H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


lərinin  təsiri  nəticəsidir



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə208/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   204   205   206   207   208   209   210   211   ...   240

lərinin  təsiri  nəticəsidir.  Birinci  qrup  amillər  bunu  ifadə  edir  ki,  vahid  tarixi  inkişaf 

prosesi  müxtəlif  xronoloji  mərhələlərə  və  dövrlərə  bölünür.  Məkan  amilləri  də  çox 

mühüm olub, eyni vaxt ərzində, lakin müxtəlif ərazilərdə fəaliyyət göstərən ölkələrin və 

xalqların bir-birindən fərqləndiyini ifadə edir. 

Tarixi  prosesin  rəngarəngliyi  hər  şeydən  əvvəl  onun  qeyri-bərabər  inkişaf 

etməsində  təzahür  edir.  Bu  qeyri-bərabərlik  bəşər  cəmiyyətinin  ilk  dövrlərindən  özünü 

göstərmişdir. Belə ki, əlverişli təbiət şəraiti olan ərazilərdə yaşayan xalqlar və ölkələr belə 

şəraiti  olmayanlara  nisbətən  sürətlə  inkişaf  edirdi.  Sonrakı  inkişaf  gedişində 

qeyri-bərabərliyi şərtləndirən amillər silsiləsində təbii xarakterli amillər arxa plana keçir, 

istehsalın səviyyəsi, elmin və texnikanın inkişaf) göstəriciləri üstün yer tutmağa başlayır. 

Deyilənlərlə  yanaşı  tarixi  prosesin  rəngarəngliyi  xeyli  dərəcədə  tarixi  mühit 

deyilən  amilin  təsiri  ilə  bağlıdır.  Bunun  aydın  təzahürünü  geridə  qalmış  xalqların 

özünəməxsus inkişafı yoluna düşməsində də görmək olar. 

Nəhayət tarixi prosesin rəngərəngliyinə ölkənin daxilində siyasi və ideoloji, sosial 

və  mədəni  amillər,  subyektiv  amilin  inkişaf  dərəcəsi  də  müəyyən  təsir  göstərir.  Məhz 

bunun  nəticəsində  eyni  bir  sosial  zəmində  yüksələn  mədəniyyət,  ideya,  təsisat  və 

təşkilatlar, həyat fəaliyyəti fonnaları bir-birindən fərqlənir. 

Yuxarıda deyilənlər sübut edir ki,  bir  tərəfdən  tarixi  proses  bütün  ölkələr  və 



xalqlar üçün ümumi qanuııauyğunhiqlara və istiıpməüərə malikdir, digər tərəfdən, 

bu  qanunauyğunluqların  ayrı  -  ayrı  ölkələrin  konkret  şəraiti  və  çərçivəsində 

reallaşması  ümumi  tarixi  prosesin  vəhdəti  və  bütövlüyü  çərçivəsində  ınüəy>'ən 

özünəməxsusluqlar yaradır. 

VII

 

FƏSIL

 

TARİXİ PROSESİN SUBYEKTLƏRİ 

VƏ HƏRƏKƏTVERİCİ QÜVVƏLƏRİ 

1.

 

ictimai inkişafın mənbələri və hərəkətverici qüvvələri anlayışları 

Sosial  inkişafın  subyektləri  və  hərəkətverici  qüvvələrini  öyrənmək  təkcə  nəzəri 

deyil, həm də praktiki maraq kəsb edir. Doğrudan da tarixi prosesin necə getdiyi və kimin 

tərəfindən  həyata  keçirildiyi,  cəmiyyətin  inkişafında  hansı  qüvvələrin  mühüm  rol 

oynadığı haqqında məsələlər indi hamını düşündürür. 

Dialektika öyrədir ki, hər bir inkişafın səbəbi, mənbələri və hərəkətverici qüvvələri 

predmet və hadisələrin öz daxilindədir. Bu müddəa eynilə də insan cəmiyyətinə aiddir. 

Cəmiyyətdəki  inkişafın  mənbələrini  kənar  qüvvələrlə  izah  etməyə  çalışan 

nəzəriyyələrin əksinə olaraq dialektik fəlsəfə cəmiyyətin inkişaf mənbələrini onun öz 

daxilində görür. 

Cəmiyyətdə  öz  qarşısına  müəyyən  məqsəd  qoyan  və  spesifik  mənafeyi  olan 

çoxsaylı  fərdlər  fəaliyyət  göstərir.  Bu  mürəkkəb  və  rəngarəng  qüvvələrin  fəaliyyətinin 

dərk olunmasında fərdinin sosial ilə əlaqələndirilməsi mühüm rol 

419 



oynayır. Həmin metod fərdlərin fəaliyyətini sosial birliklər şəklində qruplaşdıraraq təhlil 

etməyi  nəzərdə  tutur.  Yalnız  bu  prinsipə  əsaslanmaqla  tarixi  prosesin  hərəkətverici 

qüvvələri və subyektlərini öyrənmək olar. 

İctimai  inkişafın  hərəkətverici  qüvvələri  obyektiv  xarakter  daşıyır,  yəni  o, 

insanların iradə və arzuları ilə müəyyən edilmir. Lakin insanlar şüurlu varlıqdır, onların 

əməli fəaliyyəti şüur və iradə ilə istiqamətləndirilir. Deyilənlərdən aydın olur ki, ictimai 



inkişafın  hərəkətverici  qüvvələri  sistemində  obyektiv  və  subyektiv  tərəflər  vəhdət 

təşkil edirlər. Obyektiv amillər dedikdə cəmiyyət həyatının təbii şəraiti, insanların həyat 

şəraitini  təmin  etməyə  yönələn  obyektiv  tələbatlar,  maddi  istehsal,  cəmiyyətin  sosial 

strukturu,  mövcud  dövlət  quruluşu  və  sair  nəzərdə  tutulur.  Hər  bir  nəsil  onları  hazır 

şəkildə qavrayır. Məhz onlar həmin nəslin gələcək həyat fəaliyyətini şərtləndirir. 

Subyektiv  amillər  bütövlükdə  insanların  mənəvi  dünyasını,  şüurunu  və 

vərdişlərini, sosial təcrübəsini, mədəniyyət səviyyəsini və iradi keyfiyyətlərini əhatə edir. 

İnsanların fəaliyyətində mühüm əhəmiyyət kəsb edən mütəşəkkilliyi də buraya aid etmək 

olar. 


Obyektiv  və  subyektiv  amillərin  qarşılıqlı  təsirini  düzgün  nəzərə  almaq  çox 

vacibdir. Burada birtərəfliliyə yol verilməməlidir. Belə ki, insanların şüurlu fəaliyyətinin 

rolunu  lazımi  qiymətləndimıemək,  hər  şeyi  obyektiv  amillərdə  gömək  tarixi  prosesi 

mistikləşdinnəyə (sehrli qüvvə tərəfindən idarə edilən) aparu:. Belə çıxu' ki, burada hər 

şey əvvəlcədən müəyyən olunmuşdur və insanlar heç nəyi dəyişdirə bilməzlər. Bu baxış 

iddia  edir  ki,  insanların  vəzifəsi  hadisələrin  axarına  tabe  olmaq  və  kortəbii  zərurətin 

fəaliyyətinə  uyğunlaşmaqdan  ibarətdir.  Belə  yanaşma  fatalizm  (fatalis  tale  deməkdir) 

adlanır.  Cəmiyyətin  inkişafı  onun  yanlış  olduğunu  sübut  edir.  Çünki  insanların  şüurlu 

fəaliyyətinin miqyası və imkanları dumadan genişlənir. Bu prosesdə elm və mədəniyyət, 

sosial təcrübə böyük rol oynayır. 

Digər ifrat həddi subyektivizm və ya volyuntarizm təşkil edir. Onun tərəfdarları 

insanların  şüur  və  iradəsinin  əhəmiyyətini  şişirdir,  cəmiyyətin  obyektiv  inkişaf 

qanunlarına  məhəl  qoymurlar.  Nəticədə  həyatdan  ayrı  düşmüş  nəzəriyyə  və  sxemlər 

işlənib  hazırlanır.  Onları  həyata  keçimək  cəhdləri  isə  cəmiyyəti  çətin  vəziyyətə  salır. 

Obyektiv  şəraiti  nəzərə  almadan,  təkcə  subyektiv  amillərə  arxalanmaqla  fəaliyyət 

göstəmək uğursuzluğa düçar olur. 

Sosial fəlsəfə öyrədir ki, cəmiyyətdəki bütün dəyişiklikləri insanlar yaradırlar. Bu 

prosesdə  onlar  şüurlu  surətdə  və  ya  müəyyən  instinktiv  sövqedicilərin  təsiri  altında 

hərəkət edirlər. Qeyd olunan fakt sübut edir ki, bu elmin mistika (sehr) ilə heç bir əlaqpsi 

yoxdur.  İnsanlar  özləri  öz  tarixlərini  yaradırlar.  Onlar  tarixi  prosesin 



subyektləridir. Söhbət birinci növbədə müxtəlif sosial qruplardan, siniflərdən, ziyalılar 

təbəqəsindən,  milli  birliklərdən,  habelə  müxtəlif  siyasi  partiyalardan,  ictimai 

təşkilatlardan və ayrı-ayrı şəxsiyyətlərdən gedir. 

Son  vaxtlar  elmdə  və  siyasi  praktikada  tez-tez  belə  bir  fikrə  rast  gəlinir  ki, 

bəşəriyyət tarixi prosesin müstəqil subyektidir. Bu fikrin müəyyən obyektiv əsası vardır. 

Belə  ki,  müasir  şəraitdə  müxtəlif  ölkələrin  xalqları  arasında  iqtisadi,  siyasi  və  mədəni 

əlaqələr möhkəmlənir, onların qarşılıqlı asılılığı güclənir. Nəticədə 

420 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə