H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


Xalq həm də ictimai siyasi sferada həlledici rol oynayır



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə212/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   208   209   210   211   212   213   214   215   ...   240

mənfi təsir edir. 

Xalq həm də ictimai siyasi sferada həlledici rol oynayır. Bunu hər şeydən əvvəl 

onda  görmək  olar  ki,  bütün  tarixi  dövrlərdə  hakim  dairələr,  onların  yeritdiyi  siyasətə 

xalqın  münasibətini  nəzərə  almağa  məcbur  olmuşlar.  Bunun  nəticəsidir  ki,  onlar 

zaman-zaman  xalqın  təzyiqi  altında  onlara  müəyyən  güzəştlərə  getmişlər.  Bu  mənada 

tarixdə  qazanılmış  olan  hər  bir  demokratik  azadlıq  bir  çox  cəhətdən  xalq  kütlələrinin 

mübarizəsinin nəticəsi hesab edilməlidir. 

Xalqın  həlledici  rolu  xüsusən  də  sosial çevrilişlər baş  verdiyi  məqamlarda  daha 

aydın  görünür.  Həm  də  nəzərdə  tutulmalıdır  ki,  xalqın  bu  güclü  təsiri  həmişə  müsbət 

planda baş vermir. Burada bəzən mənfi istiqamətli təsir də özünü göstərə bilir. 

Xalqın  fəal  müdaxiləsi  olmadan  cəmiyyətdə  az-çox  əsaslı  yeniləşmə  qeyri- 

mümkündür. Digər tərəfdən həmin yeniləşmə və dəyişikliklərin dəyəri və sürəti bir çox 

cəhətdən kütlələrin mədəniyyət səviyyəsi və siyasi fəallığı ilə müəyyən olunur. 

Tarixdə  heç  elə  əhəmiyyətli  sosial-siyasi  hadisə  yoxdur  ki,  o,  zəhmətkeşlərin 

iştirakı  olmadan  baş  versin.  Xalqın  rəyi  çox  güclü  təsir  qüvvəsinə  malikdir.  Xalqın  öz 

hüquq  və  azadlığı  uğnında  apardığı  mübarizə  bəşəriyyətin  siyasi  tarixinin  əsas 

məzmununu təşkil edir. Bütün sosial inqilabların başlıca hərəkətverici qüvvəsi xalqdır. 

Millətin həyatı və azadlığı məsələlərini də xalq həli edir. Məhz o, lazım gəldikdə 

əlində  silah  vətənin  müdafiəsinə  qalxır.  Azərbaycan  tarixi  buna  dair  çoxlu  nümunələr 

verir.  Əslində  müxtəlif  mərhələlərdə  yadelli  işğalçılara  qarşı  mübarizəni  xalq  təşkil 

etmişdir. 

Tarix  sübut  edir  ki,  xalq  çoxluq  təşkil  etməsinə  baxmayaraq  bəzən  yamla  və 

aldanıla bilir. Məsələn, dünyaya çox böyäik eim  və  incəsənət korifeyləri vermiş alman 

xalqı Hitlerin demaqogiyasının təsiri altına düşərək, onun işğalçı hərəkətlərinə müəyyən 

qədər 


haqq  qazandınmşdı. 

Lakin  nəzərdə  tutulmalıdır  ki,  xalqı  yalnız  müvəqqəti, 

müəyyən dövr ərzində aldatmaq mümkündür. Gec-tez xalq öz aldanıldığını başa düşür və 

bu vəziyyətdən çıxır. 



Xalqm  sosial  həyatda  həlledici  rolu  onu  təşkil  edən  sosial  və  etniki  birlik 

formalarının fəaliyyətində özünü göstərir. Doğrudan da belə götüıbkdə özü-özlüyündə 

xalq ümumiləşmiş anlayışdır. Onun tərkibi konkret fəaliyyət göstərən sosial qruplardan, 

siniflərdən və millətlərdən ibarətdir. Buna görə də həm keçmişdə, həm də indiki dövrdə 

xalqın həlledici rolu onu təşkil edən həmin subyektlərin fəaliyyəti vasitəsilə təzahür edir. 

Xalqın daxili subyektləri sırasında isə millət, milli hərəkatlar müstəsna yer tutur. O, tarix 

meydanına XIX əsrin son rübündə qədəm qoymuşdur. Həmin dövrdən başlayaraq bu gün 

də daxil olmaqla milli hərəkat ictimai inkişafın mühüm amili rolunu oynayır. Onun hansı 

dövrdə və harada baş verməsindən asılı olmayaraq xarakteri və m.əzmunu əsas etibarilə 

eynidir.  Bu  o  deməkdir  ki,  milli  hərəkat  millətin əksəriyyətinin  məqsəd  və  vəzifələrini 

yerinə yetirməyə, milli istiqlaliyyət əldə etməyə yönəlir. Məhz milli müstəqilliyin əldə 



olunması  millətin  həqiqi  mənafelərinə  tam  uyğun  gəlir.  Çünki  o,  siyasi  və  iqtisadi 

həyatın, mədəniyyətin inkişafı üçün misilsiz imkanlar 




açır.  Lakin  milli  hərəkat  öz  hüdudlarını  aşdıqda  mənfi,  neqativ  istiqamət  alır:  milli 

tolerantlığa qarşı çıxır, milli ayrı-seçkilik aşılayır; milli azlıqların hüquqlarını tapdalayır 

və bir sözlə, millətçiliyə gətirib çıxarır. Nəticədə milli əlahiddəlik təlqin olunur. Beləliklə, 

millətçilik özünün əvvəlki mütərəqqi rolunu itirir və mürtəce istiqamətə yönəlir. O, xalqın 

iqtisadi  inkişafına  və  maddi  rifahına  güclü  zərbə  vurur,  cəmiyyətin  mənəvi  mühitini 

korlayır.  Müxtəlif  millətlərin  (etnosların)  nümayəndələrinin  təmsil  olunduğu 

Azərbaycanda  çoxmillətli  dövlət  daxilində  milli  azlıqların  hüquqları  qorunur,  onların 

mədəniyyətinə, dilinə, tarixi ənənələrinə hörmətlə yanaşılır. 

Qeyd  olunmalıdır  ki,  ümumən  milli  hərəkatlar  daxilən  ziddiyyətli  proses  kimi 

çıxış edir. Bu, onun tərkibinin qeyri-yekcins sosial qüvvələrdən təşkil olunması ilə izah 

edilir.  Məsələn  bu  hərəkatda  rəhbərliyi  ələ  alan  təbəqələr  bəzən  özünün  təmənnalarını 

həyata keçinnək naminə xalqın, millətin ümumi mənafelərini tapdalaya bilirlər. 

Nəhayət xalq kütlələri öz həlledici rolunu həm də mənəvi həyat sferasında həyata 

keçirir.  Doğrudur,  mənəvi  nemətlərin  (elmin,  incəsənət  nümunələrinin)  yaradılması 

müəyyən  konkret  şəxslərin  adı  ilə  bağlıdır.  Lakin  bu  fakt  mənəvi  mədəniyyətin 

inkişafında  xalqın  böyük  rol  oynadığını  inkar  etmir.  Hər  şeydən  əvvəl  xalq  mənəvi 

mədəniyyətin  əsasında  duran  dilin  yaradıcısı  və  qoruyucusudur.  İkinci,  professional 

mədəniyyət  və  incəsənət  özünün  qazandığı  heyrətamiz  nailiyyətlərə  görə  xalq 

yaradıcılığına  borcludur.  Belə  ki,  xalq  yaradıcılığında  əks  olunan  sonsuz  müdriklik, 

yüksək mənəvi dəyərlər, heyranedici təsviri sənət nümunələri professional mədəniyyətə 

və incəsənətə çox güclü təsiı göstərir. Üçüncü, tarixdə ən böyük elm fədailəri, bədii sənət 

korifeyləri,  böyük  müdriklər  xalq  ilə  ayrılmaz  əlaqədə  fəaliyyət  göstərmişlər.  Onların 

yaratdığı  nadir  incilər  məhz  xalqın  arzu  və  istəyini,  tələbat  və  mənafelərini  əks 

etdirdiyindən  bütün  zamanlar  üçün  ölməzlik,  əbədilik  statusu  almışlar.  Xalq  mədəni 

dəyərləri nəinki təkcə yaradır, həm də qoruyub saxlayır və gələcək nəsillərə ötürür. O, 

həm  də  mənəvi-əxlaqi  dəyərlərin,  birgəyaşayış  normalarının  tükənməz  xəzinəsidir. 

Məsələn,  Azərbaycan  xalqının  mentalitetini  ifadə  edən  cəhətlər  (ədalət  hissi,  böyüyə 

hörmət,  qadına  hörmət,  qonaqpərvərlik,  halallıq  və  sair)  onun  ayrı-ayrı  nümayəndələri 

tərəfindən  yaradılmamışdır.  Onlar  bütövlükdə  xalqın  xarakterini  ifadə  edən  mənəvi 

keyfiyyətlərdir. 

Elmi biliklərin və incəsənətin ilk rüşeymiəri də xalqın adı ilə bağlıdır. Odu və bir 

çox dərmən bitkilərini ilk dəfə xalq kəşf etmişdir, incəsənətin tarixi sübut edir ki, xalq 

fantaziyası son dərəcədə güclü mifoloji poetik surətlər, heyrətamiz rəqslər, ağac üzərində 

naxış sənəti, toxuma, rəssamlıq, memarlıq, səhnə sənəti nümunələri yaratmağa qadirdir. 

Dünya  miqyasında  şairlər  və  nasirlərin  yaratdığı  ən  böyük  obrazlar  xalqın  kollektiv 

yaradıcılığı nümunələrinin ümumiləşdirilməsi və inkişafı məhsuludur. 

Mənəvi  sərvətlərin  yaradılması  sahəsində  xalq  kütlələrinin  rolu  özünü  həm  də 

aşağıdakı  cəhətdə  təzahür  etdirir:  bütün  təcrübi  elmlər  insanların  istehsal  fəaliyyəti  və 

tələbatının  nəticəsi  kimi  meydana  gəlmişdir.  Belə  ki,  fizika,  kimya,  geologiya  kimi 

elmlərin meydana gəlməsi və inkişafı sənayenin tələbatı ilə, bio 



428 


Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə