H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə217/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   213   214   215   216   217   218   219   220   ...   240

müəyyən  tarixi  dövrlərdə  konkret  cəmiyyət,  millət  və  xalqın  malik  olduğu  dəyərlər 

təcəssüm olunur. Beləliklə, insanın yaradıcı əməyi mədəniyyətin mənbəyini təşkil edir. 

Mədəniyyətə  müxtəlif  təriflər  verilir.  Hazırda  onların  sayı  600-a  gəlib  çatır. 

Onlardan  ən  əsaslannı  aşağıdakı  kimi  qruplaşdırmaq  olar:  1)  təsviri  tərif  mədəniyyəti 

fəaliyyət nəticələrinin məcmusu kimi səciyyələndirir; 2) tarixi tərif - mədəniyyətdə sosial 

irsin  və  ənənənin  əsas  rolunu  qeyd  edir;  3)  normativ  tərif  -  qaydaların  və  normaların 

əhəmiyyətinə xüsusi diqqət yetirir; 4) dəyərlər mövqeyindən yanaşan təriflər mədəniyyəti 

insan üçün əhəmiyyət kəsb edən ideal us- tanovkaların reallaşması kimi səciyyələndirir; 5) 

psixoloji  səpkili  təriflər  mədəniyyətə  insanların  təbiətə  və  sosiuma  uyğunlaşması  kimi 

yanaşır;  6)  ideoloji  təriflər  mədəniyyəti  ideyalar  axını  kimi  ifadə  edir;  7)  semiotik 

yanaşma mədəniyyəti işarələr sistemlərinin məcmusu hesab edir.' 

Aşağıdakı  tərif  nisbətən  geniş  yayılmışdır.  Onu  qəbul  etmək  olar.  Mədəniyyət 

insanların  dünyanı  mənimsəyə  yönəlmiş  yaradıcı  fəaliyyətidir,  bu  prosesdə  maddi  və 

mənəvi  dəyərlər  yaradılır  və  istehlak  olunur,  insanın  mədəni  fəaliyyət  subyekti  kimi 

formalaşması baş verir. 

Mədəniyyət  cəmiyyətdə  çox  mühüm  funksiyalar  yerinə  yetirir.  Onlardan 

aşağıdakılar xüsusi qeyd olunmalıdır: 1) yaradıcı funksiya, bu o deməkdir ki, mədəniyyət 

insanların  yaradıcı  fəaliyyəti  prosesində  aşkara  çıxır.  Onların  təbiət  üzərində 

hökmranlığının  və  öz  aralarındakı  münasibətlərin  göstəricisidir;  2)  ünsiyyət  funksiyası 

onu  göstərir  ki,  müəyyən  ümumi  əhəmiyyətli  ünsiyyət  vasitələri,  təcrübəni  və  bilikləri 

ötürən vasitələı olmasaydı, insanların vahid cəmiyyətdə yaşamaları qeyri-mümkün olardı; 

3)  idraki-evristik  funksiya  bunda  təzahür  edir  ki,  mədəniyyət  dünyanın  ümumi 

mənzərəsini verməklə məhdudlaşmır, o həmı də idrakın daha yaxşı və effektiv formalannı 

axtarıb tapmağa kömək edir; 4) nəhayət mədəniyyət qiymətverici funksiya yerinə yetirir. 

Yəni onun köməyilə dünyanın dərki estetik, siyasi və əxlaqi normalarla əlaqəli şəkildə 

götürülür. 

Beləliklə,  mədəniyyət  ictimai  varlıq  olan  insan  fəaliyyətinin  subyektiv  şəxsi 

tərəfinin  inkişafında,  cəmiyyətin  sosial  təşkilinin  üsulları  və  normalarının  yerinə 

yetirilməsində  xüsusi  əhəmiyy'ət  kəsb  edir.  O,  həm  də  bütövlükdə  həyat  fəaliyyəti 

proseslərinin tənzim olunmasında, bəşəriyyətin malik olduğu təcrübə və biliklərin, insan 

fəaliyyətinin  digər  maddiləşmiş  nəticələrinin  yayılmasında  böyük  rol  oynayır. 

Göstərilməlidir  ki,  bədii,  elmi,  texniki,  sosial  yaradıcılıq  tarixi  prosesə  güclü  təsir 

göstərən, onu zənginləşdirən amillər kimi çıxış edir. Bu müddəa mədəniyyətə və insan 

fəaliyyətinin  diger  maddiləşmiş  nəticələrinə,  habelə  hələ  sosial  gerçəklikdə  öz  praktiki 

təcəssümünü tapmayan, gələcəkdə həllini gözləyən yeni ideyalara aiddir. Məsələn, atom 

enerjisinin  kəşfi,  onun  elmi  əsaslandırılmasından  bir  neçə  on  il  keçdikdən  sonra,  yəni 

praktiki istifadə olunan atom bombası yaradıldıqdan sonra ictimai həyata öz böyük təsirini 

göstermişdir.  Bu  təsir  indiki  şəraitdə  daha  güclü  hiss  olunur,  çünki  nüvə  fəlakəti 

bəşəriyyətin bu günü və gələcəyini təhlükə altına alır. Son illərin təcrübəsi sübut edir ki, 

atom 


‘ Bax; OH.noco4)Hfl. M

HHCK


. 1999, c. 297 

437 


enerjisindən dinc məqsədlər üçün istifadə olunması, təkcə elmi-texniki məsələ olmayıb, 

həm də mühüm sosial məsələdir. Bunu atom elektrik stansiyalannın fəaliyyəti, onlann ətraf 

mühitə  güclü  pozucu  təsiri  də  sübut  edir.  Deməli,  hər  bir  dövrdə  elmi-texniki  fikirlər 

kəşflərə çevrilərək reallaşır. Sosial həyata, cəmiyyətdə gedən iqtisadi, siyasi və mənəvi 

proseslərə qüdrətli təsir göstərir. Eyni fikri digər elmi-texniki nailiyyətlər (elektronika və 

informatika,  kompyuterləş-  dirmə,  biotexnologiyanın  tətbiqinin  genişləndirilməsi  və  s.) 

haqqında da söyləmək olar. İnsan dühasının yaratdığı bu nailiyyətlər praktikada istifadə 

olunduqca  nəinki  təkcə  iqtisadiyyatın  inkişafına  güclü  təsir  göstərir,  istehsalın 

texnologiyasını  əsaslı  surətdə  yeniləşdirir.  Onlar  həm  də  insan  fəaliyyətinin  qüdrətli 

vasitələri kimi sosial məna alır və mədəni inkişafa xidmət edir. 

Mədəniyyətin, elmi-texniki nailiyyətlərin sosial, funksiyalarından danışarkən qeyd 

olunmalıdır  ki,  insanın  yaradıcılığının  bütün  məhsulları  heç  də  həmişə  obyektiv  tarixi 

prosesə  daxil  olmur,  onun  inkişaf  momentinə  çevrilmir.  Bu,  obyektiv  və  subyektiv 

xarakterli bir çox səbəblərdən asılıdır. Tarixdə bir çox hallar olmuşdur ki, bu və ya digər 

ölkədə irəli sürülmüş ideya və kəşflər həmin ölkənin geriliyi və şəraiti üzündən burada 

deyil, digər ölkələrdə reallaşmışdır. Deməli, cəmiyyətin, konkret ölkənin inkişaf səviyyəsi 

və şəraiti, mədəni nailiyyətin tarixi prosesə qovuşması öz sosial funksiyasını reallaşdıra 

bilməsi işində çox mühüm şərtdir. 

Yuxanda  deyilənlər  sübut  edir  ki,  mədəniyyət  öz  sosial  funksiyalarını  o  vaxt 

səmərəli yerinə yetirir ki, onda təcəssüm olunan fəal və yaradıcı əsaslar, onların cəmiyyət 

qarşısında  açdığı  yeni  problemlər  və  inamlar  ictimai  inkişafın  obyektiv  şəraiti  və 

qanunlarına uyğun gəlsin. 



2.

 

Mədəniyyətin inkişaf qanunauyğunluqları 

Mədəniyyətin inkişafı mürəkkəb və ziddiyyətli prosesdir. O, təkcə ümumsosioloji 

qanunlar üzrə deyil, həm də spesifik qanunlar üzrə baş verir. 

Mədəniyyətin inkişafı varisliyə, köhnə mədəni irsin dialektik inkarına əsaslanır. 

Lakin  bu  proses  müəyyən  nisbi  müstəqilliyə  və  spesifik  qanunlara  ma-  Jlıfcdir.  Bəşər 

tarixində  mədəni  tərəqqinin  mahiyyətini  açmaq  üçün  bu  qanunauyğunluqları  öyrənmək 

zəruridir. 

Hər bir dövrdə mədəniyyətin inkişafı daxili və xarici səbəblər, amillər ilə şərtlənir. 

Odur ki, konkret tarixi mərhələdə götürülən mədənİ

3

^ət həmin dövrdəki iqtisadi, texniki, 



sosial və siyasi, mənəvi amillərin güclü təsiri altında formalaşır və inkişaf edir. 

Mədəniyyətin həm tərəqqisi, həm də tənəzzülü mövcud tarixi şəraitdəki obyektiv 

və subyektiv dəyişikliklərlə müəyyən olunur. Lakin onlann mədəniyyətə təsiri bilavasitə 

deyil,  nəticə  etibarilə  bir  sıra  əlaqələndirici  vəsilələrdən  keçərək  baş  verir.  Məsələ 

bundadır ki, mədəniyyəti məhz insan yaradır. Bu prosesdə o, həm də subyektiv kimi öz 

yaradıcılıq qabiliyyətlərini inldşaf etdirir. Bu yaradıcılıq prosesi insanın öz daxili motivləri 

üzrə baş verir. Lakin bu proses bütövlükdə ictimai münasibətlər şəraitində həyata keçirilir 

və ictimai tələbatı 



«s 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə