H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə220/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   216   217   218   219   220   221   222   223   ...   240

Felsefi  metodologiya  həm  də  mədəniyyətdə  sinfi  və  ümumbəşəri  tərəflərin 

nisbətini düzgün müəyyənləşdirməyi tələb edir. Marksist fəlsəfəni əldə rəhbər tutan sovet 

rejimi dövründə mədəniyyətdə sinfiliyin rolunun şişirdilməsi onun inkişafına güclü ziyan 

vurmuşdur.  Buna  misal  olaraq  şəxsiyyətə  pərəstiş  illərində  ölkəmizdə  genetika, 

kibernetika elmlərinə və kimya elmləri sahəsində bir sıra nəzəriyyələrə "mürtəce burjua" 

damğası vurulmasını  göstərmək olar. Bu cür qondarma sinfi mövqe hbmin elmlərin və 

bütövlükdə, mədəniyyətin inkişafına böyük zərbə vurdu. 

Qeyd olunmalıdır ki, müxtəlif mədəniyyət hadisələrinin sinfi təsirə məruz qalma 

səviyyəsi eyni deyildir. Məsələn, mədəniyyətin dil, elm, texnika kimi tərəflərində sinfilik 

demək olar ki, yox dərəcəsindədir. Digər qrup mədəniyyət hadisələri (incəsənət, əxlaq, 

fəlsəfə,  müxtəlif  sosial  normalar)  özündə  həm  sinfi  mənafeləri,  həm  də  ümumbəşəri 

məzmunu əks etdirir. Nəhayət, elə mədəniyyət hadisələri vardır ki, onlar öz təbiətinə görə 

sırf sinfi xarakter daşımasına baxmayaraq, müəyyən şəraitdə bilavasitə sinfi mənafelərin 

çərçivəsindən  kənara  çıxaraq  geniş  mədəni  məzmun  kəsb  edir.  Bu  sonunculara  misal 

olaraq  siyasi  mədəniyyəti,  maarifçilik  və  humanizmi,  ümumi  demokratik  prinsipləri 

göstərmək olar. 

Mədəniyyətdə sinfi ilə ümumbəşəri tərəfin nisbəti konkret halda, yəni zaman və 

məkan  şəraiti,  mədəniyyətin  bu  və  ya  digər  növünün  spesifikliyi  nəzərə  alınmaqla 

müəyyən  edilməlidir.  Mədəni  yaradıcılıq  tarixən  konlaet  sosial  şəraitin  Və  mədəni 

səviyyənin  məhsuludur.  Lakin  o,  öz  məzmunu  etibarilə  mövcud  dövrün  hüdudlarından 

kənara  çıxır.  Həm  keçmişin  mədəni  sərvətlərini  mənimsəyir,  həm  də  mədəniyyətin 

gələcək inkişafı perspektivlərini göstərir. 

Mədəniyyətdə sosial-sinfi mənafelər daha çox ideoloji formada təzahür edir. Bu və 

ya digər sosial qrup məhz öz ideologiyası vasitəsilə mədəniyyətin inkişafını öz mənafe və 

ideallarına  uyğunlaşdırmağa  çalışır.  Əgər  bu  və  ya  digər  sinif  öz  spesifik  mənafelərini 

ümumcerniyyət adından təqdim edir və mədəniyyəti də həmin ideoloji fimksiyanı yerinə 

yetirməyə  məhkum  edirsə,  onda  ideologiya  mədəniyyoto  pozucu  təsir  göstərir.  Bunu 

keçmiş sovet rejimi təcrübəsi sübut edir. 



3.

 

Mədəniyyət və sivilizasiyanın qarşılıqlı əlaqəsi 

Cəmiyyətin  yarandığı  ilk  çağlarda  insanların  sosial  həyatı  ilə  mədəni  həyatı 

arasında kəskin fərq olmamış, onlar bir- birilə sanki qovuşmuş halda çıxış etmişdir. Bu 

dövrdə sosial həyatın bütün tərəfləri, öz mövcudluğunu qoruj^b saxlamaq uğrunda birgə 

mübarizə  aparan  insanların  qəbilə-tayfa  münasibətləri  öz  təbiiliyi  ilə  səciyyələnirdi. 

Tarixin  sonrakı  inkişafı gedişində  cəmiyyətin  bu  ibtidai  mədəniyyət  səviyyəsindən 

sivilizasiyaya keçidi baş verdi. Bu keçidi səciyyələndirən amillər sırasında ictimai əmək 

bəlgüsü,  şəhərin  kənddən,  əqli  əməyin  fiziki  əməkdən  aynimasi,  siniflərin 

VE

>

 



dövlətin 

əmələ  gəlməsi,  mono-  qam  ailənin  yaranması,  yazının  və  digər  m»nəvi  istehsal 

formalarının  meydana  gəlməsi  xüsusi  qeyd  olunmalıdır.  Sivilizasiya  yarandıqdan  sonra 

onunla raədə- 

443 



niyyət arasında mürəkkəb münasibətlər bərqərar oldu. 

Qeyd  etmək  lazımdır  ki,  fəlsəfi  ədəbiyyatda  uzun  müddət  ümumdünya  tarixi 

miqyaslı  məsələ  kimi  sivilizasiyanın  öyrənilməsinə  lazımi  diqqət  yetirilməmişdi.  Belə 

hesab olunurdu ki, ictimai inkişaf mərhələlərini səciyyələndirmək üçün formasiya anlayışı 

tam kifayətdir. Sivilizasiya anlayışı isə məzmun etibarilə qeyri-müəyyən və çoxmənalıdır. 

Hətta bəzi hallarda sivilizasiya anlayışı neqativ planda, cəmiyyətin antihumanist vəziyyəti 

kimi  qiymətləndirilirdi.  Lakin  həyat  sivilizasiya  anlayışının  elmi,  fəlsəfi  mənada 

işlənilməsinin  zəruriliyini  sübut  etdi.  Bunun  nəticəsidir  ki,  son  dövrlərdə  bu  anlayışa 

maraq  durmadan  artır.  Bu  hər  şeydən  əwel  onunla  izah  edilir  ki,  müasir  elmi-texniki 

inqilab  dünyanın  bütün  ölkələrində  avtomatlaşdırılmış,  informatik  texnoloji  istehsal 

üsulunun  formalaşma-  sma  kömək  edir.  Digər  tərəfdən  keçmiş  SSRİ-nin  təcrübəsinin 

yenidən  mənalandırılması  və  açıq  cəmiyyətə  keçid  ilə  əlaqədar  olaraq  Qərb  və  Şərq 

sivilizasiyaları haqqında əsrlər boyu davam edən mübahisələr yenidən gündəliyə çıxır. 

Sivilizasiya  anlayışı  geniş  məzmuna  malikdir.  O,  insanın  mədəniləşdiri-  ci, 

dəyişdirici  fəaliyyətini,  onun  vasitələrini,  insanın  mədəniyyəti  mənimsəməsi  və 

mədəniləşmiş mühit şəraitində yaşamasını ifadə edir. Bununla yanaşı, onun məzmunu 

mədəniyyətin sosial təşkilinin formasını və inkişafını təmin edən ictimai münasibətləri də 

göstərir. 

Sivilizasiya  anlayışı  müxtəlif  mənalarda  işlənilir.  Bir çox  lüğətlərdə  sivilizasiya 

anlayışı  mədəniyyətin  sinonimi  kimi  göstərilir.  Nəzərdə  tutulmalıdır  ki,  sözün  geniş 

mənasında sivilizasiya dedikds cəmiyyətin maddi və mənəvi nailiyyətlərinin məcmusu, 

dar mənada isə yalnız maddi mədəniyyət başa düşülür. 

İlk  dövrlərdə  bu  anlayış  tarixi  inkişafın  barbarlıq  mərhələsinin  əksi  kimi,  yəni 

zəkaya  və  ədalətə  əsaslanan  dövr  kimi  anlaşılırdı.  Sonralar  müxtəlif  növdən  olan 

mədəniyyətlərin  mənalandırılması  ilə  əlaqədar  olaraq  sivilizasiyanın  "etnoqrafik" 

konsepsiyası yarandı. Bu konsepsiyanın əsasında belə, bir təsəvvür durur; hər bir xalqın öz 

sivilizasiyası vardır. 

Əgər  mədəniyyət  anlayışı  insanı  səciyyələndirirsə,  onun  inkişafı  və  fəaliyyətdə 

özünü ifadəetmə ölçüsüdürsə, sivilizasiya mədəniyyətin özünün varlığını səciyyələndirir. 

Sivilizasiya  özündə  mədəniyyətin  texnoloji  səpkisini  təcəssüm  etdirir.  O,  həm  də 

keyfiyyət  göstəricilərindən  daha  çox  kəmiyyət  göstəricilərinə  əsaslanır.  İstehsalın, 

texnikanın, texnologiyanın və insanın özünün inkişaf səviyyəsi sivilizasiyanın obyektiv 

əsasını təşkil edir. Bunlarsız sivilizasiya mümkün deyildir. 

Ümumiyyətlə fəlsəfi fikirdə sivilizasiya; a) mədəniyyətin sinonimi kimi (A.Toynbi 

və başqaları); b) lokal mədəniyyətlərin inkişafında tənəzzül və məhvolma mərhələsi kimi 

(Şpenqler); v) bəşəriyyətin inkişafında barbarlıqdan sonra gələn mərhələ kimi (L.Morqan, 

A.Toffler);  q)  bu  və  ya  digər  regionun  və  ya  ayrıca  etnosun  inkişaf  səviyyəsi  kimi 

mənalandırılır.  Bu  dörd  mövqe  müəyyən  münasibətdə  bir-birilə  əlaqəlidir,  bəzən  isə 

bir-birinə qarşı durur. 

Sivilizasiya  aşağıdakı  səciyyəvi  cəhətlərə  malikdir:  1)  sivilizasiya  bəşəriyyətin 

sosial  təşkili  formasıdır.  Onun  yaranması  insanların  heyvanat  aləmindən  sözün  əsl 

mənasında cəmiyyətə keçidinin başa çatması, əhalinin qan qohumluğu 

444 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə