H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə214/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   210   211   212   213   214   215   216   217   ...   240

jini  ifadə  etmək  qabiliyyəti  (qısa  müddət  ərzində  olsa  da)  hərəkətlərinin  törədəcəyi 

nəticələri  qabaqcadan  görə  bilməmək  bununla  əlaqədar  baş  verən  qeyri-  sabitlik,  və 

mütəhəniklik;  tez-tez  bir  ifrat  həddindən  və  qütbdən  digər  ifrat  həddinə,  qütbə 

yuvarlanmaq  və  sair.  Bəzən  ədəbiyyatda  camaatı  yatmış  vəziyyətdə  olan  süst,  dağınıq, 

kobud  kütlə  kimi  səciyyələndirirlər.  Qeyd  olunmalıdır  ki,  bu  keyfiyyətlər  camaatın 

özünün  inkişafının  müxtəlif  pillələrini  ifadə  edir.  Belə  ki,  süstlük  və  dağınıqlıq 

hələ'oyanmamış kütləyə xas olan keyfiyyətlərdir. Lakin nəzərdə tutulmalıdır ki, oyanmış 

kütlənin özü də birdən-birə camaat səviyyəsindən kənara çıxmır. 



Bəşəriyyətin  tarixi  göstərir  ki,  kütlə  son  dərəcə  dağınıq  və  qeyri-sabit 

xarakterə malikdir. Tarixdə elə hallar baş vermişdir ki, kütlə müəyyən bir adamı ölümə 

məhkum  edir,  çox  keçmədən  isə  onun  ölümünə  ağlayır.  Başqa  sözlə  desək,  kütlə  çox 

kövrək  təbiətə  malikdir.  O,  həm  kölə  kimi  xidmət  etmək,  həm  də  tez  bir  zamanda 

dəyişərək  hökmranlıq  etmək  iqtidarındadır.  Kütlənin  hərəkətləri  çox  vaxt  kortəbiiliyə 

əsaslanır. Bütün bu deyilənləri 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən mitinq 

hərəkatlarının nümunəsində yəqin etmək olar. Bu hərəkatlarda çox vaxt elə olurdu ki, bu 

və  ya  digər  şəxs  özünü  lider  kimi  göstərməklə,  xalqın  emosiyalarına  arxalanaraq,  onu 

özünün arzu etdiyi istiqamətə yönəldirdi. Kütlədə demək olar ki, həmişə müəyyən sayda 

psixiki  cəhətdən  qeyri-sabit,  müstəqil  təfəkkürə,  möhkəm  xarakterə  malik  olmayan 

adamlar - fanatiklər mövcud olur ki, onlar çox asanlıqla təsir altına düşürlər. Yuxanda adı 

çəkilən hərəkatlar göstərdi ki, kütlə stixiyasının coşduğu və böyük axma çevrilərək, çoxlu 

miqdarda  insanları  əhatə  etdiyi  hallarda,  bu  hərəkatın  qeyri-yet-  kinliyi  və 

qeyri-mükəmməlliyi  daha  aydın  aşkara  çıxır.  Kütlə  stixiyası  nwticə  etibarı  ilə  öz 

məhdudluğu üzündən məğlubiyyətlə nəticələnir. Çünki burada stixiyanı aradan qaldırmaq 

üçün  tələb  olunan  aydın  zəkanın  təşəbbüsü  demək  olar  ki,  yoxdur.  Narazı  kütlənin 

xaosuna cəlb olunan insanların hərəkətləri də çox vaxt stixiyalı, qeyri-səhmanlı xarakter 

daşıyır. Belə hallarda arzuolunmaz nəticələrin baş verməsi istisna olunmur. İnsanlar yalnız 

xalq  səviyyəsində  olarkən  müəyyən  təşkilat  və  birliklərə  arxalanır,  qarşısın^  aydın 

məqsədlər qoymaqla hərəkət edirlər. 

Kütlənin  camaatdan  çevrilərək  halına  düşməsi  sivilizasiyalaşma  prosesinin 

ən mühüm nəticələrində« biridir. Bu nöqteyi-nəzərdən yanaşdıqda camaat səviyyəsində 

olan  xalq>’=  səciyyəvi  cəhətlərini  diqqətlə  və  dərindən  öyrənmək  lazımdır.  Belə  ənənə 

hələ F.Bekondan irəli gəlir (camaat və meydanla bağlı qalıqlar (idollar) məs«^əsi). Lakin 

kütlənin (camaatın) xalqa çevrilməsi mexanizmi çox mürəkkəfx^ıf. Təəssüf ki, bu proses 

hələ də tam elmi təhlil edilməmişdir. Bu prosp-^m öyrənilməsində marksizmin müəyyən 

xidməti olmuşdur. Bunu danmaq ədalətsizlik olardı. Lakin hələlik məsələ bu günə qədər 

də özünün hərtərəfli ^İmi həllini tapmamışdır. Xüsusən də 80-cı illərin sonunda və 90-cı 

illərin əvvəllərində keçmiş SSRİ məkanında baş verən əsaslı dəyişikliklər bu problemi tam 

mənalandırmağı  tələb  edir.  Yalnız  buna  əsaslanmaqla  biz  hazırkı  sosial-psixoloji 

vəziyyətimizi  düzgün  başa  düşə  bilərik.  Bizim  bir  xalq  kimi  tarixi  inkişaf  yolumuzu 

düzgün müəyyən edə bilməyimiz də, bir çox cəhətdən bu 

431 



məsələnin həllindən asılıdır. Əks halda belə bir təsəvvür yarana bilər ki, müasir dövrdə biz 

bir neçə demaqoqların və populistlərin ardınca fikirləşmədən hərəkət edən camaatıq. 

Qeyd etmək lazımdır ki, 70 ildən artıq davam etmiş sovet rejimi onun ərazisində 

məskunlaşmış  camaatın  xalqa  çevrilməsində  çox  az  iş  görmüşdür.  Əksinə,  kütləvi 

kollektivləşmə, zorakılıq və repressiyalar həyata keçirməklə bu prosesin qarşısını almağa 

çalışmışdır.  Bürokratik  rejimin,  "kazarma  sosializminin"  hökmranlığı  əhalinin 

sosial-psixoloji  vəziyyətinə  güclü  pozucu təsir  göstərmişdir.  Nəticədə  ikiüzlülük,  yalan, 

şəxsi  təşəbbüsün  itirilməsi,  birtəhər  baş  dolandırmaq,  yuxarıların  göstərişi  ilə  hərəkət 

etmək,  daxildə  düşmən  axtarmaq,  başqa insanlara  münasibətdə  inamsızlıq  və  şübhə  ilə 

yanaşmaq  kimi  mənfi  keyfiyyətlər  geniş  yayılmışdır.  Bütün  bunlar  isə  yuxarıda  qeyd 

olunmuş  əlamətlər  (süstlük,  dağınıqlıq,  qeyri-mütəşəkkillik,  və  sair)  ilə  birlikdə  xalqın 

vəziyyətini səciyyələndirir. Milli müstəqillik əldə edildikdən sonra Azərbaycan əhalisinin 

xalq kimi inkişaf etməsi üçün keyfiyyətcə yeni imkanlar açılır. Bu prosesdə kütlələrin, 

sosial təcrübə əsasında özünütərbiyə yolunu keçməsi mühüm yer tutur. Bu təcrübənin özü 

də birmənali deyildir. Burada müsbət momentlərlə (kütlələrin siyasi mədəniyyətinin və 

fəallığının artması, siyasətdə iştirak etməyə artan maraq və sair) yanaşı müəyyən mənfi 

hallar da özünü göstərə bilir. Sonunculara misal olaraq kütləvi surətdə alverə qoşulmaq, 

yaşamaq naminə himayədarlıq əlaqələrindən istifadə etmək, yerliçilik və sairi göstərmək 

olar. 

4.

 

Tarixdə şəxsiyyətin roiu 

Tarixdə xalq kütlələrinin, onu təşkil edən sosial qrup, sinif və etnosların həlledici 

rolunun qəbul edilməsi heç də bu prosesdə şəxsiyyətinin əhəmiyyətini heçə endiimir. Bir 

halda ki, tarixi insanlar yaradır, deməli, burada hər bir fərd müəyyən rol oynayır. Həm də 

söhbət  təkcə  xüsusi  seçilən  görkəmli  şəxsiyyətlərdən  deyil,  cəmiyyətdə  feal  həyat 

mövqeyi tutan hər bir nonnal fərddən gedir. Yəni öz əməyi və fəaliyj'əti ilə ictimai həyatın 

bu və ya digər sferasına və onun vasitəsilə bütünlükdə tarixi prosesə müəyyən töhfə verən 

insan nəzərdə tutulur. 

Tarixdə şəxsiyyətin rolunun inkarı fatalizmi ifadə edir. Bu baxış göstərir ki, tarix 

əvvəlcədən  müəyyən  olunmuş  prosesdir.  Buradan  heç  bir  şəxsiyyət  heç  nəyi  dəyişdirə 

bilməz.  Bununla  yanaşı  digər  bir  ifirat  mövqe  də  özünü  göstərir,  tarixi  prosesdə 

şəxsiyyətlərin rolu həddən artıq şişirdilir. Fəlsəfi fikir  tarixində  şəxsiyyətlərin, birinci 



növbədə isə dövlət başçılarının rolunu şişirdən baxışlara tez-tez rast gəlinir. Onların 

tələfdarları  iddia  edirlər  ki,  görkəmli  şəxsiyyətlər  (krallar,  çarlar,  siyasi  rəhbərlər, 

sərkərdələr  və  sair)  tarixi  prosesin  gedişini  idarə  edirlər.  Hər  şey  onlardan  asılı  olur. 

Əlbəttə, tarixdə şəxsiyyətin öz xüsusi yeri və funksiyaları vardır. Buna görə də onun rolu 

böyükdür. Tarix fəlsəfəsi bunu qəbul edir. O, həm də şəxsiyyəti tarix meydanına çıxaran 

real ictimai qüvvələrə böyük diqqət yetirir. Bütün bunları nəzərə almaqla o, şəxsiyyətin 

tarixdə nəyə qadir olduğunu və nəyi bacara bilmədiyini müə)^ən edir. 

Görkəmli şəxsiyyətlər müəyyən şəraitin təsiri altında və özünün şəxsi 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə