H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

28 
 
İran gənəgərçəyi nisbətən alçaqboyludur və yaşıl rənglidir. Qan-
qırmızı  gənəgərçək  isə  hündürboylu,  rəngi  qırmızı  və  şabalıdıdır. 
Yar
paqları iri və uzun saplaqlıdır. Yarpaqlarda 7-11 dilim var. 
Çiçək qrupu 60-80 sm uzunluğunda qotazdır. Bir bitkidə 2- dən 
12- 
yə qədər qotaz əmələ gəlir. Bir qotazda 50-200 ədədə qədər çiçək 
olur. Çiçəkləri xırda, sadə və 5 ləçəklidir. Çarpaz tozlanan bitkidir. 
Mey
vələri  üçyuvalı  şarşəkilli  yaxud  uzunsov  qutudur  (karobkadır). 
Hər yuvada bir toxum var. İlk dəfə  mərkəzi, sonra yan çiçəklərdən 
əmələ  gəlmiş  qutular  (karobkalar)  yetişir.  İran  gənəgərçəyi  yetişən 
zaman qutular çatlayır və toxumlar tökülür. Qan-qırmızıda isə əksinə 
tökülmür.  İran  gənəgərçəyinin  toxumları  qan-qırmızı  gənəgərçəyin 
toxumlarından xırda olur. Mütləq kütləsi 200-500 qr. arasında dəyişir 
(r
əngli şəkil 2-3).
 
 
Gənəgərçək  istisevən,  quraqlığa  nisbətən  davamlı  və  nəmliyə 
çox tələbkardır. Nəmlik çox olan yerlərdə yüksək məhsul verir. Qu-
raq yerlərdə yarpaq, çiçək və karobkalar (qozalar) tökülür. Quraqlıq 
olduqda bitkidə yağın miqdarı aşağı düşür. 
Kök  sistemi  torpağın  3-5  sm  dərinliyinə  işləməklə,  güçlü  yan 
kök
ləri verir. İşıq sevən və torpağa tələbkar bitkidir. Qida maddələri 
ilə  zəngin  qara,  şabalıdı  və  boz  torpaqları  sevir.  Torpaq  reaksiyası 
pH 6,0-
7,3 olduqda daha əlverişlidir. Qranulometrik tərkibi ağır, gilli 
və duzlu torpaqlar gənəgərçək üçün yararlı deyildir. Toxumları  12-
13 
0
C    temperaturda  cücərməyə  başlayır.  Çıxışların  yaxşı  alınması 
üçün 18 
0
C  temperatur  tələb  olunur.  Bitkinin  normal  inkişafı  üçün 
tələb olunan temperatur 25-30 
0
C - 
yə  bərabərdir. Artıq mənfi  2 
0

şaxtada bitki zədələnməyə başlayır. Tezyetişən sortlarının vegetasiya   
dövrü   95-125 gündür. 
Bütün əkinlərində meyvəvermə birinci il başlayır və 10 ilə qədər 
davam edir. Çoxillik formaların xəstəlik və zərərvericilərə davamlığı 
birillik formalara nisbətən yüksəkdir. 
Qida maddələrinə tələbi. Qida elementlərinə tələbkardır. Ayrı-
ayrı  qida  maddələrinə  münasibətə  gəldikdə  gənəgərçək  kalsiuma 
daha çox tələbat göstərir. O, inkişafının bütün fazalarında torpaqda 
çətin həll olunan kalsium fosfatı istifadə etmək qabiliyyətinə malik-
dir. Bir ton toxum yaratmaq üçün torpaqdan 72 kq azot, 17 kq fosfor 


29 
 
və 59 kq kalium elementi aparır. Ən yaxşı gübrə peyin hesab olunur. 
Hektara 20 ton peyin verdikdə məhsuldarlıq xeyli artır. Mineral güb-
rələrdən azot və fosfor faydalıdır. Hektara 60-90 kq azot və 90 kq 
fosfor verdikdə məhsuldarlıq 16-20 % -ə qədər artır.  
Torpağa  tələbi.  Gənəgərçək  yüngül  və  orta  qranulometrik  tər-
kibli  münbit  torpaqlarda  yaxşı  bitir.  Torpaq  məhlulunun  optimal 
reaksiyası pH 5,0-7,5 arasındadır.   
Sistematikası. Gənəgərçək təbii təkamül nəticəsində budaqlanan 
çox xırda toxumlu, qozası asan açılan formalardan, orta və iri toxum-
lu az budaqlanan formaya qədər dəyişilmişdir. Mutasiya nəticəsində 
alçaq boylu formad
an, nəhəng və müxtəlif cür budaqlanan formaya 
keçmiş, çiçək salxımının tipi, qozasının və toxumunun forması dəyi-
şilmişdir. Bu da R. communis növünün bir neçə yarım növünün əmə-
lə gəlməsinə səbəb olmuşdur. 
Bir çox tədqiqatlar mədəni gənəgərçəyin əmələ gəldiyi yer kimi 
İraqın qədim əkinçilik rayonlarını, İran və Hindistanı göstərirlər. Bu-
ra
da bu kiçik toxumlu İran yarımnövü (persicus)
 
(2-
ci rəngli şəkildə 
2)
 
formalaşmışdır ki, oda başqa yarımnövlər arasında bir qədər mə-
dəni hesab olunur. Bu yarımnövün qozası zəif açılır ki, bu da məh-
sulun az itki ilə yığılmasına səbəb olur.  Xüsusilə suvarma şəraitində 
çox məhsuldardır. Bu yarımnövünün toxumlarında karunkul (karun-
kul  - 
toxum şişi, fırı - arillus) yoxdur ki, (toxumun uc hissəsindəki 
şiş, fır nəzərdə tutulur) bu da relikt bitkilərdə olan əlamət hesab edi-
lir.   
İritoxumlu gənəgərçək (Sanguineus) yarımnövünün formalaş-
ma  mərkəzi  Fələstin,  Cənubi-Qərbi  Asiya  və  Ərəbistan  yarımadası 
he
sab edilir. Çox quraqlıq zamanı Ərəb əkinçiləri gənəgərçək əkinlə-
rini uzun müddət baxımsız qoyub getmişlər. Qayıdanda isə bu əlve-
rişsiz şəraitdə dözüb salamat qalmış bitkilərin toxumlarını yığmışlar. 
Birinci növbədə bu toxumlar quraqlığa çox davamlı, qozaları açılma-
yan formalar olmuşdur. 
Sanguineus (iri toxuml
u) yarımnövünün bitkiləri qüvvəli budaq-
lanan  və  yarpaqlanan,  yüksək  yağlı,  nisbətən  kobud  (bərk)  qabıqlı, 
qozaları  qismən  çartlayan  və  tam  çartlamayan  (açılmayan)  formalı 
bitkilərdir 
(2-ci  r
əngli  şəkildə  1).
 
Günün  uzunluğuna  reaksiyaları 


30 
 
ney
traldır.  Bu  yarımnöv  formalaşdığı  mərkəzdən  qərbə  və  cənuba 
doğru yayılmış Amerika kəşf ediləndən sonra isə onun ərazisində ya-
yılmışdır. Bu yarımnöv seleksiya işlərində geniş istifadə olunur.  
Hindistan gənəgərçəyi (İndicus)  yarımnövü Hindistan yarıma-
da
sında formalaşmışdır. Əvvəlki adi çəkilən hər iki yarımnövün əla-
mətlərini  özündə  birləşdirir.  Ancaq  mədəniləşmə  səviyyəsinə  görə 
onlar
dan geri qalır. Qozalarının açılmaması və xırda toxumlu olması 
ilə xarakterizə olunur. Amma, iri toxumlu formaları da vardır. 
Çin gənəgərçəyi (Chinensis) yarımnövünün formalaşma mərkə-
zi 
şimali və şimali-şərqi Çin hesab edilir. Tez yetişməsi, alçaqboylu 
olması, nisbətən aşağı məhsuldarlığı və toxumunda yağın az olması 
ilə xarakterizə olunur. 
Növbəli əkində yeri. Gənəgərçəyi növbəli əkində payızlıq buğ-
da, qarğıdalı və dənli-paxlalı bitkilərdən sonra yerləşdirmək olar. Gə-
nəgərçək özü yazlıq taxıllar üçün yaxşı sələfdir. Gənəgərçək fuzarioz 
xəstəliyinə tutulduğu üçün öz tarlasına 8 ildən sonra qaytarılmalıdır.  
Hindistanda g
ənəgərçək  əsasən  nut,  qarğıdalı,  pambıq,  xardal, 
noxud və b. bitkilərlə birlikdə becərirlər. Onu şəkər qamışı tarlaları-
nın kənarlarında da əkib becərirlər.  
Becərilmə  texnologiyası.  Gənəgərçək  bitkisini  qarğıdalı,  tütün 
və  pambıq  becərilməsi  mümkün  olan  bütün  tropik  və  subtropik  ra-
yon
larda becərmək olar. 
Alaqlarla mübarizə etmək üçün bitkilər cücərti verməmişdən əv-
vəl malalama və ya dayaz (5-6 sm) kultivasiya aparılır. Bu texnolo-
giyada təzəcə  cücərmək  istəyən alaqlar məhv edilir. 2,4-D  (1,6-2,0 
l/ha) 
və ya treflan (6- 8 kq/ha) herbisidləri ilə kimyəvi mübarizə də 
(kim
yəvi alaqlama) aparmaq olar. Vegetasiya ərzində 3-4 çərgəarası 
becərmə (kultivasiya) yerinə yetirilir.   
Suvarma rejimi bitkinin suya tələbatına görə qurulur. Gənəgər-
çək  suya  tələbkar  bitkidir  və  bu  xüsusiyyətinə  görə  üç  dövr  ayırd 
edilir. Birinci dövr: 3-
4  yarpaq  fazasında  çiçəkləməyə  qədər  olan 
dövr  (ümumi  su  tələbatının  35%-i),  ikinci  dövr:  mərkəzi  və  yan 
salxımları birinci növbə çiçəkləri açdıqda (44-54%), üçünçü- salxım-
larda toxum
un  yetişdiyi  zaman  (27%).  Toxumun  tam  yetişdiyi 
dövrdə bitki daha çox su tələb edir. Bu o deməkdir ki, həmin dövrdə 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə