H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

31 
 
ümumi  su  sərfiyyatı  əvvəlki  dövrlərə  nisbətən  az  olsa  da,  gündəlik 
tələbat artır. 
Gənəgərçək  bitkisinin  suvarma  müddətləri  onun  əsas  inkişaf 
fazalarının  başvermə  vaxtları  ilə  müəyyənləşdirilməlidir.  Bitkinin 
mərkəz hissəsində çiçək salxımlarının əmələ gəlməsinin başlanğıcı, 
çiçəkləmə və toxumun yetişməsi dövründə o, normal suvarılmalıdır. 
Əsas suvarma üsulu şırımlarla suvarmadır. Sahənin mailliyindən 
asılı olaraq, şırımçəkmə texnologiyası da müxtəlifdir. Ən yaxşı şırım 
içərisi  dəlmə-deşik  edilmiş  şırımlardır.  Belə  şırımlarda  su  torpağa   
yaxşı hopur. 
Torpağın  becərilməsi.  Torpağın  beçərmə  texnologiyası  payız-
lıqlar  yığıldıqdan  sonra  torpaqda  önkotancıqlı  kotanla  25-27 sm 
dərinlikdə dondurma şumu aparılmaqla başlayır, yazda malalama və 
8-
10 sm dərinlikdə kultivasiya ilə birlikdə təkrar malalama aparılır. 
Alaq
lar göründükdə cərgəarası becərmələr başlanır. İki yarpaq faza-
sında seyrəltmə aparılır. 
Gübrələmə.  Suvarma  şəraitində  normal  gübrələmə  məhsuldar-
lığı  30-70%  artırır,  toxumun  keyfiyyətini  yaxşılaşdırır.  Gənəgərçək 
əkilən  sahənin  hər  hektarına  20-30 ton peyin, N
20-30
, P
30-40
, K
30-40 
norma
da mədən gübrələri ilə qatışdırılıb verilir. 
Səpin. Keyfiyyət göstəricilərinə görə seçilmiş toxumlar məhsul-
darlığı 1,0-1,5 s/ha artırdığına görə toxumların səpinə hazırlanmasına 
xüsu
si diqqət yetirilməlidir. Torpağın 8-10 sm dərinliyində 10-12 
0

temperatur olduqda gənəgərçək səpilir. Səpin üçün iri toxumlu sort-
lardan istifadə olunur. Toxumun təmizliyi 98 %-dən az olmamalıdır. 
Səpinqabağı toxumları dərmanlayırlar.  
Gənəgərçək gencərgəli  üsulla əkilən bitkidir. Ən geniş yayılmış 
səpin sxemi 70 x 20-35 sm (hektarda 50-85 min bitki) sxemidir. Yu-
va üsulu i
lə əkdikdə (70 x70; 90 x 90 sm) hər yuvada 2-3 bitki (3-4 
toxum)  saxlanılır.  Səpin  norması  yığımqabağı  hər  hektarda  60-62 
min bitki miqdarında müəyyənləşdirilir. Alçaqboylu tezyetişən sort-
lar və hibridlər nisbətən az, hündür, qol-budağı çox olan sortlar isə 
çox qida sahəsi tələb edir. Hektara səpin norması iri toxumlu sortlar 
səpildikdə 20-25 kq., xırda toxumlu sortlar səpildikdə isə 10-12 kq.-


32 
 
dır. Toxumun basdırılma dərinliyi 6-10 sm, boz torpaqlarda isə 5-6 
sm-dir. 
Gənəgərçək punktir səpin üsulu ilə SUPN-8, SPÇ- 6 MF aqre-
qatı ilə cərgəarası 70 sm olmaqla səpilir. Gənəgərçəyi cərgə araları 3 
metr, bitki araları 60 sm olmaqla da əkirlər. 
Qida  sahəsi  gənəgərçəyin  məhsuldarlığına  çiddi  təsir  göstərir. 
Beləki, hər yuvada üç bitki saxladıqda hər hektardan  17,6, iki bitki-
də 16,0, bir bitkidə, yəni bitkiləri tək-tək saxladıqda isə 14,4 sentner 
məhsul almaq olur. Buradan belə nəticə çıxarılır ki, sıx əkində gənə-
gərçək  çox  boy  budaqlı  olmur,  az  yarpaq  əmələ  gətirir,  bir  qayda 
olaraq, mərkəzi süpürgədə geniş qida sahəsinə nisbətən 10-15  gün 
tez yetişir.   
Hindistan  şəraitində  gənəgərçəyi  iyul  və  avqustda  əkib,  dekabr 
və yanvar aylarında yığırlar. Əkinlərdə ən çox birillik formalar isti-
fadə  olunur.  Qırmızı  gövdəli  formalarının  meyvələri  tikansız,  yaşıl 
gövdələrin meyvələri (qozaları) isə tikanlı olur. Toxumlarının tərki-
bində  45-55% yağ olur.  Son zamanlar yarım qısa və qısaboylu, iri 
yarım  kompakt  salxımlı,  açılmayan  qozalı  sort  və  hibridləri  əkilib 
becərilir. Dəmyə şəraitdə orta toxum məhsuldarlığı təxminən 0,3-0,4 
ton/ha -
dır. 
Sortları.  Ən  çox  yayılmış  sortları  yüksək  məhsuldardır,  məh-
sulu  maşınla  yığılır,  qozası  partlamayandır.  Vniime-18  və  165, 
Kubanskaya-
15 və Çervonnaya sortları daha geniş yayılmışdır. Orta 
tezyetişən Stepnaya-6 sortu cənub rayonlarında daha çox əkilir. 
Əkinə  qulluq. Səpindən cücərtilərin alınmasına qədər 2-3 həftə 
vaxt keçir. Cücərtilər alındıqdan sonra 3-4 dəfə cərgəarası becərmə-
lər aparılır. 2-ci əsil yarpaq əmələ gəldikdən sonra cücərtilər seyrəl-
dilir. 
Məhsul  yığımı.  Yığım  üçün  müntəzəm  yetişmə  və  qozaların 
quru
ması baş verməlidir. Qozaları açılmayan sortlar əkildikdə bitki-
ləri  qurutmaq  üçün  maqnezium  xlorat  tətbiq  edilir.  Çiləmə  salxım-
ların orta hissəsindəki qozalar qonurlaşdıqda aparılır. Yığım isə çilə-
mə apardıqdan 12-15 gün sonra həyata keçirilir. Gənəgərçəyin qoza-
ları eyni müddətdə yetişmir. Əvvəlcə mərkəzi qozalar sonra isə ətraf-
dakılar yetişir. Odur ki, qozaları partlamayan sortları desikasiya edə-


33 
 
rək (maqnezium xlorid, 15 kq/ha + 100 litr su) kökü üzərində quru-
durlar. 
Desikasiya müddəti toxumun bioloji yetişmə dövründə aparı-
lır. Bu dövrdə qozalar hələ yaşıl rəngdə olmaqla, gövdə tikanları sa-
ral
mağa başlayır, toxum bərkimə fazası keçirir və ondakı nəmlik 30-
35%-
ə enmiş olur. Desikasiya, məhsul yığımını 2-3 həftə tezləşdirir. 
Desikasiyadan 2 gün sonra yarpaqlar quruyur. Lakin, qozaların tam 
quruması əlverişli şəraitdə 12-15 gün çəkir. Bu vaxt yığıma başlayır-
lar
. Suvarılmayan əkinçilik şəraitində gənəgərçəyin  yığımı salxımın 
orta hissəsindəki qozalar qonurlaşdıqda  və onların nəmliyi 12-14% 
olduqda aparılır. 
Suvarma şəraitində isə yığım bir qədər gec - yəni 1- ci və 2-ci sı-
rada
kı  salxımlardakı  qozalar  qonurlaşdıqda  aparılır.  Quru  havada 
yığım desikasiyadan 8-10 gün sonra aparılır. 
Gənəgərçəyin yığımı bir dəfəyə və ya iki dəfəyə (bir fazalı və ya 
iki fazalı) aparılır. İki fazalı yığımda salxımlar sahədən  yığılıb sta-
sio
nar şəraitdə (xırmanda) qurudulur və təmizlənir. Bu üsulla əsasən 
açılan qozalı gənəgərçək sortları yığılır. Açılmayan qozalı sortlar isə 
bir faza
lı üsulla, yəni birbaşa kombaynla yığılır. 
Bu üsulda əsas məhsulun 15-20% -i yaşıl (yaş) halda yığılıb xır-
ma
na tökülür. Xırmana tökülmüş toxum qalağı mütləq qurudulub tə-
miz
lənməlidir. Çünki bu vaxt onun nəmliyi 50%-ə qədər olur və tər-
ki
bində 15% -ə qədər qarışıqlar olur. 
Qozaları  partlayan  sortların  məhsulu  çox  qısa  müddətdə  2-3 
günə  yığılıb  qurtarmalıdır.  Qozası  partlamayan  sortlarda  məhsul 
yığımı 10-12 iş günündə yerinə yetirilir. Məhsul birbaşa KKC-6 mar-
kalı kombaynla yığılmalı, yığılmış toxumlar 6-7% nəmlik dərəcəsinə 
kimi qurudulub, yad zibillərdən təmizlənir və anbara saxlamağa qo-
yulur. 
Məhsulun işlənməsi və saxlanması. Əmtəəlik məhsulun qurut-
ma temperaturu 65-70 
0
C, toxumluq məhsulun ki, isə  35-40 
0
C ol-
ma
lıdır. Toxumluq gənəgərçək qurudulan zaman temperatur 40 
0
C-
dən  yuxarı  qalxmamalıdır.  Quru  havalarda  xırmanda  açıq  havada 
qurutma daha  yaxşı nəticə verir.  Qurudulan toxum (salxım) qatının 
qalınlığı 10-15 sm olmalıdır. Qeyd etdiyimiz kimi təmizlənib, quru-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə