14
Тorpaq səthinə çıxmış cavan cücərtilər mənfi 8
0
C temperaturda
belə məhv olmur. Ona görə də günəbaxan ilk inkişaf dövründə aşağı
temperatura dözümlü
dür və erkən yazda səpilməyə imkan verir.
Günəbaxan işığa tələbkar bitkidir. Kölgəyə düşdükdə və tutqun
havada boyatma və inkişafı ləngiyir.
Çiçəkləmə fazası cücərtilər fazasından 50-60 gün keçmiş baş-
layaraq, 20-
25 gün davam edir (ayrıca götürülmüş bir səbətçik 8-10
günə tam çiçəkləyir). Səbətciyin maksimum böyüməsi çiçək tökü-
ləndən sonra 8-10 gün müddətində başa çatır. Səbətciyin böyüməsi
tam saralana kimi davam edir. Sort və hibriddən, yetişmə şəraitindən
asılı olaraq, səbətciyin yetişməsi cücərtilər torpaq səthinə çıxan
gündən 70-120 gün sonra baş verir (toxumların yetişməsi mayalanma
müddətindən sonra 32-42 gün ərzində davam edir). Səbətciklər
yığıldıqdan sonra toxumun fizioloji yetişmə dövrü başlayır. Bu dövr
də hava şəraiti və əkilmiş sortdan asılı olaraq, 10 gündən 50 günə
qədər çəkir. Torpaqda toxumların sükut dövrü, anbarda
saxlanan to-
xumlara nisbətən daha çox olur.
Nəmliyə tələbatı müxtəlifdir. Günəbaxan nəmliyi torpağın dərin
qatlarından belə ala bilir. Bitkinin gövdə və yarpaqlarının yaxşı tük-
cüklü ol
ması və eyni zamanda ağızcıqlarının transpirasiyaya uyğun-
luğu günəbaxan üçün istiliyə və quraqlığa davamlılıq yaratmışdır
(xü
susən bitkinin çiçəkləmə fazasına kimi olan dövrü üçün). Günə-
baxan cücərtilərin alınmasından çiçəklənmə dövrünə qədər suya az
tələbkardır. Çiçəkləmə və dən dolma dövründə günəbaxanın nəmliyə
tələbatı çoxalır. Bu dövrdə nəmliyə tələbat vegetasiya ərzində ümumi
tələbatın 75%-nı təşkil edir. Günəbaxanın ən çox (60%-ə qədər)
nəmlik tələb edən dövrü: - səbətciyin əmələ gəlməsindən çiçək-
ləmənin sonuna qədər olan dövrdür. Bu bitkinin suya qarşı böhran
dövrüdür. Həmin dövrə qədər və bundan sonrakı fazalarda suya
tələbat müvafiq olaraq, 22,4 və 17,6% təşkil edir. Həmin dövrdə
nəmliyin çatışmaması, səbətciyin mərkəzində boşdənlilik yaradır.
Ve
getasiya müddətində bir bitki 200 kq su sərf edir. Тranspirasiya
əmsalı 470-570-dir.
Günəbaxan üçün əlverişli torpaqlar qara torpaqlardır (qumsal və
gillicə). Şabalıdı və bataqlaşmış şəraitdə əhənginin miqdarı çox olan
15
torpaqlar günəbaxan üçün az əlverişlidir. Qranulometrik tərkibi yün-
gül olan münbit torpaqlarda günəbaxan yaxşı məhsul verir. Bataqlıq,
qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək aqrotex-
ni
ka tətbiq etməklə günəbaxandan istənilən məhsul götürmək müm-
kündür. Qranulometr
ik tərkibi ağır olan və güclü şorlaşmış torpaq-
larda günəbaxan becərmək mümkün deyil. Torpağın reaksiyası pH
6,0 - 6,8-
ə bərabər olmalıdır.
Günəbaxan başqa bitkilərə nisbətən torpaqdakı qida maddələrini
intensiv dərəcədə istifadə etmək qabiliyyətinə malikdir. Günəbaxan
bəzi bitkilərə nisbətən bir ton dən üçün 2,0-2,5 dəfə artıq qida mad-
dələri tələb edir. Günəbaxan azot elementini əsasən səbət əmələ
gəldikdən çiçəkləmənin sonuna qədər, fosforu çıxışlar alındıqdan çi-
çəklənməyə qədər, kaliumu isə səbətlərin əmələ gəlməsindən dənin
yetişməsinə qədər tələb edir.
Toxum tam yetişdikdə demək olar ki, azot və fosforun əsas
hissəsi dəndə toplanır. Kalium elementinin 10%-i, dəndə qalan 90%-i
isə bitkinin vegetativ orqanlarında toplanır.
Günəbaxanı yüksək məhsulu təmin edən intensiv texnologiya ilə
becərdikdə, bu bitkinin elmi əsaslandırılması, növbəli əkinlərdə yer-
ləşdirməyə xüsusi fikir verilməlidir. Bundan başqa, yüksək məhsul
üçün ayrıca götürülmüş bir təsərrüfatda yetişmə müddətinə görə
xəstəliklərə davamlı müxtəlif sort və hibridlərin istifadə edilməsinə
xüsusi fikir verilməlidir; məkanın nəmlik təminatına uyğun nəzərdə
tutulmuş bitki sıxlığına nail olunmalıdır.
Çiçəkləmənin biologiyası. Günəbaxan tipik çarpaz tozlanan
bitkidir. Çarpaz tozlanma arılar və başqa həşəratların köməyi ilə
gedir, onlar bitkidən - bitkiyə uçuşaraq çiçəklərin ifraz etdiyi nektarı
toplayırlar.
Ayrı-ayrı bitkilərin çiçəkləməsinin uzunluğu təxminən
8-10 gün
davam edir.
Tozlanma
və mayalanma şəraitinin pozulması xüsu-
si
lə səbətciklərin ortasında dənlərin boş olmasına səbəb olur. Gübrə-
lənməmiş sahələrdə boş dənlərin miqdarı 35 %-ə çatır. Gübrə veril-
məsi və bitkilərin suvarılması dənlərin boşluğunu 1-3 %-ə qədər
azal
dır. Əlverişli olmayan yetişmə şəraiti, rütubət və qida maddə-
lərinin çatmaması toxumların cılızlığına (yanmasına) səbəb olur ki,