H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə210/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   206   207   208   209   210   211   212   213   ...   240

sosial  çevrilişlər  baş  verir.  Bütün  bunlar  onu  göstərir  ki,  cəmiyyətin  tarixi  insanların 

tələbatlarının  inkişafı,  bu  tələbatların  strukturunun  dəyişməsi  ilə  bağlıdır.  Tarixdə 

tələbatların artması qanunu fəaliyyət göstərir. 

Bu ümumsosioloji qanun bir tərəfdən maddi istehsal ilə maddi tələbatlar arasında, 

digər tərəfdən isə mənəvi istehsal ilə mənəvi tələbatlar arasında dialektik ziddiyyəti ifadə 

edir. 


İstehlak tələbatın ödənilməsi prosesini qismən tamamlayır, yeni tələbatlar yaradır. 

O,  həm  də  istehsal  subyektinin  qabiliyyətini  inkişaf  etdirir,  tələbatların  artmasını 

stimullaşdırır.  İstehlak  yeni tələbat doğurur.  Bu isə  öz  növbəsində  istehsalın inkişafına 

yeni təkan verir. Sanki "yeni sifariş" əldə edən istehsal yeni tələbat yaradır. Bu cür davam 

edən silsilə isə ictimai inkişafın bir pillədən digərinə yüksəlməsinin mühüm mənbəyi və 

hərəkətverici qüvvəsini təşkil edir. 

Tələbatlar  mənafelərlə  sıx  bağlıdır.  Mənafe  fərdlərin  və  sosial  qrupların  öz 

tələbatlarım  başa düşməsi əsasında  formalaşır.  Beləliklə  də  o, obyektiv  ilə  subyektivin 

mürəkkəb vəhdətini ifadə edir. 

İnsanları  fəaliyyət  göstərməyə  sövq  edən  amillər  arasında  mənafelər 

müəyyənedici  yer  tutur.  Hər  bir  cəmiyyətdə  müxtəlif  mənafelər  mövcud  olur.  Bu 

mənada  ictimai  mənafeləri,  sosial  birlik  formalarının  mənafelərini  və  şəxsi  mənafeləri 

ayırmaq olar. Öz məzmununa və mənbəyinə görə mənafelər obyektivdir. Belə ki, 

0

, sosial 



qmpların və siniflərin real vəziyyəti, onların obyektiv tələbatları, həyat şəraiti əsasında 

yaranır. Bununla yanaşı mənafelər həm də subyektivdir. Bu sonuncu cəhət mənafelərin 

varlıq formasında, mövcudluq üsulunda ifadə olunur. Mənafelər siniflər və sosial qruplar 

tərəfindən dərk olunduqda on- lann fəaliyyətində mühüm stimul rolunu oynayır. 

Lakin mənafelərin dərk olunması asan baş vennir, o,  mürəkkəb prosesdir. Buna 

görə  də  bəzən  bu  və  ya  digər  sosial  qrup,  bütövlükdə  xalq  mənafeləri  başa  düşməkdə 

yanlışlığa yol verir. Başqalarının mənafelərini səhv olaraq özününkü kimi qəbul edə bilir. 

Hər  iki  halda,  yəni  mənafe  düzgün  dərk  olunmadıqda  və  ya  yanlış  dərk  olunduqda,  o, 

fəaliyyətin sövqedicisi rolunu saxlayır. Lakin belə fəaliyyət səmərəli olmur. 

Hər bir cəmiyyətdə mövcud olan müxtəlif birliklərin, sosial qrupların mənafeləri 

dinamikasını  diqqətlə  nəzərə  almaq  tələb  olunur.  Bu  prinsip  müasir  cəmiyyətə 

münasibətdə  xüsusilə  zəruridir.  Sovet  rejimi  dövründə  ölkəmizdə  sinif  və  təbəqələrin 

spesifik müxtəlifliyinə məhəl qoyulmurdu. Açıq cəmiyyətə keçid prosesində cəmiyyətdə 

sinfi peşə, yaş, milli, ərazi regional mənafeləri diqqətlə öyrənilir və idarəçilikdə nəzərə 

alınır. 

2.

 

Xalq tarixin yaradıcısıdır 

Cəmiyyətin fəlsəfi təhlilinin mühüm müddəalarından biri tarixdə xalq kütlələrinin 

həlledici rolunu ifadə edir. Bu, ictimai inkişafın hərəkətverici qüvvəsini ideal başlanğıcda, 

mütləq  ideyada  görən  və  görkəmli  şəxsiyyətlərin  rolunu  şişirdən  baxışlara  qarşı 

çevrilmişdir. Cəmiyyətin tarixi xalqın fəaliyəti nəticəsidir. 

423 



Tarixdə  xalqın  həlledici  rolunu  izah  etməzdən  əvvəl  "xalq"  anlayışının 

məzmımunu  açmaq  lazım  gəlir.  Bu  ona  görə  vacibdir  ki,  həmin  anlayışın  məzmunu 

dəyişkən və mütəhərrikdir. Hər bir konki'et tarixi dövrdə bu anlayışın məzmunu spesifik 

xarakter daşıyır. Bu obyektiv amil xalq anlayışının müxtəlif izahına qida verir. 

Həm  də  nəzərdə  tutulmalıdır  ki,  xalq  anlayışının  məzmunu  kifayət  qədər 

öyrənilməmişdir. Bunun mühüm bir səbəbi odur ki, uzun illər ərzində ictimai fikirdə xalq 

kütlələrinin  roluna  lazımi  əhəmiyyət  verilməmişdir.  Yalnız  Fransada  bərpa  dövrünün 

tarixçiləri  (Tyerri,  Kizo,  Minyo)  tarixin  gedişində  üçüncü  təbəqənin  roluna  diqqət 

yetirmişdilər (o vaxta qədər yalnız iki təbəqə ruhanilər və dvoryanlar göstərilirdi). 

Adətən  xalq  anlayışına  əhalinin  böyük  əksəriyyətini  təşkil  edən  təbəqələr  daxil 

edilir.  Məsələn,  feodalizmdə  xalq  təhkimli  kəndliləri  və  sənətkarları,  kapitalizmdə  isə 

proletariatı və digər muzdlu əmək işçiləri əhatə edir. Qeyd edək ki, öz tərkibinə görə xalq 

heç vaxt yekcins olmur. Digər bir səciyyəvi cəhət budur ki, cəmiyyətdə əhalinin tüfeyli 

həyat sürən təbəqələri cinayətkar və ağıldankəm insanlar bir qayda olaraq xalqın tərkibinə 

daxil  edilmir.  Xalq  anlayışı  çox  vaxt  müəyyən  ölkədə  yaşayan  əhali  və  yaxud  millət 

mənasında işlənir (məsələn, azərbaycan xalqı, özbək xalqı və sair). Xalq anlayışını "xalq 

kütlələri" mənasında götürdükdə isə onun tərkibinə ölkədəki bütün insanlar deyil, birinci 

növbədə əməklə məşğul olan və öz əməyi hesabına yaşayanlar aid edilir. 

Xalq ayn-ayn insanların mexaniki məcmusu deyildir. O, konkret cəmiyyəti təşkil 

edən bütöv bir tam kimi çıxış edir. Onun tərkibinə eyni dövrdə mövcud olan ailələr və tək 

yaşayan fərdlər daxildir. Həm ailələrin, həm də ayn yaşayan insanların hazırkı fəaliyyəti 

və gələcəyi xalqın taleyi ilə ayrılmaz surətdə bağlıdır. Məlumdur ki, hər bir ailə, ona daxil 

olan üzvləri yox edib sıradan çıxarmır, əksinə, onların həyatım daha da dolğunlaşdım və 

təkmilləşdirir. Eynilə də xalq ona daxil olan ailələri və tək şəxsiyyətləri əridib yox etmir. 

Onların həyatının məzmununu müəyyən milli formada daha da dolğun edir. Bu forma hər 

bir xalqın əsl mənasını və səciyyəsini ifadə edən dilində, adətlərində və xarakterində əks 

olunur.  Deyilənlər  daha  çox  təkmillətli  xalqlara  aiddir.  Müasir  dünyada  xalqların, 

millətlərin  və  ayrı-ayrı  fərdlərin  qarşılıqlı  təsiri  nəticəsində  onlar  bir-biri  ilə 

qaynayıb-qarışır və birləşirlər. Buna görə də hazırda monoetnik (bir millətə malik olan) 

xalq demək olar ki, çox azdır. Məsələn, müasir azərbaycan xalqının tərkibində onlarla 

müxtəlif millətlərin nümayəndələri yaşayır. 

Bəzən  xalq  dedikdə  ağır  işi  görən,  zəhmətkeş  camaat  nəzərə  gəlir.  Bu  tarixən 

hakim dairələrin adi kütləyə nifrətlə yanaşması ənənəsinin davamıdır. Onlar göstərirlər ki, 

xalq  iki  hissəyə  "yaradıcı  azlığa"  və  "qara  camaata"  a

3

nılır.  Birinci  hissəyə  seçilmiş 



təbəqələr (aristokratik ruh sahibləri, cəmiyyətin qay- mağı), ikinciyə isə heç nəyə qadir 

olmayan, yaradcıhq keyfiyyətlərindən məhrum olan adi kütlə daxildir. 

Xalq anlayışını geniş mənada (yəni ölkənin əhalisi mənasında) götürənlərdən biri 

Ş.Monteskyö olmuşdur. Onun fikrincə senatorlar və patrisilər ilə ya 



424 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə