35
Yerli əhali araxisin toxumlarından yağ çıxarmağı öyrənmiş və
onun
əkin sahələri tez çoxalmışdır.
Araxisi birinci ixrac (eksport) edən ölkə Seneqal olmuşdur.
1840-
cı ildə yağ almaq üçün 10 kisə (722 kq) araxis Ryufisk rayo-
nun
dan Ruana (Fransa) gətirilmişdir. O vaxtdan başlayaraq qərbi
Afri
ka ölkələrindən araxisin müntəzəm ixracı (eksportu) başlamışdır.
ABŞ-da araxis yalnız XIX əsrdə şimal və cənub arasındakı
vətəndaş müharibəsindən sonra yayılmağa başlamışdır. O vaxt bura-
dakı pambıq əkinləri pambıq uzunburunu ilə kəskin sirayətləndiyin-
dən fermerlər pambıq əkinlərini araxis əkinləri ilə əvəz etməyə başla-
dılar.
Araxis bitkisi Rusiya ərazisinə 1792-ci ildə (bəzi müəlliflərə gö-
rə XIX əsrdə) Türkiyədən gətirilmişdir. Onun iqlimləşdirilməsinə ilk
cəhd 1825-ci ildə Odessa botanika bağında edilmişdir. Hazırda araxis
çox d
a böyük olmayan sahələrdə Orta Asiyada, Zaqafqaziyada, Uk-
ray
nanın cənubunda və Şimali Qafqazda əkilib-becərilir.
Son illərdə dünya üzrə araxis paxlalarının istehsalı əkin sahələ-
rinin artması, yüksək məhsuldar sortların istifadəsi, gübrələmə, dər-
manl
ama, suvarma, həmçinin də yığım maşınlarının müasirləşməsi
(təkmilləşməsi) hesabına artmaqda davam edir. Dünya üzrə araxisin
əkin sahələri 19 mil. hektara yaxındır. Araxis istehsalında qabaqcıl
ölkə Hindistan (7,2 mil. ha) təxminən, Çin, İndoneziya, Mayama
hesab olunur. Dünya üzrə araxis istehsalında ikinci yeri Afrika ölkə-
ləri (təxminən 6,0 mil. ha) tutur. Seneqal, Nigeriya, Tanzaniya, Mo-
zam
bik, Uqanda, Niger kimi ölkələrin iqtisadiyyatında
araxis birinci
dərəcəli əhəmiyyət kəsb edir. Amerika kontinentində isə araxisin ən
çox əkinləri Braziliya, Argentina, Meksika və ABŞ-dadır.
Məhsuldarlığı hektardan 15-18 sentner, suvarma şəraitində isə
40-
60 sentnerə çatır.
Sistematikası. Yeni sistemləşdirmədə
Arachis hypogaea növü 2
yarımnövə bölünür.
A. hypogaea (
Arachis asiatica) yarımnövünün 2
növmüxtəlifliyi vardır:
hypogaea növmüxtəlifliyi Braziliya və Virci-
niya sorttipinə,
hirzuta növmüxtəlifliyi isə Peru sorttipinə aid edilir.
Bu yarımnöv (
A. asiatica) sərilən gövdəli olmaqla toxumların süku-
nət dövrü 2 ilə qədər vegetasiya müddətləri isə 5-10 ay çəkir.