H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə209/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   205   206   207   208   209   210   211   212   ...   240

bəşəriyyət  getdikcə  daha  artıq  dərəcədə  bütöv  bir  tam  kimi  çıxış  edir.  Məhz  onun  bu 

bütövlüyü  çərçivəsində  müasir  dövrün  bir  çox  ümumi  miqyaslı  məsələləri  (dünyada 

sülhün təmin olunması, ətraf mühitin mühafizəsi, planetin bütün xalq- lan və dövlətlərinin 

əməkdaşlığının  möhkəmləndirilməsi)  həll  edilməkdədir.  Bir  sözlə,  müasir  bəşəriyyət 

bütövlükdə özünün mövcudluğunu qoruyub saxlayır və inkişaf etdirir. 

Tarixi  prosesin  subyektləri  ilə  onun  iştirakçıları  bir-  birindən 

fərqləndirilməlidir. Belə ki, cəmiyyətdəki bütün insanlar tarixi prosesdə bu və ya digər 

dərəcədə  iştirak  edirlər,  çünki  ictimai  fəaliyyətin  müxtəlif  sahələrində  (iqtisadi,  siyasi, 

mənəvi) çalışırlar. Lakin buna əsaslanaraq onların hamısını tarixin subyekti hesab etmək 

dəqiq  olmazdı.  Tarixi  prosesin  iştirakçıları  olan  insanlar  yanız  şüurlu  hərəkət  etdikləri 

dərəcədə, yəni cəmiyyətdə öz yerini başa düşdüyü, öz fəaliyyətinin sosial əhəmiyyətini və 

tarixi prosesin istiqamətini dərk etdiyi dərəcədə tarixin subyektinə çevrilirlər. Başqa sözlə 

deyilsə, iqtisadi və sosial münasibətlərin, cəmiyyətin siyasi sisteminin təkmilləşməsində 

və mənəvi həyatın inkişafında şüurlu surətdə fəaliyyət göstərən hər bir insan və ya sosial 

qrup  tarixin  subyekti  kimi  çıxış  edir.  Obyektiv  xarakter  daşıyan  ictimai  inkişaf  prosesi 

insanların  subyektiv  fəaliyyəti,  onlann  hərəkət  və  münasibətləri  vasitəsi  ile  həyata 

keçirilir.  İnsan  hey\'andan  fərqli  olaraq  təbiətdə  hazır  olan  nemətləri  isteblak  etməklə 

kifayətlənmir, öz sosial ehtiyaclarını ödəmək naminə yenilərini yaradır. Həm də zaman 

keçdikcə  o,  özünün  əmək  fəaliyyəti  növlərini,  əmək  qabiliyyətini  inkişaf  etdirir, 

təkmilləşdirir. Nəhayət, yaradıcı fəaliyyətin gedişində, dəyişilməkdə olan sosial mühitin 

təsiri altında insanların özü də, onların maddi və mənəvi həyatı, şüuru, zövqləri və sair do 

dəyişilir. 

İctimai istehsalın inkişafı və dəyişilməsinin mənbəyi insanların fəal yaradıcılığı, 

onların  öz  həyat  şəraitinə  xüsusi  reaksiya  verməsi  ilə  (yəni  onlar  heyvanlardan  fərqli 

olaraq şüurlu əmək fəaliyy'ətinə qadir olan nəsilləri təkrar istehsal edirlər) bağlıdır. Məhz 

bu sonuncu amil əsasında əhali artımı baş verir, əhali inkişaf edir və bütün planetə yayılır. 

Buradan  aydın  olur  ki,  ictimai  həyatın  hər  iki  yarımstruktunı  (həyat  vasitələri 

istehsalı və həyatın özünün istehsalı) bir-birindən ayrılıqda mövcud ola bilməz. Bununla 

yanaşı  onların  hər  birinin  özünəməxsus  hərəkətverici  qüvvələri  vardır.  Bütövlükdə 

insanların  çoxtərəfli  ictimai  fəaliyyəti  ilə  insan  nəslinin  təkrar  istehsalının  bir-birilə 

qarşılıqlı  təsiri  nəticəsində  həm  əhalinin  artımı  baş  verir,  həm  də  insanların  özü 

təkmilləşir,  onların  məişəti,  mədəniyyəti,  qabiliyyətləri,  mənafeləri  dəyişilir,  bir  sözlə, 

sosial inkişaf baş verir. 

Təbiətdə  və  təfəkkürdə  olduğu  kimi  cəmiyyətdə  de  inkişafın  daxili  mənbəyini, 

hərəkətverici  qüvvəsini  ziddiyyətlər  və  onların  həll  edilməsi  təşkil  edir.  Ziddiyyətlərin 

inkişafin hərəkətverici qüvvəsi olması haqqında fəlsəfi müddəa sosial həyatda bir qədər 

özünəməxsus məna kəsb edir. Belə ki, cəmiyyət miqyasında götürüldükdə, ziddiyyətlər 

konkret  şəkil  alır.  Yəni  burada  onlar  sosial  ziddiyyətlər  kimi  çıxış  edir.  Deməli, 



cəmiyyətin  inkişafının  əsas  mənbəyi  sosial  ziddiyyətlərdir.  Digər  tərəfdən  sosial 

həyatda ziddiyyətlər nə öz-özünə yaranmır, nə də öz-özünə həll olunmur. İctimai həyatda 

həm ziddiyyətlərin yaran 

421 



ması,  həm  də  onların  həll  edilməsi  fəaliyyətlə  bağlıdır.  Odur  ki,  xalq  kütləsinin, 

ziddiyyətləri həll etməyə yönələn fəaliyyəti ictimai inkişafın hərəkətverici qüvvəsi rolunu 

oynayır.  İctimai  inkişafın  obyektiv  qanunauyğunluqları  onların  fəaliyyəti  vasitəsilə 

reallaşır. 

Sosial ziddiyyətlərə misal olaraq aşağıdakıları göstərmək olar; cəmiyyət ilə təbiət 

arasındakı ziddiyyətlər; istehsal ilə tələbat arasındakı ziddiyyətlər; sosial birlik formaları 

və etniki birliklər arasındakı münasibətlərdə təzahür edən ziddiyyətlər və sair. 

Cəmiyyətin inkişafının obyektiv qanunları nəticə etibarilə insanlann fəaliyyətinin 

və onların ictimai münasibətlərinin qanunları kimi çıxış edir. Çünki fəaliyyətin və ictimai 

münasibətlərin müxtəlif növləri tarixi prosesin əsas məzmununu və istiqamətini müəyyən 

edir.  Onlar  insanların  obyektiv  tələbatlarını  ödəmək  məqsədi  güdür.  Bu  vəziyyət 

mütəmadi davam edir. Yəni insanlar öz tələbatlarım ödəmək naminə şəraiti dəyişdirirlər. 

Onların yaratdığı yeni şərait isə yeni tələbatları və onları ödəməyin əvvəllərdə mövcud 

olmayan üsullarını əmələ gətirir. Bu proses zəruri, mühüm və təkrarlanan xarakter daşıyır 

və deməli, qanun statusu alır. 

Obyektiv  amillər,  birinci  növbədə  isə  obyektiv  tələbatlar  insanları  mövcud 

təbii və sosial şəraitdən çıxış etməklə müəyyən fəaliyyət göstərməyə 

sövq edir. İns 

lövcud şəraiti başa düşərək, onu öz fəaliyyətlərində nəzər

alırlar. Bu, onlara tələbatlarım asan yolla və daha səmərəli ödəmək imkanı verir. 

Tələbatın məzmunu insanın şüur və iradəsindən asılı olmayaraq obyektiv surətdə 

formalaşır. Lakin insan, tələbatların sadəcə passiv daşıyıcısı deyildir. O, öz fəaliyyətini 

tələbatı  yerinə  yetirməyə  yönəldir,  bunun  üçün  forma  və  yollar  işləyib  hazırlayır. 

Beləliklə,  tələbat  subyekti  fəalyyətə  sövq  edən  motiv,  impııls  rolunu  oynayır.  Deməli, 

tələbat subyektin təbiəti, sosial şəraiti və münasibətləri öz həyatı üçün lazım olan şəklə 

salınmasına yönəltdiyi fəaliyyətin daxili stimuludur. 

Tələbatlar  şəxsi  tələbat  və  istehsal  tələbatlarına,  maddi  və  mənəvi  tələbatlara 

bölünür. 

Şəxsi tələbat cəmiyyət üzvlərinin istehlak şeylərinə və xidmətlərə olan ehtiyacını 

ifadə  edir.  İstehsal  tələbatı  isə  ayrı  -  ayrı  istehsal  sahələrinin  əmək,  xammal,  enerji 

vasitələrinə olan ehtiyacını ödəməyi nəzərdə tutur. 

Maddi  tələbat  insanların  mənzilə,  paltara,  qida  maddələrinə  olan  ehtiyacı 

deməkdir. Mənəvi tələbat isə elmə, mədəniyyətə, mənəvi inkişafa, asudə vaxtın dolğun 

keçirilməsinə olan ehtiyaclarını ifadə edir. 

İstehsal  ilə  tələbat  arasında  əlaqə  birtərəfli  olmayıb  mürəkkəb  təbiətə 

malikdir.  Belə  ki,  hər  bir  yeni  tələbat  istehsalı  stimullaşdırır,  onun  qarşısında  yeni 

vəzifələr  irəli  sürür.  Tələbatların  ödənilməsi  prosesində  eyni  zamanda  yeni  tələbatlar 

yaranır,  bunlar  isə  öz  növbəsində  istehsalın  inkişafını  stimullaşdırır.  Artan  tələbatlann 

təsiri  ilə  insanlar  müntəzəm  surətdə  əmək  fəaliyyəti  dairəsini  genişləndirir  və 

təkmilləşdirirlər.  Beləliklə,  nəsillər  bir-birini  əvəz  etdikcə  istehsal  təcrübəsi  dəyişir  və 

təkmilləşir. Tarix boyu insanların fəaliyyət növləri genişlənir və daha mürəkkəb formalar 

alır, maddi və mənəvi tərəqqi, texniki və 

422 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə