H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə213/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   209   210   211   212   213   214   215   216   ...   240

logiya elmlərinin meydana gəlmisi və inkişafı isə kənd təsərrüfatı istehsalının ehtiyacları 

ilə bilavasitə bağlı olmuşdur. Bəşər tarixi sübut edir ki, mexanika və astronomiya elmləri 

dənizçiliyin və süni suvarmanın tələbatı ilə əlaqədar yaranmışdır. 

Tarixdə  xalqın  həlledici  rolundan  danışarkən  göstərilməlidir  ki,  ictimai 

inkişaf gedişində xalqın /əaliyyət göstərdiyi şərait ciddi surətdə dəyişilir. 

Məsələn, despotik rejim şəraitində kütlələrin fəallığı kəskin surətdə aşağı düşür. Çünki 

yuxan idarəçiliyin zülmü artdıqca aşağılar ona bir növ süstlük göstərməklə cavab verirlər. 

Lakin  bütövlükdə  bəşəriyyət  tərəqqi  etdikcə  xalqın  tarixi  rolu  da  artır.  Bu,  sosial 

dəyişikliklərin mürəkkəbləşməsi ilə izah edilir. Cəmiyyətin qarşısında duran vəzifələrin 

miqyası  artdıqca  ictimai  dəyişikliklərə  xalqın  getdikcə  daha  çox  hissəsi  cəlb  olunur. 

Cəmiyyətin həyatına xalqın təsiri gücləndikcə tarixi inkişafın sürəti də artır. 

İctimai  inkişafda  xalqın  həlledici  rolunu  inkar  edən  müxtəlif  elit  nəzəriyyələri 

iddia  edirlər  ki,  tarixi  prosesi  görkəmli  şəxsiyyətlər,  qanunvericiliklə  məşğul  olanlar, 

sərkərdələr,  alimlər  və  sair  yaradırlar.  Doğrudur,  bəzi  hallarda  bu  qəhrəmanlar  dünya 

ruhunun  vasitəsi  (Hegel)  kimi,  digər  hallarda  tarixi  zərurətdən  asılı  olmayan  igidlər 

(subyektiv  idealizm)  kimi  təsvir  olunur.  Lakin  bu  müxtəliflik  elit  baxışlarının  ümumi 

mahiyyətini dəyişdirmir. 

Xalqa  münasibətdə  özünü  göstərən  yanlış  baxışlar  bir  çox  ideoloqlar  və 

siyasətçilər tərəfindən mürtəce məqsədlər üçün istifadə olunmuşdur. Məsələn, F. Nitsşe 

göstərirdi-ki, xalq forması olmayan materialdır: o, kobud daşları xatırladır ki, onların da 

daşyonana ehtiyacı vardır. Belə daşyonan dedikdə o, əhalinin əksəriyyətindən yüksəkdə 

duran  və  onun  əxlaqını  tapdalamağa  belə  haqqı  oDu  qəhrəmanı,  fövqəlinsam  başa 

düşürdü. Nitsşeyə görə fəaliyyətin başlıca pnnsipini və hərəkətverici motivini hakimiyyətə 

can atmaq iradəsi tesï^it edir. Bu məqsədə nail olmaq üçün o, hər bir vasitədən istifadə 

etməyə  t>aqq  qazandırırdı.  Bu  qəbildən  oları  fikirlər  sonralar  faşizm  ideoloa'-’’^* 

cörəfindən əldə rəhbər tutulmuşdur. 

"Elit" nəzəriyyəsinin tərəfi^-'^'^^i'* (V.Pareto, O.Şpenqler, A.Toynbi, M.Ve- ber 

və s.) cəmiyyətdə id^-^-c-^ıhyin zəruriliyi faktından belə bir yanlış nəticə çıxarırdılar ki, 

guya äəmərəli idarəçiliyi yalnız ağalıq və tabelik münasibətləri mövcud olduB“ şəraitdə 

həyata keçirmək olar. Beləliklə də onlar iddia edirdilər ki, fitri istedada və keyfiyyətlərə 

malik  olan  azlıq,  yəni  "elit"  idarəçilik  funksiyası  ycnnə  yetinnəlidir.  Xalq  kütlələri  isə 

passivdir, o, başqalan tərəfindən idarə olunmalıdır. Tarixi prosesin başlıca hərəkətverici 

qüvvəsi  elitar  qruplardır.  Xalq  kütlələri  bu  yaradıcı  şəxsiyyətlərin  ideyalanm  həyata 

keçirirlər.  Xalqın  vəzifəsi  onların  kəşf  və  ixtiralarını,  siyasət  və  mənəvi  sahədə  irəli 

sürdüyü  məqsəd  və  idealları  reallaşdırmaqdan  ibarətdir.  Bu  fikir  ilə  müəyyən  mənada 

razılaşmaq  olar.  Belə  ki,  o  şəxsiyyətlərin  rolunu  kiçildən  baxışlara  qarşı  mübarizədə 

xüsusilə  əhəmiyyətlidir.  Həmin  baxışlar  bütövlükdə  götürdükdə  cəmiyyətdə  ziyalıların 

rolunu,  onların  fəaliyyətinin  böyük  sosial  əhəmiyyətini  lazımi  qiymətləndirmirlər.  Bu 

mövqe  doğru  deyildir.  Belə  ki,  məhz  ziyalılar  cəmiyyətin  yüksək  təhsilli  və  yaradıcı 

şəxsiyyətlərini  özündə  əhatə  edir. Totalitar  rejimin  hökmranlığı  dövründə  belə  bir  fikir 

hökm sürürdü ki, ziyalılar fəhlə və kəndli siniflərinə 

429 



xidmət edirlər. Onların sosial rolu bundadır. Beləliklə, onun müstəqil əməyi, onun dəyəri 

və  mənafeləri  qulaqardına  vurulurdu.  Ziyalıların  böyük  bir  hissəsi  hakim  quruluşa  və 

onun  rejiminə  intellektual  qulluq  göstərən  təbəqəyə  çevrilmişdi.  Müasir  cəmiyyətdə 

gedən  dərin  demokratikləşmə  prosesləri  şəxsiyyətin  inkişafı  və  onun  qabiliyyətlərini 

dolğun  təzahür  etdirmək  üçün  geniş  imkanlar  açır.  Elmin  və  mədəniyyətin  inkişafı 

ideoloji  qəliblərdən  azad  olur.  İctimai  fəaliyyətin  bütün  sahələrində  fikir  plüralizminə 

meydan  verilir.  Aşkarlıq,  elmi  yaradıcılıq  azadlığı  mühiti  bərqərar  olmaqdadır.  Bütün 

bunlar  cəmiyyətin  intellektual  potensialının  güclənməsinə  şərait  yaradır.  Ziyalıların 

cəmiyyətdə  rolu  yüksəlir, onun fəaliyyətinin əhəmiyyəti  artır.  Əlbəttə,  deyilənlər  geniş 

xalq  kütlələrinin  istehsalda,  məişətdə  və  digər  fəaliyyət  sahələrində  rolunu  azaltmır. 

Əksinə,  əhalinin  savadlılığı  və  mədəniyyət  səviyyəsi  artdıqca,  bazar  münasibətlərinə 

keçid sürətləndikcə və demokratiya genişləndikcə, tarixi prosesdə xalq kütlələrinin rolu da 

artır. 

3.

 

Kütlə (camaat) və onun səciyj'əvi cəhətləri 

Qeyd olunmalıdır ki, xalq birdən-birə yetişmir. Onun formalaşması və inkişafı bir 

neçə pillədən keçir. Belə mərhələlərdən birini onun kütlə (qara ca- m.aat) vəziyyəti təşkil 

edir. Buna görə do son vaxtlarda xalqı izah edərkən kütlə anlayışına da  diqqət yetirilir. 

Qeyd edək ki, camaat (kütlə) anlayışı sözün geniş və dar mənasında işlənilə bilir. Birinci 

halda kütlə (camaat) dedikdə xalqın formalaşmasına qədər mövcud olan sosial-psixoloji 

səviyyə, yaxud da xalqın tənəzzülünü ifadə edən vəziyyət başa düşülür. Sözün məhdud, 

dar mmnasında götürüldükdə "qara camaat" bir-birilə üz-üzə duran və birbaşa təmasda 

olan insanlar  çoxluğu  deməkdir.  Bu anlayış ikinci  mənada  işlənildikdə insanların  sabit 

sosial və ya etnik birliyini ifadə etmir. Maraqlıdır ki, ilk dövrlərdə "camaat" anlayışının bu 

iki mənası bir-birindən o qədər də fərqlənməmişdir. Məsələn, Platonunun təsəvvür etdiyi 

ideal  dövlətdə  5000  adamın  olması  nəzərdə  tutulurdu.  Onlar  bir-  birini  tanıyır  və 

oxloki-atiya  (camaat  hakimiyyəti)  idarəçiliyi  yaradırdı.  Platona  görə  0  ən  yaxşı  dövlət 

idarəçiliyi idi. Sonralar cəmiyyətin miqyası və əhatə dairəsi genişləndikcə "camaat" və 

"kütlə" anlayışları da bir-birindən ayrıldı. 

Psixoloji  mövqedən  yanaşdıqda  camaat  öz  davranışına  ağıllı  nəzarətin  zəif 

olması  ilə  səciyyələnir.  Bunun  nəticəsində  camaatda  (kütlədə)  ehtirasların 

emosional-iradi  coşqunluğu  özünü  göstərir.  Aydın  bilinməyən  və  qeyri-sabit  xarakterli 

mənafelərə  əsaslanan  hərəkətlər  baş  verir.  Kütlənin  (camaatın)  özünü  aparması  adətən 

mövcud  ani  əhval-ruhiyyə  ilə  müəyyən  olunur.  Bu  prosesdə  liderin,  yəni  kütlənin 

əhval-ruhiyyəsini başqalarından nisbətən daha tez və yaxşı hiss edən adamın təsiri çox 

güclü  olur.  Məhz  lider  kütlənin  coşqunluğundan  istifadə  edərək  onu  ələ  alır  və  lazım 

gəldikdə ondan öz məqsədlərinə uyğun istifadə edə bilir. Həm də lider kütlədə öz istəyinə 

uyğun əhval-ruhiyyə formalaşdırmağa çalışır. Qeyd olunmalıdır ki, məhdud saylı insanlar 

qrupu  kimi  götürülən  camaat  ilə  xalqın  sosial  psixoloji  vəziyyəti  kimi  nəzərdə  tutulan 

camaat arasında bir sıra oxşar cəhətlər müşahidə olunur: məsələn, tez qıcıqlanmaq, coşqun 

ener 

430 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə