H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə211/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   207   208   209   210   211   212   213   214   ...   240

naşı plebeylər xalqa daxildir. 

Əslində xalq dedikdə yalnız elə siniflər və təbəqələr başa düşülür ki, onlar maddi 

və  mənəvi  dəyərlər  yaradır,  beləliklə  də,  cəmiyyətin  inkişafına  kömək  edirlər.  Fəlsəfi 

ədəbiyyatda  xalq  anlayışının  müəyyənləşdirilməsində  aşağıdakı  üç  mövqe  özünü 



göstərir: birinci xətt bir qayda olaraq yalnız maddi istehsal sahəsində çalışan təbəqələri 

xalqa aid edir. Bu baxış daha çox keçmiş dövrlər üçün səciyyəvi olmuşdur. Müasir dövrdə 

isə həlledici əhəmiyyət kəsb etmir. Çünki indi inkişaf etmiş öikələrdə əhalinin getdikcə 

daha çox hissəsi bilavasitə maddi istehsaldan kənarda çalışır. İkinci nöqteyi-nəzərə görə, 

xalqın tərkibinə .mütərəqqi istiqamətdə fəaliyyət göstərən sosial qruplar daxil edilir. Bu 

meyara əsaslanmaqla kapitalizmin yaranması dövründə burjuaziya xalqa aid edilir, onun 

hökmranlığı qərarlaşdıqdan sonrakı dövrdə isə o, xalqın tərkibindən kənar- laşdırılır. Qeyd 

olunan mövqe aşağıdakı iki səbəblə bağlıdır: a) tarixi inkişafın yalnız yüksələn xətt üzrə 

getdiyini iddia edən konsepsiyanın təsiri; b) ədəbiyyatda xalq kütlələrinin rolunu şişirdən, 

onda  hər  hansı  bir  neqativ  cəhətin  mümkünlüyünü  inkar  edən  baxışın  təsiri.  Üçüncü 

baxışın tərəfdarları, xalq ilə görkəmli şəxsiyyətlər arasındakı fərqləri mütləqləşdirir, onları 

bir-birinə qarşı qoyurlar. Bu zaman belə bir əsas gətirilir ki, guya görkəmli şəxsiyyətlərdə 

xalqı səciyyələndirən əlamətlər yoxdur. Belə yanaşma onu nəzərə almır ki, xalq özünün 

sosial-psixoloji  və  siyasi  inkişafının  müoyyon  mərhələsidə  bir  çox  cəhətdən  m.əhz 

şəxsiyyətlərdən  ibarət  olur.  Həmı  də  buna  məhəl  qoyulmur  ki,  xalq  ilə  görkəmli 

şəxsiyyətlərin qarşılıqlı münasibətləri bir-birinə çox yaxındır.' 

Bir  sıra  hallarda  "xalq"  anlayışı  etnik  mənada  işlənilir.  Bununla  əlaqədar  qeyd 

edək  ki,  "etnos’',  "millət"  və  "xalq"  anlayışları  bir-birinə  yaxın  olsalar  da,  müxtəlif 

məzmuna malikdir. Aydındır ki, xalq ilə etnosun oxşar cəhətləri çoxdur. Məsələn, bu və ya 

diger xalqın nümayəndəsi olan fərd, həm də müəyyən etnosa daxildir. Bu münasibətdə 

monomillətli  (yapon,  ennəni)  və  çoxmillətli  (amerikan,  keçmiş  sovet,  yuqoslaviya) 

xalqları  vardır.  Xalq  və  sinif  anlayışları  arasında  da  yaxınlıq  mövcuddur.  Belə  ki, 

müəyyən  dövrlərdə  (məsələn  klassik  feodalizm  cəmiyyətində)  xalq  kütləsi  əsasən  bir 

sinifdən  (kəndlilərdən)  ibarət  idi.  Lakin  bir  çox  hallarda  xalq  müxtəlif  sinifləri  və 

təbəqələri (fəhlə, kəndli siniflərini, sənətkarlan) əhatə edir. 

Xalq anlayışının sosial məzmununda aşağıdakı üç əlamət başlıca yeri tutur. 

Birinci alamət tarixən ümumi taleyə malik olmaq hesab edilir. Hər hansı bir vahid xalqın 

formalaşmasının  müqəddəm  şərti  eyni  bir  əraziyə  və  dövlətə  malik  vətəndaşlann 

mövcudluğudur. Xalqın müəyyən tarixi səbəblər üzündən səpələmnəsi (yəhudi, erməni) 

və yaxud da uzun müddət bölünmüş halda yaşaması (koreya xalqı, cənubda və şimalda 

yaşayan  azərbaycanlılar)  onun  nümayəndələrinin  tarixi  tale  ümumiliyini  inkar  etmir. 

İkinci əlamət, xalqı bütöv bir tam kimi birləşdirən ümumi inamın ümumxalq ideyasının 

olmasıdır.  Bu  halda  xalqı  birləşdirən  ümumi  inamın  dini  xarakter  daşıması  məcburi 

deyildir.  Tarixdə  elə  dövrlər  çox  olmuşdur  ki,  xalqın  tərkibi  dünyəvi  inam  zəminində 

(məsələn, milli 



' Bax: Крапивенский C. Социальная философия. M., 1998, c. 337-338 


azadlıq  ideyası)  birləşir.  Deməli,  xalqı  birləşdirən  inamın  forması  o  qədər  də  vacib 

deyildir.  Əsas  məsələ  inamın,  kütlələrin  ictimai  şüuruna  nə  dərəcədə  hakim  olmasıdır. 

Bununla  əlaqədar  qeyd  edək  ki,  müasir  dövrdə  Azərbaycan  xalqını  birləşdirə  biləcək 

ümumi  ideyanın,  milli  ideologiyanın  yaradılması  son  dərəeə  zəruridir.  Üçüncü  əlamət 

tarixi perspektivin ümumiliyidir. Bəzən bu əlamətin roluna lazımi diqqət yetirilmir. Lakin 

nəzərdə tutulmalıdır ki, öz tarixi gələcəyini görməyən xalq məhvə məhkumdur. Çünki bu 

halda əvvəllər xalqı vahid bir tam kimi birləşdirən tale ümumiliyi tədricən onu içəridən 

parçalayan qüvvəyə çevrilir. 

Xalqın  ümumi  keyfiyyətlərindən  danışarkən  onun  tarixi  yaddaşı  məsələsinə 

toxunmamaq olmaz. Tarixi yaddaşa malik olmaq öz mahiyyətinə görə bir növ keçmişi 

indiki dövrdə yaşatmaq deməkdir. Xalqm öz keçmişinə müraciəti müxtəlif cür (hörmətlə 

yanaşma  və  nihilist  münasibət)  olur.  Təbiidir  ki,  birinci  forma  xalqın  gələcək  inkişafı 

üçün etibarlı start meydançası rolunu oynayır. İkinci forma (keçmişə nihilist münasibət) 

özünü  göstərdikdə  xalqın  gələcək  inkişafı  və  taleyi  şübhə  altına  alınır.  Öz  keçmişinə 

hörmətlə  yanaşan  xalq  onu  birləşdirən  ideya  və  məqsədi,  tarixi  perspektivi  aydın  başa 

düşə bilir. Bu keyfiyyət həm, də xalqm inkişafında varislik prinsipini təmin edir. Varislik 

təkcə  şüur  hadisələrində  deyil„həm  də  keçmişdən  miras  qalmış  maddi  mədəniyyət 

abidələrinin qoaınub saxlanmasında və sair sahələrdə özünü göstərir, öz keçmişinə biganə 

münasibət  bəsləyən  xalqm  gələcək  perspektivi  şübhə  doğurur.  Bununla  əlaqədar 

göstərilməlidir ki, müstəqillik əldə etdikdən som'a Azərbaycan xalqı öz keçmişinə böyük 

qayğı  göstərir.  Bu  öz  ifadəsini  tarixi  mədəniyyətin,  dilin,  adət  və  ənənələrin  qorunub 

saxlanılmasında tapır. 

Beləliklə, ümumi mənada götürdükdə xalqa aşağıdakı kimi tərif vennək olar: xalq 

tarixi  taleyin  ümumiliyi  ilə  səciyyələnən,  bu  ümumiliyi  tarixi  yaddaşında,  vahid 

inamında və ideyasında yaşadan, ümumi tarixi perspektivə malik olan sosial-etnik 

birlik formasıdır. 

Tarixdə xalq kütlələrinin rolunu izah edərkən ona konkret tarixi planda yanaşmaq 

tələb ohmur. Bu rol bürtin tarixi dövrlərdə eyni olmamışdır. Hər bir tarixi mərhələdə onun 

xarakterinə uyğun şəkildə çıxış etmişdir. 



Xalqın  həlledici  rolu  hər  şeydən  əvvəl  bunda  özünü  göstərir  ki,  o  maddi 

nemətlərin  başlıca  yaradıcısıdır.  Bəşəriyyət  yarandığı  gündən  indiyə  qədər  bu 

funksiyanı  yerinə  yetirmək  mehz  xalqm  öhdəsinə  düşür.  Xalqın  bu  sahədəki  yaradıcı 

fəaliyyəti  mövcud  ictimai  münasibətlər  sistemindən  asılıdır.  Xalqın  fəaliyyətinə  onun 

təsiri başlıca olaraq əmək vasitəsilə olur. Bəşəriyyət bu gün əldə etmiş olduğu misilsiz 

nailiyyətlərə görə birinci növbədə xalqın yaradıcı əməyinə borcludur. Xalq müxtəlif əmək 

alətlərinin  yaradıcısı  və  təkmilləş-  diricisidir.  O,  özünün  malik  olduğu  qabiliyyət  və 

vərdişləri  nəsildən-nəslə  ötürür.  Xalq  daim  əmək  prosesini  təkmilləşdirir,  onun 

səmərəliliyini  yüksəltməyə  cəhd  göstərir.  Tarix  sübut  edir  ki,  bu  istiqamətdə  həyata 

keçirilən  ilk  nəzərdə  o  qədər  diqqəti  cəlb  etməyən  dəyişikliklər  tədricən  toplanaraq 

iqtisadiyyatda  və  bütövlükdə  ictimai  quruluşda  əsaslı  çevrilişlərə  gətirib  çıxarır.  Lakin 

əmək  məcburi  və  özgələşmiş  xarakter  daşıdıqda  xalqın  fəaliyyətinə,  onun  miqyas  və 

nəticələrinə 



426 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə