26
çək jmıxından kazein yapışdırıcısı (kleyi) alınır. Tərkibində 7,5%
azot olduğundan gübrə kimi də istifadə olunur. Jmıxın hər sentne-
rində 92 yem vahidi var. Tərkibində zəhərli maddə olduğundan hey-
vandar
lıqda yem kimi istifadə olunmur.
Köklü (qədim) Afrika əhalisi arasında gənəgərçək çox geniş
tətbiq sahəsinə malikdir. İlin soyuq vaxtlarında gənəgərçək yağı dəri-
yə sürtmək üçün, ölmüş heyvanların dəri və xəzlərini aşılamaq üçün,
yemək hazırlamaq üçün, hündürboylu bitkiləri kənd yerlərində, həm-
çinin tütün, pambıq, batat və maniok plantasiyalarının kənarında
canlı çəpər kimi istifadə edirdilər.
Gənəgərçəyin çoxillik formaları torpaq eroziyası və torpaq tö-
kül
məsi zamanı yol kənarlarının bərkidilməsi üçün istifadə olunur.
Gənəgərçəyin yarpaqları ipəkqurdunun bəzi növlərinin tırtılları üçün
yaxşı yemdir.
Mənşəyi. Gənəgərçəyin birinci mənşə mərkəzi Şərqi Afrika
hesab olu
nur. Burada ona həm yabanı, həm də mədəni halda rast
gəlinir. Ancaq bəzi müəlliflər belə hesab edirlər ki, mədəni gənəgər-
çəyin mənşə mərkəzi Mərkəzi Afrikadır. Qədim Misir fironlarının
qəbirlərində gənəgərçəyin qalıqlarına rast gəlinməsi onun bizim era-
dan 3-
4 min il əvvəldən becərildiyini deməyə əsas verir. Qədim Mi-
sir
də gənəgərçəyi “
Kiki”, Romada isə “
ritsinus-gənə” adlandırırdılar.
Gənəgərçəyin növ müxtəlifliyinin ən çox rast gəlindiyi botaniki
mərkəz şərqi Afrikadır. Toxumların cücərmə qabiliyyətini
saxlama
müddəti, dəniz axınları ilə qozaların (toxumların) yayılması xüsusiy-
yəti ona gətirib çıxarmışdır ki, Asiya, Avstraliya və belə görünür ki,
Mərkəzi Amerikada da gənəgərçəyin özünəməxsus növmüxtəlifliyi
mərkəzləri formalaşmışdır.
Tarixi, yayılması və məhsuldarlığı. Bu bitki qədimdən Misirdə
becərilmiş və oradan Asiya, Amerika və Avropaya yayılmışdır. Gə-
nəgərçəyi ingilis koloniyaları İngiltərəyə gətirmiş və artıq XVIII
əsrdə gənəgərçək yağı tibdə istifadə edilirdi. Bir qədər sonra onu
maşınların yağlanmasında, toxuculuqda, gön-dəri sənayesində, sa-
bun
bişirmədə və ətriyyat sənayesində də istifadə etməyə başladılar.
Amerikanın tropik qurşağına düşən gənəgərçək yabanılaşmağa başla-