camaatın) xalqa çevrilməsi mexanizmi çox mürəkkəfx^ıf. Təəssüf ki, bu proses
hələ də tam elmi təhlil edilməmişdir. Bu prosp-^m öyrənilməsində marksizmin müəyyən
xidməti olmuşdur. Bunu danmaq ədalətsizlik olardı. Lakin hələlik məsələ bu günə qədər
də özünün hərtərəfli ^İmi həllini tapmamışdır. Xüsusən də 80-cı illərin sonunda və 90-cı
illərin əvvəllərində keçmiş SSRİ məkanında baş verən əsaslı dəyişikliklər bu problemi tam
mənalandırmağı tələb edir. Yalnız buna əsaslanmaqla biz hazırkı sosial-psixoloji
vəziyyətimizi düzgün başa düşə bilərik. Bizim bir xalq kimi tarixi inkişaf yolumuzu
düzgün müəyyən edə bilməyimiz də, bir çox cəhətdən bu
431
məsələnin həllindən asılıdır. Əks halda belə bir təsəvvür yarana bilər ki, müasir dövrdə biz
bir neçə demaqoqların və populistlərin ardınca fikirləşmədən hərəkət edən camaatıq.
Qeyd etmək lazımdır ki, 70 ildən artıq davam etmiş sovet rejimi onun ərazisində
məskunlaşmış camaatın xalqa çevrilməsində çox az iş görmüşdür. Əksinə, kütləvi
kollektivləşmə, zorakılıq və repressiyalar həyata keçirməklə bu prosesin qarşısını almağa
çalışmışdır. Bürokratik rejimin, "kazarma sosializminin" hökmranlığı əhalinin
sosial-psixoloji vəziyyətinə güclü pozucu təsir göstərmişdir. Nəticədə ikiüzlülük, yalan,
şəxsi təşəbbüsün itirilməsi, birtəhər baş dolandırmaq, yuxarıların göstərişi ilə hərəkət
etmək, daxildə düşmən axtarmaq, başqa insanlara münasibətdə inamsızlıq və şübhə ilə
yanaşmaq kimi mənfi keyfiyyətlər geniş yayılmışdır. Bütün bunlar isə yuxarıda qeyd
olunmuş əlamətlər (süstlük, dağınıqlıq, qeyri-mütəşəkkillik, və sair) ilə birlikdə xalqın
vəziyyətini səciyyələndirir. Milli müstəqillik əldə edildikdən sonra Azərbaycan əhalisinin
xalq kimi inkişaf etməsi üçün keyfiyyətcə yeni imkanlar açılır. Bu prosesdə kütlələrin,
sosial təcrübə əsasında özünütərbiyə yolunu keçməsi mühüm yer tutur. Bu təcrübənin özü
də birmənali deyildir. Burada müsbət momentlərlə (kütlələrin siyasi mədəniyyətinin və
fəallığının artması, siyasətdə iştirak etməyə artan maraq və sair) yanaşı müəyyən mənfi
hallar da özünü göstərə bilir. Sonunculara misal olaraq kütləvi surətdə alverə qoşulmaq,
yaşamaq naminə himayədarlıq əlaqələrindən istifadə etmək, yerliçilik və sairi göstərmək
olar.
4.
Tarixdə şəxsiyyətin roiu
Tarixdə xalq kütlələrinin, onu təşkil edən sosial qrup, sinif və etnosların həlledici
rolunun qəbul edilməsi heç də bu prosesdə şəxsiyyətinin əhəmiyyətini heçə endiimir. Bir
halda ki, tarixi insanlar yaradır, deməli, burada hər bir fərd müəyyən rol oynayır. Həm də
söhbət təkcə xüsusi seçilən görkəmli şəxsiyyətlərdən deyil, cəmiyyətdə feal həyat
mövqeyi tutan hər bir nonnal fərddən gedir. Yəni öz əməyi və fəaliyj'əti ilə ictimai həyatın
bu və ya digər sferasına və onun vasitəsilə bütünlükdə tarixi prosesə müəyyən töhfə verən
insan nəzərdə tutulur.
Tarixdə şəxsiyyətin rolunun inkarı fatalizmi ifadə edir. Bu baxış göstərir ki, tarix
əvvəlcədən müəyyən olunmuş prosesdir. Buradan heç bir şəxsiyyət heç nəyi dəyişdirə
bilməz. Bununla yanaşı digər bir ifirat mövqe də özünü göstərir, tarixi prosesdə
şəxsiyyətlərin rolu həddən artıq şişirdilir. Fəlsəfi fikir tarixində şəxsiyyətlərin, birinci
növbədə isə dövlət başçılarının rolunu şişirdən baxışlara tez-tez rast gəlinir. Onların
tələfdarları iddia edirlər ki, görkəmli şəxsiyyətlər (krallar, çarlar, siyasi rəhbərlər,
sərkərdələr və sair) tarixi prosesin gedişini idarə edirlər. Hər şey onlardan asılı olur.
Əlbəttə, tarixdə şəxsiyyətin öz xüsusi yeri və funksiyaları vardır. Buna görə də onun rolu
böyükdür. Tarix fəlsəfəsi bunu qəbul edir. O, həm də şəxsiyyəti tarix meydanına çıxaran
real ictimai qüvvələrə böyük diqqət yetirir. Bütün bunları nəzərə almaqla o, şəxsiyyətin
tarixdə nəyə qadir olduğunu və nəyi bacara bilmədiyini müə)^ən edir.
Görkəmli şəxsiyyətlər müəyyən şəraitin təsiri altında və özünün şəxsi