H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə219/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   215   216   217   218   219   220   221   222   ...   240

miyyot kəsb edən subyektiv şəxsi səpki kölgədə qalır. 

Qeyd  olunmalıdır  ki,  mədəniyyətdə  novatorluq  da  öz  təbiətinə  görə  mürəkkəb 

xarakterə malikdir. Bu mənada göstərilməlidir ki, hər cür novatorluq mədəniyyətə yaradıcı 

münasibət bəsləmək, onu inkişaf etdirmək demək deyildir. Mədəniyyətdə edilən yeniliklər 

yalnız  ümumi  əhəmiyyət  kəsb  etdikdə,  ictimaiyyət  tərəfindən  qəbul  edild,ikdə,  mədəni 

dəyərləri  inkişaf  etdirir.  Buna  görə  də  mədəni  prosesə  əlavə  oluhan  hər  cür  yeniliyi 

mütərəqqi hesab etmək doğru deyildir. Yuxarıda deyilənlər sübut edir ki, mədəniyyətin 

inkişafı spesifik qanunauyğunluqlara malik mürəkkəb və ziddiyyətli prosesdir. 

Müasir  dövrdə  mədəniyyətin  inkişafı  aşağıdakı  cəhətlərlə  səciyyələnir.  Açıq 

cəmiyyətin  formalaşması  prosesində  mədəni  tərəqqi  sürətlənir;  bu,  inkişaf  etmiş 

şəxsiyyətin formalaşması üçün lazım olan mədəni şəraitin yaradılmasını intensivləşdirir; 

milli  mədəniyyətlərin  yaxınlaşması  əsasında  mənəvi  mədəniyyətin  bütün  tərəflərinin 

beynəlmiləlləşməsi  və  inteqrasiyası  özünü  göstərir;  mənəvi  həyatda  aparılan  islahatlar 

prosesində  insanlar  arasında  qarşılıqlı  münasibətlərin  mədəni  səviyyəsi  artır,  əxlaqi  və 

estetik mədəniyyətin yüksəlməsinə, əsil yaradıcılığa meydan açılır. 

Mənəvi  mədəniyyətin  inkişafı  onun  bütün  tərəflərində  (siyasi  mədəniyyət, 

dünyagörüşü  mədəniyyəti,  əxlaqi  mədəniyyət,  estetik  mədəniyyət,  elm,  təhsil,  maarif 

sahəsində və şairədə) ifadə olunur. 

Müasir cəmiyyətdə siyasi mədəniyyətin inkişafı daha aydın görünür. O, cəmiyyət 

üzvlərinin  siyasi  səviyyəsinin  artmasında,  onlar  tərəfindən  demokratiyanın 

öyrənilməsində,  başqalarının  rəyinə  hörmətlə  yanaşılmasında,  yüksək  hüquqi  düşüncə, 

vətənpəiTərlik  və  beynəlmiləlçilik  şüunmıuı  möiıXüuiiənmoöində  özünü  göstərir. 

Dünyagöıiişü 

mədəniyyəti 

i-=° 

cimi-materialist 



dünyagörüşünün 

durmadan 

genişlənməsində, 

uuıəyyən hissəsinin şüurundakı köhnəlik 

qalıqlarının  silinməsində  te^ahür  edir.  Əxlaqi  mədəniyyətin  inkişafı  cəmiyyətin  hər  bir 

üzvündə madcən fəal həyat mövqeyinin formalaşmasında, ictimai borca şüurlu mimaaiOət 

bəslənilməsində, öz ölkəsinin və işlədiyi müəssisənin sahibi tııssinin möhkəmlənməsində 

özünü  göstərir.  Estetik  mədəniyyətin  inkişafı  şəxsiyyətin  ahəngdarlığının  artmasında, 

estetik zövqün inkişafında, əməkdə, başqaları ilə ünsiyyətin "gözəllik qanunları" əsasında 

aparılmasında təzahür edir. 

Cəmiyy'ətin  inkişafı,  onun  qarşısında  duran  sosial-siyasi  və  digər  vəzifələrin 

müvəffəqiyyətli  həlli  kütlələrin  mədəni  səviyyəsindən  çox  asılıdır.  Buna  görə 

mədəniyyətin inkişafı tarixi zəiwətə və tələbata çevrilir. İndi getdikcə daha çox aydın olur 

ki,  əmək  mədəniyyətini  yüksəltmədən  istehsalı  irəliyə  aparmaq,  kütlələrin  hüquqi 

səlahiyyətini  artırmadan,  siyasi  mədəniyyətini,  diskussiya  etmək  mədəniyyətini 

yüksəltmədən,  demokratiyanı  inkişaf  etdinnək,  ünsiyyət  və  davranış  mədəniyyətini 

yüksəltmədən  isə  sosial  sferanı  təkmilləşdirmək  qeyri-  mümkündür.  Əhalinin  müxtəlif 

təbəqələrinin geniş miqyasda kompyuter savadına yiyələnməsi, onların peşə mədəniyyəti 

və ümummədəni səviyyəsinin yüksəlişi, sosial vəzifələrin həlli mədəniyyətin inkişafı ilə 

dialektik vəhdət təşkil edir. 

Ölkədə  gedən  geniş  və  çoxtərəfli  yaradıcılıq  diskussiyalarında  düzgün  mövqe 

tutmaq, demokratiya və yaradıcılıq azadlığı üçün şərait yaradılması mə 

441 



dəniyyətin inkişafinm çox mühüm şərtləridir. Əsaslı demokratikləşdirmə başqa sahələrdə 

olduğu  kimi  mədəniyyətdə  də  bürokratizmə  qarşı  barışmaz  mübarizə  apanr,  yaradıcılıq 

üçün,  mədəniyyətin  inkişafı  üçün  şəraiti  yaxşılaşdırır.  Əlbəttə,  cəmiyyətimizin  mədəni 

həyatının inkişafı mürəkkəb yə çətin prosesdir. 

Mədəniyyətin fəlsəfi  təhlili  onun  son  dərəcə  müxtəlif  məhəlli,  regional  milli, 

etniki xüsusiyyətlərə malik olduğunu nəzərdə tutur. Vahid dünya mədəniyyətinin bu 

rəngarəngliyi müxtəlif ölkələrin və xalqların tarixi-mədəni inkişafındakı qeyri-bərabərlik 

fərqlilik ilə, habelə digər səbəblərlə izah olunur. 

Hər  bir  mədəniyyət  təkrarolunmaz,  əvəzolunmaz  cəhətlərə  malikdir.  Müxtəlif 

mədəniyyətlər arasında fərqlərin mühüm mənbəyi bundadır. 

Müasir  dövrdə  mədəniyyətlərin  bir-birinə  qarşılıqlı  təsiri  baş  verməkdədir.  Bu 

proses  mütərəqqi  olub,  vahid  dünya  mədəniyyətinin  inkişafının  çox  mühüm  amilidir. 

Mədəniyyətlərin qarşılıqlı təsiri prosesi, xeyli dərəcədə nisbi müstəqil xarakterə malikdir

lakin  bütövlükdə  ümumi  ictimai-tarixi  prosesin  tərkib  hissəsi  kimi,  ictimai 

münasibətlərdən asılıdır. 

Mədəniyyətlərin  müxtəlifliyi  və  rəngarəngliyi  daxilində  hər  bir  lokal  və  milli 

mədəniyyətdə, həm də bu və ya digər dərəcədə ümuminsani, ümumbəşəri məzmun 

vardır.  Bu mövqedən çıxış edərkən müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri, qarşılıqlı 

zənginləşməsi, sintezi mümkün və zəruri hesab olunur. 

Müasir 

dövrdə 


mədəniyyətlərin 

və 

bütövlükdə 

ictimai 

həyatın 

beynəlmiləlləşməsi  istiqamətində  təsir  göstərən  amillər  çoxdur.  Onlardan  istehsalı, 

nəqliyyat  və  rabitə  vasitələrini  əsaslı  surətdə  dəyişdirən  elmi-texniki  tərəqqini,  təhsilin 

inkişafında  ümumi  meylləri,  dünya  əhalisinin  artmaqda  olan  mütəhər-  rikliyini,  dünya 

miqyasında əmək bölgüsünü, milli azadlıq hərəkatlarını və sairi göstərmək olar. Əlbəttə, 

beynəlmiləlləşmə  prosesi  çox  mürəkkəb  və  ziddiyyətli  xarakter  daşıyır.  Məsələn, 

beynəlmiləlləşmə  prosesi  güclü  mədəniyyətlər  tərəfindən  zəif  mədəniyyətləri  zorla 

assimilyasiya  etdikdə  sonuncular  tərəfindən  müqavimətə  rast  gəlir.  Yaxud  da  müxtəlif 

regionlar arasında, xüsusilə də qərb və şərq mədəniyyətləri arasında yaxınlaşma ilə yanaşı, 

onların  hər  birinin  öz  varlığını  və  xüsusiyyətlərini  qoruyub  saxlamaq  meyli  də  özünü 

göstərir. 



Ölkəmizdə həyata keçirilən demokratikləşmə prosesi mədəniyyətlərin təcrid 

olunmasına  son  qoyur,  onların  qarşılıqlı  təsirini  möhkəmləndirir.  O,  sürətləndikcə, 

mədəniyyətlərin  qarşılıqlı  əlaqələri  və  mədəni  dəyərlərin  qarşılıqlı  mübadiləsi  daha  da 

fəallaşır.  Digər  tərəfdən,  müasir  cəmiyyətimizin  öz  daxilində  milli  mədəniyyətlərin 

yaxınlaşması  və  qarşılıqlı  surətdə  bir-birini  zən-  ginləşdirməsi  baş  verir.  Bu  proses  də 

ziddiyyətlidir, millətlərarası münasibətlərdə baş verən ixtilaf və konfliktlər ona ləngidici 

təsir göstərir. Başqa sahələrdə olduğu kimi mədəni siyasətdə də totalitar rejimin qalıqlarım 

aradan  qaldırmaq  üçün  görülən  tədbirlər  milli  mədəniyyətlərin  yaxınlaşması  prosesinin 

normal  getməsi  baxımından  bÖ

3

riik  əhəmiyyət  kəsb  edir.  Buraya  idarəetmənin 



demokratikləşdirilməsi, mədəniyyətin inkişafı ilə əlaqədar məsələlərin həllində müxtəlif 

millətlərin və etnik qrupların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, milli dillərə, 

keçmişin  adət  və  ənənələrinə  artan  diqqət,  azlıqda  qalan  millətlərin  mədəniyyətinin 

dirçəldilməsinə qayğı və başqaları daxildir. 



442 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə