H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

34 
 
dul
muş və sortlaşdırılmış gənəgərçək toxumlarının nəmliyi 6-7%-dən 
artıq olmamalıdır. 
 
1. 3. YER
FINDIĞI (ARAXİS) 
 
Xalq  təsərrüfatı  əhəmiyyəti.  Araxis  və  ya  yerfındığı  (Arachis 
hypogaea L.) 
toxumlarından  ərzaq  yağı  (yeməli  yağ)  almaq  üçün 
əkilib  becərilir.  Araxis  toxumlarının  tərkibində  60%-ə  qədər  yağ  
(orta hesabla 53%) və 35%-dən çox zülal vardır. Tərkibindəki zülalın 
miqdarına görə araxis ancaq soyadan geri qalır. Araxis yağı konserv 
sənayesində, marqarin alınmasında, sabunbişirmə sənayesində və tib-
də  istifadə  olunur.  Araxis  yağı  yarımquruyan  (yod  ədədi  90-103) 
yağlar qrupuna aiddir. Orta hesabla bir ton qabıqlı araxis toxumdan 
226-
317 kq. yağ alınır. Araxis yağı əsas etibarı ilə konserv və qənna-
dı sənayesində istifadə olunur. Üyüdülmüş araxis toxumları şokolad 
hazırlananda  əlavə  kimi  tətbiq  edilir.  Qovrulmuş  toxumları  ərzaq 
kimi yeyilir və xırdalanmış halda bir çox qənnadı məhsullarına əlavə 
edilir. Yağın emalından sonra jmıxın tərkibində 45% zülal və 8% yağ 
olur.  Ərzaqlıq  sortları  lobya  dadı  verməməlidir.  Araxisin  jmıxı  və 
gövdəsi (bəlimi) heyvandarlıqda yem kimi istifadə olunur. Bəlimində 
11%-
ə qədər zülal var və qida keyfiyyətinə görə yonca və üçyarpaq-
dan  geri  qalmır.  Eyni  zamanda  həm  bəliminin,  həm  də  meyvəsinin 
istifadə perspektivlərinə görə ABŞ-da araxis iribuynuzlu mal-qara və 
donuzlar üçün otlaq bitkisi kimi becərilir. Cecəsindən isə izolyasiya 
materialı və yanacaq kimi istifadə olunur.    
Tarixi,  yayılması  və  məhsuldarlığı.  Araxisin  vətəni  cənubi 
Ameri
kadır (Argentina və Boliviya). O buradan Hindistana, Çinə və 
Yaponiyaya 
keçmiş,    Filippin  və  Madaqaskara  yayılmışdır.  Araxisi 
Çi
nə  1560-cı  ildə  Portuqaliyalılar  gətirmişdir.  Afrikaya  XVI  əsrdə 
Amerikanın  ticarət  işçiləri  gətirmişdir.  Güman  edilir  ki,  ilk  araxis 
paxlaları Qvineyaya Braziliyadan gətirilmişdir. Seneqal, Nigeriya və 
Konqo araxisin ikinci genetik mərkəzi hesab olunur. Avropaya (İspa-
niya,  Fransa  və  İtaliyaya)  XVI-cı  əsrdə  Çindən  gətirilmişdir.  Ona 
görə də uzun müddət onu “Çin qozu” adlandırmışlar.  


35 
 
Yerli  əhali  araxisin  toxumlarından  yağ  çıxarmağı  öyrənmiş  və 
onun 
əkin sahələri tez çoxalmışdır. 
Araxisi  birinci  ixrac  (eksport)  edən  ölkə  Seneqal  olmuşdur. 
1840-
cı ildə yağ almaq üçün 10 kisə (722 kq) araxis Ryufisk rayo-
nun
dan  Ruana  (Fransa)  gətirilmişdir.  O  vaxtdan  başlayaraq  qərbi 
Afri
ka ölkələrindən araxisin müntəzəm ixracı (eksportu) başlamışdır. 
ABŞ-da  araxis  yalnız  XIX  əsrdə  şimal  və  cənub  arasındakı 
vətəndaş müharibəsindən sonra yayılmağa başlamışdır. O vaxt bura-
dakı pambıq əkinləri pambıq uzunburunu ilə kəskin sirayətləndiyin-
dən fermerlər pambıq əkinlərini araxis əkinləri ilə əvəz etməyə başla-
dılar. 
Araxis bitkisi Rusiya ərazisinə 1792-ci ildə (bəzi müəlliflərə gö-
rə XIX əsrdə) Türkiyədən gətirilmişdir. Onun iqlimləşdirilməsinə ilk 
cəhd 1825-ci ildə Odessa botanika bağında edilmişdir. Hazırda araxis 
çox d
a böyük olmayan sahələrdə Orta Asiyada, Zaqafqaziyada, Uk-
ray
nanın cənubunda və Şimali Qafqazda əkilib-becərilir. 
Son illərdə dünya üzrə araxis paxlalarının istehsalı əkin sahələ-
rinin artması, yüksək məhsuldar sortların istifadəsi, gübrələmə, dər-
manl
ama,  suvarma,  həmçinin  də  yığım  maşınlarının  müasirləşməsi 
(təkmilləşməsi) hesabına artmaqda davam edir. Dünya üzrə araxisin 
əkin  sahələri  19  mil.  hektara  yaxındır.  Araxis  istehsalında  qabaqcıl 
ölkə  Hindistan  (7,2  mil.  ha)  təxminən,  Çin,  İndoneziya,  Mayama 
hesab olunur. Dünya üzrə araxis istehsalında ikinci yeri Afrika ölkə-
ləri (təxminən 6,0 mil. ha) tutur. Seneqal, Nigeriya, Tanzaniya, Mo-
zam
bik, Uqanda, Niger kimi ölkələrin iqtisadiyyatında araxis birinci 
dərəcəli əhəmiyyət kəsb edir. Amerika kontinentində isə araxisin ən 
çox əkinləri Braziliya, Argentina, Meksika və ABŞ-dadır. 
Məhsuldarlığı  hektardan  15-18  sentner,  suvarma  şəraitində  isə 
40-
60 sentnerə çatır.  
Sistematikası. Yeni sistemləşdirmədə Arachis hypogaea növü 2 
yarımnövə bölünür. A. hypogaea (Arachis asiatica) yarımnövünün 2 
növmüxtəlifliyi vardır: hypogaea növmüxtəlifliyi Braziliya və Virci-
niya sorttipinə, hirzuta növmüxtəlifliyi isə Peru sorttipinə aid edilir. 
Bu yarımnöv (A. asiatica) sərilən gövdəli olmaqla toxumların süku-
nət dövrü 2 ilə qədər vegetasiya müddətləri isə 5-10 ay çəkir. 


36 
 
A. fastigiata (Arachis americana
) yarımnövünün də 2 növmüxtə-
lif
liyi vardır. Fastigiata növmüxtəlifliyi Valensiya sorttipinə, vulqa-
ris 
növmüxtəlifliyi isə İspan sorttipinə aid edilir.  
Bu  yarımnöv  (A. americana)  az  və  çox  miqdarda  dik  dayanan 
göv
dələr  əmələ  gətirir,  toxumların  sükunət  dövrü  50  günə  qədər, 
vegetasiya müddəti isə 3-5 ay çəkir. Tropiklərdə ildə 2 dəfə məhsul 
verə bilər. 
Paxlalılar (Fabacaea) fəsiləsinə daxil olmasına baxmayaraq Ara-
chis 
cinsinin  sistematikası  çətinlik  törədir.  Əvvəlki  sistemləşdirmə 
böyü
mə,  budaqlanma  və  meyvəvermə  xüsusiyyətlərinə  görə  tərtib 
edilmişdir. Mutasiya,  hibridləşdirmə və seçmə nəticəsində araxisin 
çox  böyük  müxtəlifliyi  əmələ  gəlmişdir.  Təkcə  Seneqalda  araxisin 
550-
yə qədər, Konqoda isə 200-ə qədər növmüxtəlifliyi vardır. 
Mədəni araxis növü (Arachis hypogaea) yabanı halda məlum de-
yil
dir. Bu növün yayılma arealı olduqca genişdir. O, tropik, subtropik 
iqlimə  malik  olan  ölkələrdə  yayılmaqla  bərabər  mülayim  (mötədil) 
iqlimli  ölkələrin  də  bəzi  bölgələrində  becərilə  bilir.  Bütünlükdə  bu 
cins geniş areala malik  olması, müxtəlif torpaq-iqlim şəraitində  ya-
yılması ilə xarakterizə edilir. Araxis coğrafi cəhətcə 10 və 28 
0
 
cənub 
enliklərində yayılmışdır.  
Yabanı araxis formaları  çoxillikdir. Təkcə A. monticola birillik 
növdür. Arachis 
cinsinin ən çox rast gəlinən yabanı növləri aşağıda-
kılardır: 
1.
 
Sərilən gövdəli araxis  - Arachis  prostrata  Benth. 
2.
 
Saçaqlı (pırpızlı ) araxis  - Arachis  villosa  Benth. 
3.
 
Köküyumrulu  araxis  - Arachis  tuberosa  Bong. 
4.
 
Sarımtıl  araxis  - Arachis  lutescens  Krap. et. Rig. 
5.
 
Burkart  araxisi  - Arachis  burkartii  Handro  
6.
 
Bentam  araxisi – Arachis benthamii  Handro  
7.
 
Sürünən  araxis  - Arachis  repens  Handro  
8.
 
Dağlıq  araxis  - Arachis  monticola  Krapov. Et Rig. (tetrap-
loid  2n = 40) 
9.
 
Haşiyəli  araxis  - Arachis  marginata  Gardn. 
10.
 
 Paraqvay  araxisi  - Arachis  paraguariensis   Chod. et Hassl. 
11.
 
 Quaran  araxisi  - Arachis  goaranitica  Chod. et Hassl.  


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə