17
ması herbisidlərin bir bərabərdə verilməsinə (çilənməsinə), toxumla-
rın eyni dərinliyə basdırılmasına, yaxşı çıxışlar alınmasına və bitki-
lərin bərabər böyüməsinə imkan yaradır.
Tarlada güclü
alaqlanma olduqda prometrin
və
treflan herbisid-
lərinin qarışığından istifadə olunur. Aratdan
sonra torpaq yetişən ki-
mi səpinqabağı becərmə, yəni kultivasiya və malalama aparılır.
Sortları: Тoxumlarının iriliyinə, yağlılığına və qabıqlılıq dərə-
cəsinə görə günəbaxan sortları üç qrupa bölünür. Yağlıqların toxum-
ları xırdadır və qabıqlılıq dərəcəsi aşağıdır (22-36%), rüşeymi iridir,
toxum boşluğunu yaxşı doldurur. Rüşeymində yağın miqdarı 53
faiz
dən 63
faizə qədərdir ki, bu da toxum kütləsinin 40-56%-ni təşkil
edir.
Çırtlamaq üçün olanların toxumları iridir. Qabıqlılığı yüksəkdir
(42-
56%), rüşeym toxum boşluğunu tam doldurmur, yağlılığı lap
azdır (20-35%). Çırtlanan sortların bitkisi adətən iri olur. Ona görə
bunlar silos üçün istifadə edilir. Aralıq (qarışıq)
sortlar toxumun öl-
çü
lərinə və digər nişanələrinə görə yuxarıdakı iki sort qrupuna görə
aralıq vəziyyətindədir.
Azərbaycanda (2013) Qiqant -549, VNİİMK- 8883 və Kazio
(Fransa) sortları rayonlaşdırılmışdır.
Nəhəng (Qiqant)
– 549 sortu. Ümumittifaq Bitkiçilik İnstitutu-
nun Kuban və Maykop təcrübə stansiyaları tərəfindən Krasnodar
diyarının yerli nümunəsindən fərdi seçmə üsulu ilə yetişdirilmişdir.
Günəbaxanın çırtlaq qrupuna daxildir. Silos üçün ən əlverişli
sortdur. Gövdəsinin hündürlüyü 2-4 metrə qədərdir. Yaxşı yarpaqla-
nandır. Vegetasiya müddəti 90-110 gündür. Aran rayonlarında iyu-
nun axırlarında, alçaq-dağlıq bölgələrdə iyulun ortalarında, orta-
dağlıq bölgələrdə isə avqustun əvvəllərində ən yüksək yaşıl kütlə
verir. Səbəti orta irilikdə, tumu iri, açıq-boz rəngli, zirehsizdir. Yaşıl
kütlə məhsulu hər hektardan orta hesabla alçaq-dağlıq (dağətəyi)
bölgədə 150-330 sentner, orta-dağlıq bölgədə isə 250-300 sentner
olur.
Yüksək yaşıl kütlə məhsulu hər hektardan Alazan-Həftəran vadi-
sinin rütubətli hissəsində 900 sentnerə çatır.
18
Azərbaycanın alçaq-dağlıq və orta-dağlıq bölgələrində silos
məqsədilə 1946-cı ildə rayonlaşdırılmışdır.
Armavir - 3497 – Ümumittifaq Elmi –
Tədqiqat Yağlı Bitkilər
İnstititutunun (VNİİMK) Armavir təcrübə stansiyasında VNİİMK
1646 sortundan çoxdəfəli seçmə yolu ilə alınmışdır. Hektardan 35,2
s. dən verir. Yağlılığı 54,7% -dir. Hektardan 17,3 sentner yağ almaq
mümkündür. Bitkinin boyu 180-
219 sm., vegetasiya müddəti 90-96
gündür.
Orta yetişən, quraqlığa, günəbaxan güvəsi və vertisilium so-
lux
masına davamlı sortdur.
Armavir – 9343.
Ümumittifaq Bitkiçilik İnstitutunun Armavir
yağlı bitkilər istinad məntəqəsində təcrübə stansiyasında Armavir -
3497 sortundan fərdi seçmə yolu ilə alınmışdır. Gövdəsi 130-175 sm
hündürlüyündə, səbətin diametri 12-18 sm, azacıq qabarıqdır. Tumu
uzun
sov pazşəkilli, orta irilikdədir. Tum qabığı tünd-boz rəngli, qa-
ram
tıl zolaqlıdır. 1000 ədəd tumunun kütləsi 57-76 qramdır. Tumun-
da 38-44%
, nüvəsində 60-63% yağ olur. Tezyetişən sortdur.
Yerli çırtlama sortu. Gövdəsi 300-350 sm hündürlüyündə, yo-
ğun, tez oduncaqlaşan, səbətin diametri 30-32 sm,
tumu olduqca iri
20-
28 mm, boz rənglidir. Əsasən silos üçün becərilir.
Yaxşılaşdırılmış ВНИИМК 1646 - Ümumittifaq Elmi –Tədqi-
qat Yağlı Bitkilər İnstitutunun (ВНИИМК) Armavir təcrübə stan-
siya
sında Ukraynanın Mariopol şəhərində becərilən yerli sortdan tək-
ra
r fərdi seçmə yolu ilə alınmışdır. Hektardan 34,8 s. dən verir. Yağ-
lılığı 53% -dir. Hektardan 16,6 s. yağ almaq mümkündür. Bitkinin
boyu 175-
215 sm., vegetasiya müddəti 90-94 gündür. Orta yetişən,
quraq
lığa, günəbaxan odlucasına və vertisilium soluxmasına davamlı
sortdur.
Yaxşılaşdırılmış ВНИИМК 6540 - Ümumittifaq Elmi –Tədqi-
qat Yağlı Bitkilər İnstitutunun (ВНИИМК) mərkəzi bazasında
ВНИИМК 1646 və ВНИИМК 1813 sortlarının sərbəst tozlanma-
sından alınan bitkilərdən çoxdəfəli fərdi seçmə yolu ilə alınmışdır.
Hektardan 36,4 s. dən verir. Yağlılığı 54,1% -dir. Hektardan 17,7 s.
yağ almaq mümkündür. Bitkinin boyu 175-210 sm., vegetasiya
müddəti 90-95 gündür. Orta yetişən, yüksək məhsuldar, quraqlığa,
günəbaxan odlucasına və vertisilium soluxmasına davamlı sortdur.