H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə216/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   212   213   214   215   216   217   218   219   ...   240

də 

0

  demək  deyildir  ki,  onun  şəxsi  keyfiyyətlərinin  təzahür  etməsinə  imkan  verilmir. 



Əksinə, bu prosesdə şəxsiyyətin fərdi qabiliyyətinin reallaşması üçün geniş meydan açılır. 

Məsələn,  deyək  ki,  müharibə  vəziyyətində  olan  ölkənin  rəhbəri  özünün  həssaslığı, 

təşkilatçılıq  qabiliyyəti,  operativliyi  sayəsində  vətəndaşları  artıq  qurbanlar  verməkdən 

xilas  edir.  Yaxud  da  əksinə,  o  səhvlərə  yol  verirsə,  onda  itkilərin  sayvçoxalır  və  hətta 

məğlubiyyət  baş  verə  bilir.  Bu  münasibətdə  Hegelin  aşağıdakı  fikri  çox  səciyyəvidir: 

"Siyasi tənəzzülə doğru sürətlə yaxınlaşmaqda olan xalqın taleyini, yalnız dahi xilas edə 

bilər".’ 

Siyasi rəhbər öz fəaliyyətində ölkənin daxili həyatını və beynəlxalq şəraiti, ictimai 

praktikanı  dərindən  nəzəri  təhlil  etməyi  bacarmalıdır.  O,  elmin  və  mədəniyyətin 

nailiyyətlərinə arxalanmalı, ölkənin düşdÜ

3

di son dərəcə çətin vəziyyətlərdə belə təhlil 



etməli, sərrast  və aydın  fikir  yürütməli, irəli  sürülmüş  proqram  üzrə  hərəkət etməlidir. 

Müdrik  şəxsiyyət  hadisələrin  ümumi  gedişini  diqqətlə  izləməli,  gələcəyi  görməlidir. 

Sosial  qüvvələr  nisbətində  baş  verən  dəyişiklikləri  nəzərə  almaqla,  tarixi  imkanı 

gerçəkliyə  çevinnəyin  yollarını  aramağı  bacarmalıdır.  Vaxtilə  Konfusiy  göstərirdi  ki, 

uzağa nəzər salmağı bacarmayan adamı, labüdən yaxınlıqdakı bədbəxtliklər gözləyir. 

Görkəmli  şəxsiyyətlər  öz  ağlı,  biliyi  və  təcrübəsi  sayəsində  hətta  müəyyən 

qisim  hadisələri  və  onların  nəticələrini  dəyişdirə  bilir.  Lakin  onlar  da  hadisələrin 

ümumi  axarını  başqa  istiqamətə  yönəltməyə  qadir  deyillər.  Heç  bir  şəxsiyyət  tarixin 

təkərini geriyə dəyişə bilməz. 

Görkəmli şəxsiyyətlər dedikdə, təkcə dövlət xadimləri nəzərdə tutulmur. Buraya 

həm  də  elmdə,  incəsənətdə  ədəbiyyatda  və  sair  sahələrdə  böyük  nümunələr  yaradan 

insanlar daxildir. N.Gəncəvi, Kopemik, Füzuli, Nyuton, Eynşteyn

S.  Vurğun  və  başqaları  bu  qəbildəndir.  Onlar  tarixi  inkişaf  prosesinə  mühüm  töhfə 

verilmiş, dünya mədəniyyətinin tərəqqisində dərin iz buraxmışlar. 



İnsan  şəxsiyyətinin  böyüklüyü  onun  gördüyü  işin  miqyası  ilə  ölçülür. 

Böyüklük həm insanın anadangəlmə təbii imkanları, həm də onun şəxsi keyfiyyətləri və 

tarixi  şərait  ilə  müəyyən  olunur.  Xüsusən  də  mənəvi  yaradıcılıq  sahələrində  şəxsi 

keyfiyyətlər, istedad və dahilik daha böyük rol oynayır. Dahi o adama deyilir ki, böyük 

ideyaları, qüdrətli ağlı, aydın təffəkürü, möhkəm iradəsi, öz məqsədindən dönməzlik kimi 

şəxsi  keyfiyyətləri  vardır.  O,  cəmiyyəti  yeni  kəşflər,  ixtiralar,  yeni  elmi  və  bədii 

istiqamətlər,  məktəblər  yaratmaqla  zongin-  ləşdirir.  Volter  belə  adamların  böyük  rol 

oynadığını  göstərərək 



yazırdı

 

ki,  dövləti  pulun  azlığı  deyil,  insanların  və  onların 

qabiliyyətlərinin  catışmamazlığı  zəiflədir.  Dahilik  keyfiyyəti  müvafiq  sahədə  olan 

nailiyyətlərə arxalanmaqla prinsipial yeniliklər yaratmağı nəzərdə tutur. İnsan nə qədər 

çox istedadlı və nə qədər çox dahidirsə, onun əməyi bir qədər gərgin və yara

o  qədər  çox  olur.  Kifayət qədər  enerjiyə  malik  olmaq  və  işləmək  qabiliyyəti  dahiliyin 

aynimaz tərəfləridir. 

Tarixi prosesdə harizmalı (allah vergisi) şəxsiyyət daha böyük rol oynayır. O, 

mənəvi istedəda malik olan, ətraf aləmi və fövqəltəbiini qavramağı ba- 



' Bax; Гегель Г. Политические произведения M., 1978 с. 154 

435 


caran,  insanlara  qeyri-adi  təsir  göstərə  bilən  adam  hesab  olunur.  Buraya  adətən  böyük 

qəhrəmanları,  islahatçıları,  peyğəmbərləri  daxil  edirlər.  Hegel  belələrini  "ümumdünya 

tarixi fərdlər" adlandırırdı. M.Veber göstərirdi ki, harizmaya malik şəxsij^ətlər ətrafında 

olan  insanlara  güclü  daxili  və  xarici  təsir  göstərə  bilirlər.  Bu  keyfiyyəti  üzündən  onlar 

rəhbər olurlar. Onların hakimiyyəti daha çox fövqəltəbii, ilahi qüvvələrə inam ilə bağlı 

olur. 


Tarixin  fəlsəfi  təhlili  göstərir  ki,  müxtəlif  dövrlərdə  ayn-ayrı  ölkələrdə  siniflər, 

millətlər və xalqlar çox böyük rol oynamışlar. Onların fəaliyyəti hər şeydən əvvəl maddi 

və  mənəvi  mədəniyyətin  inkişafında  ifadə  olunur.  Beləliklə  də  onlar  müasir 

sivilizasiyanın  inkişafına  güclü  təsir  göstərirlər.  Eynilə  də  ictimai  mənafeyi  həyata 

keçirməyə  çalışan  ayrı-ayrı  şəxslərin  sosial  əhəmiyyətli  fəaliyyəti  tarixdə  mühüm  yer 

tutur.  Belə  şəxslərdən  bir  çoxu  tarixi  prosesin  görkəmli  subyektləridir.  Söhbət  birinci 

növbədə  tanınmış  alimlərdən,  siyasətçilərdən,  mədəniyyət  xadimlərindən  gedir.  Onlar 

tarixi prosesin bu və ya digər tərəfinin inkişafını sürətləndirirlər. 



vm 

FƏSIL

 

MƏDƏNİYYƏT VƏ SİVİLİZASİYA 

1.

 

Mədəniyyətin fəlsəfi anlayışı 

Sosial fəlsəfədə mədəniyyət mövzusu çox mühüm yer tutur. Bu təsadüfi deyildir. 

İctimai inkişaf gedişində  ölkə  daxilində  və  beynəlxalq  miqyasda  mədəniyyətin  rolu 

durmadan  artır.  Bununla əlaqədar olaraq mədəniyyətin nəzəri məsələlərinin təhlili də 

zəmri hal alır. 

Mədəniyyəti  müxtəlif  elmlər  -  arxeologiya,  etnoqrafiya,  tarix  və  digər  ictimai 

elmlər  öyrənir.  Fəlsəfə  konkret  elmlərdən  fərqli  olaraq  mədəniyyətin  bu  və  ya  digər 

tərəfini deyil, onun dünyagörüşü ilə bağlı olan ümumnəzəri səpkisini əsas götürür. 

Mədəniyyətin fəlsəfi anlayışı ona insan və onun fəaliyyəti ilə aynimaz vəhdətdə 

yanaşır. Hətta mədəniyyət sözünün etimoloji mənşəyi də  {kultura latın sözü olub təbii 

dəyişikliklərdən fərqli olaraq insan fəali}^ətinin təsiri ilə baş verən dəyişiklikləri nəzərdə 

tutur) onun əzəldən insanla bilavasitə bağlılığını sübut edir. 

Mədəniyyət spesifik sosial hadisədir. Bu anlayış həcm etibarilə geniş olub, özündə 

müxtəlif ünsürləri ehtiva edir. Sonralar isə bu anlayış sintetik xarakter almış, bəşəriyyətin 

yaratdığı bütün sərvətlərin ümumiləşmiş ifadəsinə çevrilmişdir. 



Sözün geniş mənasında mədəniyyət dedikdə bəşəriyyətin yaratdığı maddi və 

mənəvi sərvətlərin məcmusu nəzərdə tutulur. Bununla yanaşı həmin anlayış yaradılmış 

sərvətlərin insanlar tərəfindən mənimsənilməsi forma- lannı, ondan istifadə olunmasının 

prinsip və üsullarını da əhatə edir. 

Mədəniyyət insan fəali)^ətinin müxtəlif sahələrində, xüsusilə fiziki va əqli əmək 

sahəsində əldə edilən nailiyyətləri əks etdirir. Mədəniyyətdə, habelə 

436 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə