31
ümumi su sərfiyyatı əvvəlki dövrlərə nisbətən az olsa da, gündəlik
tələbat artır.
Gənəgərçək bitkisinin suvarma müddətləri onun əsas inkişaf
fazalarının başvermə vaxtları ilə müəyyənləşdirilməlidir. Bitkinin
mərkəz hissəsində çiçək salxımlarının əmələ gəlməsinin başlanğıcı,
çiçəkləmə və toxumun yetişməsi dövründə o, normal suvarılmalıdır.
Əsas suvarma üsulu şırımlarla suvarmadır. Sahənin mailliyindən
asılı olaraq, şırımçəkmə texnologiyası da müxtəlifdir. Ən yaxşı şırım
içərisi dəlmə-deşik edilmiş şırımlardır. Belə şırımlarda su torpağa
yaxşı hopur.
Torpağın becərilməsi. Torpağın beçərmə texnologiyası payız-
lıqlar yığıldıqdan sonra torpaqda önkotancıqlı kotanla 25-27 sm
dərinlikdə dondurma şumu aparılmaqla başlayır, yazda malalama və
8-
10 sm dərinlikdə kultivasiya ilə birlikdə təkrar malalama aparılır.
Alaq
lar göründükdə cərgəarası becərmələr başlanır. İki yarpaq faza-
sında seyrəltmə aparılır.
Gübrələmə. Suvarma şəraitində normal gübrələmə məhsuldar-
lığı 30-70% artırır, toxumun keyfiyyətini yaxşılaşdırır. Gənəgərçək
əkilən sahənin hər hektarına 20-30
ton peyin, N
20-30
, P
30-40
, K
30-40
norma
da mədən gübrələri ilə qatışdırılıb verilir.
Səpin. Keyfiyyət göstəricilərinə görə seçilmiş toxumlar məhsul-
darlığı 1,0-1,5 s/ha artırdığına görə toxumların səpinə hazırlanmasına
xüsu
si diqqət yetirilməlidir. Torpağın 8-10 sm dərinliyində 10-12
0
C
temperatur olduqda gənəgərçək səpilir. Səpin üçün iri toxumlu sort-
lardan istifadə olunur. Toxumun təmizliyi 98 %-dən az olmamalıdır.
Səpinqabağı toxumları dərmanlayırlar.
Gənəgərçək gencərgəli üsulla əkilən bitkidir. Ən geniş yayılmış
səpin sxemi 70 x 20-35 sm (hektarda 50-85 min bitki) sxemidir. Yu-
va üsulu i
lə əkdikdə (70 x70; 90 x 90 sm) hər yuvada 2-3 bitki (3-4
toxum) saxlanılır. Səpin norması yığımqabağı hər hektarda 60-62
min bitki miqdarında müəyyənləşdirilir. Alçaqboylu tezyetişən sort-
lar və hibridlər nisbətən az, hündür, qol-budağı çox olan sortlar isə
çox qida sahəsi tələb edir. Hektara səpin norması iri toxumlu sortlar
səpildikdə 20-25 kq., xırda toxumlu sortlar səpildikdə isə 10-12 kq.-
32
dır. Toxumun basdırılma dərinliyi 6-10 sm, boz torpaqlarda isə 5-6
sm-dir.
Gənəgərçək punktir səpin üsulu ilə SUPN-8, SPÇ- 6 MF aqre-
qatı ilə cərgəarası 70 sm olmaqla səpilir. Gənəgərçəyi cərgə araları 3
metr, bitki araları 60 sm olmaqla da əkirlər.
Qida sahəsi gənəgərçəyin məhsuldarlığına çiddi təsir göstərir.
Beləki, hər yuvada üç bitki saxladıqda hər hektardan 17,6,
iki bitki-
də 16,0, bir bitkidə, yəni bitkiləri tək-tək saxladıqda isə 14,4 sentner
məhsul almaq olur. Buradan belə nəticə çıxarılır ki, sıx əkində gənə-
gərçək çox boy budaqlı olmur, az yarpaq əmələ gətirir, bir qayda
olaraq, mərkəzi süpürgədə geniş qida sahəsinə nisbətən 10-15 gün
tez yetişir.
Hindistan şəraitində gənəgərçəyi iyul və avqustda əkib, dekabr
və yanvar aylarında yığırlar. Əkinlərdə ən çox birillik formalar isti-
fadə olunur. Qırmızı gövdəli formalarının meyvələri tikansız, yaşıl
gövdələrin meyvələri (qozaları) isə tikanlı olur. Toxumlarının tərki-
bində 45-55% yağ olur. Son zamanlar yarım qısa və qısaboylu, iri
yarım kompakt salxımlı, açılmayan qozalı sort və hibridləri əkilib
becərilir. Dəmyə şəraitdə orta toxum məhsuldarlığı təxminən 0,3-0,4
ton/ha -
dır.
Sortları. Ən çox yayılmış sortları yüksək məhsuldardır, məh-
sulu maşınla yığılır, qozası partlamayandır. Vniime-18 və 165,
Kubanskaya-
15 və Çervonnaya sortları daha geniş yayılmışdır. Orta
tezyetişən Stepnaya-6 sortu cənub rayonlarında daha çox əkilir.
Əkinə qulluq. Səpindən cücərtilərin alınmasına qədər 2-3 həftə
vaxt keçir. Cücərtilər alındıqdan sonra 3-4 dəfə cərgəarası becərmə-
lər aparılır. 2-ci əsil yarpaq əmələ gəldikdən sonra cücərtilər seyrəl-
dilir.
Məhsul yığımı. Yığım üçün müntəzəm yetişmə və qozaların
quru
ması baş verməlidir. Qozaları açılmayan sortlar əkildikdə bitki-
ləri qurutmaq üçün maqnezium xlorat tətbiq edilir. Çiləmə salxım-
ların orta hissəsindəki qozalar qonurlaşdıqda aparılır. Yığım isə çilə-
mə apardıqdan 12-15 gün sonra həyata keçirilir. Gənəgərçəyin qoza-
ları eyni müddətdə yetişmir. Əvvəlcə mərkəzi qozalar sonra isə ətraf-
dakılar yetişir. Odur ki, qozaları partlamayan sortları desikasiya edə-